Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə40/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   36   37   38   39   40   41   42   43   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
139
qəbul etdik. Mən bu barədə yerli “İşıq” qəzetində “Muzeyə mi-
niatur kitab hədiyyəsi.” adlı məqalə ilə çıxış etdim. (“İşıq” qəzeti 
№13 (7347) 12.07.2014). Kitab dəstinin təqdim etmə mərasimini 
isə Şirvan şəhər Heydər Əliyev Mərkəzində etdik. Tədbir 15 
iyun-Qurtuluş gününə həsr olunmuşdur. Şəhər İcra Hakimiyyə-
tinin nümayəndələri də iştirak edirdi. Sonralar bu kitab dəstindən 
Vaqif müəllim şəhərin Heydər Əliyev Мərkəzinə də hədiyyə etdi. 
Vaqif müəllim tərəfindən bizə edilən hədiyyənin ən zirvəsi, 
onun 12 avqust  2014-cü ildə muzeyimizi ziyarət etməsi оldu. O, 
tək gəlməmişdi. Həyat yoldaşı, övladları və nəvələri ilə gəlmişdi. 
Muzeyin kollektivi üçün bu bir toy-bayram oldu. Çox səmimi və 
maraqlı görüş alındı. Vaqif müəllim öz kitablarını muzeyə və 
muzeyin kollektivinə hədiyyə etdi. Muzeyin kollektivi bu görüşü 
və Vaqif müəllimi hələ də xatırlayır. O, gözəl və işıqlı insan idi. 
Vaqif  Məmmədovun yaradıcılığına nəzər salsaq, burada biz 
mövzu sonsuzluğuna və janr zənginliyinə rast gələrik. Nədən 
yazmırdı Vaqif müəllim? Lirika, publisistika, nəşriyyat işi, dərs 
vəsaitləri. Hətta rus və fransız dillərində çap olunmuş kitabları da 
var. (“Здраствуй,земля Сибири”. Новосибирск, 2007, 
“Шехиды Sadaraka”.Новосибирск, 2007, “Guand on regarde du 
sommet. Zirvədən baxanda”. Azərbaycan və fransız dillərində. 
Nakhitchivan, ”Gueyrat”,2007). 
Həmkarımız, Əməkdar Mədəniyyət İşçisi Vaqif Məmmədov 
respublikamızın tanınmış ictimai xadimi idi. Tarix üzrə fəlsəfə 
doktoru Vaqif müəllim Azərbaycan Jurnalistlər Birliyinin (1992), 
Azərbaycan Yazıçılar Birliyinin (1995), Avrasiya Yazarlar 
Birliyinin (2010), İLESAM-ın (Türkiyə, 2005) üzvü, “Qızıl 
qələm “ (2012) və “Həsənbəy Zərdabi” (2013) mükafatı laureatı, 
1995-2000-ci illərdə Naxçıvan MR Ali Məclisinin deputatı ol-
muşdur. 1983-cü ildə Özbəkistanda keçirilən “Daşkənd təranəsi” 
beynəlxalq poeziya müsabiqəsinin qalibi olmuş, 1994-cü ildə 
YUNESKO-nun xətti ilə Bağdadda keçirilən “Füzuli günləri”ndə, 
2001-ci ildə Bayburtda “Uluslararası  Dədə Qorqud Kültür-sənət 
şöləni”ndə, 2005-ci ildə Ankarada keçirilən “Erməni iddiaları və 
Azərbaycan gerçəyi”, 2010-cu ildə Ankarada “Türk dünyası iliş-


Vaqif Məmmədov xatirələrdə 
 
140
kilərində yeni bir addım: Naxçıvan ruhu“ mövzularında beynəl-
xalq simpoziumlarında, 2006-2010-cu illərdə Tehranda, Təbrizdə 
və Makuda keçirilən “Şəhriyar günləri”ndə, 2007-ci ildə Hollan-
diyada keçirilən “Xocalı Soyqırımı”na həsr olunmuş, 2010-cu 
ildə Pakistanda keçirilən “Sufizm və sülh” beynəlxalq simpo-
ziumlarında çıxış etmiş, Dünya azərbaycanlılarının iki qurultayına 
nümayəndə seçilmişdir. Nəhayət, 1998-ci ildən Naxçıvan Dövlət 
Universitetinin “Qeyrət” nəşriyyatına rəhbərlik etmiş və eyni 
zamanda, universitetdə “Jurnalistika və dünya ədəbiyyatı” kafed-
rasının dosenti vəzifəsində çalışmışdır.  
Nə qədər maraqlı, məzmunlu, məqsədyönlü həyat yolu keç-
mişdir Vaqif müəllim! Demək onun həyat formulu bir sözdən 
ibarət idi-YARATMAQ. 
Vaqif müəllimin ictimai fəaliyyətindən yazanda mənim yadı-
ma nədənsə kiçik hekayə ustası olan, böyük rus yazıçısı Anton 
Pavloviç Çexov düşür. Məhşur sovet yazıçısı və publisisti  İlya 
Erenburq A. Çexovun yaradıcılığını araşdırarkən qeyd edir ki, 
yazıçı, həkimlik fəaliyyəti ilə yanaşı, ictimai fəaliyyətlə də 
məşğul olurdu. Buna baxmayaraq, o, özündən həmişə narazı idi. 
Hesab edirdi ki, az iş görür. Vaqif müəllim də həyatı boyu çalışıb, 
yaradıb, özündən sonra iz qoyub. 
Əgər hər birimiz Tanrıdan verilmiş həyatımızı fəal mövqe 
üzərində qursaq, yer kürəmiz gözəllik nümunəsi olardı. 
Biz Vaqif müəllimi bir dəfə gördük. Amma, o, həmişəlik 
bizim ürəyimizdə əbədi bir xatirə kimi yaşayacaqdır. Onun 
kitabları bizim muzeyin ekspozisiyasını bəzəyir. 
Deyirlər əvəzolunmaz insan yoxdur. Mən bu fikirlə razı deyi-
ləm. Vaqif müəllimin yeri həmişə boş qalacaq. Bir təsəlli var: 
övladları, nəvələri. Onların hər birində azacıq da olsa Vaqif 
müəllimin izi qalıb. Mən onun həyat formulunu öz sözləri ilə 
ifadə etmək istərdim:  
 
Sac üstündə yanıb közə dönsəm də, 
Misra-misra alışsam da, sönsəm də, 
Dağa qalxıb neçə eniş ensəmdə, 
Əqidəmdə, məsləkimdə ucayam. 


Vaqif Məmmədov xatirələrdə 
 
141
Mehriban İmanova 
İqtisad üzrə fəlsəfə doktoru, dosent 
 
YADDAŞLARA HƏKK OLUNMUŞ İNSAN 
 
Hər bir insan öz əməlləri və fəaliyyəti ilə digərlərinin rəğbə-
tini qazanmağa çalışsa da, ömrün kamillik zirvəsinə yetişmək, 
bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib  olmur. 
İnsanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən 
edir, daxili keyfiyyətləri onun əməllərində, fəaliyyətində real 
təcəssümünü tapır. Xoşbəxtlik isə onun həyatda qarşısına qoy-
duğu məqsəd və hədəflərinin reallaşdırması ilə ölçülür. Vaqif 
Məmmədov insanlığın zinəti sayılan saf dəyərləri öz xarakterin-
də yaşatmağı qarşısına məqsəd qoyaraq, şəxsiyyətini, mənliyini, 
ad-sanını və həyat prinsiplərini qoruya bilən bir ziyalı oldu. O, 
zəngin mənəviyyatı, əxlaqı ilə ləyaqətli və şərəfli bir ömür yaşa-
dığını sübuta yetirdi. Vaqif müəllimin ömür yolu onun cəmiy-
yətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirdi.  
Vaqif Məmmədov qələminin qüdrəti ilə qəzet redaktoru 
kimi publisistika zirvəsinə yüksələn, milli tariximizin sanballı 
araşdırıcılarından biri kimi elmdə sözünü deyən, Naxçıvan Mux-
tar Respublikasının deputatı statusunda layiqli xidmətləri ilə 
seçilən, istər 14 ilə yaxın məktəb direktoru işlədiyi dövrdə, istər-
sə də Naxçıvan Dövlət Universitetinin dosenti vəzifəsində gənc-
liyin nurlu sabahına çalışan və ümumilikdə, Naxçıvan ədəbi 
mühitində xüsusi yeri olan şəxsiyyət idi. O, həyat amalını mad-
diyyata sahib olmaq kimi dar məqsədlər üzərində qurmayan, cə-
miyyətin inkişafına, mənəvi yüksəlişinə çalışan, müstəqil düşün-
cəsi, azad dünyagörüşü ilə seçilən insan kimi xatırlanır. Vaqif 
müəllim yüksək əxlaqi keyfiyyətləri, təmənnasızlığı, insanlara 
qayğıkeş münasibəti, sadəliyi, təvazökarlığı, prinsiplərinə sadiq-
liyi ilə daim ətrafındakıların yüksək rəğbətini, ehtiramını qazan-
mışdır. Onun ürəyinin hərarətindən, gözünün nurundan, zəka-
sının kamilliyindən neçə-neçə şagirdə, tələbəyə, oxucuya pay 
düşmüşdür.  


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə