Microsoft Word vencur 2015. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix04.04.2018
ölçüsü0,63 Mb.
#35833
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

48 

 

Klaster 



nkişaf  Mərkəzinin  işinin  effektivliyinin  müəyyənləşdirilməsi 

göstəriciləri  qismində  xərclərin  rentabelliyi,  xüsusi  və  borc  kapitalın  rentabelliyi, 

ə

mək  məhsuldarlığı,  reallaşdırılan  layihələrin  faizi  və  s.  göstəricilərdən  istifadə 



etmək olar. Klaster  nkişaf Mərkəzi bütün klasterin və həm də onun tərkibinə daxil 

olan hər bir müəssisənin fəaliyyətinin iqtisadi səmərəliliyini əhəmiyyətli dərəcədə 

yüksəldə bilər. 

1990-cı ildən etibarən xarici ölkələrdə dövlət sahələrin və regionların rəqabət 

qabiliyyətini 

yüksəltmək 

üçün 

iqtisadi 



inkişaf  siyasətini 

klasterlərin 

formalaşmasına  yönəltməyə  başlamışdır. Klasterlərin  fəaliyyəti  nəticəsində  əmələ 

gələn iqtisadi üstünlüklərdən aşağıdakıları göstərmək olar: 

-  məhsuldarlığın  yüksək  səviyyəsi  hesabına  rəqabət  qabiliyyətinin 

yüksəldilməsi; 

-  yeni  müəssisələrin  yaranmasının  daha  yüksək  səviyyəsi  və  sahibkarlığın 

inkişafı; 

- ictimai rifahın – sosial kapitalın və reputasiyanın baş verməsi; 

-  klasterin  iştirakçılarının  fəaliyyət  növləri  arasında  qarşılıqlı  tamamlamanın 

inkişafı; 

- etibara əsaslanan mühitin formalaşdırılması sayəsində transaksion xərclərin 

azaldılması. 

Klaster  innovasiya  üçün  aşağıdakı  amillərin  hesabına  əlverişli  mühit 

formalaşdırır: 

-  şirkətlərin,  istehlakçıların,  malgöndərənlərin  və  digər  institutların 

təmərküzləşməsi nəticəsində yaranan yaxınlıq daima innovasiyanı stimullaşdırır; 

-  bir-birilə  bağlı  sahələrdə  şirkətlərin  mövcudluğu  ilə  şərtlənən  rəqabət 

təsiridir  ki,  bu  da  ayrı-ayrı  firmaların  innovasiya  fəaliyyətinin  inkişafına  səbəb 

olur; 


-  innovasiyanın  kommersiya  mənimsənilməsi  üçün  çox  mühüm  yeniliklərin 

ə

ldə edilməsi və inkişafı üçün əlverişli klaster mühiti; 



-  innovasiya  ilə  əlaqədar  riskin  və  innovasiya  fəaliyyətində  investisiya 

nəticələrindən istifadənin geniş diapozonu üçün imkanın yaradılması; 

-  yeni  biliklərin  və  texnologiyaların  inkişafı  üçün  şirkətlər  və  elmi-tədqiqat 

institutları arasında daha sıx qarşılıqlı əlaqənin qurulması. 




49 

 

Klasterlərin  fəaliyyəti  sayəsində  yaranan  əhəmiyyətli  iqtisadi  üstünlüklərin 



olması  klaster  yanaşmasının  dünyada  genişlənməsinə  gətirib  çıxarmışdır.  Dünya-

nın  iqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrin  iqtisadiyyatının  50  faizi  klasterləş-

mişdir. 

Avropa  klaster  rəsədxanasının  məlumatlarına  görə  bu  gün  Qərb  və  Şərqi 

Avropanın 28 ölkəsində iqtisadiyyatın müxtəlif sahələrində 2101 klaster fəaliyyət 

göstərir, hansıki onlarda 42 milyon nəfər işçi qüvvəsi çalışır. ABŞ-da 300 klaster 

fəaliyyət  göstərir  ki,  onlardan  240  regional  klasterlərdir.  Dünyanın  100-dən  çox 

ölkəsi və regionlarının klasterlərin inkişafına dair proqramları vardır. 

Dövlət  tərəfindən  klasterlərə  olan  münasibət  klaster  siyasəti  adlanır.  Klaster 

siyasəti iqtisadi siyasətin başqa növləri ilə əlaqədardır. Belə ki, sənaye siyasətindən 

iqtisadiyyatın  ayrı-ayrı  sektorlarında  fokuslaşma  və  həmin  sektor  üçün  spesifik 

tədbirlər  görülmüşdür.  Ərazi  inkişaf  siyasətindən  biznesin  elmi-tədqiqat  və  təhsil 

institutlarının  qarşılıqlı  fəaliyyətinə  və  daha  geniş  biznes-əhalinin  qarşılıqlı 

fəaliyyətinə  hədəflənmə  (yönəltmə),  yəni  şəbəkə  istiqamətlənmə.  Kiçik  və  orta 

biznesə  dəstək  siyasətindən  klaster  siyasəti  kiçik  biznesin  inkişafının  vacibliyi 

götürülür.  Elmi  və  texnoloji  siyasətdən  tədqiqatların  maliyyələşdirilməsi 

götürülmüşdür. 

Klasterlərə dəstək sahəsində müasir dövlət siyasəti çoxlu milli xüsusiyyətlərlə 

müəyyən edilir ki, bu da müxtəlif cür olar və çıxış edə bilər: 

-  dəqiq  müəyyən  edilmiş  strategiya  və  ayrılmış  büdcə  ilə  konkret  siyasət, 

hansıki bir sıra sənaye sektorlarını və klasterlərin inkişafının müxtəlif aspektlərini 

ə

hatə edir; 



- klasterlərin inkişafının bəzi aspektlərində sfokuslaşma siyasət: biznes daxili, 

 yaxud biznes və elmi-tədqiqat təşkilatları arası şəbəkə qarşılıqlı fəaliyyət; 

- siyasət iqtisadi inkişafın digər strategiyalarının elementi kimi. 

Klaster  siyasəti  ümumi  şəkildə  müxtəlif  səviyyələrdə  dövlət  orqanları 

tərəfindən  qəbul  edilən  və  klasterlərin  yaradılmasına,  səfərbərliyə  alınmasına, 

güclənməsinə  istiqamətlənmiş  tədbirlərin  məqsədi,  vəzifələri,  prioritetləri  və 




50 

 

prinsiplərin  məcmuusunu  təqdim  edir.  Məsələn,  Daniyanın  klaster  siyasəti 



aşağıdakı istiqamətlərdən ibarətdir: 

- şirkətlərin fəaliyyəti üçün ümumi şəraitin yaxşılaşdırılması; 

- innovasiya fəaliyyətindən effektin artırılmasına xidmət edən təşkilatlararası 

biznes-şəbəkənin yaradılması. 

Klaster  siyasətini  dar  və  geniş  mənada  başa  düşmək  lazımdır.  Dar  mənada 

klaster  siyasəti  dedikdə,  mövcud  klasterlərin  gücləndirilməsinə,  yaxud  yeni 

klasterlərin  yaradılması  üçün  şəraitin  yaradılmasına  yönəldilən  kompleks  dövlət 

tədbirləri  başa  düşülür.  Geniş  mənada  klaster  siyasəti  aşağıdakı  tip  dövlət 

tədbirlərini 

ə

hatə 



edir: 

ə

lverişli 



innovasiya 

mühitinin 

yaradılmasına 

istiqamətlənmiş  tədbirlər;  kiçik  və  orta  biznesə  dəstək  iqtisadi  siyasətin  ənənəvi 

tədbirləri; klasterlərin yaradılması və gücləndirilməsi üzrə xüsusi klaster siyasəti. 

Avropa  alimləri,  tədqiqatçıları  klasterli  inkişaf  siyasətini  dörd  müxtəlif 

siəviyyəli kompleks tədbirlər şəklində təqdim edirlər: 

1.  Makroiqtisdi  siyasət  tədbirləri.  Bu  milli  iqtisadiyyatın  stabilliyinin  təmin 

edilməsini və innovasiyalı inkişaf və klasterlərin yaradılması üçün əlverişli şəraitin 

yaradılmasını nəzərdə tutur; 

2.  Klasterin  infrastrukturunun  yaradılması  üzrə  tədbirlər.  Klasterin 

infrastrukturunun yaradılması vəzifəsi fəaliyyətin növündən asılı olaraq həll edilir. 

Bu mərhələdə klasterin fəaliyyətinin tənzimlənməsi və klaster çərçivəsində istehsal 

olunan  məhsul  üçün  bazarın  yaradılması  üzrə  normativ  aktların  qəbuluna  dair 

məsələlər həll edilir; 

3.  nnovasiya  layihələrinin  maliyyələşdirilməsi  tematik  proqramı,  innovasiya 

siyasəti,  beynəlxalq  əməkdaşlıq,  ixracın  stimullaşdırılması  tədbirləri.  Bu  tədbirlər 

ümumi xarakter daşıyır və klasterləşmə prosesinə bilavasitə təsir edir; 

4. Klasterlərə dəstək spesifik proqramı - klasterlərə maliyyə və texniki dəstək 

üzrə tədbirləri nəzərdə tutur. 

Klaster  siyasəti  proqramlar  vasitəsilə  reallaşdırılır.  Klasterlərin  inkişafı  üzrə 

milli  proqramları  Avropa  ttifaqı  üzvlərinin  26  dövlətində  69  klaster  proqramları 

həyata  keçirilir.  Belə  proqramlar  iqtisadi  siyasətin  alətləri  arasında  mühüm  yer 

tutur,  milli  və  regional  strategiyaya  daxil  edilir  və  onların  reallaşdırılmasına 

ə

həmiyyətli büdcə vəsaiti ayrılır.   




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə