Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə21/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   17   18   19   20   21   22   23   24   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
69
Buludlar toqquşdu, ildırım çaxdı, 
Elə bil, dağ çayı tərsinə axdı. 
Ömrümün kövrələn bu payız vaxtı 
Gəl qovaq yollardan dumanı, çəni, 
Sən məni bağışla, mən də ki, səni. 
 
“Alın yazısı” bölməsində yer alan “ Yada salarsan” şeirində 
şair iztirab və duyğularını o qədər məharətlə ifadə edib ki, sanki 
iki bəndlik bir şeir yox, məhəbbət faciəsi haqqında gərgin bir qüs-
səni oxuyursan. Əgər şair poeziyanın son dərəcə məhdud forması 
və ifadə imkanları daxilində nəsrin ininkas effektini reallaşdıra 
bilirsə bu, müəllifin son dərəcə böyük qələbəsidir. Dəfələrlə oxu-
duğumuz yığcam şeir lirik və qissəli bir hekayə təəssüratı yaradır: 
 
Bir zaman gələr ki, yada salarsan 
Oturub doyunca ağlayarsan sən. 
Atıb getməyinə peşiman olarsan, 
Sonra da qaramı bağlayarsan sən. 
 
Dəstə bağlayarsan çiçəkdən-güldən, 
Üç-dörd gün gələrsən qəbrimin üstə. 
Kimmişəm soruşub bilərsən eldən, 
Yasa inanmazsan qulağın səsdə… 
 
Vaqif Məmmədovun son kitabında toplanan sevgi şeirləri də 
soyuq nəfəslə yoğrulmayıb. Hər misrada sevginin, məhəbbətin 
odu, istisi var və oxucu bu odu, istini özü hiss edir. Təəssüf ki, 
şairin məhəbbət mövzularının əksəriyyətində kədər notları, eşqdə 
vüsala yetməmək, ayrılıqla, hicran əzabından doğan güclü bir 
sarsıntı var: 
 
Dedin ayrı ünvan seçirik daha 
Yəqin ki, yoruldun xatirələrdən... 
Dedin sabah burdan köçürük daha, 
Elə bil, başıma çökdü duman, çən 
Dənizi tək qoyub hara gedirsən? 


Vaqif Məmmədov xatirələrdə 
 
70
Şair iki gəncin ən yüksək ülvi duyğuları yaşamasına baxmaya-
raq, vüsala çatmaması, bir-birilərinə qovuşmaması və sonunda 
ayrılsalar da qarşılıqlı yaşanan gözəl dəqiqələrin, saatların, günlərin 
ömürdə bir iz qoyub xatirə kimi qalmasının təsəlli notlarını qələmə 
almışdır:  
 
Havam da, suyum da, çörəyim də sən 
Qəlbimdə çox sənli xatirəm yatır… 
Uzaqda deyilsən, ürəyimdəsən, 
Nə ünüm yetişir, nə əlim çatır.  
 
Bir faktı xüsusi vurğulamaq yerinə düşər ki, Vaqif Məmmə-
dovun məhəbbət lirikasını fəlsəfi lirikadan ayırmaq çətindir, onlar 
çox vaxt bir-birinin davamı kimi çıxış edir, qırılmaz vəhdət təşkil 
edir. Məhəbbət sətirləri arxasında fəlsəfi fikirlər, fəlsəfi sətirlər 
arxasında məhəbbət duyğuları “gizlənir” və onlar bir-birini ta-
mamlayır. “Ürəyimdəsən” şeiri Vaqif Məmmədovun lirikasında 
əhəmiyyətli yer tutur. Bu şeir məhəbbət lirikası ilə fəlsəfi lirikanın 
vəhdətindən yaranmışdır. Bunlardan hansının üstünlük təşkil etdi-
yini söyləmək çətindir. Onun yaradıcılığı o qədər dərin, o qədər 
fəlsəfidir ki, eyni şeyi hər dəfə oxuduqda yeni bir hikmət, yeni bir 
məna kəşf edirsən. Hər dəfəsində də düşünürsən ki, məhz bu mə-
nanı mən keçən dəfə niyə görməmişəm. Dörd bənddən ibarət olan 
şeirdə məhəbbətlə fəlsəfi motivlər elə çulğalanmış, elə birləşmiş-
dir ki, onları bir-birindən ayırmaq çətindir:  
 
Bu nə qismət idi, tuş oldu bizə 
Taleyə gözlərim yaşarasıdır. 
Həm yaxın, həm həsrət bir-birimizə, 
Aramız göz ilə qaş arasıdır.  
 
Şairin yaradıcılığı üçün səciyyəvi olan bir cəhəti də vurğula-
maq yerinə düşərdi. Onun şeirlərində ictimai kədərlə şəxsi kədər 
birləşir və bütövlük, tamlıq yaradır. Hətta bir çox məqamlarda 
“ictimai ilə şəxsini” ayırmaq çətin olur. Bu da Vaqif Məmmədo-
vun şeirinin sözün yaxşı mənasında, təəccüb doğuracaq dərəcə-
dəki tamlığından, bütövlüyündən irəli gəlir.  


Vaqif Məmmədov xatirələrdə 
 
71
Bu baxımdan, Vaqif Məmmədovun şair kimi fərdi keyfiy-
yətlərini əks etdirən digər xüsusiyyətlərinin də şahidi oluruq. Bu 
xüsusiyyət, ilk növbədə, şairin yaradıcılığında və xüsusilə də 
lirik şeirlərində özünü bariz şəkildə göstərən bədii keçidlə 
bağlıdır. Vaqif Məmmədov böyük məharətlə, ustalıqla şeirdən 
şeirə, misradan misraya, bənddən bəndə keçməyi bacarır. Və bu 
zaman hər hansı bir qafiyə pozulmasına, məna itkisinə qətiyyən 
yol verilmir. Ən yaxşı nümunələrdən biri kimi “Dəniz darıxır 
sənsiz” şeirinin son bəndini misal göstərə bilərik: 
 
Dənizin sahilində 
Dayanıb qalmasan da, 
O dənizli günləri 
Sən yada salmasan da, 
Darıxmasan da mənsiz, 
Dəniz darıxır sənsiz. 
 
Çağdaş poeziyamızda sevilib seçilən, insanı öz dünyasından 
alan, onu fikirlərə qərq edən, düşündürən, kamilləşdirən, bəzən 
də nələrisə öyrətməyə çalışan, nəsillərə örnək olan bir qüdrətli 
poeziyadır Vaqif Məmmədovun poeziyası. 
“Xəstəxana şeirləri” silsiləsində yer alan şeirlərdə daha çox 
şairin qəlbinin sarsıntıları əks olunur. Onun ürəyindən və müha-
kimələrindən keçənlər söz libasında oxucunun ruhuna və fikir-
lərinə yol tapır. Duyğularının emosianal təsviri şeirlərin məna 
yükünün, bədii sanbalının güclənməsinə xidmət edir. “Əməliy-
yatdan sonra” şeirində olduğu kimi: 
 
Bu da bir ömrün son dayanacağı, 
Olmaya dartınıb dayanır qatar? 
Nə tez gəlib çatdı bu qürub çağı, 
Qışın gəlməyinə axı hələ var?! 
 
Bu qədər ömrü də tez sayıram mən 
Yarımçıq arzular çox qalır hələ.. 
Hələ yazdığımı az sayıram mən,  
Neçə şeirim var ki, düşərdi dilə. 


Vaqif Məmmədov xatirələrdə 
 
72
Bu şeirlərdə yaşamaqla ölüm arasında qalan və iztirablar 
içərisində qovrulan bir insanın acı fəryadını duymamaq mümkün 
deyil. Ömrünün sön günlərini yaşadığını hiss edən, ancaq hələ 
yaşayıb, yaratmaqdan doymayan şair “Mənə kağız verin, qələm 
gətrin” deyə sanki haray çəkir: 
 
Demirəm xəstəyəm ağrı, acım var… 
Yanımda qohumlar, qardaş-bacım var. 
Tək kağız, qələmə ehtiyacım var… 
Mənə kağız verin, qələm gətrin… 
 
Şeirlərdəki müəyyən detallar və ştrixlər imkan verir ki, 
oxucu müəllifin, onun iztirablarını bütün incəliklərilə dərk etsin. 
Hər şeydən və hamıdan əli üzülən şair sonda “Mən küsüb gedir-
əm, bu yer üzündən” – deyib əbədi olaraq həyata göz yumdu. 
İnsan tənhalığının ən tragik ifadəsi əbədiləşib bu misrada. Bu 
şeir onun çıxılmaz vəziyyətini, ümidsizliyin dəhşətlərini, dözül-
məz əhvalını gözlərimiz önündə canlandırır.  
Vaqif müəllimlə son dəfə fakültənin foyesində qarşılaşdıq. 
İkimiz də dərsə girəcəydik. Əməliyyat üçün Bakıya gedəcəyini 
eşitmişdim. Hal-əhval tutduq, uşaqları soruşdu: –Əsgər balan 
hardadı, nə vaxt gəlir, gəlib bir çay içək? 
--- Sədərəkdə xidmət edir, 6 aydan sonar gələcək-dedim. 
Sədərək adın eşidəndə elə bil dərdi təzələndi. 
--Müəllimə, Sədərək, dağların o üzü mənim kəndimdi, uşaq-
lığım keçən, gəncliyim ötən yurd yerimdi. Canımın ağrıları art-
dıqca, gözlərimin nuru zəiflədikcə, ömrüm sona yaxınlaşdıqca, o 
yerlər üçün daha çox darıxıram. O yerləri qarış-qarış gəzməyi, 
havasını ciyərlərimə çəkməyi, ağzımı bulağın gözünə dirəyib 
suyunu doyunca içməyi necə istəyirəm. Sözün düzü, elə bil ürə-
yimə də damıb ki, mən o yurdu, o ocağı bir də görə bilməyəcəm, 
o kəndi görmək qismətin bir də yaşamayacam.. 
Elə bilirəm ki, kəndə gedib yamacların yovşan ətrini 
ciyərlərimə çəksəm, bədənimin bütün ağrı-acıları yoxa çıxar, 
yüngülləşərəm.. 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə