Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə23/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   19   20   21   22   23   24   25   26   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
76
bölgəsindəki mübariz davranışı bir tarixdir. Ziyalı o insandı ki, 
xalqının, dövlətinin çətin günlərində öndərlik edib vətən torpağı-
nın müdafiəsinə bütün insanları səfərbər edə bilsin. Vaqif 
müəllim sanki vətəninə xalqına xidmət üçün doğulmuş şəxsiyyət 
idi. Lazım olanda əsgər, lazım olanda şair, lazım olanda müəl-
lim, lazım olanda alim idi. Onu tanıyan insanlar yaxşı bilirlər ki, 
Vaqif müəllim yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət idi. 
O qədər sadə, səmimi, müdrik insan idi ki, onunla ünsiyyətdə 
olmaq insanı sanki kamilliyə səsləyirdi.  
Vaqif müəllim mənim tanıdığım insanlar içərisində mükəm-
məl gündəlik yazan ziyalı idi. Xatirimdədir ki, 2001-ci ildə 
Naxçıvan televiziyasında qədim Naxçıvan torpağı olan Kərki 
haqqında veriliş hazırlayırdım. Təəssüf ki, o zaman Kərki və 
onun taleyi haqqında çox az informasiya tapa bildim. Hər 
zamanki kimi ilk məsləhət alacağım insanlardan biri olaraq 
Vaqif müəllimə müraciət etdim. İlk dəfə dəyərli müəllimimin 
tarixi gündəliyini məhz o gün gördüm. Kərkinin işğalı ərəfəsin-
dəki hadisələri o qədər dəqiq işləmişdi ki, mən deyərdim ki, 
Sədərək hadisələri haqqında bəlkə də yeganə təfərrüatlı və dəqiq 
informasiya mənbəyidir bu gündəlik. Həmin gündəliyin 10 ili 
“Sədərəkdə yazılan gündəlik” adı ilə kitab şəklində çap olun-
muşdur. Söhbət zamanı aydın oldu ki, gündəliyi 1966-cı ildə 
Naxçıvan Pedoqoji məktəbinə qəbul olduğu vaxtdan yazmağa 
başlayıb. Vaqif müəllim gündəliyi həyatı haqqında deyil, özü 
şahid olduğu, müşahidə etdiyi hadisələr, ictimai-siyasi proseslər, 
ədəbi-mədəni mühit haqqında məlumatı gələcək nəsillərə çatdır-
maq məqsədilə yazmışdır. 
Vaqif Məmmədov respublikamızı dünyanın bir çox mötəbər 
konfrans və qurultaylarında, müsabiqələrində uğurla təmsil edir-
di. Şeirləri Türkiyədə, İranda, İraqda, Rusiyada, Ukraynada, 
Belorusiyada, Özbəkistanda, Almaniyada, Bolqarıstanda, Yuna-
nıstanda, ABŞ-da çap olunmuşdur. 
YUNESKO xətti ilə Bağdadda keçirilən “Füzuli günlərin-
də”, Bayburtda keçirilən “7-ci Uluslararası Dədə-Qorqud Kül-
tür-Sənət Şölənin”də, Ankarada keçirilən “Erməni iddiaları və 


Vaqif Məmmədov xatirələrdə 
 
77
Azərbaycan gerçəyi” beynəlxalq simpoziumunda, Tehranda və 
Təbrizdə keçirilən “Şəhriyar günləri”ndə, Hollandiyada keçirilən 
“Xocalı soyqırımı”na aid beynəlxalq simpoziumda, Pakistanda 
keçirilən “Sufizm və sülh” beynəlxalq konfransında iştirak və 
çıxış etmiş, “Daşkənd təranəsi” beynəlxalq poeziya müsabiqəsi-
nin və digər bir neçə beynəlxalq şeir müsabiqələrinin qalibi 
olmuşdur. 
İnanıram ki, Vaqif Məmmədovun yaratdığı mükəmməl təd-
qiqqat əsərləri, böyük oxucu auditoriyası qazanmış poetik 
düşüncələri, ustad qələmindən çıxmış elmi-publisistik yazıları, 
miras qoyub getdiyi zəngin şəxsi arxiv materialları bundan sonra 
da elmimizə, cəmiyyətimizə faydalı olacaq, yüksək insanlıq və 
vətənpərvərlik nümunəsi kimi gələcək nəsillərin  yoluna işıq 
salacaqdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Vaqif Məmmədov xatirələrdə 
 
78
İman Cəfərov 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
 
KODALI QOŞAYARPAQ MİSRALARIN SİRRİ, 
YAXUD SABAHA ÜNVANLANAN SEVGİ 
 
Ümumiyyətlə, insanların, xüsusən də daima insanlığın tale-
yini düşünən zəka sahibləri nə zamansa ömür yollarını başa 
vuraraq bizdən ayrılmaları fikri ilə razılaşa bilmirəm. Və kəsin-
liklə bu barışmazlığın səbəbi Nizami Gəncəvi, Məhəmməd 
Füzuli, Fransua Rable, Conatan Svift, Mirzə Fətəli Axundzadə
Viktor Hüqo, Cəlil Məmmədquluzadə kimi qüdrətli söz sahib-
lərinin müdrik deyimlərinə əsaslı şəkildə bağlılığımdır. Əlbət də, 
ziya yoldaşım Vaqif Məmmədovun digər klassiklərdən biri kimi 
qiymətli deyimləri ilə mənə bir daha yaxın olacağına inanmaz-
dım. Halbuki, Vaqif Məmmədovun arabir asta-asta mənim iş 
otağıma gəlişi, yaxud mənim “Qeyrət” nəşriyyatında şairlə 
atüstü görüşməyim məhz mənəvi tamlığın kamilliyinə xidmət 
edirdi. Şübhəsiz ki, Vaqif Məmmədov həmişə yeni bir şeirini, 
hətta hələ mürəkkəbi qurumamış bir lirik əsərini oxumaq üçün 
4-cü mərtəbəyə qalxırdı. Heç düşünməzdim ki, günlərin bir 
günü Vaqif müəllimsiz şairin tam yeni şeirlərini mənə gətirəcək-
lər. Və həmin misraların arasından Vaqif Məmmədovun işıqlı 
portreti canlanacaq, portretin alt yazısında isə şairin aşağıdakı 
misralarını oxuyacağam: 
 
İncidən, sədəfdən pak, təmiz insan, 
Nuru bir okean, bir dəniz insan... 
 
Əslində bu misraları şair Vaqif Məmmədovun sənət axtarış-
larının məntiqi yekunu da adlandırmaq mümkündür. Vaqif 
Məmmədov sənəti-şairin müxtəlif mövzulu və müxtəlif janrlı 
əsərləri mənim üçün son dərərcə doğma olub. Azərbaycan adlı 
bir məmləkətin şanlı dünənini, işıqlı bu gününü və daha qüdrətli 
sabahını tərənnüm edən sənət əsərlərinin bədii qiraət müsabiqə-


Vaqif Məmmədov xatirələrdə 
 
79
lərində dönə-dönə tələbələrə Vaqif Məmmədovun şeirərini 
əzbərləməyi, o şeirlərdən müsbət enerji almağı məsləhət görmü-
şəm. Şairin bir neçə kitabına “Ön söz” yazmışam. Amma 
qismətimdə şairin qoşayarpaq misralarla yaratdığı labrintdə 
sonucu axdarmaq da varmış. O sonuc ki, şairin sənət dünyası 
üçün xarakterik olan sonsuzluqdan boylanırdı. 
Mənim düşüncəmə görə, dünya, həyat və insan haqqında  
şair konsepsiyasının qoşayarpaq misralarla təqdimi əslində söz 
sahibindən xüsusi poetik cəsarət tələb edir. Bir ömürlük sənətdə 
zirvə yolu qət edərək özünü uca poetik məqamda görən Vaqif 
Məmmədovun bu yeni əsəri üç hissədən ibarətdir. 
Birinci hissədə hər qoşa yarpaq misranın əvvəlincisində “N” 
ikincisində isə “Ə” hərfi ilə başlayan söz gəlir. İkinci hissədə 
eyni düzümlərdə “Z” və “R” hərfləri ilə başlayan sözlərlə qarşı-
laşırıq. Üçüncü hissənin əsas göstəricisi isə “İ” və “N” mənbəli 
sözlərdir. Bu kodları acmaqla şairin yeni kitabını “Nəzrinnamə” 
də adlandırmaq mümkündür. Əslində Vaqif Məmmədov sənəti 
üçün hər hansı bir ad şərtidir. Bu sənət  hüdudları sonsuzluqla 
müəyyənləşən insanın mənəvi dünyasına  ünvanlanmışdır. Elə 
bir dünya ki, orada insan bütün aydınlıqları, eləcə də bütün 
təzadları ilə öz monumentallığını təmin etməkdədir. Daha 
maraqlısı isə şairin təqdim etdiyi insanın mənəvi dünyasında 
günahla-günahsızlığın, sevinclə kədərin, qışla yazın sərhədləri 
ayrılmazıdır. Yaxud şairin mənəvi ucalığıdır ki, həmdəmlərinin 
günahını belə özünə doğmalaşdıra bilir və yazır: 
 
Nəsibim, pənahım-könül sirdaşım, 
Ən böyük günahım-könül sirdaşım 
 
Nazını-qəmzəni görəydim kaş ki... 
Əlimi əlinə  verəydim kaş ki... 
 
Adətən sözlə oynamaq, sözü cilalamaq, sözü sözə hörmək 
şairlərin sənəti saylır. Vaqif Məmmədov sanki şairlik sənətində 
oxucuya güzəştə gedir, onu da yeni dünyanın təzadları fonunda 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə