Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə37/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   33   34   35   36   37   38   39   40   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
128
Lütviyyə Əsgərzadə 
Nizami adına Ədəbiyyat İnstitutunun 
 aparıcı elmi işçisi 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
 
XATİRİMDƏ QALANLAR: VAQİF MƏMMƏDOV 
 
Vaqif Məmmədov adı Türk dünyasında yaxşı tanınsa da, 
Naxçıvan və naxçıvanlılar üçün bu ad daha əzizdir. Vaqif müəl-
lim Naxçıvan mühitində və mənim xatirimdə yüksək elmi,  ge-
niş intellekti ilə yadda qalıb. Bizim tanışlığımız Naxçıvan şəhə-
rindəki Heydər Əliyev muzeyində oldu. O zaman mən muzeydə 
drektor vəzifəsində işləyirdim və demək olar ki, ümummilli 
liderin adını daşıyan muzey naxçıvanlı ziyalıların ən çox ziyarət 
etdikləri yerlərdən idi. Bir gün Vaqif Məmmədov muzeyə gəldi. 
Dedi ki, “Lütviyyə xanım, mən sizi “Şərq qapısı” qəzetinə 
verdiyiniz; “Siz mənə ismətli qadınlar verin, mən sizə gələcəyi 
bəxş edim” başlıqlı müsahibənizdən tanıyıram.” Eyni zamanda, 
özünü də təqdim etdi: – Mən MR Ali Məclisinin deputatıyam, 
həmdə, Naxçıvan Dövlət universitetində dərs deyirəm. 
Bu tanışlığımızı rəhmətlik Vaqif müəllim ilk “Dünya baş-
dan-başa nağılmış demə” adlı kitabıma yazdığı ön sözdə bu 
şəkildə ifadə edib: – “Muxtar Respublikada yaşayan yaradıcı 
şəxslərin əksəriyyətini tanısam da, Azərbaycan Jurnalistlər Birli-
yinin üzvü olduğunu bilsəm də, onun bədii yaradıcılıqla məşğul 
olmasından, şeir yazmasından xəbərsiz idim. Məni təəccüb-
ləndirən odur ki, Lütviyyə Əsgərzadənin müsahibəsindən (“Şərq 
qapısı”, 4 yanvar, 2003-cü il) onun ilk şeirlər kitabının çapa 
hazırlanması barədə jurnalistə məlumat verməsi oldu.”  
Beləcə, müsahibəmdən mənim də yaradıcılıqla məşğul 
olduğumdan xəbərdar olan Vaqif müəllim Heydər Əliyev mu-
zeyində çəkiləcək “Çinar ömrü” adlı verilişə məni də dəvət etdi. 
Vaqif müəllimin muzeyə gəlməkdə məqsədi də verilişin çəkilişi 
üçün idi. Veriliş “Şeirimizdə Heydər Əliyev mövzusu”na həsr 
olunmuşdu. Çəkiliş başladı. Xatırlayıram ki, Vaqif müəllim 


Vaqif Məmmədov xatirələrdə 
 
129
verilişdə mənə belə bir sual verdi: – Lütviyyə xanım, siz neçə 
ildir bu muzeydə çalışırsınız, necə oldu ki, ümummilli liderə-
Heydər Əliyevə bir-birinin ardınca üç şeir yazdınız və bu şeirləri 
yazmaq üçün bu qədər gözlədiniz? Dedim, “Vaqif müəllim, 
demək ki, o şeirləri yazmaq üçün o müqəddəs hissləri yaşamaq 
lazım imiş. Ümummilli lideri yaxından görmək, o böyük 
şəxsiyyətin tövsiyələrini dinləmək, ondakı böyük səmimiyyətə 
heyran olmaqdan keçirmiş şeirin yaranma prosesi.” Çünki 
ümummilli liderin doğma vətənə –Naxçıvana hər gəlişindən 
qədim diyarda el məhəbbəti, el sevgisi dəniz kimi çoşurdu. 
Mənim də ümummilli liderə həsr etdiyim üç şeir bu sevginin, bu 
məhəbbətin tərənnümü idi.” Veriliş boyu biz Vaqif müəllimlə bu 
mövzu ətrafında danışdıq. Veriliş bitsə də Vaqif müəllim yenə 
də yaradıcılığımla əlaqəli suallar verməyə başladı. Dedi ki, 
“İstərdim ki, kitabınızın əlyazmasını oxuyum, hətta ön söz 
yazım.” Bu mənim üçün böyük diqqət və hörmət idi. Vaqif 
müəllimin işi başından aşırdı. O, Naxçıvan MR Ali Məclisinin 
deputatı, Naxçıvan Dövlət Universitetinin “Qeyrət” nəşriyya-
tının direktoru, universitetin müəllimi idi. Yəni onun üçün vaxt 
qızıl dəyərində idi. Bu qədər işin içərisində Vaqif müəllim vaxt 
tapıb kitabı da oxudu, kitaba “Ana ürəyinin şeiriyyəti” adlı ön 
söz də yazdı (ruhu şad olsun).  
Ön sözdə, yazdığım şeirlərə Vaqif müəllimin verdiyi dəyər 
mənim üçün çox qiymətlidir; “Ana ürəyi çox böyük olur, deyir-
lər. Bu mənada şair qəlbli ana ürəyində dünyanın bütün dərdi-
səri, ağrı-acıları, həsrəti, vüsalı, qəmi, kədəri, şadlığı yerləşir. 
Lütviyyə Əsgərzadənin “Yalan dünya”, “Yarım adam”, “Qızıl 
balıq”, “Ay ana”, “Bayatılar”, “Düzəlt tərəzini dünya” və s. 
onlarla digər şeiri insan və zaman problemlərinə, bəşəri narahat 
edən məqamlara həsr olunub. Həmin şeirlərdə müəllif təsvir 
etdiyi hadisə və epizodu adi bir həyat hadisəsi kimi, çox sadə bir 
dillə təsvir etsə də mövzuya dərin ictimai-siyasi məna verməyi 
bacarır, fəlsəfi ümumiləşdirmələrlə oxucuya çatdıra bilir ki, 
mənə, sənə, ona aid olan adi bir həyat hadisəsi ümumilikdə 
götürüləndə ictimai məna daşıyır və bəşəri problemə çevrilir.” 


Vaqif Məmmədov xatirələrdə 
 
130
Vaqif müəllim bir tənqidçi kimi, kitabda toplanan şeirlərin 
uğurları ilə bərabər qüsurların da səmimi, özünəməxsus bir bö-
yüklüklə dilə gətirmişdi; “Şübhəsiz ki, uzun illər yazdığı şeirləri 
oxucu müzakirəsinə verməyə bir  növ tərəddüd edən  və bu gün 
ilk kitabını oxuculara təqdim edən müəllifin əsərləri texniki cə-
hətdən və bədiilik baxımından bir sıra qüsur və nöqsanlardan da 
xali deyildir. Ancaq bilməliyik ki, əsl şeir-sənət yoluna çıxmaq 
üçün çap olunmaq, oxucu rəyləri eşitmək, zaman-zaman cila-
lanıb inkişaf etmək yaradıcılıq yolunun xüsusiyyətlərindəndir.” 
Hər şeyin ilki çox əziz və qiymətli, eyni zamanda, yaddaqa-
landır. Vaqif müəllimin də ön sözü mənim üçün çox dəyərlidir. 
Sonralar Vaqif müəllim “Çinar ömrü” adlı kitab almanaxları 
nəşr edəndə də məni unutmadı, mənim şeirlərimdən, üçlüklə-
rimdən kitabda yer verdi.  
Elə insanlar var ki, onlarla xatirələrində xoş anlar da olur, 
xoş olmayan anlar da. Mənim Vaqif müəllimlə tanışlığım, 
söhbətlərim hər zaman elm, yaradıcılıq üzərində qurulduğundan 
mən onu həmişə böyük hörmət və ehtiramla xatırlayıram. 
Vaqif müəllimlə bir görüşümüz də mənim Naxçıvan televi-
ziyasında yaradıcı insanlarla apardığım verilişdə olub. Vaqif 
müəllim verilişə qonaq kimi dəvət olunmuşdu. Suallar ətrafında 
qurulan söhbətimiz o qədər yüksək səviyyədə keçdi ki.... Xüsu-
sən də, mənim Vaqif müəllimə ünvanladığım;-“Vaqif müəllim, 
nağıllarda həqiqət varmı?-sualı ətrafında o qədər geniş söhbət 
etdik ki... Verilişdən sonra Vaqif müəllim dedi ki, “Lütviyyə 
xanım, bu son sualla əlaqəli fikirlərimiz nə qədər üst-üstə düşdü. 
Bəzən verilişə çağırırlar, sual verirlər, cavab verəndə tək qalır-
san, qarşı tərəf sənin sözünə rəvac vermir. Mümkünsə, bir veri-
lişdə bu mövzudan danışaq.” “Olar, dedim, Vaqif müəllim. 
Təəssüf ki, bu bizim bir verilişdə son görüşümüz oldu. Söhbəti-
mizin davamını gətirə bilmədik. Ömür vəfa etmədi. Mən Vaqif 
müəllimin ölümünü 2-3 ay sonra bir naxçıvanlıdan, Vaqif müəl-
limi sevən Fariz Yusiflidən eşitdiyimdə o qədər narahat oldum 
ki.... “Heyif”-dedim, dünyadan bir xeyirxah insan da azaldı.  
“Fariz müəllim də, “Həqiqətən də, “heyif” dedi, yaxşı insan idi.”  


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə