Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə29/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   25   26   27   28   29   30   31   32   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
98
Əlim gəlmədi özünə zəng etməyə. Götürüb kürəkəni Gün-
düz bəyi yığdım. Cavab gəlməyəndə əlacsız özünə üz tutdum – 
050 334 69 03. Üçüncü çağırışda zəng qırıldı və ayrı bir nöm-
rədən Səbuhinin-Vaqif müəllimin oğlunun səsini eşitdim: 
– Salam, Qəşəm müəllim, necəsiniz? 
– Sağ ol, ay bala, Vaqif müəllim necədi? 
– Yaxşıdı, əməliyyat olunub. 
– Hardadı? 
– İndi evdə, müalicə alır. 
– Məndən salam de, sabah gəlirəm. 
Sabah-yanvarın 10-u idi. 
Maşınla Qara Qarayev metrosunun qarşısından keçib sola bu-
ruldum. 100-150 metr getməmiş, gördüm Səbuhi mənə əl eləyir...  
Otağa girəndə həmişə ayaqüstə üz-üzə gəlib görüşdüyüm 
qardaşımı çarpayıda uzanıqlı gördüm. Baxdım, heç xəstəyə 
oxşamırdı – hətta üz-gözündə sağlam bir ifadə vardı. Bir az da 
kök təsiri bağışladı mənə. Qardaşı Müzəffər müəllimlə, qaynı 
Vidadi müəllim də yanındaydı. Yadıma A. Ələsgər düşdü: 
 
Yadın oğlu yağlı aşa mehmandı, 
Dar günündə görərsən ki, usandı. 
Düşmən günü düşməninlə düşməndi, 
Yüz il keçsə qohum səndən yad olmaz. 
 
Bərk narahat idim, sizi yaxşı gördüm, ürəyim aram oldu, 
Vaqif müəllim,– əyilib əl uzatdım. 
– Düzü, xəstəxananın adı heç xoşuma gəlmirdi. Amma son 
dərəcə müasir avadanlıqlarıyla, mükəmməl həkim personalıyla 
diqqətimi çəkdi. 
– 35 il əvvəl, şair Rafiq Yusifoğlu eynən sizin kimi əmə-
liyyat olunub. – Dedim. 
Vaqif müəllim bir anlıq fikrə getdi və özünəməxsus təm-
kinlə, lap bir az da özünə təsəlli yeri tapmış kimi soruşdu:  
– Rafiq Yusifoğlu? 
– Düz 35 ildi. 
Diqqətlə üzümə baxıb, dinmədi... Sanki xəstəxanada yazdığı 
bu misralar keçdi ürəyindən: 


Vaqif Məmmədov xatirələrdə 
 
99
Əsl möcüzələr çoxdu həyatda, 
Yataq da çox olur, əməliyyat da. 
 
Təyyarə qəzası, maşın qəzası... 
Qəzalar çox olur... hey aşır-daşır. 
 
Çoxu çox yerindən əməliyyat olur, 
Şairə əməliyyat başdan yaraşır. 
 
Vaqif Məmmədovun qorxaq olmadığına əmin idim. Baxma-
yaraq ki, onun əlinin qabarını heç barmaqlarının ucuyla da hiss 
eləyə bilməzsən! Amma bu gün sənə yumşaq gələn ovcunun içi 
erməni qəsbkarlarına qarşı döyüşlərdə od saçan silahların qaba, 
qırtmıqlı və soyuq qundağının üstündə olmuşdu.  
Öz səliqə-səhmanıyla diqqəti cəlb edən şair qardaşımın mü-
haribə dövründə, Şəhriyar demişkən “Heykəlli, saqqalı Tolstoy 
baba” qiyafəsində çəkilmiş fotolarını da görmüşəm. 
O, cəbhədə necə soyuqqanlı idisə, illərlə, onillərlə canına 
yığılıb, indi birdən ona güc gəlmək istəyən xəstəliyə qarşı da 
olduqca soyuqqanlıydı. Təbiət hərdən bizi azarla-bezarla sınağa 
çəkməsə, vallah, ömrün qədrini bilmərik! Bəlkə də biz ateistlərin 
“təbiət” donu geydirdiyimiz bu qüvvə elə Allahın özüdür ki, var. 
Sınaq da onun sınağıdı. 
– Xəstəlikdən və xəstəxanadan qorxmasam da, əməliyyat-
dan sonra gözümü reanimasiyada açanda... üşəndim. Elə bildim 
ölmüşəm, məni də bura qoyublar. – Vaqif müəllim sol əlində 
təsbeh, sağ əliylə sol əlimdən yapışmış halda aramla dost hesa-
batı verirdi. – Bu yandan da tərs kimi tibb bacısı girdi içəri
əlində də əsl çənə bağlamaq üçün sarğı. Dedim: 
– Tez deyil? (Yəni hələ ölməmişəm axı!). 
Dedi: 
– Vaxtıdı.  
Lap yəqin elədim ki, çənəmi bağlamağa gəlib. Day dinmə-
dim. Fikirləşdim ki, “bu da bir taledi...”. Demə, zalımın qızı 
boyn-boğazımın tərini qurutmaq üçün sarğını çənəmin altından 
keçirtməliymiş. 


Vaqif Məmmədov xatirələrdə 
 
100
Sarğı nədir axı, Günel, 
Baş əyib xətrinə dəymərəm. 
Ölümə də baş əymərəm, 
Zəhmətinizi bilirəm. 
 
Böyük mədəniyyət sahibi olan Vaqif müəllim, öz vəzifəsini 
(guya) yerinə yetirən qızın üstünə hirslənmək əvəzinə, özünü onun 
ixtiyarına verməyi lazım bilir. Bax, qardaşımızın tibb bacısının bu 
hərəkətinə münasibətiylə necə böyük ürək sahibi olduğunu görə bi-
lərsiniz – ölümə razılıq verir, qızın qəlbinə dəyməyə yox. 
Hansı birimiz bu dəyanətdə ola bilərdik, inanmıram. Ən 
azından üsyan eləyərdik! 
Bir hərəkət də mənə təəccüblü gəldi. Şair Vaqif Məmmədov 
iki daşın arasında – xəstəxanada qələmini dinc qoymayıb. Bir sıra 
şeirlər yazıb. Bu şeirləri oxuyandan sonra özümü onunla müqa-
yisə elədim. Xasiyyətimdi, canım ağrıyanda, öldür, bir kəlmə də 
dilimə gəlməz. Necə deyim, azar-bezarı fikrimə-hissimə bələyib
başımı da qoyaram üstünə. Saatlarla gözüm açılmaz yuxudan. 
Özü də bu yaşda, köhnələr demişkən, hər “nazik əyiləndə” (yəni 
yanımdan yel ötəndə), lap elə qan təzyiqim sözümə baxmayanda 
ölüm gəlib durur gözümün qabağında. Mənim həyəcanlarımı da 
Vaqif müəllimin aşağıdakı misralarında görə bilərsiniz: 
 
 
Xəstəxanada yanıma gələn qohumlara, 
həkim və tibb bacılarına 
 
Mən bir bulaq idim, axdım çəmənə, 
Daha qurumuşam, axa bilmirəm. 
Elə yazıq-yazıq baxmayın mənə, 
Vallah, üzünüzə baxa bilmirəm! 
 
16.11.2015-ci ildə yazdığı bu nisgilli şeirdən bir həftə sonra 
həyat enerjili aşağıdakı misralara, orda ifadə olunan duyğulara 
nəzər salmaq pis olmaz: 


Vaqif Məmmədov xatirələrdə 
 
101
...Mən çox yaraşdırdım bunu özümə, 
Dünyanı dərk etdim təzədən doldum. 
Bu da qismət idi  güldü üzümə, 
Bu yaşda beynimdən əməliyyat oldum. 
 
Demək, bundan sonra hələ yaşamaq, 
Dərdləri bir az da təkləmək olar. 
Hələ bir qədər də belə yaşamaq, 
Beyini bir az da  yükləmək olar. 
 
Gördüyü işin, elədiyi yaxşılığın, tutduğu əlin minnətində 
olmayan Vaqif müəllim, nümunə gətirdiyimiz şeirin son misra-
larında onu əməliyyata çəkib aparan beyninin boynuna hələ bir 
minnət də qoyur: 
 
Hələ bir qədər də belə yaşamaq, 
Beyini bir az da  yükləmək olar. 
 
Mən şair qardaşımın xəstəxana şeirlərinin qısa əhval-ruhiy-
yəsini sizə çatdırmaq istədim. Amma deməliyəm ki, bu şeirlərin 
özü ayrıca bir tədqiqat obyekti olmağa layiqdir. Çünki həmin 
şeirlərdə qəm-kədər, ümidsizlik, məyusluq və sonda həyata 
qayıtmış bir insanın sevinc, şadlıq, minnət, razılıq duyğuları var. 
Bu duyğuları məgər gündəlik həyatımızda yaşamırıqmı?! Sadə-
cə şair Vaqif Məmmədov bizdən qabağa düşüb, onları şeirə 
gətirib – hamımızın malı edib.  
Çox sağ olsun! 
SÖZARDI:  Sözümü “can sağlığı”yla bitirsəm də, bu arzu 
tezliklə “rəhmətlik” sözünə antonim olacaqmış, demə. Yola dü-
şüb rayonumuza – xəstə yatan qohumum Xanbaba kişiyə dəy-
mək istədiyim bir vaxtda Vaqif müəllimin oğlu Səbuhidən zəng 
gəldiyini gördüm. 
– Salam, Qəşəm müəllim! 
– Salam, ay bala, Vaqif müəllim necədi? 
Dayandı, sonra da ahını eşitdim: 
– Vaqif müəllim o kitabı görə bilmədi...-səsi qırıldı-hönkürdü. 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə