Microsoft Word vencur 2015. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix04.04.2018
ölçüsü0,63 Mb.
#35833
1   ...   18   19   20   21   22   23   24   25   26

60 

 

az  həcmli  start  kapitalla  fəaliyyətə  başlamaq  imkanı  və  digər  cəhətləri  kiçik 



biznesin müsbət məziyyətlərini ifadə edir. 

Aqrar  sektorda  kiçik  təsərrüfatçılıq  formaları  çoxukladlı  iqtisadiyyatın 

mühüm  tərkib  hissəsidir.  Hazırda    kəndli  (fermer)  təsərrüfatları,  şəxsi  yardımçı 

təsərrüfatlar və digər kiçik təsərrüfatçılıq formaları kənd təsərrüfatı məhsullarının 

istehsalı,  emalı  və  realizasiyası  ilə  məşğul  olur  və  müxtəlif  növ  xidmətlər 

göstərirlər.  Kiçik  aqrobiznes  subyektləri  bir  sıra  funksiyaları  yerinə  yetirərək 

kəndin  həyat  tərzini  və  xalqın  adət  ənənələrini  qoruyub  saxlayırlar;  məşğulluq 

səviyyəsinin  yüksəldilməsinə  və  əhalinin  gəlirlərinin  artırılmasına  səbəb  olurlar; 

ə

halinin  orta  təbəqəsinin  formalaşmasına  zəmin  yaradırlar;  kənd  mənzərəsini 



qoruyub saxlayır və kənd yerlərində ekoloji vəziyyəti yaxşılaşdırırlar. 

Kiçik əmtəə istehsalçılarının xüsusi maliyyələşdirmə mənbələrinin olmaması 

ucbatından  onlar  kənd  təsərrüfatı  kreditlərinin  alınmasında  müəyyən  çətinliklərlə 

üzləşirlər. Kommersiya bankları kiçik aqrobiznesin tələbatının ödənilməsini təmin 

edən  ixtisaslaşmış  kredit  texnologiyaları  işləyib  hazırlamamışlar.  Kiçik 

aqrobiznesə  maliyyə-kredit  dətək  mexanizmlərindən  biri  dövlət  təminatı  fondlar 

sistemi  ola  bilər.  Aqrar  sektorda  fəaliyyət  göstərən,  xarici  maliyyə  və  kredit 

resurslarına  faktiki  çıxışı  olmayan  təsərrüfat  subyektlərinə  kiçik  əmtəə 

istehsalçıları  və  istehlak  kooperativi  formasında  onların  birliklərinin  müxtəlif 

tipləri aiddir. 

Kiçik aqrobiznes subyektləri üçün bank kreditləşməsindən istifadə ilə bağlı 

problemin  həlli  mikromaliyyələşmə  vasitəsilə  mümkündür.  “Üçüncü  dünya” 

ölkələrində    mikromaliyyələşmə  proqramı  “kasıbçılıqla  mübarizə”  aləti  kimi 

reallaşdırılır və əsasən xeyriyyəçilik xarakteri daşıyır. Lakin postsovet məkanında, 

o  cümlədən  Azərbaycan  Respublikasında  mikrokreditləşmə  proqramı  başlanğıcda 

kiçik  müəssisələrin  maliyyə  tələbatının  ödənilməsinə  yönəldilir  və  bazaryönümlü 

xarakter  daşıyır.  Mikrokreditləşmənin  biznesin  maliyyələşdirilməsinin  digər 

formalarından  fərqli  cəhəti  ssudanın  böyük  məbləğdə  olmamasıdır,  lakin 

mikrokredit üçün vahid standart mövcud olmadığına görə onun məbləğinin həddi 

müxtəlif ola bilər. Belə ki, dünyanın inkişaf etmiş ölkələrində mikrokreditin həddi 




61 

 

adətən  500  ABŞ  dolları  civarındadır  (təcrübədə  bəzən  bu  rəqəm  1min  dollara 



çatır). 

Mikrokreditləşmə  hüquqi  şəxs  yaratmadan  sahibkarların  sayının  və  vergi 

daxilolmalarının  artması,  bank  sektorunun  vasitəsilə  kiçik  müəssisələrin  gələcək 

inkişafı  üçün  kredit  tarixinin  olması  ilə  əlaqədar  məsələlərin  həllinə  imkan  verir. 

Mikrokreditləşmə  maliyyə  resurslarına  daim  ehtiyacı  olan,  ancaq  bank 

xidmətlərindən  istifadə  etmək  imkanı  olmayan  kiçik  müəssisələrin  tələbatının 

ödənilməsinə xidmət edir. 

Son  illər  həm  bazarın  potensial  iştirakçıları  tərəfindən,  həm  də  dövlət 

hakimiyyət  orqanları  və  sahibkarlıq  cəmiyyəti  tərəfindən  mikrokreditləşmə 

xidmətinə  marağın  artması  müşahidə  olunur.  Mikrokreditləşdirmə  təşkilatlarının 

kiçik  biznesə  mikrokreditləşmə  xidməti  göstərən  çoxsaylı  təşkilati-hüquqi 

formalarından aşağıdakı qrupları ayırmaq olar: 

-

  bütün tip kredit kooperativləri; 



-

  kiçik  sahibkarlığa  dəstək  dövlət  regional  və  bələdiyyə  fondları,  hansıki 

bank lisenziyası almadan kredit vermək hüququ vardır; 

-

  kiçik 



sahibkarlığa 

dəstək 


xüsusi 

fondları 

və 

beynəlxalq 



mikromaliyyələşmə təşkilatları; 

-

  kommersiya banklarının kredit  resurslarını almağa imkanı olmayan kiçik 



sahibkarlıq  subyektlərinə  qısamüddətli  borc  şəklində  maliyyə  yardımının 

göstərilməsi; 

-

  borc  vəsaitlərdən  istifadə  olunması  və  kredit  tarixinin  genişləndirilməsi 



üzrə  təcrübənin  əldə  edilməsində  kiçik  müəssisələrə  və  fərdi  sahibkarlara  yardım 

göstərilməsi, hansıki onları kommersiya banklarının potensial müştərilərinə çevirir. 

Maliyyə  xidməti  kənd  təsərrüfatında  və  ixrac  yönümlü  məhsullar  istehsal 

edən  sahələrdə  kiçik  müəssisələrin  sosial  əhəmiyyətli  layihələrini  maliyyələş-

dirmək  üçün  təqdim  edilir.  Mikrokreditləşmə  dəstəyi  subyektlərin  vəsaitlərinin 

cəlb edilməsinə və onların müsabiqədə iştiraklarına hesablanılır, kreditlər üzrə faiz 

dərəcəsinin  subsidiyalaşdırılması  planlaşdırılır  ki,  bu  vəsaiti  mikromaliyyələşmə 

təşkilatı  kommersiya  bankından  alır.  Ekspert  qiymətləndirməsinə  görə  bank 

kreditləri  üzrə  faiz  dərəcəsinin  yarısının  subsidiyalaşdırılması  son  borcalan  üçün  



62 

 

faiz dərəcəsinin ikiqat  azalmasına səbəb olur. Bununla əlaqədar kiçik aqrobiznes 



müəssisələrinə  maliyyə-kredit  dəstəyinin  bu  formasının  səmərəliliyinin 

qiymətləndirilməsi problemi tədqiq edilməlidir. Bu zaman kiçik müəssisələr üçün 

kreditlərin  alınması  imkanları;  kreditlərin  təqdim  edilməsi  şərtləri;  kiçik  biznesə  

regional  dəstəyin  maliyyə-kredit  mexanizminin  səmərəlilik  göstəriciləri  kimi 

məsələlərin həllinə ciddi diqqət yetirmək gərəkdir. 

Kiçik müəssisələr mikrokreditlər almaq üçün aşağıdakı şərtlərə mütləq riayət 

etməlidirlər: 

-

  müəyyən vaxt müddətində kreditlər üzrə faiz dərəcəsinin həcmi məhsulun 



realizasiyasından alınan mənfəətdən az olmalıdır; 

-

  xalis mənfəətin həcmi borc öhdəliklərini üstələməlidir. 



Kiçik  aqrobiznesə  regional dəstəyin  maliyyə-kredit  mexanizminin  fəaliyyət 

göstərməsinin  məqsədi  konkret  region  üçün  daha  əhəmiyyətli  sosial-iqtisadi 

məsələləri: yeni iş yerlərinin yaradılması; regional büdcənin möhkəmləndirilməsi; 

regionun  iqtisadiyyatının  strateji  əhəmiyyətli  sahələrinin  inkişafına  kömək 

göstərilməsi;  kiçik  biznes  müəssisələrində  ixrac  yönümlü  məhsullar  və  defisit 

ə

mtəə və xidmətlər istehsalının artırılması; sosial əhəmiyyətli məhsul istehsalı və s. 



məsələləri  həll  etməkdən  ibarətdir.  Bu  məqsədin  formalaşması  kiçik  biznesə 

regional  dəstəyin  maliyyə-kredit  mexanizminin  effektiv  fəaliyyəti  üçün  əlverişli 

şə

raiti  müəyyənləşdirməyə  imkan  verir.  Belə  şərait  həm  müvafiq  maliyyə-kredit 



dəstəyi almış kiçik müəssisələrin maliyyə-təsərrüfat fəaliyyəti prosesində yaranan 

daxili (endoqen) effekti, həm də kiçik müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinə 

münasibət üzrə xarici (ekzoqen) effekti nəzərə alır. 

Beləliklə,  maliyyə-kredit  dəstəyinin  alınması  zəruriyyətini  dərk  edərək  kiçik  

müəssisələr  müəyyən  məqsəd  (əsas  fondların  təzələnməsi,  dövriyyə  vəsaitlərinin 

artırılması, investisiya layihələrinin reallaşdırılması, yeni kiçik müəssisələrin yaradılması) 

üçün  özlərinin  gələcək  inkişafına  yönəldiləcək  müəyyən  müddətə  zəruri  maliyyə-kredit 

resursları alırlar. Maliyyə-kredit dəstəyinin müxtəlif formalarından istifadə etməklə kiçik 

müəssisələrin  sonrakı  fəaliyyəti  səmərəlilik  göstəricilərinin  yükksəldilməsində,  yəni 

istehsalın və mənfəətin artırılmasında, rentabelliyin yüksəldilməsində təzahür edən daxili 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə