Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə27/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   23   24   25   26   27   28   29   30   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
91
Əli Rza Xələfli
 
“Kredo” qəzetinin baş redaktoru, 
Beynəlxalq Rəsul Rza mükafatı laureatı, 
şair-publisist 
 
VAQİF DUZDAĞ TALEYİ 
 
Düz beş il bundan əvvəlin söhbətidir; Naxçıvanda yaşayıb-
yaradan, Naxçıvan Dövlət Universitetində çalışan şair Vaqif 
haqqında “Vaqifliyin poetik sirri” adlı növbəti yazımı “Kredo” 
qəzetində dərc etmişdim. Aradan bir neçə gün ötmüşdü. Əlbəttə, 
işimin çoxluğu, gündəlik yazı axını, qəzeti yaşatmaq naminə 
əlavə yazılar yazmağım... Başımı elə qatır ki, Vaqif də, Vaqif 
haqqında yazdığım yazı da yadımdan çıxır və bir gün telefonu-
mun ekranında Vaqifin adını və təxəllüsünü görürəm: Vaqif 
Duzdağ... Həmin yazıda Vaqifə təxəllüs təklifi vermişdim – 
“Duzdağ” əbədi təxəllüsünü. Yazını yazıb bitirən kimi telefo-
numda onun adının yanına elə həmin ədəbi təxəllüsü əlavə elə-
mişdim. Bir anlığa unutdum ki, telofonda görünən bu ad mənim 
öz qeydimdir, elə düşündüm ki, Vaqif elə bu adla zəng eləyir: 
“Hə, Vaqif Duzdağ zəng eləyir. Görək nə deyir?” Salam-kəlam-
dan, hal-əhvaldan sonra gördüm “Duzdağ” ədəbi təxəllüsü haq-
qında heç nə demir. Elə özüm münasibətini soruşmaq istəyirdim 
ki, о: – “bizim İsa müəllim səninlə danışmaq istəyir...”, – dedi. 
Və İsa müəllimi dinləyirəm.  
İsa müəllim (аkademik İsa Həbibbəyli) onda Naxçıvan 
Dövlət Universitetinin rektoru idi. Bizim “Kredo" qezetinə də 
həmişə diqqət və qayğı göstərirdi. İndi mənim üçün İsa müəl-
limlə danışmaq gözlənilməz deyildi, amma gözlənilməz olan 
sözləri elə İsa müəllim dedi: “Əli Rza “Vaqifliyin poetik sirri”ni 
oxudum, yaxşı yazmısan, Vaqifə də yaraşan bir ədəbi təxəllüs 
vermisən. Vaqifi də təbrik edirəm, səni də. Duzdağın mahiyyə-
tinə də yaxşı varmısan. Ümumyətlə, duz haqqında, Duz dağı 
haqqında yazıların varsa göndər mənə. Həmin mövzu ətrafında 
yazıları bir kitaba cəm edəcəyəm. Qəzetin də müntəzəm gəlir, nə 


Vaqif Məmmədov xatirələrdə 
 
92
kömək lazım olsa, əsirgəmərik. Çalış qəzetin dayanmasın. 
“Əlbəttə, bu, İsa müəllimin bizə sağlam ziyalı münasibəti idi. 
Bu, öz yerində... Hər halda həmin qeydləri dostum Vaqif də İsa 
müəllimə məmnunluqla göstərmişdi. Görünür, onun rəyini də 
bilmək istəyirmiş. Bu, Vaqifin səmimiyyəti, ağsaqqala ehtiramı 
ilə bağlı idi. Duzdağ barədə isə sonra söhbətimiz oldu. Bu 
barədə bir qədər sonra...  
Vaqif təbiət etibarilə Naxçıvanın güzgüsü idi. Yaxşı yadım-
dadır, yaylağa gedəndə və yaylaq yerimiz Naxçıvana yaxın olan-
da atam Naxçıvandan sal duz gətirərdi. Atlara, dəvələrə yüklən-
miş duz salları tərəkəmələr arasında elə sal-sal paylanardı. O duz 
sallarının arasında eləsi olardı ki, tam qatışıqsız, parlaq, şəffaf 
güzgü kimi görünərdi.  
Vaqifin göyəm gözləri, nurlu sifəti, geniş alnı, parlaqlığı ilə 
həmin qatışıqsız duz sallarını gözlərimin önünə gətirirdi. Və 
mən Vaqifdə bir duz şəffaflığı, duz ağlığı görürdüm. Tanrı ona 
uca boy, mütənasib bədən, qürurlu görkəm vermişdi. Təbiətən 
qürurlu olmağı da onun möhtəşəm formasına dolğun bir 
məzmun bəxş edirdi.  
Vaqif şair idi. Özü də Məmməd Araz ədəbi məktəbinin artıq 
ustadlıq mərhələsinə yetmiş müdаvimi idi. Hərdən mənə elə 
gəlirdi ki, Vaqifin bircə şerindən də ayrıca bir kitab yazmaq olar. 
Onun hər bir şerində dəqiq poetik obrazlar, yetkin və dolğun 
fikirlər zəngin ictimai məzmun daşıyır. Təkcə ayrı-ayrı şeirlər 
deyil, həm də bəndlər və misralar da ayrlıqda götürəndə dil açıb 
danışır. Vaqifə yazdığım məktublardan birində bu münasibətimi 
bildirməyə çalışmışdım: “Necə dəqiq həyat müşahidələri, necə 
həyatın bənzərsiz anlarını tapıb şeirə gətirmək gücü və bir çox 
hallarda, nadir poetik örnəklərlə heyrət yaratmaq gücü varmış 
sənin poeziyanda!”  
Əlbəttə, ictimai məzmun daşıyan şeirlərin hər birisi qayğı 
ilə təhlilə möhtacdır. Bəlkə, elə yurddan küsüb gedəni bir vaxt 
yurdun ahı tuta biləcək adamları günahdan qorumaq üçün sənin 
poetik örnəklərini təhlilə çəkmək, fikirlərin alt qatında yatan 
mənaların dərinliyinə varmaq və bununla da şair intuisiyası ilə 


Vaqif Məmmədov xatirələrdə 
 
93
sözə çevrilən, zaman-zaman öz gücünü və qüdrətini saxlayan 
hökmləri zəmanənin üzünə oxumaq bəs eləyərdi. Bu mənada, 
sənin yazığın gələn kişilərin ünvanı nə qədər dəqiqdir:  
 
Əzmindən alçalıb, enən də kişi, 
Xəbis tənəsindən sönən də kişi. 
Çörək ağacına dönən də kişi, 
Mənim kişilərə yazığım gəlir. 
 
Adam qorxur ki, verəcəyin izahat bu misraların siqlətini 
daşımaya bilər. Dəhşətli bir həyat mənzərəsi kimi zaman boyu, 
zamanın üzünə lənət oxuya biləcək İlahi qüdrət var bu misralarda. 
elə yeri gəlmişkən, onu da deyim ki, xalq yaradıcılığı ənənə-
lərinin, klassik dəyərlərin əleyhdarları kor olmuş batinini gözlərilə 
bircə dəfə bu mənzərəni görə bilsəydilər, nitqləri tutulardı, 
qələmləri əllərindən düşərdi” (“Kredo” qəzeti №6(626), 12 fevral 
2011-ci il). Budur, mənim Vaqif poeziyasına ədəbi münasibə-
tim... Vaqif Allah vergisi olan şair idi. Elə ona görə də onun istər 
şəxsi həyatı, istərsə də ədəbi-mənəvi həyatı sözə bütün gücü ilə 
gəlir, söz o qədər durula-durula gəlir ki, sanki dağdan-daşdan sü-
zülən bulaq suyu gəlir, bu, Vaqifin özünün ruhu deməkdir. Bakı-
ya gələndə mütləq redaksiyaya baş çəkirdi. Bəlkə, elə də artıq 
olmayan imkanından qəzеtə də pay ayırırdı. Mən deyə bilmərəm 
ki, yaradıcılığı, ədəbi taleyi ilə bağlı qeydlərimdə onu nə qədər 
sevindirmişəm... Amma, o, məni daha çox sevindirib: haqqında 
yazdığım yazıları toplayıb özünün rəhbərlik elədiyi “Qeyrət” 
nəşriyyatında “Vaqifliyin poetik sirri” adı ilə kitabçа çap etdirib. 
Kitabçаnın adını elə mənim məqaləmin adından götürüb. Yazı-
ların kitabçа halında nəşri müəllifi nə qədər sevindirir, bunu hər 
kəs özü yaxşı bilir. Ancaq məni daha çox sevindirdi. Ona görə ki, 
kitabçаnı poçtla alanda gözlərimə inanmırdım. Bir də bu sevincin 
tərs üzünü Vaqif mənə təzədən yaşatdı – ölüm xəbəri ilə. İnan-
madım, təkrar-təkrar soruşdum. Təəsüf ki, xəbər doğru idi. Ötən il 
dərc olunan “Söz və Qan” kitabımda Vaqifin yaradıcılğına bir də 
qayıtmışdım. “Vaqif Duzdağın şəhid şeri” adı ilə.  


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə