Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə31/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   27   28   29   30   31   32   33   34   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
105
madı. Onun qəfil ölümü Naxçıvan ictimaiyyətini, universitet 
kollektivini, tələbələri, bir sözlə, onu tanıyanların hamısını 
dərindən sarsıtdı. Fədakar pedaqoq, təcrübəli mətbəə işçisi, şair-
publisist, vətənpərvər insan Vaqif Məmmədov aramızda olmasa 
da, onun əməlləri və xoş xatirələri daima bizlərin qəlbində 
yaşayacaq. Onun “o dünya”sı da, “bu dünya”sı kimi nurlu və 
ibrətamiz olacaq. 


Vaqif Məmmədov xatirələrdə 
 
106
Əli Cabbarov 
 İqtisad üzrə fəlsəfə doktoru, dosent 
  
XEYİRXAH ƏMƏLLƏRİ İLƏ YADDAŞLARDA 
DƏRİN İZ QOYMUŞ ALİM-ŞAİR 
 
Bəzən bir yazıya başlamaq üçün günlərlə zaman keçsə də, 
elə mövzular vardır ki, onlar haqqında söhbətə başlamaq üçün 
bir anlıq kövrək duyğudan qopan kiçik qığılcım da yetər. Vaqif 
müəllim haqqında yazmaq istədiyim kəlmələr əslində bir ali 
təhsil müəssisəsində yenicə işə başlamış bir gəncin yaddaşında 
möhkəmcə özünə yer salmış ilk xatirələrdir. Bundan 17 il əvvəl 
Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” fakültəsində 
müəllim kimi fəaliyyətə başladığımda Vaqif müəllim burada ilk 
tanış olduğum insanlardan biri olub. Üzündə qayğılı siması olan, 
ancaq hər gün hamı ilə səmimi salamlaşıb, görüşən bir müəllim 
kimi yadımda qalıb. Universitein əsas korpusunda yerləşən 
“Qeyrət” nəşriyyatının direktoru vəzifəsində işləyən Vaqif müəl-
limin əslən Sədərəkdən olduğunu biləndə onunla yaxınlığım bir 
az da artmışdı. Yaxşı xatirimdədir, düşmənlərimizin Ağrı dağına 
olan iştahasını ifşa edən bir yazı materialımla bağlı Vaqif müəl-
limlə də birgə müzakirələr aparmışdıq. Sonra həmin araşdırma-
larımı bir az da dərinləşdirib “Respublika” qəzetinin 12 may 
2004-cü il nömrəsində çap etdirdim. Şübhəsiz, bu o zaman 
mənim üçün çox böyük uğur idi. İndi də şəxsi arxivimdə ayrıca 
bir bölümdə saxladığım həmin qəzetdəki məqaləmin sevincini 
rəhmətlik Vaqif müəllimlə də paylaşmışdım.  
Vaqif müəllim ixtisasca tarixçi idi. Amma bir iqtisadçı kimi 
mənim onunla yaxınlığım rəhmətlik atamın da tarixçi olmağı və 
xüsusən Azərbaycan tarixinə dair bilmədiklərimə olan marağım 
idi. Xüsusən, 1990-cı ilin 20 yanvar hadisələri ərəfəsində Sədə-
rəyə düşmən hücumu zamanı sədərəklilərin, naxçıvanlıların qəh-
rəmanlıqları haqqında onun xatirələrini üzbəüz dinləmək mənim 
üçün çox qiymətli anlar olub. Səhv etmirəmsə, 2012-ci ilin 
yanvar ayında onunla iş otağında görüşüb bu mövzuda yenicə 


Vaqif Məmmədov xatirələrdə 
 
107
rəsmi əməkdaşlığa başladığım “Şərq qapısı” qəzeti üçün müsa-
hibə almışdım. Yaxşı da alınmışdı.  
Vaqif müəllimin dissertasiya müdafiəsindəki iştirakım bu 
nəcib insanla bağlı ən yaddaqalan xatirlərimdən biridir. Dəqiq 
olaraq hansı ildə olduğunu deyə bilməsəm də, 2000-ci illərin 
əvvəlində keçirilmiş bu müdafiə çox uğurla keçdi. Həmin elmi 
məclisin sonunda universitetin rektoru, akademik İsa Həbibbəy-
linin Vaqif müəllmin elmi, pedaqoji və poetik fəaliyyəti barədə 
dediyi xoş sözləri çox yaxşı xatırlayıram. 
Vaqif müəllimlə əslində üzbəüz və sosial şəbəkə vasitəsilə 
tez-tez görüşür və əlaqə saxlayırdıq. Şeirlərini oxumaq, onunla 
ünsiyyət saxlamaq xüsusilə xoş idi. Şeirləri ilə ürəyimizdən xə-
bər verir, bəzən bunu bizə də etdirirdi. Bu yazını işləyərkən keç-
mişə, 12 aprel 2015-ci il tarixinə qayıtdım. O vaxt, ilk baharda 
kəndimizdə təzə boy atmış gözəl bənövşə şəkillərinə  bir bənd 
şeir yazmağı xahiş etmişdim sosial şəbəkə vasitəsilə. İnanın bir 
neçə dəqiqə sonra “Əli müəllim, nə sənin sözündən çıxmağa, nə 
də bu gözəlliyə bir bənd şeir yazmamağa haqqım yoxdur” -deyə, 
cavab verdi, Vaqif müəllim: 
 
Bu da bir ömürdü, bu da həyatdı, 
Boylanır göz ilə qaş arasında. 
Kükü bənövşəsi nə tez boy atdı, 
Sal qaya üstündə, daş arasında. 
 
Boynubükük yaz bənövşəsinə deyilmiş bu kəlmələr o 
zaman mənə çox təsir etdi. Və bir xeyli fikirləşib:  
 
Şair qəlbli dost, bir nəğmə söylə, 
Ağlasın bənövşə yaş qarasında. 
Ətrindən məst olub, solmasın deyə. 
Oxşayıb saçını xoş darasın da. 
 
– deyərək, birtəhər düzüb-qoşmağa çalışdım.  
 


Vaqif Məmmədov xatirələrdə 
 
108
Vaqif müəllimin cavabı gecikmədi. Dərhal cavab yazdı: 
 
Bənövşə gözünü yola dikdi ki
O yolda nə ağrı, nə də acı yox. 
Bənövşə elə bir gözəllikdir ki, 
Bəzəyə-düzəyə ehtiyacı yox. 
 
Vaqif müəllim bəzəyə-düzəyə ehtiyacı olmadan, sadə, və-
tənpərvər bir insan ömürü yaşadı. Sadəlikdən uzaq olan insanlar-
dan xoşlanmazdı. Yadımdadır, 2014-cü ilin yayında 14 il işlədi-
yim universitetdən ayrılarkən ən son onunla otağında görüşdüm. 
Yenə həmin qayğılı baxışlarla mənə son sözü: Əli, sən getdin, 
bəs biz nə edək? – oldu.  
Dünyasını dəyişmədən  öncə, təqribən bir il əvvəl, tarixçi 
alimlərlə bərabər bizim kəndə, Küküyə, rəhmətlik atamın yas 
mərasiminə də gəlmişdi Vaqif müəllim. Nə qədər uzaq yerdə 
olsa da belə məclislərdən qalmazdı. Kim bilirdi ki, həmin qarlı 
yanvar günündə bu mənim üçün Vaqif müəllimlə son görüşü-
müz olacaqdı. Daha sonra…  
2016-cı ilin bir fevral günü dostlarımızın paylaşdığı acı 
xəbəri göz yaşı içində oxudum. Hər kəsə nəsib olmayan nəcib-
liklə yaşayıb, fəaliyyət göstərmiş müəllimimiz, dostumuz Vaqif 
Məmmədov Bakı şəhərində Allahın rəhmətinə qovuşmuşdu. 
Ağır xəstəlikdən əziyyət çəkmiş  Vaqif müəllimi  saglığında 
ziyarət edib, görə bilmədiyim üçün çox sarsıldım. 6 fevral 2016-
cı il tarixdə göz yaşı içində yaza bildiklərim indi mənim üçün  
bir təsəllidir. Allah rəhmət eləsin!  


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə