Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə33/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   29   30   31   32   33   34   35   36   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
113
üçün bu gün, bu doğum günündə sənə minnətdarlığımı bil-
dirirəm, Vaqif müəllim!!! İndi həm həyatda, həm sənətdə, həm 
də işdə sənin yerin görünür. İndi dərdlər şahə qalxıb məni bo-
ğanda dərdləşmək üçün qeyri-ixtiyari sənin nömrəni yığıram... 
Ancaq nömrə cavab vermir... İndi şeirlərimi oxumaq üçün “ilk 
oxucu” problemi ilə tez-tez qarşllaşıram. Hələ mətbəədə yaranan 
problemlərin həllində çəkdiyim çətinlikləri demirəm... Bir sözlə, 
yerin yaman görünür, mənim ağsaqqal dostum! Yerin yaman 
görünür...  


Vaqif Məmmədov xatirələrdə 
 
114
İbrahim Yusifoğlu 
“Şərur” Ədəbi Birliyinin rəhbəri
şair-publisist 
 
BİR ÖMÜR YAŞADIN 
Qələm dostumuz Vaqif Məmmədov haqqında                                 
kövrək xatirələr 
 
O vaxt ömrümüzün bahar çağıydı. O vaxt günəşin doğma-
sını, yağışın yağmasını, bülbülün baxışından, qızılgülün pardax-
lanmasını qəribəliklə süzər, qəlbimizin hərarətilə şeirə çevirər-
dik. Şagird dəftərinin vərəqlərinə köçürdüyümüz bu şeir parça-
larını Şərur rayonunda dərc olunan “İşıqlı yol” (“Şərurun səsi”) 
qəzetinin nəzdində fəaliyyət göstərən “Şərur qönçələri” (indiki 
“Şərur Ədəbi Birliyi”) Ədəbi Birliyinin məşğələlərində ürək 
çırpıntısı ilə oxuyardıq. Sonra gözlərimiz məşğələlərdə iştirak 
edən istedadlı şairlərə, tənqidcilərə dikilərdi, onların xoş sözləri 
ilə yanaşı, iradlarını da eşidərdik. Ədəbi Birliyin məşğələlərində 
Vaqifin oxuduğu şeirlər dinlənilər, birlik üzvlərinin yazıları 
haqqında söylədiyi fikirlər razılıqla qarşılanardı. O, həmişə gənc 
yazarlardan öz qayğısını əsirgəməzdi. Elə ona görə də həyatı 
gördüyü kimi qələmə alar, hər bir şeirinin tablosunu yaradardı. 
“Şərur” Ədəbi Birliyində oxunub bəyənilən və “İşıqlı yol” qəze-
tində çap olunan yazıların içərisindən Vaqif Məmmədovun 
“Gün buralara, kölgə dağlara”, ”Kəndə gəlmişəm”, ”Belə yerdə 
nə var şair olmağa”, “Ürəyimə təkcə Vətən yerləşir” kimi şerlə-
rini seçər və əzbərləyərdik. Yaradcılığı ilə heç vaxt öyünməzdi. 
Çox istəyərdi ki, birlik  üzvlərinin hamısı onun oxuduğu şerlər 
haqqında fikirlərini söyləsinlər. Deyilənləri dinləyər, yerli-yersiz 
etiraz etməzdi.  
Vaqif Məmmədov ömrünün 67-ci baharını yaşadı. Bu baha-
rın 52-nin şahidiyəm. Onun poeziya baxçasında çiçəkləyən hər 
bir ağacın, hər bir gülün ətrini iyləmişəm. İlk şeiri dərc olunan 
“İşıqlı yol” qəzetindən tutmuş, müxtəlif toplu və almanaxlardakı 
yazılarını, ilk kitabı olan “Yaşadacaq bu yol məni” dən, “Seçil-


Vaqif Məmmədov xatirələrdə 
 
115
miş əsərləri”nə və 65-yaşına həsr etdiyi “Bir ömür yaşadım” 
kitabına qədər hamısını oxumuşam. Elimizin-obamızın gözəllik-
lərini, adət-ənənələrini şeir və poemalarında tərənnüm edən 
V.Məmmədovun poeziyası səma kimi açıq, bulaq suyu kimi saf 
və durudur. O, doğma yurdu Odlar diyarı Azərbaycanla, onun 
ayrılmaz bir parçası olan Naxçıvanla həmişə fəxr etmişdir. 
1970-ci ilin sonlarında Şərur rayonunun ən gözəl kəndlərindən 
olan Axurada müəllim işləyirdim. İlin bahar çağında “Şərur 
qönçələri” Ədəbi Birliyinin üzvlərini bulaqları çağlayan, dörd 
bir yanı yaşıl ormana bənzəyən kəndimizə qonaq dəvət etdim. 
Bulağın saf suyundan içən, dağları, düzləri, bağları seyr edən 
V.Məmmədov üzünü mənə tutub “Belə yerdə nə var şair olma-
ğa” dedi və bu misra dillər əzbəri olan şeirə çevrildi. Onun bu 
səmimi misraları bu gün də hər birimizin sevdiyi şerlərdəndir: 
 
Azərbaycan –yarı nəğmə, yarı söz. 
Hər qarışı yarı torpaq , yarı söz, 
Bir diyar ki, yarı halal, yarı düz, 
İstəyi yox yaddan tikə almağa, 
Belə yerdə nə var şair olmağa? 
 
Vaqif Məmmədovun rəngarəng yaradcılığında Naxçıvan 
Muxtar Respublikasının hər güşəsinə gözəl və poetik şerlər həsr 
edilmişdir. “Gəmiqayada düşüncələr” silsiləsindən olan şeirləri 
daha mənalı, daha  oxunaqlıdır. Yaxşı yadımdadır, 2002-ci ildə 
Vaqif Məmmədov Gəmiqayada aparılan tədqiqat işləri ilə tanış 
olduqdan sonra, sanki, qəribə bir aləmə düşdüyünü heyranlıqla 
danışırdı. Az bir müddətdə biz onun bu mövzudakı silsilə şeirlə-
rinin oxucusu olduq: 
 
Dəli çeşmə dəli kimi çağladı, 
Nəbi yurdu qəribsədi, ağladı, 
Baldırğanlar Sirrançayı bağladı, 
Bir zirvəyə həvəs duydum özümdə, 
“Gəmiqaya” misralandı gözümdə. 


Vaqif Məmmədov xatirələrdə 
 
116
Vaqif Məmmədovun yaradıcılıq coğrafiyası təkcə doğma 
respublikamızın  hüdudları ilə bitmir. Azərbaycanımızın “Qeyrət 
qalası” Sədərəkdən yüksələn bu səs Türkiyədə, İranda, İraqda, 
Özbəkistanda, Ukraynada, Belarusiyada, Bolqarıstanda, Yunan-
standa, Almaniyada, ABŞ-da səslənmiş, müxtəlif mətbuat səhi-
fələrində çap olunmuşdur. Şairin adları qeyd olunan ölkələrə 
səyahətlərinin poetik təəsüratları, həmin ölkələrin tarixi, mədə-
niyyəti, insanların duyğu-düşüncəsi, adət-ənənələri yazdığı şeir-
lərdə öz əksini tapmışdır. “Elləri gəzə -gəzə”, ”Salam, Oğuz 
elləri”, “Ustad Şəhriyarın yüz illiyinə”, “Səmərqənddə”, “Kər-
bəlada düşüncələr”, “Salam, İstanbul” kimi şeirləri məhz səya-
hətlərinin məhsuludur. 
 
Daşkənddə bir çiçək dərmək istədim, 
“Əkə” söylədilər, gülüş, səs oldu. 
Burda tarixləri görmək istədim
Bircə Buxaranı gəzdim, bəs oldu. 
 
Özbəkstan respublikasına, onun paytaxtı Daşkəndə həsr etdi-
yi şeirlər Vaqif Məmmədova böyük şöhrət gətirmişdir. “Şərur 
qönçələri” Ədəbi Birliyinin üzvü olan qələm dostumuz 1983-ci 
ildə Özbəkistanda keçirilən “Daşkənd təranəsi” Beynəlxalq poezi-
ya günlərinin qalibi olmuşdur. Belə yüksək müsabiqələrin laureatı 
olmaq qələm sahibindən çox böyük istedad tələb etdiyindən Vaqif 
müəllimlə birgə onun qələm yoldaşlarının da sevincinin həddi-
hüdudu yox idi. “Taşkent okşamı” qəzetinin baş redaktoru 
Ş.Ubaydullayev qəzetin 09.09.1983-cü il tarixli sayında yazırdı: – 
Daşkəndin 2000 illiyi münasibətilə keçirilən “Daşkənd təranəsi” 
müsabiqəsinin poeziya üzrə qalibi Vaqif Məmmədovun şeirlərin-
də özbək xalqının milli ənənələri, milli koloriti yaşayır. Onun 
“Daşkənd böyük eldi” silsilə şeirlərində həqiqi mənada Daşkən-
din böyüklüyü, ululuğu və müqəddəsliyi əks olunur. Bu şad 
xəbəri mən “İşıqlı yol”, “Şərq qapısı” qəzetləri ilə birgə “Azər-
baycan müəllimi” qəzetində də geniş şəkildə oxuculara çatdırdım. 
1994-cü ildə Vaqif Məmmədova daha böyük etimad göstərildi. O, 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə