Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə32/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   28   29   30   31   32   33   34   35   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
109
Həbibə Allahverdiyeva 
Naxçıvan MR Ali Məclisinin deputatı 
Naxçıvan Muxtar Respublikasının 
 Əməkdar rəssamı 
 
HƏYAT RƏNGLƏRİNİ DUYAN ŞAİR 
 
Həyatda elə insanlar var ki, nə qədər ömür yaşamağına bax-
mayaraq öz xarakteri və əməlləri ilə ürəklərdə, yaddaşlarda elə 
gözəl, dərin izlər salır ki, insan həyatı boyu yaddan çıxara bil-
mir. Vaqif müəllim də elə insanlardan idi.  
Hələ tələbə olarkən tanıyırdım Vaqif müəllimi. 2002-ci ildə 
Naxçıvan Dövlət Universitetində keçirilən ilk fərdi sərgimdə. 
Çox səmimi, sadə, qayğıkeş insan idi. Sonralar onu NDU-da pe-
daqoji fəaliyyətimdə daha çox tanıdım. Ondan “Şəxsiyyətinizə 
çox böyük hörmətim var” ifadəsini dəfələrlə eşitmişdim. Yara-
dıcılğıma yaxından maraq göstərirdi. Artıq “Rənglərin sehri” 
albom-katoloqum işıq üzü görəndə, ona da hədiyyə etdiyimdə 
çox sevinmişdi. Mənə dedilər ki, Vaqif müəllim kataloqdakı 
əsərlərimi iş yoldaşları ilə saatlarla baxıb, öz fikirlərini onlarla 
bölüşüb, müzakirə edib. Sonra mənim və yaradıcılığım haqqım-
da geniş, maraqlı məqalə yazıb “Palitra” və “İki sahil” qəzetlə-
rində çap etdirmişdi. Bu Naxçıvan MR B. Kəngərli adına sərgi 
salonunda keçirilən fərdi sərgim ərəfəsində, 2011-ci ilin noyab-
rında idi. Sərgimdə drektoru olduğu “Qeyrət” nəşriyyatının kol-
lektivini də özü ilə gətirmişdi. Ad günündə onun kompazisiyalı 
portretini işləyib, hədiyyə etdim. Ona görə kompazisiyalı portret 
janrına müraciət etdim ki, burada onun xarekterindəki sadəlik, 
qayğıkeşlik, hümanistlik, vətənpərvərlik, zəhmətkeşlik kimi 
xüsusiyyətlərlə yanaşı, onun həyat və yaradıcılığından da bəzi 
lövhələri göstərə bilim. 
Onun yaradıcılığı ilə yaxından tanış idim. Şeirlərində dərin 
məzmunlu, fəlsəfi fikirlər vardır. Məhz bunun üçün də, onun 
əsərlərini çox bəyənirəm. Növbəti şerlər kitabını nəşr etdirmyə 
hazırlaşırdı. Kitabın adı “Dənizə qar yağırdı” olacaqdı. Kitabın 


Vaqif Məmmədov xatirələrdə 
 
110
rəssamı olmağımı iştəmişdi: “Sizin yaradıcılıq xüsusiyyətinizi, 
dəsti-xəttinizi o qədər bəyənirəm ki, istəyirəm bu kitabın üz 
qabığında, məhz, sizin yaradıcılığınızdan parçalar olsun” Məm-
nuniyyətlə qəbul etdim və bir neçə günə “Dənizə qar yağırdı” 
şerinə uyğun eskizləri hazırladım, müzakirə etdikdən sonra 
yekun variantı işləməyə başladım. Kitabın cildi üçün, bundan 
əlavə, bəzi şeirlərə çəkilmiş illüstrasiyalar şairin ürəyincə olmuş-
du, çap olunduğu nəşriyyat tərəfindən də çox bəyənildiyini 
həvəslə danışırdı. 
Neçə vaxt idi görünmürdü. Sonra xəstə olduğunu öyrəndim. 
Çox narahat oldum... Zəng etdim. Vaqif müəllimin oğlu cavab 
verdi, onun Bakıda əməliyyat keçirdiyini, vəziyyətinin yaxşı 
olduğunu dedi. Onu tezliklə universitetdə görəcəyimizə şübhə 
etmirdik. Naxçıvan Dövlət Universitetində, nəşriyyatda, keçiri-
lən tədbirlərdə görməyə öyrəşmişdik...yenidən hal-əhval tutma-
ğa, söhbət etməyə, ondan məsləhət almağa, bəzən hətta dərdləş-
məyə...  
O qədər döğma, insan idi ki, aramızdan cismən ayrılığı 
böyük itki oldu. Artıq indi şeirləri təsəllidi... 
 


Vaqif Məmmədov xatirələrdə 
 
111
Qafar Qərib 
“Tusi” nəşriyyatının direktoru,  
“Nuh yurdu” qəzetinin redaktoru
şair-publisist 
 
MƏRHUM QƏLƏM DOSTUMUZ VAQİF 
MƏMMƏDOVA... 
 
Yaşasaydın bu gün 69 yaşını qeyd edəcəkdik... Daha doğru-
su, qeyd edirik... Amma Sənsiz... Tanrı növbəti dəfə dost itkisi 
ilə bizi sınağa çəkdi. Əhliman Ərəfsəli ilə başladı bu itkilər, 
Elman Həbiblə, Rafiq Babayevlə, səninlə davam edir, təəssüf 
ki... İtirə-itirə gedirik... Kim qaldı ki, Səndən sonra?! Dərdimi 
bölüşməli, ürəyimi açmalı, yazdığım şeirlərə rəy almalı elə bir 
yaxınım qalmadı səndən sonra... Bizim tanışlığımızın 20 illik 
tarixçəsi var idi. Universitetin birinci kursunda təhsil alanda, 
1996-cı ildə şəxsən tanış olmuşdum səninlə-1990-cı ilin qanlı 
hadisələri fonunda adını tez-tez eşitdiyim şair döyüşçü ilə... O 
vaxta kimi qəzetlərdən tanıyırdım Səni... Düşünürdüm ki, əsl və-
tənpərvərlik şeirlərini ancaq səngərdə yazmaq olar-Sənin kimi... 
Ancaq hələ 14 yaşım var idi onda... Sənin yazdığın səngər 
şeirlərindən ilhamlanıb bir şeir də yazmışdım o zaman:  
 
Səngərim masadır, silahım qələm, 
Bu gün çoxlarıyla yürüşməkdəyəm... 
Öz doğma qardaşım kalaşnikovla,  
Mənsə sözlərimlə döyüşməkdəyəm. 
 
Fabrik də, zavod da bu gün cəbhədir  
O da fəhlələrin öz cəbhəsidir.  
Bir kiçik vətəndə yüz-yüz cəbhə var  
Bizim də cəbhəmiz söz cəbhəsidir.  
 
Sən isə o zaman hər iki cəbhədə eyni anda, eyni fədakarlıqla 
döyüşürdün. Həm döyüş, həm də söz cəbhəsində... Döyüş dost-


Vaqif Məmmədov xatirələrdə 
 
112
larını öz şeirlərinlə o vaxt döyüşə necə ruhlandırdığını hamı 
yaxşı bilir. Evini döyüşçülərin qərargahına çevirməyin də hamı-
ya yaxşı məlumdur... Ancaq vətəni canından əziz bilənlər bu cür 
edə bilər, bu cür ola bilər həyatda... Sən elə bu keyfiyyətlərinlə 
deyərdim ki, uşaqlıqdan mənim idelaıma çevrilmişdin... Mən 
sənə “Sən” deyirəm... Çünki, mən 20 yaşımda səninlə tanış olan-
da, kəskin yaş fərqimizə baxmayaraq, mənə elə ilk günlərdən öz 
yaşıdın kimi münasibət bəslədin... Siz digər müəllimlərim kimi 
mənə tələbəniz kimi yox, həmyaşıdımız kimi, dost kimi, sənət 
yoldaşı kimi münasibət bəslədiniz. Daha sonra rəhbəri oldu-
ğunuz ədəbi dərnəkdə mənə əsl sənət dərsi verdiniz. Universitet 
qəzetində ilk şeirimin çap olunması da, dərnək üzvlərinin şeirləri 
toplanan ilk almanaxda şeirimin yer alması da sənin adınla 
bağlıdır. Bunu heç vaxt unutmaram. Sən həm də mənim mənəvi 
baxımdan oxşamaq istədiyim bir insan, sənət adamı idin. O 
zaman Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri 
olan Xalq yazıçısı Hüseyn İbrahimov mənimlə söhbətlərinin 
birində demişdi ki, Vaqif Məmmədov şairlər içində ən abırlı 
insandır və bu cəhətdən mən səni ona çox oxşadıram. Mən də 
cavabında demişdim ki, o, həqiqətən də, mənim sənətdə və 
həyatda oxşamaq istədiyim insandır. Yəqin ki, bu istəyim və 
onunla olan dostluğum hardasa öz işini görüb... Sən həm də 
həyatda yol yoldaşı olduğum ən yaxşı yoldaşlarımdan biri idin. 
Həm Azərbaycan Yazıçılar Birliyinin qurultaylarında, həm Dün-
ya Azərbaycanlılarının qurultaylarında, həm də bir neçə ölkəyə 
olan səfərlərimizdə sənin necə bir yaxşı yoldaş olduğunu gör-
müşdüm. Sənin qayğıkeşliyin, diqqətin, səmimiyyətin heç vaxt 
yadımdan çıxmayacaq. Yaxşı yadımdadır... Universitetin sonun-
cu kursunda oxuyanda məni yenicə yaranan “Qeyrət” nəşriyya-
tında işə dəvət etdin. Ancaq o vaxt mənim müəllimlik peşəsinə 
olan marağım məni üstələsə də, çox çəkmədi ki, sənin yolunu 
tutdum. Rəhbəri olduğum “Tusi” nəşriyyatında işlərin qaydaya 
salınmasında mənə öz köməyini əsirgəmədin. Demək olar ki, bu 
sahədə də mənə əsl müəllimlik etdin, yol göstərdin... Qəzetçilik 
fəaliyyətimdə də səndən az şey öyrənmədim... Bütün bunlar 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə