Microsoft Word vencur 2015. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix04.04.2018
ölçüsü0,63 Mb.
#35833
1   2   3   4   5   6   7   8   9   ...   26

13 

 

nkişaf  etdikcə  maliyyələşdirmənin  daxili  mənbələri  kifayət  etmir  və  xarici 



mənbələrdən istifadə zəruriyyətə çevrilir. 

Vençur  maliyyələşdirməsi  maliyyə  münasibətləri  subyektləri  arasında 

ə

laqənin tipinə görə iki növə  ayrılır: birbaşa  maliyyələşdirmə,  investor və vençur 



firması  arasında  maliyyə  münasibətləri  baş  verdikdə  və  birbaşa  aparılmayan 

maliyyələşdirmə,  maliyyə  münasibətlərində  investor  və  firmadan  başqa  maliyyə 

vasitəçisi çıxış etdikdə. 

Birbaşa maliyyələşdirmə zamanı vençur resurslarını vençur firmasının, yaxud 

ana şirkətin meneceri, birbaşa olmayan maliyyələşdirmə zamanı maliyyə vasitəçisi 

– vençur kapitalı firması idarə edir. 

Birbaşa  maliyyələşdirmə  zamanı  layihənin  uğursuz  reallaşdırılması  halında 

zərərin bölüşdürülməsi mexanizmi yoxdur. Bu halda investor maliyyə itgisi riskini 

tamamilə öz üzərinə götürür. Bir qayda olaraq banklar, sığorta şirkətləri və pensiya 

fondları  birbaşa  maliyyələşdirmədə  iştirak  etməkdən  imtina  edirlər,  çünki  onlar 

üçün bu aşağıdakı səbəblərə görə çox risklidir: 

- ayrılan maliyyə resurslarına görə maddi təminat yoxdur; 

- vençur firmasına kapitalqoyuluşu likvid deyil; 

-  vençur  firmasının  fəaliyyətinin  ilkin  mərhələsində  müflisləşmə  norması 

yüksəkdir. 

Lakin  birbaşa  maliyyələşdirmənin  uğurla  getdiyi  halda  həm  gəlirin 

bölgüsündə,  həm  də  yeni  texnologiyalardan  üstün  istifadəyə  hüquq  alınmasında 

daha yüksək nəticəyə təminat vardır. 

Təcrübədə investor qismində iri şirkət, yaxud dövlət çıxış etdiyi halda vençur 

firmasının inkişafının sonrakı, az riskli mərhələlərində birbaşa maliyyələşdirmədən 

istifadə  olunur.  Birbaşa  aparılmayan  maliyyələşdirmədə  investor  qismində  iri 

sənaye  şirkətləri,  banklar,  sığorta  şirkətləri,  pensiya  fondları  çıxış  edə  bilər.  Bir-

başa aparılmayan maliyyələşdirmə investora aşağıdakı faydaları verir. 

a)  iqtisadi-investor  investisiyalaşdırılan  obyektin  seçilməsi,  investisiya-

laşdırılan  obyektə  yatırılan  kapitala,  fond  bazarındakı  vəziyyətə  nəzarət  üzrə 

funksiyalardan azad olur; kapitalın idarə olunması məsuliyyətini daşımır; 




14 

 

b)  maliyyə-kapitalın  idarə  olunması  üzrə  məsrəflərdə  qənaət;  maliyyə 



qoyuluşunun risk dərəcəsinin azaldılması; kapital qoyuluşunun uğursuz nəticəsində 

mümkün itgilərin investorlar arasında bölüşdürülməsi; yüksək mənfəət normasının 

alınması. 

Birbaşa  aparılmayan  maliyyələşdirmə  vençur  fəaliyyəti  iştirakçılarının 

ixtisaslaşmasına  və  investorların  kooperasiyasına  əsaslanır.  Birbaşa  aparılmayan 

maliyyələşdirmədə investor öz kapitalını vençur fonduna  qaytarmaqlılıq, təcililik, 

ödənilməlilik, bütün vəsaitlərin sadə səhmə çevrilməsi imkanı şərtilə təqdim edir. 

Vençur  maliyyələşdirilməsinin  əsas  xüsusiyyətləri  vençur  biznesinin  özünün 

xüsusiyyətləri ilə müəyyən edilir, hansıki aşağıdakılardan ibarətdir. 

Vençur  maliyyələşdirməsi,  bir  qayda  olaraq,  kiçik biznesin  maliyyə  təminatı 

ilə  bağlıdır,  ona  görə  də  ayrıca  investisiya  layihəsinin  vençur  maliyyələşməsinin 

həcmi onun ənənəvi maliyyələşdirilməsi həcmi ilə müqayisədə böyük deyil. 

Vençur  maliyyələşdirməsinin  obyekti  əsasən  yeni  növ  məhsul  və  xidmətin 

işlənilməsi  və  istehsalı  prosesi  hesab  edilir,  hansıki  onun  üçün  nəticənin  qeyri-

müəyyənliyinin  yüksək  dərəcəsi  xarakterikdir.  Bunun  nəticəsidi  ki,  vençur 

maliyyələşdirilməsi  üçün  qoyulan  vəsaitin  qaytarılmamasına  böyük  ehtimalın 

olması  və  ona  uyğun  mümkün  itgilərin  təhlükəsizlik  tədbirlərinin  qəbul  edilməsi 

zərurəti səciyyəvidir. 

Maliyyə prosesləri həm bir vençur fondu çərçivəsində, həm də vençur kapitalı 

sənayesi  miqyasında  tsikli  xarakter  daşıyır.  Bir  vençur  fondu  çərçivəsində 

maliyyələşdirmənin  tsikliyi  layihənin  inkişafının  tsikliyi  ilə  əlaqədardir,  çünki 

inkişafın bir mərhələsindən digərinə keçərkən əlavə maliyyə resursları tələb edilir. 

Vençur  kapitalı  sənayesi  miqyasında  maliyyələşdirmənin  tsikliyi  bütün 

iqtisadiyyatın  inkişafının  tsikliyi,  həmçinin  vençur  kapitalına  tələb  və  təklifin 

nisbəti ilə müəyyən edilir. 

Vençur  maliyyələşdirməsinin  müddəti  çox  uzun  (3-10  il)  olur,  hansıki  başa 

çatanda kapitalistlər mənfəətin əsas məbləğini alırlar. 

Ə

nənəvi  maliyyələşdirmədən  fərqli  olaraq  vençur  kapitalistinin  vençur 



kapitalının  idarə  olunmasında  iştirak  etmək,  həmçinin  mütəxəssislərə  maliyyə, 


15 

 

istehsal  və  kommersiya  fəaliyyəti  məsələləri  üzrə  məsləhətlər  vermək  imkanı 



vardır. 

Vençur maliyyələşdirməsinin xüsusiyyətləri iki prinsipdə təzahür edir: 

a)  birinci prinsip – vençur prosesi iştirakçıları arasında riskin paylanması və 

bölünməsidir.  Bu  investorların  kooperasiyası,  maliyyə  vasitəçilərinin  ixtisaslaş-

ması  və  kooperasiyası,  vençur  kapitalının  idarə  olunmasının  xüsusi  metodları 

vasitəsilə reallaşdıılır; 

b)  ikinci  prinsip  –  vençur  maliyyələşdirilməsinin  mərhələlər  üzrə 

aparılmasıdır. Belə ki,  layihənin  inkişafının hər bir  mərhələlərində  maliyyələşdir-

mənin  müxtəlif  həcmi  və  istiqaməti,  maliyyələşdirmənin  müxtəlif  subyekti  və 

obyekti olur. 

Kreditləşmə  formasında  vençur  maliyyələşdirməsinin  ənənəvi  kreditləşdir-

mədən əsas fərqi aşağıdakılardan ibarətdir: 

-  vençur  kreditləşdirməsinin  obyektləri  yeni,  perspektivli  ideyalar,  işləmələr 

və  texnologiyalardır,  yəni  bankların  vəsait  qoya  bilmədiyi  sferalara  kapital 

qoymaqdır; 

-  banklar  konkret  əmlak  təminatı  altında  kredit  verir,  vençur 

kreditləşdirməsində hər hansı zəmanət tələb edilmir; 

-  banklar  maliyyələşdirmədə  kreditorlar  qismində  çıxış  edir,  vəsaitin 

qaytarılmasını  və  faiz  formasında  gəliri  alınmasını  nəzərdə  tutur,  halbuki  vençur 

kapitalisti yalnız kreditor deyil, həm də maliyyələşdirilən layihənin iştirakçısıdır; 

- vençur prosesində kredit münasibətlərində təkcə ənənəvi kreditorlar – bank 

deyil, həm də digər maliyyə təşkilatları – sığorta şirkətləri və pensiya fondları çıxış 

edə bilər. 

Vençur  maliyyələşdirməsinin  büdcə  maliyyələşdirməsindən  əsas  fərqi 

aşağıdakılardan ibarətdir: 

-  dövlət  büdcə  maliyyələşdirməsini  həyata  keçirərək  qoyulan  vəsaiti  geri 

almır, ancaq vençur maliyyələşdirməsi investorlara qoyduqları vəsaitin qaytarılma-

sını nəzərdə tutur; 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə