Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə35/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   31   32   33   34   35   36   37   38   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
121
lərinin, tələbələrin iştirak etdiyi tədbirdə İ.Həbibbəyli Vaqif Məm-
mədovun yaradciliğından, qazandığı uğurlardan söz açdı, onun 
bütün sahələrdəki fəaliyyətini şərh etdi. İsa müəllimin redaktorluğu 
ilə universitetdə fəaliyyət göstərən televiziya studiyasının əmək-
daşları tərəfindən hazırlanmış filim Vaqif Məmmədovun həyat və 
yaradcılığını bütövlükdə əks etdirdi, onun sözlərinə bəstələnmiş 
mahnılar səsləndirildi. Hörmətli akademikin Vaqif müəllimin 
yaradcılığına məhəbətinin nəticəsidir ki, 2008-ci ildə “Çənlibel” 
nəşriyyatında, “Sənətə Vaqiflik” adlı kitabı çap olundu. 
Qeyrət” nəşriyyatındakı iş otağı onun qələm yoldaşlarının 
ən çox sevdikləri yer idi. Naxçıvan televiziyasında aprdığı 
“Çinar ömrü” ədəbi-bədii verilişin senariləri yazılardı, “Çinar 
ömrü” toplusunun əlyazmaları bu otaqda oxunardı. Bu otaqda 
“hədiyyələrimiz” də olurdu. Yeni nəşr olunan qəzet və jurnalları, 
toplu və kitabları bizə hədiyyə edərdi. Hətta, xəbərimiz olmadan 
şeirlərimizin  qonşu Türküyə, İran, Rusiya və digər dövlətlərin 
mətbuat səhifələrində çapına nail olardı.   Ankara şəhərində dərc 
olunan “Gümüş kalem” jurnalının 2010-cu il 10-cu sayı dedik-
lərimizə nümunədir. 
 
Gümüşkalem”e Nahçıvandan mektub 
 
Sayın Mehmet bey  merhabalar! 
Azerbaycan”a bağlı kadim Nahçıvan diyarı, nahçıvan”ın 
Sederek ilçesi ve Türkiyenin Iğdır vilayetiyle karadan 11 kilometre 
sınırda bulunmaktadır. Nahçıvan toprağı Azerbaycan  tarihine 
Ecemi Abubekir oğlu qibi mimarlar, Behruz Kengerli qibi 
ressamlar, Celil Memmedkuluzade, Memmed Seid Ordubadi, 
Hüseyn Cavid, Memmed Araz qibi yazarlar, Haydar Aliyev qibi  
siyasetçiler kazandırmışdır. 
Nahçıvan”da Azerbaycan Yazarlar Birliği”nin 70-e kadar 
üyesi var.  Üyeler arasında Doc.Dr Haneli Kerimli 1951 yılında 
Nahçıvan”ın Şahbuz rayonunun  Mahbudoba köyündə anadan 
olub. Nahçıvan Devlet Universitesi”nin “yabancı öğrenciler 
bölümü” başkanı olarak hizmet vermektedir. Haneli Kerimli”nin 


Vaqif Məmmədov xatirələrdə 
 
122
“Ay işığında”,“Anamdan Mektub”, “Bu da Bir Nağıldı”? “Mene 
ele gelir ki...” kitabları basılıp. 
Asim Yadigar Şerurun Püsyan köyündə anadan olub. İhtisasca 
Azerbaycan dili ve edebyatı öğretmenidir. Evveller orta okul 
öğretmeni, sonralar yıllarca Nahçıvan Devlet televiziyonunda 
redaktor, haliyede Nahçıvan Yazarlar Birliği başkanı olarak 
çalışmaktadır. Bir kaç kitabın müellifidir. 
İbrahim Yusifoğlu geniş sanatkarlık diapozonuna malik bir  
yazardır. 1954 yılında Şerurun Ahura köyündə anadan olub. 35 
yıldır Şerur ilçe Milli Eğitim şubesinde mesul vazifelerde çalışıyor. 
25-ten fazla  şiir ve publisistik kitabın yazarıdır.,  
Nahçıvan edebi mühitinin  nümayendelerinden olan  Haneli 
Kerimli”nin, Asim Yadigar”ın, Ve İbrahim  Yusifoğlunun eserle-
rinden şiir örenklerini “Gümüşkalem” dergisine gönderiyorum. 
 
Sayqılarla, Vaqif Memmedov 
Azerbaycan/Nahçıvan, 2010-cu il 
 
Vaqif Məmmədovun bu məktubundan sonra “Gümüş ka-
lem” jurnalının növbəti 11-ci sayında Xanəli Kərimlinin, Asim 
Yadigarın, İbrahim Yusifoğlunun şeirləri türk dünyasının şeir 
sevərlərinə çatdırıldı. Belə xeyirxah işlərdə müəlliflərdən daha 
çox sevinən Vaqif Məmmədov olurdu. 
Vaqif Məmmədovla birgə Azərbaycan müəllimlərinin və 
yazıçılarının qurultay nümayəndəsi və iştirakçısı  olmuşuq. 2004-
cü ilin sentyabr ayında anadan olmağımın 50 illik yubleyi 
münasibətilə Şərur şəhərində təşkil olunmuş tədirdə Muxtar 
Respublikanın yaradıcı adamları ilə birgə Vaqif müəllim də 
iştirak edirdi. Tədbirdə çıxış edən V. Məmmədov bu gün mənim 
üçün əziz olan “Səni kövrəldəcək kədər qalmadı” şeirini oxudu və 
bu şeiri sonradan “Şirvannəşr” də (2008) çap etdirdiyi “Seçilmiş 
əsərləri”nin birinci cilidində oxuculara təqdim etdi. 
Ömrünün 65 illiyinə həsr etdiyi “Bir ömür yaşadım...” kita-
bında şair özü-özündən soruşur: “Necə keçib ömrüm, nə etmişəm, 
nə iz qoymuşam bu 65 ildə?...” 


Vaqif Məmmədov xatirələrdə 
 
123
Biz bu gün fəxrlə deyirik: – Sən çox xeyirxah işlər görmüsən, 
ədəbi nümunələr yaratmısan, əziz qardaşım! Sən şairsən, publisist-
sən, alimsən, naşirsən, müəllimsən, atasan, babasan, dostsan və ən 
vəfalı, sədaqətli ömür yoldaşısan. Sən dünyanın yaxşı nəyi varsa 
onlara layiq idin, bircə ölümə layiq deyildin. Ulu Tanrıdan gələn bu 
qismətin qarşısını kəsməkdə hamı acizdir. Axı sən, qəlbinlə, ruh-
unla Allah adamı idin və onun hər bir qismətini qəbul edərdin .... 
Pərən-pərən düşmüş fikirlərimi “Ən uca zirvəsən....” seirim-
də bir yerə toplayıb yenidən, sənə oxumaq istəyirəm: 
 
Bir yol başlamışdın üzü sabaha, 
Gördün bu yollarda duman, çəni də. 
Şöhrət zirvəsinə çatmışdın daha, 
Dedin, “yaşadacaq bu yol məni” də. 
Açdın ürəyini kağız, qələmə, 
Ellərə, yayıldı qəlbinin səsi. 
Oğuz torpağında ad verdi sənə, 
“Daşkənd axşamları”müsabiqəsi. 
Neçə yad ölkənin qonağı oldun, 
Keçdin Araz adlı talesiz çayı. 
Belarus kəndində kövrəlib-doldun, 
Ağıya çevrildi “Xatın harayı”. 
Bu haray dərd idi, içindən gələn, 
Bu haray gec  çatdı bizim ellərə. 
“Sədərək harayı” qəmlə ələnən, 
Döndü göz yaşına, axdı qəlblərə. 
Ən ağır günlərdə böyük dözümlə
Çəkdin hər bir kəsin dərdi-sərini. 
Gəzdin səngər-səngər, görüb gözünlə, 
Tanıtdın “Sədərək şəhidləri”ni. 
Bilirəm, işlərin çoxalıb yaman, 
Alimsən, şairsən, naşirsən indi. 
Səni xatirəyə daldırdı zaman, 
“Ata ömrü” adlı yazdın bir inci. 
 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə