Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə22/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   18   19   20   21   22   23   24   25   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
73
Elə bilirəm ki, o kəndin xəzan çağında  xəzəlin üstü ilə 
yerisəm, ətrafa yayılan səsdən güc alaram, azar-bezardan xilas 
olaram, bu dünyadan nigaran köçmərəm.. 
Elə bilirəm ki, o kəndin payızında gur yağışa düşüb, cum-
culuq olsam, bir daş koğuşuna sığınıb, orada yağış yağana qədər 
oturub xəyala dalsam, bu dünyadan nigaran köçmərəm… 
Elə bilirəm ki… zəng vuruldu, sözü kimi ömrü də yarımçıq 
qaldı. Bu görüşdən üç ay sonar çarəsiz xəstəlik onu bizdən 
həmişəlik alıb apardı. Oğlu Səbuhi gözünün önündə atasının 
günbəgün şam tək əridiyini görüb və onun arzusunu nəzərə alıb 
son kitabın çapına nə qədər çox çalışsa da qismət olmadı… 
Oğlunun təsəllisi o oldu ki, “heç olmasa atam son kitabının 
tərtibatını və adını özü verdi. “Ömrün payız nəğməsi”… O, 
payız fəslini çox sevirdi, həmişə payız fəsli ilə həyatım arasında 
bir oxşarlıq var-deyirdi:  
 
Bu payız günündə, xəzan günündə 
Elə qəribsədim, sanki xəyalsan. 
Bir az da geciksən, bir az da qalsan 
Surətin gözümdən çəkilə bilər. 
Ya da sənsizliyə dözə bilməyib, 
Ömrüm yarpaq-yarpaq tökülə bilər. 
 
Bəli, bu ayrılığa, qəribliyə dözə bilməyib, ömrü yarpaq-
yarpaq töküldü, amma xəzəl olmadı. Anar müəllimin sözləri ilə 
desək: “İnsanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmur-
lar, nə qədər ki, onları xatırlayan, onların sifətlərini, səslərini 
yaddaşında saxlayn insanlar olur bu ölənlər də hələ yaşayır- 
fikirlərdə, xəyallarda, təsəvvürlərdə”. Sən də yaşayacaqsan, 
Vaqif müəllim, çünki səni də xatirələrdə yaşadanlar var. Onlar 
əsrdən-əsrə, nəsldən- nəslə ötrüb səni daim yaşadacaqlar. Ruhun 
şad olsun! 
 
26.05.2016, 525-ci qəzet 


Vaqif Məmmədov xatirələrdə 
 
74
Elbrus İsayev 
“Naxçıvan” Universiteti “İdarəetmə” 
 fakültəsinin dekanı, 
tarix üzrə fəlsəfə doktoru, dosent 
 
ÖMRÜNÜ MİLLƏTİNƏ HƏSR EDƏN                               
VƏTƏN SEVDALISI 
 
Həyatda çox az insanlar məni əməli fəaliyyəti ilə heyrət-
ləndirə bilib. Çox az insanların həyat yolundan örnək almağa 
çalışmışam. Haqqında böyük qürur və hörmətlə yazmaq istədi-
yim Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, İLESAM-ın 
(Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və 
Avrasiya Yazarlar Birliyinin üzvü, tarix üzrə fəlsəfə doktoru, 
dosent Vaqif Məmmədov mənim üçün həqiqi müəllim, fədakar 
vətəndaş idi.  
Xalq şairi Məmməd Arazın qələmindən çıxmış və məşhur 
zərb-məsələ çevrilmiş "vətən daşı olmayandan olmaz ölkə vətən-
daşı" misrasını Vaqif Məmmədov dönə-dönə gənclərə xatırla-
daraq, torpağa bağlı, gərəkli olmağı, əsl vətəndaşlıq nümunəsi 
göstərməyi tövsiyyə edirdi. Əgər bunu bacarmırıqsa, heç “vətənin 
daşı” olmağa da layiq deyilik, deyirdi Vaqif Məmmədov.  
Vaqif müəllimi ilk dəfə tələbəlik illərimdə tanımışam. Elə 
ilk dərsində öz işinin ustadı kimi bizi heyrətləndirmişdi. Daha 
sonralar Vaqif müəllimlə iş yoldaşı olmaq nəsib oldu mənə. 
İşimlə əlaqədar olaraq onunla tez-tez görüşərdim. Həm nəşriyyat 
məsələlərini uğurla idarə edər Vaqif müəllim, həm də elmi-
publisistik və bədii yaradıcılığı müvəffəqiyyətlə davam etdiriri-
di. O, bir neçə şerlər kitabının və tarixi əsərlərin, qeydlərin 
müəllifidir. O şeirlər kitabının ki, əlinə qələm alıb yazdığı ilk 
şerindən son şeirlərinə qədər elinə, obasına, Vətəninə bağlı 
vətəndaş duyğularının tərənnümündən ibarətdir. Şairə bu duy-
ğuları, vətənə məhəbbətini, el-oba sevgisini isə doğma Naxçıva-
nımızın əsrarəngiz təbiəti, saf bulaqları, məğrur qayaları, əsrlər 
qocaldan zirvələri aşılayıb. Yazdığı tarixi əsərlər, hər zaman  


Vaqif Məmmədov xatirələrdə 
 
75
real hadisələrə, tarixi faktlara əsaslanmaqla qələmə alınmışdır. 
Hər dəfə işıq üzü görən bu kitabların ilk təqdim olunduğu və ilk 
oxucusu olan insanlardan idim.  
Müəllimlik şərəfli bir sənətdir. Ona görə də bu sənəti gərək 
doğrulda biləsən. Minlərlə tələbənin hörmət və rəğbətini qazan-
maq, yaddaşlarında hər zaman zirvədə dayanmaq asan məsələ 
deyil. Vaqif müəllim sözün əsl mənasında, fədakar müəllim idi. 
Onun dərs dediyi tələbələr onu daim obyektiv, milli dəyərlərə 
sahib olan uca şəxsiyyət, öz bilik və bacarığını sevə-sevə tələbə-
lərinə aşılamaqdan yorulmayan böyük insan kimi dəyərlən-
dirirdi. Ən çətin günlərdə belə, müəllimlik şərəfini daim uca 
tutmaqla, əsl ziyalılıq nümunəsi göstərirdi. 
Vaqif müəllimin düşüncəsində müəllim yüksək əqidə, 
məslək sahibi, müəllim-Vətəndaş olmalı idi. O, xalqın, vətənin 
problemləri ilə yaşamalı, gəncliyi də bu ruhda yetişdirməlidir. 
Müəllimlik-vətənpərvərlik peşəsidir. Məhz Vaqif müəllim də 
tələbələri, gəncləri vətənə məhəbbət ruhunda tərbiyə edir, onları 
vətənin müdafiəsinə hazırlayırdı. Onun tərcümeyi halına diqqət 
yetirdikdə bir daha şahidi oluruq ki, bu uca şəxsiyyət bir sıra 
fərqli sahələrdə çalışsa da, təhsil sahəsi və müəllimlik peşəsi 
onun üçün prioritet sahə idi. O, 1968-1975-ci illərdə Sədərək 
kənd orta məktəbində müəllim, 1975-1978-ci illərdə Sədərək 
kənd 1 nömrəli orta məktəbində ibtidai siniflər üzrə direktor 
müavini, 1978-1982-ci illərdə təlim-tərbiyə işləri üzrə direktor 
müavini, 1982-1995-ci illərdə həmin məktəbdə direktor vəzifə-
lərində çalışmışdır. 1998-ci ildən isə universitetin “Azərbaycan 
tarixi” və “Jurnalistika və dünya ədəbiyyatı” kafedralarında 
müəllim kimi uğurla fəaliyyət göstərmişdir.  
Vaqif Məmmədov tələbə gənclərin bədii düşüncə qabiliy-
yətinin formalaşması və inkişafında daim çalışırdı. İş otağında o 
qədər yaradıcılıq mühiti olurdu ki, oradan əliboş ayrılmaq müm-
künsüz idi.  
Vaqif müəllimin vətəndaşlıq mövqeyi, vətənpərvərliyi özü-
nəməxsus idi. 1990-cı illərin ağır müharibə günlərində öz yaşa-
dığı evini belə hərbiçilərimizə verərək, silah çiynində cəbhə 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə