Microsoft Word vencur 2015. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix04.04.2018
ölçüsü0,63 Mb.
#35833
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

25 

 

hansıki  dünya  təcrübəsində  innovasiyanın  maliyyələşdirilməsinin  ən  mühüm 



mənbələrindən biridir. 

Vençur  kapitalının  innovasiya  firmalarının  maliyyələşdirilməsinin  mənbəyi 

kimi  üstünlüklərini  nəzərə  almaqla  nəticə  çıxarmaq  olar  ki,  vençur  kapitalı 

iqtisadiyyatın innovasiya inkişafının və struktur təzələnməsinin mühüm amili kimi 

çıxış edir, innovasiya fəaliyyətinin investisiya mexanizminin yeni tipini yaradır və 

bütövlükdə iqtisadiyyatın rəqabət qabiliyyətini yüksəldir. 

Vençur  kapitalının  milli  iqtisadiyyatın  innovasiyalı  inkişafına  təsirinin 

effektivliyi aşağıdakılardan ibarətdir: 

- iqtisadi sistemin struktur təzələnməsi, davamlı dinamik inkişaf edən sahələrə 

dəstək; 


-  iri  şirkətlərin  innovasiyalı  yenidən  təşkilinin,  kiçik  və  orta  biznesin 

inkişafının stimullaşdırılması; 

- elmi işləmələrin kommersiyalaşdırma dərəcəsinin artırılması, iqtisadiyyatda 

innovasiyanın tətbiqi və yayılması sürətinin yüksəldilməsi; 

-  kadrların  ixtisasının  yüksəldilməsi  və  yeni  peşələrin  təkrar  istehsalının 

genişləndirilməsi, yeni rəqabət qabiliyyətli iş yerlərinin yaradılması; 

- sosial sferanın inkişafı, həyat keyfiyyətinin yaxşılaşdırılması. 

Beləliklə, yüksək riskli olmasına baxmayaraq vençur maliyyələşdirməsi yeni 

ideyanın,  yüksək    texnoloji  innovasiyaların  tətbiqi  və  milli  iqtisadiyyatın 

innovasiyalı  inkişafı  üçün  maliyyələşdirmə  və  investisiyalaşdırmanın  ən  səmərəli 

mənbəyi hesab edilir. 



26 

 

FƏS L 2.  NNOVAS YA SAH BKARLIĞI VENÇUR B ZNES N N 



NK ŞAFI ÜÇÜN ZƏRUR  ŞƏRTD R

 

2.1.  nnovasiya fəaliyyətinin əsas anlayışları, subyektləri və 



metodologiyası 

 

 

Dünya  iqtisadiyyatının  inkişafı  müəyyən  mərhələlərdən,  yaxud  həyat 



tsiklindən  (kənd  təsərrüfatı  dövrü,  industral  sistem,  postindustral  sistem) 

keçmişdir.  Son  illər  yeni  qlobal  iqtisadi  sistemin  təşəkkülü  müşayət  edilir. 

qtisadiyyatın  industral  və  postindustral  sisteminin  əvəzinə  yeni  iqtisadi  sistem  – 

innovasiya dövrü başlamışdır. 

 

Yeni  iqtisadi  sistem  təsərrüfat  subyektlərinin  xarici  mühitdə  davamlı 



inkişafına  imkan  verən  rəqabət  üstünlüyü  ilə  səciyyələnir.  Bu,  hər  şeydən  əvvəl, 

qeyri  material  aktivlərin  rolunun  artırılmasında  və  intellektual  kapitalın  geniş 

investisiyalaşdırılmasında  təzahür  edir.  Müasir  rəqabət  mübarizəsi  kapital 

resurslarına  və  maddi  qiymətlilərə  malik  olmaq  uğrunda  deyil,  innovasiyanın 

işlənilməsi və tətbiqinin sürətləndirilməsini təmin etmək uğrunda gedir. 

 

Müəssissələrdə  elmi-texniki  tərəqqinin  nailiyyətləri  innovasiya  formasında 



tətbiq  edilir.  “ nnovasiya”  anlayışı  ingiliscə  “innovation”  sözündən  yaranmış, 

mənası yeniliklərin tətbiqi, yeni qayda, yeni üsul, yeni məhsul, yeni texnologiya və 

yeni hadisə deməkdir. 

 

Tədqiqat  obyektindən  və  predmetindən  asılı  olaraq  iqtisadi  ədəbiyyatda 



innovasiya  proses,  sistem,  dəyişiklik  və  nəticə  kimi  vurğulanır.  nnovasiya 

haqqında elmi tədqiqatların əsasını qoyan Avstriya iqtisadçısı Y.Şumpeter özünün 

“Texniki  inkişaf  nəzəriyyəsi”  əsərində  innovasiyanı  texniki  dəyişikliyin  iqtisadi 

təsiri  kimi  qeyd  etmişdir.  O,  istehsal  funksiyası  çərçivəsində  innovasiya 

sahibkarlığının  mahiyyətini  açmağa  cəhd  etmiş  və  innovasiya  prosesləri 

nəzəriyyəsinin  əsaslarını  araşdırmışdır.  Yeniliyə  texnologiyanın  və  idarəetmənin 

təkmilləşdirilməsi  kimi  baxan  alim  innovasiya  prosesində  sahibkarın  rolunu 

müəyyənləşdirmiş və onu ixtira ilə yenilik arasında əlaqələndirici adlandırmışdır. 

 

Bizim fikrimizcə, innovasiya prosesi qarşıya qoyulan məqsədə çatmaq üçün 



çoxlu  qeyri-müəyyən  yolların  və  yüksək  riskin  olması,  dəqiq  proqnoz 


27 

 

qiymətləndirilməsinin mümkün olmaması, iqtisadi münasibətlərin mövcud olduğu 



sferada  gərginliyin  aradan  qaldırılması  və  innovasiya  prosesinin  bilavasitə 

iştirakçılarının mənafelərini qorumaq zəruriyyəti ilə səciyyələnir. 

“Elmi-texniki  tərəqqi”  lüğətində  qeyd  edilir  ki,  innovasiya  –  yeni  növ 

məmulatların,  texnologiyaların  işlənilməsinə,  yaradılmasına  və  yayılmasına,  yeni 

təşkilati formaların tətbiqinə yönəldilən yaradıcı fəaliyyətin nəticəsidir. 

Bəzi  iqtisadçılar  “yenilik”  və  “innovasiya”  anlayışlarını  eyniləşdirməyə 

çalışırlar.  Bu  fikirlə  razılaşmaq  olmaz,  çünki  yenilik  –  hər  hansı  fəaliyyət 

sferasında  istehsalın  səmərəliliyinin  yüksəldilməsi  üzrə  fundamental  və  tətbiqi 

tədqiqatların,  işləmələrin  və  ya  eksperimental  işlərin  tərtib  olunmuş  nəticəsidir. 

Yenilik,  ixtira,  kəşf,  patent,  əmtəə  nişanı,  səmərələşdirici  təklif  şəklində  tərtib 

oluna  bilər.  Innovasiya  idarəetmə  obyektinin  dəyişdirilməsi,  iqtisadi,  sosial, 

ekoloji,  elmi-texniki  və  digər  növ  effektin  alınması  məqsədilə  yeniliklərin 

tətbiqinin son nəticəsidir. 

Yeni məhsul və yeni texnologiya ən perspektivli innovasiyadır, çünki onlar 

daha böyük effekt verirlər. Adətən yeni məhsul və yeni texnologiya innovasiyanın 

iki  müxtəlif  tipi  kimi  fərqlənir  və  eyni  zamanda  məhsul  və  proses  innovasiyaları 

adlandırılır.  Məhsul innovasiyası  yeni,  yaxud  təkmilləşdirilmiş  məhsul  növlərinin 

yaradılması  və  praktiki  istifadəsi  ilə  əlaqədardır.  Proses  innovasiyası  isə  yeni, 

yaxud təkmilləşdirilmiş texnologiya növlərinin yaradılması və praktiki istifadəsi ilə 

ə

laqədardır. Məhsul innovasiyasını innovasiya məhsulu, texnoloji innovasiyanı isə 



innovasiya  texnologiyası  adlandırmaq  məqsədəmüvafiqdir.  Çox  vaxt  texnoloji 

innovasiya  məhsul  innovasiyasını  yaratmaq  üçün  baza  rolu  oynayır.  Belə  ki,  bir 

çox yeni növ məhsulların istehsalı sadəcə olaraq yeni texnologiya tətbiq etmədən 

mümkün deyil. 

nnovasiyanın  mühüm  xarakteristikası  onun  yenilik  səviyyəsidir.  Belə  ki, 

firma  istehlakşıların  tələbatını  ödəmək  üçün  prinsipcə  yeni  innovasiyalı  məhsul 

istehsal  etməklə  böyük  iqtisadi  səmərə  əldə  edə  bilər.  Bu  növ  məhsul  radikal 

innovasiyaya  aiddir,  əhəmiyyətli  kommersiya  potensialına  malikdir,  yüksək 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə