Microsoft Word vencur 2015. doc


FƏS L 3. VENÇUR KAP TALI  NNOVAS YA SAH BKARLI



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix04.04.2018
ölçüsü0,63 Mb.
#35833
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

51 

 

FƏS L 3. VENÇUR KAP TALI  NNOVAS YA SAH BKARLIĞININ 



NFRASTRUKTUR ELEMENT  K M

 

3.1.  nnovasiya sahibkarlığına maliyyə-kredit dəstək mexanizmi

 

 

Biznesin  və  bütövlükdə  milli  iqtisadiyyatın  davamlı  inkişafında,  təkraris-

tehsal prosesinin normal həyata keçirilməsində infrastrukturlar böyük rol oynayır. 

Müvafiq  infrastrukturlar  yaratmadan  biznesi  və  onun  prioritet  istiqaməti  olan 

sahibkarlıq fəaliyyətini effektiv inkişaf etdirmək qeyri mümkündür. 

“Infrastruktur” termini latın mənşəlidir, (“infra” – aşağı, alt və “struktura” – 

tikili,  yerləşmə)  sözlərinin  birləşməsindən  əmələ  gəlmişdir.  “ nfrastruktura” 

anlayışı  ilk  dəfə  1940-cı  ildən  qərb  ədəbiyyatında,  1960-cı  ildən  isə  sovet 

ə

dəbiyyatında işlədilməyə başlanılmışdır. 



qtisad  elminin  banilərindən  olan  P.Samuelsonun  fikrincə  “infrastruktur” 

terminini  iqtisadi  ədəbiyyata  amerika  alimi  P.Rozenpqeyn-Rodan  (1950-ci  ildə) 

gətirmişdir,  hansıki  infrastrukturu  iqtisadiyyatın  əsas  sahələrində  xüsusi 

sahibkarlığın  davamlı  inkişafını  təmin  edən  və  bütün  əhalinin  tələbatını  ödəyən 

ümumi şəraitlərin kompleksi kimi müəyyənləşdirmişdir. 

K.Marks  demişdir  ki,  “infrastruktur”  anlayışı  əslində  istehsalın  maddi 

şə

raitini  əks  etdirən  ümumi  əmək  vasitələri  anlayışıdır,  onsuz  əmək  prosesi  ya 



tamamilə  mümkün deyil,  ya  da  qeyri-təkmil  şəkildə baş  verir.  O,  əmək  vasitələri 

dedikdə istehsal binalarını, kanalları, yolları və torpağı nəzərdə tuturdu. 

Almaniya  iqtisadçısı  R.Yoximsen  infrastrukturu  material,  institutsional, 

xüsusi  tikililərin  və  şəraitlərin  toplusu  kimi  müəyyənləşdirir,  hansıki  təsərrüfat 

vahidlərinin  sərəncamlarında  olur  və  amillərin  (əmək,  torpaq  və  kapital)  bərabər 

qoyuluşuna bərabər gəlirin alınmasını təmin edir. 

Keçmiş  SSR -də  1960-cı  ildən  etibarən  infrastruktur  anlayışına  maddi 

istehsalın  davamlı  inkişafına  xidmət  sahələrinin  məcmusu  kimi  yanaşılmağa 

başlanıldı.  Sovet  iqtisadçı  alimləri  infrastruktur  probleminin  bəzi  aspektlərini 

tədqiq edərək sanballı əsərlər nəşr etdirmişlər. Həmin iqtisadçı alimlərin sırasında 

Azərbaycan alimlərinin də adlarını çəkmək olar. 



52 

 

Professor  V.T.Novruzov  yazır  ki,  infrastruktur  hərfi  mənada  tikintinin 



kənardan  görünməyən  alt  hissəsi,  özülü  mənasını  daşıyır,  iqtisadi  mahiyyət 

baxımından  isə  iqtisadiyyatın  özülünü  təşkil  edən  sahələrin  məcmusu  kimi  qəbul 

edilir.  Başqa  sözlə,  infrastruktur  sahələri  maddi  istehsalın  fəaliyyətini,  işçi 

qüvvəsinin  təkraristehsalını  və  əhalinin  gündəlik  həyat  tərzini  təmin  edən 

kompleks kimi müstəsna əhəmiyyətə malikdir [1]. 

Professor  R.M.Cəbiyevin  fikrincə,  infrastruktur  öz  mahiyyəti  və  təbiəti 

etibarilə  canlı  orqanizm  kimi  iqtisadi  sistemə  nüfuz  etməkdə  onun  fəaliyyətini 

təmin  edən  institutların  bütöv  bir  kompleks  halında  çıxış  edir.  Bazar  (biznes) 

infrastrukturu  çoxsaylı  meyarlar  əsasında  bir-birilə  qarşılıqlı  əlaqədə  fəaliyyət 

göstərən bazarlardan ibarətdir [2]. 

 

AMEA-nın  mübir  üzvü,  professor  T.S.Vəliyev  yazmışdır  ki,  infrastruktur 



anlayışında  iqtisadiyyatın  başqa  sahələrinə  xidmət  göstərən  sahə  və  özəklərin 

(müəssisələrin)  məcmusu  ifadə  olunur.  Deməli,  onun  məcmusunda  hansısa  bir 

sahəyə xidmət göstərmək ifadəsi müəyyənedici istiqamətdir [3, s.13]. 

 

nfrastruktur  klassik  baxımdan  bütöv  iqtisadi  sistemin  vacib  komponenti 



sayılır.  nfrastruktur  bir  tərəfdən    tabeçi  və  köməkçi  xarakter  daşıyan  iqtissadi 

həyatın qurulmasının tərkib hissəsini ifadə edir və dayanaqlı sosial-iqtisadi inkişafı 

təmin  edir,  digər  tərəfdən  isə  iqtisadi  fəaliyyətin  müxtəlif  növlərinin  inkişafının 

strateji və taktiki istiqamətlərini, hədəfini müəyyənləşdirir. 

 

nfrastrukturun  tərkibinə  aid  iqtisadçı  alimlərin  klassik  baxışlarında  iki 



yanaşma fərqləndirilir: geniş və məhdud. Birinci yanaşmada infrastruktura praktiki 

olaraq  iqtisadiyyatın  qeyri  istehsal  sferasının  sahələri  aid  edilir.  kinci  yanaşma 

infrastruktur kompleksinə daxil edilən sahə elementlərinin tərkibini,  məhsulun və 

informasiyasının  hərəkət  prosesinin  surətləndirilməsini  təmin  edən  sahələrin 

dairəsini  məhdudlaşdırır  (bura  rabitə,  nəqliyyat,  ticarət  və  s.  sahələri  daxil  edir). 

Sözün  dar  mənasında  bu  əmtəə  tədavülü  sisteminin  elementləri  olan  anbar, 

təchizat-təminat, ticarət və nəqliyyat təşkilatlarıdır. 

 

qtisadçıların  digər  qrupu  infrastruktur  anlayışını  daha  geniş  mənada 



təsəvvür edir və ona praktiki olaraq iqtisadiyyatın dövlət tənzimlənməsi element-


53 

 

lərini  daxil  etməklə  bütün  bazar  institutlarını  aid  edirlər.  Rusiya  iqtisadçısı 



A.Y.Şaripov infrastrukturu maddi istehsala xidmət göstərən, əhali üçün xidmətlər 

və  mənəvi  nemətlər  istehsal  edən,  xalq  təsərrüfatında  iqtisadi  dövriyyəni  təmin 

edən,  ətraf  mühitin  mühafizəsinə  və  təkraristehsala  şərait  yaradan  iqtisadi 

sferaların  və  alt  sahələrinin  məcmusu  kimi  müəyyənləşdirir.  .F.Çernyavski  qeyd 

edir  ki,  infrastruktur  həm  bütün  xalq  təsərrüfatına,  həm  də  onun  ayrı-ayrı 

sferalarına  və  kompleksə  bütövlük  xarakteri  verin,  hansıki  funksional  təyinatı 

birincisi, əsas istehsalın effektiv fəaliyyət göstərməsini təmin edən ümumi şəraitin 

yaradılmasından,  ikincisi,  işçi  qüvvəsinin  təkraristehsalını  təmin  etməkdən  ibarət 

olan  sahələr,  istehsal  və  fəaliyyət  növləri  şəklində  məhsuldar  qüvvələrin 

elementlərinin məcmusunu ifadə edir. A.Y.Şaripov və  .F.Çernyavskinin nöqteyi-

nəzərlərinə  uyğun  olaraq  “ nfrastruktur”  anlayışı  dedikdə  bütün  növ  bazarların 

uğurlu  fəaliyyətini  və  bazar  münasibətlərinin  inkişafını  təmin  edən  təşkilatların, 

dövlət və kommersiya firmalarının məcmusu başa düşülür. 

 

Q.N.Timofeyevanın  fikrincə,  “infrastruktur”  anlayışını  açıqlayarkən  nəzərə 



almaq  lazımdır  ki,  söhbət  ümumiyyətlə  şərait  barədə  deyil,  istehsala  lazımi 

resursların  cəlb  edilməsini,  istehsal  amillərinə  və  təsərrüfat  subyektlərinin 

fəaliyyətinin  genişlənməsinə  xidmət  göstərilməsini  təmin  edən  təkraristehsal 

şə

raitinin yaradılması haqqında gedir. 



 

Funksional əlamətlərinə görə infrastrukturlar aşağıdakı kimi təsnifləşdirilir: 

a)

  nformasiya  –  kommersiya  infrastrukturları  (marketinqlər,  reklam 



agentlikləri, kommersiya fəaliyyəti haqqında informasiyaların toplanması, emalı və 

ötürülməsi mərkəzləri və s.); 

b)

  qtisadi – hüquqi  infrastrukturlar (məhkəmələr, məsləhət-hüquq firmaları, 



vəkillər və notariat kontorları və s.); 

c)

 Ticarət – vasitəşi infrastrukturlar  (yarmarkalar, birjalar, ticarət  firmaları, 



nümayəndəliklər, kommersiya mərkəzləri və s.); 

d)

 Maliyyə-kredit  infrastrukturları  (kommersiya  bankları,  kredit  və  sığorta 



təşkilatları). 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə