Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə41/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   37   38   39   40   41   42   43   44   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
142
Vaqif Məmmədov həm də vətənpərvər ictimai-siyasi fəaliy-
yəti ilə onu tanıyanların qəlbində silinməz iz qoymuşdur. Əbəs 
yerə deməyiblər ki, “vətən daşı olmayandan olmaz ölkə vətən-
daşı”. Doğma Azərbaycan, eləcə də onun bir parçası olan 
Sədərək rayonu, onun üçün hər şeydən qiymətli idi. Sədərəyin 
üzləşdiyi ağrılı-acılı hadisələr bir vətəndaş kimi onu hər zaman 
narahat etmiş, taleyüklü məqamlarda xalqının mənafeyi baxı-
mından ən doğru, dürüst olanı seçərək, qətiyyət, cəsarət nümayiş 
etdirmiş, Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünün 
təmin edilməsi və sərhədlərinin təhlükəsizliyinin qorunmasında 
yaxından iştirak etmişdir. 
Vaqif müəllim acılı-şirinli, enişli-yoxuşlu, sevincli-kədərli, 
şərəfli və mənalı bir ömür yaşamaqla, bütün səy və bacarığını 
ədəbiyyatımızın zənginləşməsinə həsr etmişdir. Çox gözəl qə-
ləm təcrübəsinə malik olan Vaqif müəllimin dil, üslub və poetik 
təfəkkürü bir-birini tamamlayir. Şəxsiyyəti ilə sənəti, elmi dü-
şüncəsi ilə bədii düşüncəsi vəhdət təşkil edən Vaqif Məmmədov 
elmyönümlü yaradıcı bir ziyalı idi. Vaqif müəllimin şeirləri 
onun iç dünyasını əks etdirməklə, oxucuya əhəmiyyətli ibrəta-
miz tövsiyələr bəxş edir. Onun yaradıcılığı çoxşaxəli olmaqla, 
bütün mövzulara müraciət edilir və poetik rəng qatılmaqla ob-
razlı düçüncə ilə məna verilir. 
Vaqif Məmmədov ictimai-siyasi, elmi fəaliyyəti ilə kamil 
şəxsiyyət olmaqla yanaşı, həm də son dərəcə qayğıkeş və diq-
qətcil ailə başçısı idi. Onun böyüdüb boya-başa çatdırdığı, cə-
miyyət üçün layiqli vətəndaş kimi yetişdirdiyi övladları Vaqif 
Məmmədov şəxsiyyətinin ucalığını əməllərində qoruyur. 
Vaqif müəllim aramızdan çox tez, vaxtsız və qəfil ayrıldı. 
Ömür ona həqiqətən vəfa etmədi. Biz hər zaman, Naxçıvan 
Dövlət Universitetinin kollektivi olaraq, xalq və dövlət yolunda 
təmənnasız xidmət göstərmiş Vaqif müəllimlə qürur duymuşuq 
və duyuruq. Bütün həyatını xalqına fəda etmiş Vaqif Məmmədo-
vun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Allah rəhmət 
etsin! Məkani cənnət olsun! 


Vaqif Məmmədov xatirələrdə 
 
143
Arzu Abdullayev 
NDU “Tarix” kafedrasının  müəllimi, 
Azərbaycan Tələbə Gənclər Təşkilatları 
 İttifaqının sədr müavini 
 
GƏNCLİYƏ HƏSR OLUNMUŞ ZİYALI ÖMRÜ 
 
Müdriklərdən biri yazırdı ki, ciddi işlərdə insanlar necə 
görünmək lazımdırsa, elə görünürlər, xırda məsələlərdə isə necə 
vardırlarsa, elə. Qəribədir, haqqında söhbət açacağım insan 
yaşadığı mənalı həyat yolunda ciddi işlərdə də, xırda məsə-
lələrdə də necə vardırsa, eləcə görünüb, yəni olduğu kimi. O, 
ömrünün sonuna kimi nə əqidəsindən dönüb, nə ətrafındakılara 
qarşı münasibəti dəyişib, nə də kiməsə nədən ötrüsə minnətçi 
düşüb. Dəyişən yalnız onun gördüyü gərəkli və əhəmiyyətli işlər, 
xeyirxah əməllər olub. Bu xeyirxah əməllərin nəticəsidir ki, 
haqqında danışdığım dəyərli ziyalı Vaqif Məmmədov hər bir 
tələbəsinin, hər bir dostunun, hər bir tanıdığı inasanın qəlbində 
yer alıb. 
Belə insanlar dünyasını dəyişdikdən sonra sanki daha artıq 
bir əzəmətlə vətəndaşların qəlbində yaşamağa başlayırlar. Sanki 
onlara qarşı yeni bir maraq oyanır, mübarizə tarixi, fəaliyyət və 
əməlləri, həyat yolu nəinki yalnız elmi məşğul edir, hətta onu 
tanıyan adi insanlar  belə geriyə dönərək bir daha bu yola nəzər 
salır, onu daha böyük məhəbbət və diqqətlə xatırlayırlar. Evlər-
də, idarələrdə, küçələrdə, ictimai yerlərdə və ailələrdə onların 
həyat və fəaliyyətindən danışırlar. Vaqif Məmmədov kimi əsl 
ziyalıların ölümü ilə qüssələnənlərin də sayı çox olur. Sənət və 
peşəsindən asılı olmayaraq bütün vətəndaşlar onların ölümünə 
təəssüf edir və kədərlənirlər. Bu isə uzun illərin zəhməti nəticə-
sində yaranmış, bütün məhəbbətlərdən yüksəkdə duran və fəthi 
çox çətin olan bir məhəbbətin-həqiqi insan məhəbbətinin ifadə-
sidir. Əsil ölməzlik, əbədi həyat da budur: insanların məhəbbəti! 
Xalqın ürəyində qaldırılan heykəl əbədi və yıxılmazdır. Xoşbəxt 


Vaqif Məmmədov xatirələrdə 
 
144
o adamdır ki, öz həyat və mübarizələri ilə belə bir məhəbbəti 
qazanır. Onu tanıyan insanların ürəyinə yol tapan hər kəs gələ-
cəyin qapısını açır. Görkəmli tarixçi alim, yazıçı, pedaqoq Vaqif 
Məmmədov da belə insanlardandır. Zəngin elmi, pedaqoji 
fəaliyyəti sayəsində şərəfli bir ömür yolu keçən tarix üzrə fəlsəfə 
doktoru, dosent Vaqif Məmmədovun saldığı izlər də elə bir 
zirvəyə çatır ki, bu zirvə biz tələbələri üçün bütöv bir məktəbdir. 
Maarifçilik məktəbi. Milli təəssübkeşlik məktəbi. 
O müəllim xoşbəxtdir ki, öz şagirdlərinin qəlbində xoş duy-
ğularla xatırlanır. Öz biliyini, ürəyinin hərarətini, gözünün nuru-
nu böyük xeyirxahlıq və qayğıkeşliklə dərs dediyi şagirdlərinin 
qəlbinə hopdura bilir. Şagirdlərinin uğuru ilə uşaq kimi sevinir, 
bu şərəfli yolda saç ağardır. Bax, beləcə gənclikdən müdriklik, 
ahıllıq dövrünə qədər bir müqəddəs yol keçən mehriban və qay-
ğıkeş müəllimlər ən xoşbəxt insanlardır. Onlar dünyagörüşləri, 
dərin zəkaları, bilikləri və zəngin həyat təcrübələri ilə hamıya 
nümunə olur və əməlləri ilə gənc nəslin tərbiyəsində mühüm rol 
oynayırlar. Vaqif müəllim də elə bu amala xidmət etdi. 
Vaqif müəllimi ilk dəfə tələbəlik illərimdə tanımışam. 2006-
cı ilin sentyabr ayı idi. Universitetin birinci kursunda təhsil 
almağa başlamışdım. Şagird vaxtı bir çox məqalələrim işıq üzü 
görmüşdü, ən böyük arzularımdan biri də bu ənənəni davam 
etdirmək idi. Hələ heç kimi tanımırdım, kənd həyatından gəlib 
böyük bir ziyalı mühitinə düşmüşdüm. Nəhayət, mənə dərs 
deyən müəllimlərə cəsarət tapıb fikrimi bildirirdim, ən maraqlısı 
isə, kimə müraciət edirdimsə eyni cavabı verirdilər- Vaqif müəl-
limlə məsləhətləş. Beləliklə, ilk dəfə Vaqif müəllimin adını 
eşidirdim özünü tanımasamda... maraqlanıb Vaqif müəllimin 
otağını öyrəndim, salam verib içəri daxil olub fikrimi qısaca 
çatdırdım... söhbətimizdən neçə saat keçdiyini bilmirəm, bir onu 
bilirəm ki, səhər universitetə gələndə fərqli mövzuları əhatə 
edən iki məqalə ilə Vaqif müəllimin qapısı önündə dayanmış-
dım. Bəli, Vaqif müəllim belə bir ziyalı idi-gəncliyə dəstəy olan, 
onlara yol göstərən,  hər çətinliyində yanında olan ziyalı. 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə