Microsoft Word vencur 2015. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix04.04.2018
ölçüsü0,63 Mb.
#35833
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

57 

 

Beləliklə,  biznesin  maliyyə-kredit  infrastrukturu  təkraristehsal  prosesinin 



normal  fəaliyyəti  və  sosial  infrastrukturun  inkişafı  üçün  zəruri  maliyyə  şəraitinin 

yaradılmasına səbəb olan funksiyaların reallaşdırılmasına səbəb olan funksiyaların 

reallaşdırılmasına əsaslanan institutların məcmusudur, hansıki subyektləri maliyyə 

resurslarının  toplanması  və  bölüşdürülməsi,  təsərrüfat  subyektləri  və  iqtisadi 

sferalar arasında kapitalın formalaşması və hərəkəti proseslərini həyata keçirir. 

Maliyyə-kredit  infrastrukturunda  maliyyələşdirmə  və  kreditləşdirmənin 

altsistemləri arasında əlaqələndirici vəziyyətlə məşğul olan xüsusi inteqrasiyalaşan 

blok ayrılır, hansıki tərkibinə sığorta, vençur maliyyələşdirməsi, lizinq, franşayzinq 

daxil edilir. 

Maliyyə  blokunda  (altsistemində)  dövlət  maliyyəlləşdirməsi  və  subsidiya 

ASK-nın  maliyyə-kredit  infrastrukturunun  elementləri  hesab  olunur.  Ayrılan 

vəsaitin  bölüşdürülməsi  bir  neçə  istiqamətlər  üzrə  aparılır:  əmtəə  istehsalçılarına 

barbaşa büdcə dəstəyinin göstərilməsi; məqsədli proqramların maliyyələşdirilməsi; 

idarəetmə  strukturlarının  saxlanılması,  həmçinin  elmi  məsləhətlər  verən  və 

informasiya xidmətləri göstərən təşkilatlar. 

Kənd 


təsərrüfatının 

inkişafına 

və 

ə

rzaq 



məhsulları 

bazarının 

təkmilləşdirilməsinə  dair  Dövlət  Proqramı  çərçivəsində  ASK-ya  dövlət  dəstəyi 

aşağıdakı istiqamətlər üzrə subsidiyaların verilməsi formasında həyata keçirilir: 

-

  cins heyvandarlığa dəstək göstərilməsi; 



-

  kimyəvi maddələrin əldə edilməsi; 

-

  kənd  təsərrüfatı  bitkilərinin  və  çoxsaylı  əkilmələrin  məhsuldarlığının 



sığortalanması; 

-

  kredit faizlərinin ödənilməsi üzrə xərclərin bir hissəsinin kompensasiyası; 



-

  bitkiçilik sahələrinin inkişafı; 

-

  iqtisadi cəhətdən daha əhəmiyyətli regional proqramların reallaşdırılması. 



Kənd  təsərrüfatında  mövsümülüklə  əlaqədar  olaraq  əsas  və  dövriyyə  

fondlarının  dövriyyəsinin  fasiləsizliyini  təmin  etmək  üçün  borc  vəsaitlərin,  o 

cümlədən bank kreditlərinin alınması zəruriyyətə çevrilir. Kommersiya banklarının 

kreditləri  üzrə  faiz  dərəcələrinin  subsidiyalaşdırılması  büdcə  vəsaitlərinin 




58 

 

bölüşdürülməsinin digər növləri ilə müqayisədə müəyyən üstünlüklərə malikdir ki, 



onlara aşağıdakıları aid etmək olar: 

-

  büdcə  vəsaitləri  büdcə  dövrünün  axırında  təsərrüfat  subyektləri  banklar 



qarşısında  öz  borclarını  ödədikdən  sonra  xərclənir,  büdcə  vəsaitinin  birbaşa 

xərclənməsində  bu  məsrəflər  ilin  əvvəlində  baş  verir.  Dövrün  axırına  ayrılan 

məsrəflər qiymətdən düşür və büdcəyə ucuz qalır; 

-

  kənd  təsərrüfatının  kreditləşməsinə  kommersiya  bankları  cəlb  edilir, 



hansıki  müvafiq  aparat  yaradır,  müştəri  formalaşdırır,  sektorda  əlaqə  qurur,  hətta 

onlara  kredit  subsidiyalarını  ləğv  edərkən  bu  sektordan  çıxıb  getmək  asan  başa 

gəlmir. 

Bazar  iqtisadiyyatı  şəraitində  biznesin  kreditləşdirilməsi  əsasən 

kommersiya  bankları  vasitəsilə  həyata  keçirilir.  Kreditləşdirmə  kənd  təsərrüfatı 

istehsalının  effektivliyinin  və  rəqabətqabiliyyətinin  yüksəldilməsi,  kənd 

təsərrüfatının  maddi-texniki  bazasının  möhkəmləndirilməsi  ilə  əlaqədar 

aparılmalıdır. 

Aqrar  sahədə  sahibkarlara,  kəndli  fermerlərə  maliyyə  dəstəyinin 

formalarından  biri  subsidiyalardır.  Aqrobiznesin  bir  çox  subyektləriüçün  maliyyə 

dəstəyinin  bu  formasından  istifadə  çətin  başa  gəlir,  çünki  kreditin  qaytarlmasının 

təmin  olunması  problemi  həll  edilməmiş  qalır,  kreditin  alınması  proseduru 

mürəkkəbdir.  Bu  təsərrüfat  subyektlərinin  kreditləşdirilməsi  mexanizminin 

təkmilləşdirilməsini zəruri edir. 

Aqrobiznesin  kreditləşdirilməsi  mexanizminin  təkmilləşdirilməsinin  əsas 

istiqamətlərindən  biri  kimi  kənd  təsərrüfatı  istehlak  kooperasiyasının  inkişaf 

etdirilməsidir. Müasir maliyyə-kredit sisteminin mühüm elementlərindən biri olan 

kənd  təsərrüfatı  kredit  istehlak  kooperasiyası  kiçik  aqrobiznesə  xidmət 

göstərməlidir.  Kredit  –  kooperativ  sektorun  müasir  vəziyyəti  və  inkişaf  meyilləri 

təsdiq  edir  ki,  kənd  istehlak  kooperasiyası  aqrobiznes  subyektlərinin  bir  sıra 

istehsal və sosial-iqtisadi problemlərini həll edə bilər:  

-

  kəndli  fermer  təsərrüfatlarını  zəruri  kredit  resursları  və  maliyyə 



xidmətləri ilə təmin etmək; 


59 

 

-



  borc  vəsaitlərin  qaytarılmaması  riskini  azaltmaq  və  maliyyə  institutu 

kimi kooperativin  kreditqabiliyyətini yüksəltmək; 

-

  sahibkarlığı  inkişaf  etdirməklə  kənd  təsərrüfatı  istehsalının  inkişafına 



səbəb olmaqla  fermerlərin və  kiçik  sahibkarlığın ödəməqabiliyyətinin  səviyyəsini 

və maliyyə dayanaqlığını artırmaq; 

-

  kənd yerlərində məşğulluq və maliyyə-kredit infrastrukturu probleminin 



həllinə kömək edən kiçik aqrobiznesin ilkin kapitalını təmin etmək; 

-

  investisiyalaşdırma obyekti kimi aqrar sektorun cəlbediciliyini artırmaq 



və gələcəkdə kənd təsərrüfatında investisiyanın əsas mənbəyinə çevirmək. 

Aqrobiznesin kiçik subyektlərinin bütün büdcə dəstəyindən istifadə etmək və 

kommersiya banklarından kredit almaq imkanına malik olmamalarına baxmayaraq 

Azərbaycanda kiçik sahibkarlığa real büdcə dəstəyi sistemi yoxdur. Kredit siyasəti 

sahəsində  kənd  təsərrüfatı  üçün  faiz  dərəcəsinin  azaldılması  şərtilə  kreditlərdən 

ciddi şəkildə məqsədyönlü istifadəsi çox vacibdir. 

Aqrar  sahənin  inkişafının  stimullaşdırılmasına  dövlətin  maliyyə  dəstəyi 

büdcə təsisatları, o cümlədən subsidiyalar vasitəsilə həyata keçirilir. Aqrar sahənin 

inkişafına  maliyyə  dəstəyi  kəndli  fermer  təsərrüfatlarının  zərərlərinin  kompensa-

siya  edilməsi  və  müəssisələrin  maliyyə  fəaliyyətinin  son  nəticələrinin 

yüksəldilməsinə nail olunması ilə səciyyələnir. 

Kiçik  biznesin  inkişafı  Azərbaycan  dövlətinin  müasir  iqtisadi  siyasətinin 

prioritet  vəzifələrindən  biridir.  “Azərbaycan  Respublikasında  kiçik  və  orta 

sahibkarlığın  inkişafı  Dövlət  Proqramı  (2002-2005-ci  illər)”,  2004-2013-cü  illəri 

ə

hatə  edən  Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət 



Proqramları,  sadələşdirilmiş  vergi  sisteminin  tətbiqi,  həmçinin  sahibkarlığın 

inkişafına  dövlət  dəstəyi  sahəsində  əlavə  tədbirlər  haqqında  Azərbaycan 

Respublikası  Prezidentinin  fərmanları  ölkədə  kiçik  biznesin  davamlı  inkişafı 

istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. 

Kiçik  biznes  subyektləri  bazarda  eyni  vaxtda  həm  istehsalçı,  həm  də 

istehlakçı  rolunda  çıxış  edirlər,  onların  bazar  konyukturunun  dəyişilməsinə  tez 

reaksiya  verməsi,  dar  ixtisaslaşması,  istehlakçılarla sıx qarşılıqlı  əlaqəsi, nisbətən 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə