Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə19/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   15   16   17   18   19   20   21   22   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
63
Vaqif Məmmədovla bir neçə dəfə yol yoldaşı da olmuşam. 
2006-cı ildə ustad şair M. Şəhriyarın 100 illik yubileyi ilə əlaqə-
dar Tehran və Təbriz şəhərlərində olmuşuq. Həmin səfərdə 
qələm dostlarım Həmid Arzulu, rəhmətlik Elman Həbib, Məm-
məd Məmmədov, Vaqif Məmmədov və başqa yoldaşlarla 4 gün 
Tehranda, Təbrizdə keçirilən yubiley tədbirlərində iştirak etdik, 
bir sıra muzeylərdə olduq. Şəhriyarın ev muzeyində Vaqiflə 
birlikdə şəkil də çəkdirdik. Şəhriyarın 100 illiyi yada düşəndə, 
xatırlananda xatırələr dilə gəlir, dünyasını dəyişən dostlarım bir 
daha yada düşür. 
Vaqiflə Dünya Azərbaycanlılarının III qurultayında, Azər-
baycan Yazıçılar Birliyinin XII qurultayında da bir yerdə 
olmuşuq. O, həmişə dosta, yoldaşa diqqəti ilə seçilirdi. 
Mən Vaqifin nakam qardaşı Müşfiqə Naxçıvan Politexnik 
Texnikumunda dərs demişdim. 2008-ci ildə Müşfiq 41 yaşında 
dünyasını dəyişəndə Vaqif xahiş etdi ki, qardaşı haqqında bir 
xatirə yazım. “Haqq dünyasına qovuşdu” adlı həmin yazımı 
Vaqif “Səni kim unudar” adlı kitabına daxil etmişdi. Və bu gün 
mən haqq dünyasına qovuşan dostum haqqında çətin də olsa 
fikirlərimi, düşüncələrimi yazdım. Bu çox çətin idi. İllər boyu 
tanıdığın, ürək qızdırdığın bir insan haqqında, bir dost haqqında 
ölümündən sonra söz demək həqiqətən də, çətin və ağrılı olur. 
Allah Vaqif müəllimə rəhmət eləsin. O, ədəbiyyata 
“Yaşadaçaq bu yol məni” şeirlər kitabı ilə gəldi. Sonralar 35-dən 
artıq kitabı çap olundu. Şeirləri ingilis, fransız, türk, rus, ərəb, 
fars, özbək, belarus və sair dillərə tərcümə olundu. Kitabları bir 
neçə dildə işıq üzü gördü. 
Vaqif müəllim “Qızıl qələm” mükafatı laureatı idi. Nax-
çıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdu. 
2005-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 
Sərəncamı ilə Vaqif müəllimlə mən eyni gündə “Əməkdar 
mədəniyyət işçisi “ fəxri adına layiq görülmüşdük. 
Bəli, Vaqif şeirlə özünə əbədi ömür qazanacağına inanırdı. 
Bu inamla da dünyadan köçdü. Poeziyası özünün dediyi kimi, 
onu əbədi yaşadacaqdır. Allah rəhmət eləsin. Qəbri nurla dolsun. 


Vaqif Məmmədov xatirələrdə 
 
64
Aypara Behbudova 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
 
ÖMRÜN SON PAYIZI 
V. Məmmədovun vəfatından sonra işıq üzü görən  
“Ömrün payız nəğməsi” kitabı haqqında düşüncələrim 
 
Vaqif Məmmədov kimdir? Bu suala cavab vermək yəqin ki, 
oxucularımız üçün də çətindir. Onun şəxsiyyətindən, bir müəllif 
olaraq yaradıcılıq dünyasından, ən başlıcası, onun elmi-bədii 
yaradıcılığından danışmaq məsuliyyət, ədəbi-elmi cəsarət tələb 
edir. Mən, Vaqif müəllimdə bir insan kimi, müəllimim kimi 
qibtə edib dəyərləndirdiyim onun saf və təmiz mənəvi aləmi, 
sonra isə şairlik dünyasıdır. O, sözü ilə əməli bir olan insan idi. 
Onun şeirlərində insanın hisslərinə, arzularına, duyğularına qarşı 
durmuş olan dünyanın özü ilə üzbəüz danışmaq gücü var idi. 
Vaqif Məmmədov poeziya tarixində nadir hisslərin ifadəsinə 
görə, yaşamaq haqqını qoruyub saxlaya bilən şairlərdən idi. O, 
şair olmaqdan başqa, publisist, naşir, alim və tədqiqatçıdır. 
Vaqif Məmmədov ən əsası, bu dünyaya ancaq səmimiyyət gətir-
diyini təsdiq edən ziyalıdır. Elə bu anda düşünürəm ki, görəsən, 
yalanın ayaq tutub yeridiyi bir vaxtda səmimiyyətdən üstün daha 
nə vermək olardı bu dünyaya, oxucuya?  
Və heç şübhəsiz, heç vaxt Vaqif Məmmədovun səmimiy-
yətini onun şairliyindən ayırmaq olmaz. Bəlkə də, onu insanlara, 
oxucularına sevdirən ən üstün məziyyətlərindən elə birincisi, 
səmimiyyətidir-həyata, insanlara, eləcə də keçmişə və gələcəyə 
səmimiyyəti.  
Oxucu Vaqif Məmmədovun ən azı  hədsiz səmimiyyəti 
qarşısında qibtə hissi ilə düşünməli olur. Çünki, onun şeirləri 
insan qəlbinin dərinliklərindən süzülüb gələn dumduru dağ 
selinə bənzəyir. 
Həm də ürəkdən qopan hər kəlmə, hər söz səmimidirsə, 
hissin, duyğunun ifadəsidirsə, o zaman şeir oxucunu çəkəcək, 
düşündürəcək, müəlliflə oxucu arasında isti bir bağlılıq, ab-hava 


Vaqif Məmmədov xatirələrdə 
 
65
yaradacaq. Vaqif müəllimi oxucuya sevdirən də məhz qeyd 
edilən cəhətdir. Onun şeirlərində hay-küy, gurultu yoxdur. Ya-
şanmış mənəvi ağrılar, əzablar, kövrək hisslərlə qələmə alınıb. 
Misralarda ürəyinin səsi eşidilir. Bu səs oxucunu düşündürür, 
dünənə, keçmişə aparır, vaxtsız itkilərin, vədəsiz ayrılıqların od-
alovunda yandırır, qarsılayır: 
 
Elə bil, tilsimə, daşa düşübdü, 
Kədər sevinc ilə qoşa düşübdü 
Könlümə bir az da Şuşa düşübdü 
Torpaq, Vətən hara, əsirlik hara? 
Mütləq dönəcəyik o torpaqlara. 
 
Vətən anlayışı Vaqif Məmmədovun yaradıcılığında özünə-
məxsus orijinal deyimlərlə tərənnüm olunub, toxunulmazlıq 
simvolu kimi bir daha təsdiqlənir. “Ürəyimə təkcə Vətən yer-
ləşir”, “Vətənsizi qızıla bük, dərd olur”, “Yavan çörək belə baldı 
vətəndə”, hətta həyatının son günlərində qələmə aldığı “Nə 
Vətən məndən doydu, nə mən Vətəndən” kimi misralar Vətənə 
cismani-ruhani bağlılığın poetik ifadəsidir. “Vətənim”, “Qara 
çadırlar”, “Azərbaycan”, “Bu kənd niyə yetimdir”, “Sədərək 
harayı”, “Qürbətdə yaşamaq yamandı, qardaş!” və s. şeirlərinin 
hər biri şairin tükənməz Vətən məhəbbətindən xəbər verir. O, 
sadəcə Vətən torpağını tərənnüm etmir, həm də bu torpağın 
qədrini bilməyə, onu qorumağa, ona dikilən yad gözlərə qarşı 
amansız olmağa çağırır. Torpaq dərdini, vətənin bölünməsinin 
böyük faciəsini həssaslıqla duyan şair bədii sözün qüdrəti ilə 
xalqın parçalanmasına etirazını bildirir. “Ağır gündü, bərki sən” 
deyərək xalqı birliyə səsləyir. Vaqif Məmmədovun “Bizim ellər 
yaylağından dönmədi”, “Nədir, bu körpənin günah, Allah?”, 
“Bu torpağın ahı səni tutacaq”, “Xocalı”, “Çörəyim yanır” və s. 
şeirlərində bəlkə də dünyanın özündən də ağır bir kədər yükü 
var. Zalım düşmənlər tərəfindən taxıl zəmisinə od vurulduğunu 
görən şair: 
 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə