Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə36/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   32   33   34   35   36   37   38   39   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
124
Bu gün əsərlərin neçə ciliddə
Hələ də ürəyin sözlə doludu. 
Qardaş, gözlərimdə ən uca zirvə, 
“Vaqif Məmmədovun ömür yolu”du. 
 
Çox istərdim ki, qəlb və qələm dostum Vaqif Məmmədovun 
50 illik yubleyimdə oxuduğu şeiri də bu kövrək xatirələrdə dərc 
olunsun.
 
 
Hər şeirin, hər misran Günəş nurludur, 
Şeirə çevirdin könül varını. 
Ürəyin o qədər, safdır durudur, 
Sulara danışdın yuxularını. 
Sənlə həmdəm oldu gülən, ağlayan, 
Ömrünə çilənən yağışlar oldu. 
Səni bu torpağa, elə bağlayan
Arxanca boylanan baxışlar oldu. 
Alın yazısıdı taleyin əmri, 
Söztək xəzinəni çəkdin, daşıdın. 
“Safdır, müqəddəsdir müəllim ömrü” 
Sən də bir müqəddəs ömür yaşadın. 
Qəlbinə doğmadı hər qaya, hər daş, 
Ellərin yanında üz ağartdın sən. 
Ürəyin hələ çox cavandı, qardaş, 
Saçları vaxtından tez ağartdın sən... 
Yolunda hər zaman çiçək bitmədi, 
Ümüdün başına kül ələdilər. 
“Bu həyat səninlə yola getmədi”, 
“Sənin inamını güllələdilər”... 
Hələ yüzə tərəf sənin yolun var, 
Bu yaşın qoy qalsın, hədər qalmayıb. 
Sənin ki, bu qədər elin-günün var, 
Səni kövrəldəcək kədər qalmayıb.              
 
                                                Vaqif Məmmədov                        


Vaqif Məmmədov xatirələrdə 
 
125
Kəmaləddin Qədim 
Şair-publisist 
 
YAŞADACAQ BU YOL SƏNİ 
 
Səbuhi mənə atam haqqında xatirələr kitabını çapa hazırla-
yıram deyib, mənim də öz xatirələrimi yazmamı istəyəndə,  
dərin fikrə getdim, birdən-birə, çox düşündüm... 
Çünki, artıq Vaqif Məmmədov haqqında keçmiş zamanda 
danışmaq, yazmaq lazım idi. Bu çox ağır gəldi mənə. Vaqif 
müəllimin bu dünyadan ayrılmasının ağırlığını bir daha yaşamalı 
oldum... 
Səbuhiyə öz təşəkkürümü bildirdim ki, Vaqif Məmmədovun 
sosial şəbəkədəki profilini, səhifəsini bu gün də işlək hala gətir-
məkdə, yaşatmaqdadır. Hər gün o səhifədə Vaqif müəllimin 
şeirlərini oxuyuruq. Hərdən mənə elə gəlir ki, paylaşdığı şeiri 
haqqında rəyimi soruşacaq məndən... 
Bir gün facebook deyilən şəbəkədə dostlaşanda Vaqif müəl-
lim: – Ay Kəmaləddin, biz uzun illərin yerlisi, qohumu, dostu, 
qardaşıydıq işə bax ki, bu gün burda yenidən dost olduq- deyə 
vurğulamışdı. Üzündəki təbəssümünü yazısından görmüşdüm 
Vaqif müəllimin... 
Vaqif Məmmədovla əbədi dostluğumuzun yaşı isə 70-ci 
illərdən başlamışdı. Onda mən hələ orta məktəbdə oxuyurdum. 
İlk qələm təcrübələrim Sədərəkdə fəaliyyət göstərən “Yüzrəng” 
ədəbi birliyində səslənirdi. Və ilk qələm təcrübələrimə ilk diqqət 
və qayğı da elə Vaqif müəllimdən gəlirdi. 
Təsadüfi deyil ki, 80-cı illərdə şeirlərim haqqında ilk xeyir-
duanı da Vaqif müəllim verdi. Şeirlərim onun “Uğurlu yolu” ilə 
çap olundu. Belə demək mümkünsə, ədəbiyyata gəlişimdə bu 
“uğurlu yolun”  böyük əhəmiyyəti oldu. 
Vaqif müəllim gözəl şair olduğu kimi, həm də çox böyük 
abır həyanın, əxlaqın, mədəniyyətin yiyəsiydi. Şeirləri özü, özü 
də şeirlərinə bənzəyirdi. Çox səmimi, yaddaqalan, unudulma-
yan, sevilən, alqışlanan... 


Vaqif Məmmədov xatirələrdə 
 
126
Vaqif Məmmədov hamımızın gördüyünü şeirə o şəkildə 
gətirdi ki, heyrət içində buraxırdı bizləri. Məsələn deyəndə ki: 
Bəşərə nurunu necə bölürsə, 
Bölgüdə heç kəsə fərq qoymur günəş. 
heyrətlənməmək mümkün deyildi... günəşi hamı görürdü. 
Amma bu iki sətirdəki fikir Günəş haqqında deyilmiş bir tapın-
tıydı, poetik kəşf idi. 
Yaxud, müharibələr görmüş Belarusiya meşələri haqqında: 
Bu meşələr o qədər ki, od görüb, 
İnanmıram sərin ola kölgəsi. 
deyirdi Vaqif müəllim... 
Mən bu gün bu xatirə yazımda onun yaradıcılığından geniş 
bəhs etmək fikirindən uzağam. Çünki bu cür saysız-hesabsız 
poetik nümunələri bir xatirə yazısına sığışdırmaq imkan xaricin-
dədir... 
Vaqif müəllim şeiri çox asanlıqla yazırdı, çətinlik çəkmə-
dən. Bu onun anadan şair doğulduğuna bir daha əsaslı dəlil, 
sübut idi... 
80-cı illər idi. Doğulduğumuz Sədərək kəndində Böyük 
Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə bir 
abidə kompleksi tikilmişdi. Səhərisi gün bu abidənin açılışı 
olacaqdı. O vaxtı rayon rəhbərliyi biz şairləri bir yerə toplayıb 
abidənin açılışı ilə bağlı bir şeir yazmağımızı istədi. Mənimlə 
birlikdə bir neçə şair də var idi bu yığıncaqda. Səhərisi gün 
abidənin açılışında yalnız Vaqif Məmmədovun ürəkləri titrədən 
şeiri səsləndi. 
Vaqif müəllim Sədərək döyüşlərinin də fəal iştirakçıların-
dan biri oldu. 1990-1992-ci illərdə, eləcə də sonrakı illərdə öz 
evini qərərgaha çevirdi. Döyüşçülərin hərbi qərərgahı kimi 
fəaliyyət göstərdi bu ev... 
Vaqif Məmmədova çox böyük minnətdarlıq borcum var. 
Ona görə ki, Sədərəkdə gedən döyüşlər haqqında gündəliyi də o 
yazdı. Sədərək döyüşləri, şəhidlər haqqında ilk kitabları da 
Vaqif müəllim çap elətdirdi. Bir qələm adamı kimi boynumdan 
böyük yük götürüldü sanki. 


Vaqif Məmmədov xatirələrdə 
 
127
Vaqif müəllimi kənd camaatı çox sevirdi. Təsadüfi deyildi 
ki, o, uzun illər Sədərək kənd orta məktəbinin direktoru vəzifə-
sində çalışdı. Ömrünün böyük bir hissəsini təhsilimizin inkşa-
fına, uşaqlarımızın gələcəyinə həsr etdi. Və yenə də heç təsadüfi 
deyildi ki, Sədərəkdən Naxçıvan Ali Məclisinə deputat seçildi, 
doğulduğu eli, obanı layiqincə təmsil etdi bu məclisdə. Sonrakı 
işləri də həmçinin. 
Göründüyü kimi, Vaqif Məmmədov hərtərəfli, çox mənalı 
bir həyat yaşadı. Bir şair ömrü, üstəgəl əsl insan ömrü. Şairlərin 
yaşı olmur deyirlər. Ölümüsə heç olmur. Çünki, bu qədər gözəl 
şeirlərin müəllifi haqqında ölümdən bəhs eləmək günah sayılardı 
məncə. İlk şeirlər kitabının adı belə idi Vaqif müəllimin: “Yaşa-
dacaq bu yol məni”. 
Mən də yazsam bir kitaba sığmayacaq qədər xatirələrimi 
qısaldaraq bu qısa xatirə yazımda Vaqif Məmmədova Ulu Tanrı-
dan qəni-qəni rəhmət diləyərək demək istəyirəm ki, bu yolu 
özün seçmisən, Vaqif müəllim. Və nə yaxşı ki, seçmisən. Elə öz 
sözünlə də yazımı yekunlaşdırıb deyirəm, bəli, “Yaşadacaq bu 
yol səni...” 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə