Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə42/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   38   39   40   41   42   43   44   45   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
145
Vaqif müəllim həm də bir neçə şeirlər kitabının və tarixi 
əsərlərin, müəllifidir. O şeirlər kitabının ki, əlinə qələm alıb 
yazdığı ilk şerindən son şeirlərinə qədər elinə, obasına, vətəninə 
bağlı vətəndaş duyğularının tərənnümündən ibarətdir. Şairə bu 
duyğuları, vətənə məhəbbətini, el-oba sevgisini isə doğma Nax-
çıvanımızın əsrarəngiz təbiəti, saf bulaqları, məğrur qayaları, 
əsrlər qocaldan zirvələri aşılayıb. Yazdığı tarixi əsərlər, qeydlər 
hər zaman  real hadisələrə, tarixi faktlara əsaslanmaqla qələmə 
alınırdı. Hər dəfə işıq üzü görən  kitablarının ilk oxucularından 
biri olmağımla qürur hissi keçirirdim.  
Beləcə, nəinki təkcə mənim, onu deyə bilərəm ki, minlərlə 
tələbəsinin həyat yolunu, Vaqif müəllimin dəyərli fikirləri, məs-
ləhətləri, geniş əhatəli mühazirələri işıqlandırıb.  
Bəhmənyar deyirdi: “Elə adamlar axtarın ki, onlarla söhbət 
yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi 
filosoflarla söhbətə dəysin”. Elə mən də vaxt tapan kimi Vaqif 
müəllimin söhbətlərini dinləməyə, tövsiyyələrini eşitməyə 
tələsirdim, 100-lərlə tələbəsi də mənim kimi.  
Bu gün Vaqif müəllimin çiyin-çiyinə çalışdığı pedaqoji 
kollektiv, dostlar və tələbələr yaxşı bilirlər ki, tələbələri Vaqif 
müəllimin hər bir dərsini böyük maraq və həvəslə gözləyirdi. 
Çünki, Vaqif müəllim hər bir tələbəsinin əsl vətəndaş kimi 
mənəvi cəhətdən formalaşmasına çalışırdı. Onlarda milli şüurun, 
milli düşüncənin bütövlükdə azərbaycançılıq ideyasının təşəkkül 
tapmasına öz töhvələrini verirdi. Onun həm də iş yoldaşlarına, 
dostlarına, tələbə və magistrlərinə səmimi və mehriban dav-
ranışı, bir valideyn qayğısı ilə yanaşması bütün təhsil işçiləri 
üçün layiqli bir örnək idi. 
Vaqif müəllimin vətəndaşlıq mövqeyi, vətənpərvərliyi 
özünəməxsus idi. Lazım olanda əsgər, lazım olanda şair, lazım 
olanda müəllim, lazım olanda alim idi. Onu tanıyan insanlar 
yaxşı bilirlər ki, Vaqif müəllim yüksək  mənəvi keyfiyyətlərə 
malik şəxsiyyət idi. O qədər sadə, səmimi, müdrik insan idi ki, 
onunla ünsiyyətdə olmaq insanı sanki kamilliyə səsləyirdi.  
 


Vaqif Məmmədov xatirələrdə 
 
146
Böyük şairimiz Nizami Gəncəvinin: 
 
Həmişə dünyada yaxşılıq axtar, 
Yaxşı ad almaqda əbədiyyət var! 
 
– misraları Vaqif Məmmədovun keçdiyi ömür yoluna çox 
gözəl yaraşır. Dostluqda sədaqətli, qohumluqda mehriban
yaşadığı ömür payında xeyirxah, tələbələrinə qayğıkeş müəllim 
olmağı bacaran əsl ziyalı... 
Tam əminliklə deyə bilərik ki, Vaqif Məmmədovun yarat-
dığı mükəmməl tədqiqqat əsərləri, mənalı həyat yolu hər bir 
gəncin yoluna hələ uzun illər işıq salacaq. 


Vaqif Məmmədov xatirələrdə 
 
147
Mirələkbər Seyidov 
AQRA EİDİB-nin idarə 
heyyətinin sədri 
 
GÖRKƏMLİ ZİYALI VAQİF MƏMMƏDOV VƏ 
SƏDƏRƏK KƏNDİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM... 
 
Mən Vaqif müəllimi uşaq vaxtlarımdan, Naxçıvan şəhər 
internat məktəbində 1961-1967-ci illərdə qardaşı Vidadi ilə bir 
yerdə oxuduğum dövrlərdən tanımışam. Sədərəkdən o dövrlər 
bizim məktəbdə oxuyanlar çox idi. Bizim sinifdə Vidadi, Həsən 
Abbasov, rəhmətlik Əli Nəcəfov, bizdən yuxarı siniflərdə İslam 
Kazımov, İslam Səlimov, Rəsul və.s aşağı siniflərdə qardaşı 
Məmmədlə bərabər digər uşaqlar var idi. O illər mən ara-sıra 
Sədərək kəndinə babamgilə gedərdim. Mənim anam Qüdrət 
Cəfər kişinin və Qara Cənnətin böyük qızı olduğundan və atam 
1959-cu ildə vəfat etdiyindən, yay tətilində və dərsdən kənar 
başqa boş vaxtlarımızda mənim qardaşımın və bacımın gedəcəyi 
əsas yer elə Sədərək idi. Cəfər babam gildən hazırlanmış səhəng, 
bardaq, çölmək və.s gətirib yaxın kəndlərdə satardı. Arabamız  
Cəfər əminin, Vaqif müəllimgilin  evlərinin yanından keçərdi. 
Onların da kənd içinə keçən yolu nənəmgilin evinin yanından 
keçdiyindən, ara sıra bir-birimizi görərdik. Atası Cəfər Cəfərovu 
da çox yaxşı xatırlayıram. Ziyalı, işıqlı insan idi. İnstitutu bitirə-
nə kimi Vaqifin yaradıcılığı ilə o qədər də məlumatım olmayıb. 
Əsas tanışlıq və görüşlərin bir hissəsi Vidadi memar kimi 
Rusiyada işləyib Naxçıvana qayıtdığı dövrdən sonraya təsadüf 
edir. Vidadinin yaşadığı ev  o vaxt mən işlədiyim "Naxtorq" adlı 
ticarət idarəsinin yanında idi. Hərdən onlara gedəndə də orada 
görmüşəm. Bəzən dayıları Cabbar və Orucla, qohumları Vəli ilə 
bir yerdə görüşlərimiz olub. Lakin onun elmi və ədəbi yaradı-
cılığı ilə əsil tanışlığım, rəhmətlik Muşfiqin vəfatına ithaf etdiyi 
"Səni kim unudar" kitabından sonra başlayıb. 
Doğrudan, o vaxt o ailəyə ağır itki üz vermişdi, 41 yaşında 
Müşfiq dünyasını dəyişmişdi. Mən də Vidadinin dostu və bir 


Vaqif Məmmədov xatirələrdə 
 
148
Sədərəkli kimi həmin məclisə dəfələrlə getmişdim. Lakin həm 
Vaqiflə, həm də ailənin digər üzvləri ilə əsil tanışlığım yasdan 
sonra rəhmətlik Müşfiq haqqında 2009-cu ildə nəşr olunan 
həmin kitabla yenidən başladı. Həmin ailənin üzvlərini yenidən 
tanımağa başladım. Kitabın ilk səhifəsində verilən Mikayıl 
Müşfiqin şeiri, Müşfiq adını ürək qırıqlığı ilə qardaşına Şəhriyar 
və Müşfiq adları arasında tərəddüd içərisində qalan Vaqifin 
1967-ci ildəki yaşantıları gətirib 20.08.2008 ci ildə yazdığı üç 
bayatıya və... 
 
Bu karvan rəvan gedir, 
Yağlı da yavan gedir. 
Nədirdisə bilmirəm 
Müşfiqlər cavan gedir... 
 
yaşantısına çıxardı.  
Dediyim kimi, Vaqif Məmmədovun yaradıcılığı ilə az-çox 
tanışlığım, rəhmətlik Müşfiqin haqqında çap olunan kitabla 
başladı. Onunla əsas elmi-ədəbi məna daşıyan görüşlərimiz cəmi 
bir neçə dəfə olsa da, sanballı və mənalı olub. 
2009-2010 cu illər də bir il Naxçıvanda işlərimlə əlaqəli 
çalışdığım dövrdə bir neçə dəfə rəhbəri olduğu nəşriyyatda 
görüşmüşəm. Bir neçə kitabını mənə hədiyyə edib: "Zirvədən 
baxanda", "Ömrümün yarpaqları", rus dilində nəşr olunan bir 
neçə kitabı, "Sədərəkdə yazılan gündəlik" kitabını da verəcəkdi, 
nə isə görüşüb ala bilmədim. “Ömrün payız nəğməsi” kitabını 
da oğlu Səbuhi verdi mənə. 
Təsadüf elə gətirdi də deyə bilərəm, ancaq, mən təsadüfə 
yox, zərurətə inanıram. O zərurət baş verdi ki, ictimai birliyin 
qeydiyyatdan keçməsini mən evdən çıxıb aereporta Naxçıvana 
uçmaq üçün hava limanına gedərkən edilən telefon zəngindən 
öyrəndim. Ona görə də NDU-da elmi müzakirəsi planlaşdırılan 
əslən naxçıvanlı Fikrət Rzayevin (1936-2013) "Söz və “Söz 
konstruktorluğu” kitabının təqdimatını “Aqra” EİDİB adından 
keçirilən tədbir kimi rəsmiləşdirmək qərarına gəldik. 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə