Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə15/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   11   12   13   14   15   16   17   18   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
49
Onunla son vaxtlar daha çox 1998-ci ildən "Qeyrət" nəşriy-
yatının direktoru, həmçinin "Elmi əsərlər" jurnalının redaktoru 
olduğu Naxçıvan Dövlət Universitetində görüşürdük. Birinci 
mərtəbədə yerləşən otağında maraqlı elmi söhbətlər edirdik. 
2016-cı ildə aldığımız bir gözlənilməz xəbər bütün Vaqif-
sevərləri sarsıtdı. Türkiyə mətbuatında belə Vaqif Məmmədovun 
dünyasını dəyişməsiylə bağlı silsilə yazılar dərc olundu. Vaqif 
müəllim gözlərini əbədi yumsa da, onun yazıb-yaratdığı, bizlər 
üçün ərməğan olan şeir kitabları, bədii-publisistik kitabları gələ-
cək nəsillərimiz üçün əbədi yaşayacaqdır. Ruhun şad olsun, 
ustad!  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Vaqif Məmmədov xatirələrdə 
 
50
Xanəli Kərimli  
Filologiya üzrə fəlsəfə doktoru,  
dosent, şair-publisist 
 
BİR VAQİF DƏ KÖÇ EYLƏDİ DÜNYADAN... 
 
Ədəbi-elmi fikrimizin böyük təəssübkeşi və cəfakeş tədqi-
qatçısı olan akademik İsa Həbibbəyli istedadlı şair, tarixçi alim
Naxçıvan MR-in “Əməkdar mədəniyyət işçisi”, Azərbaycan 
Yazıçılar və Jurnalistər Birliyinin,həmçinin İLESAM-ın (Türki-
yə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi), Avrasiya 
Yazıçılar Birliyinin üzvü Vaqif Məmmədov haqqında yazdığı 
“Sənətə Vaqifik” adlı kitab bu cümlələrlə başlayır: “Azərbaycan 
ədəbiyyatında Molla Pənah Vaqifdən başlayaraq Vaqiflər ədəbi 
nəsilləri ənənəsi davam etməkdədir. Vaqiflərin demək olar ki, 
hamısında bənzərsiz sənətkarlıq imkanları, özünəməxsus istedad 
və ilham, ədəbiyyata, şeirə sənətə vaqiflik müşahidə olunmaq-
dadır. ...İstedadlı şair Vaqif  Məmmədovun da Molla Pənah 
Vaqifdən Səmədoğluna qədərki Vaqiflərin sırasında  Vaqifliyi 
bir daha nümayiş etdirmək və təsdiqləmək mənasında öz yeri, 
mövqeyi və xidmətləri vardır. Hətta şeirimizdəki çoxsaylı 
Vaqiflər arasında  elmi fəaliyyətlə məşğul olan, tarix elmləri 
namizədi alimlik dərəcəsi qazanan tək Vaqif Məmmədovdur”.  
Mən Vaqif Məmmədovun imzasını yerli mətbuat səhifə-
lərindən hələ ötən əsrin 80-ci illərindən tanısam da, onunla şəxsi 
tanışlığım 1998-ci ilin iyunundan başladı. O zaman Naxçıvan 
Dövlət Universitetinə yenicə rektor (16.10.1996) təyin olunan, 
indi AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat 
İnstitutunun direktoru, millət vəkili, akademik İsa Həbibbəyli 
universitetdə çox ciddi quruculuq işlərinə başladı ki, bu işlərdən 
biri də universitetdə müstəqil, müasir tələblərə cavab verən 
nəşriyyat açmaq işi oldu. Düzdür, universitet həyatını vaxtlı-
vaxtında işıqlandıran və 1991-ci ilin oktyabr ayının 15-dən bu 
sətirlərin  müəllifinin redaktorluğu ilə nəşr edilən “Fikir” qəzeti 
(bu qəzet də birbaşa o vaxt universitetin Elmi işlər üzrə prorek-


Vaqif Məmmədov xatirələrdə 
 
51
toru İsa Həbibbəylinin ciddi nəzarəti altında idi) çıxırdı. Amma, 
təbii ki, yeni və həm də inamlı bir inkişaf yoluna çıxmaqda olan 
universitet üçün ayda bir dəfə nəşr edilən bu qəzetin gücü hər 
şeyi həll etmək imkanına malik deyildir. Buna görə də az bir 
zamanda universitetdə nəşriyyat açıldı və bu nəşriyyat  Mirzə 
Cəlilin əbədi xatirəsinə hörmət əlaməti olaraq “Qeyrət” adlan-
dırıldı. Nəşriyyata direktor vəzifəsinə haqqında yazmağı özümə 
həmişə borc bildiyim və İsa müəllimin də illərlə yaxından 
tanıdığı, sənətinə və şəxsiyyətinə yüksək dəyər verdiyi Vaqif 
Məmmədov təyin olundu. Yuxarıda qeyd etdiyim kimi, Vaqiflə 
şəxsi tanışlığım da o vaxtdan başladı. Sonralar Vaqif mənim 
haqqımda qələmə aldığı “Kimin ki, qəlbində Tanrı eşqi var, 
yaxud, Xanəli Kərimlinin portret cizgiləri” məqaləsində tanışlı-
ğımızın tarixi haqqında yazacaqdı: “Xanəli Kərimli imzası ilə 
qiyabi tanışlığımın 20-25 illik tarixi olsa da, onunla şəxsi tanış-
lığım 1998-ci ildən başlayıb. Həmin ilin iyun ayının əvvəllə-
rində Naxçıvan Dövlət Unuversitetinin rektoru, akademik (onda 
professor idi) İsa Həbibbəylinin dəvəti və qayğısı ilə universite-
tin yeni yaranmış “Qeyrət” nəşriyyatına direktor təyin olun-
duğum gün iş otağıma ilk dəfə gəlib məni təbrik edən Xanəli 
Kərimli oldu. Maraqlıdır ki, mən o vaxt onu şəxsən tanımasam 
da, o, məni tanıyırmış və elə ilk görüşdəcə ən doğma adamı kimi 
mənimlə əl verib çox mehribancasına görüşdü:” “Xoş gəlibsən, 
qardaş, işində uğurlar arzulayıram!”-dedi... Mən bu səmimi 
münasibətə görə minnətdarlıq edib onu tanımadığımı bildirəndə 
bərkdən şaqqa çəkib güldü, gülə-gülə də əlavə etdi ki, bəs şairlər 
özləri bir-birini tanımayanda kənardan onları kim tanıyacaq? 
Beləcə başlandı ilk tanışlığımız...” 
On yeddi illik şəxsi tanışlığımız bizim üçün əbədi tanışlığa, 
doğmalığa çevrild. Vaqiflə  hər görüşüm şirin bir duyğu kimi 
indi tarixə dönsə də, taleyimdən, həyatımdan keçən unudulmaz 
bir xətt kimi yaşamaqdadır. 
Tale elə gətirdi ki, Vaqiflə mən Hollandiyada, Pakistanda, 
Türkiyədə, İranda və Azərbaycan daxilində bir sıra beynəlxalq 
elmi konfranslarda, ədəbi-mədəni tədbirlərdə həm universiteti-


Vaqif Məmmədov xatirələrdə 
 
52
mizi, həm də geniş mənada, Vətənimizi ləyaqətlə təmsil etmişik. 
Geniş milli düşüncəyə, yüksək əxlaqi-mənəvi dəyərlərə malik 
olan Vaqifin çox ləyaqətli yol yoldaşlığı vardı. Vaqif çox səbirli, 
təmkinli, həm də ifallı davranışı ilə mənim üçün də bir nümunə 
idi. Köhnə kişilər kimi yaxın və uzaqlığına baxmayaraq hər bir 
səfərində ehtiyat üçün yol çörəyi götürərdi və onun götürdüyü 
yol çörəyinin şirinliyi, dadı hələ də unudulmaz bir dad, ləzzət 
kimi damaqlardan getməyib. 
Vaqifdə özünəməxsus bir ağsaqqalyanalıq vardı. Heç vaxtı 
kimsənin sözünü kəsməz, kimsəyə toxunan, kimsənin ləyaqət və 
şəxsiyyətini aşağılayan hərəkət etməzdi. Bu, da onun, hər şey-
dən əvvəl, şairliyindən, insan dünyasının  sirlərinə bələdliyindən 
irəli gəlirdi. Vaqif bəlkə də, yeganə şair, qəlb adamıdır ki, onun-
la mənim ailə tərbiyəm, ailə mühitim üst-üstə düşürdü. Vaqifin 
özü də haqqımda yazdığı məqaləsində bunu xüsusi vurğulayır: 
“Hər ikimiz ayrı-ayrı rayonlarda, ucqar bir kənddə (o, Şahbuz 
rayonunun Mahmudoba kəndində, mən Sədərək rayonunun 
Sədərək kəndində) on nəfərik böyük bir ailədə doğulub boya-
başa çatmışıq. Hər ikimizin atası Böyük Vətən Müharibəsində 
ağır döyüş yolu keçib, ikimiz də  məktəb illərində  ailəyə kömək 
etmək  məcburiyyətində qalmışıq. Hər ikimiz...” və Vaqif  bu 
kimi oxşarlıqların sayını daha da artırır ki, bu da bizim aramızda 
təkcə şəxsi münasibətlərdə deyil, həm də yaradıcılıq münasibət-
lərində də özünü göstərirdi. Vaqif mənim, mən Vaqifin yara-
dıcılığı haqqında məqalələr yazmaqla bərabər, bir-birimizə ithaf 
şeirlərimiz də az olmayıb... 
Vaqiflə bağlı bu yazını işləyərkən gördüm ki, çağdaş elmi, 
ədəbi və ictimai mühitimizdə fəal həyat mövqeyi olan və “Vaqif 
Məmmədov” adı və soyadı ilə tanınan bir sıra soydaşımız var ki, 
onların hamısı Vətənə, millətə xidmət naminə bir amal, bir 
qayədə birləşirlər. Vaqif  Məmmədovlardan biri texnika elmləri 
üzrə akademik, biri fizika-riyaziyyat elmləri namizədi, başqa 
biri kino rəssamı, həm də ssenarist, digər biri rejissor və biri də 
ssenarist olduğu kimi, mənim dostum və qələmdaşım Vaqif 
Məmmədov da qeyd etdiyim kimi-şair, tərcüməçı, publisist, 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə