Microsoft Word vencur 2015. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix04.04.2018
ölçüsü0,63 Mb.
#35833
1   ...   18   19   20   21   22   23   24   25   26

65 

 

aqrobiznesin  təşkilinin  aktual  formasına  çevirir.  Françayzinqin  mərhələlər  üzrə 



müqaviləsində  françayzer  (satıcı)  françayziyə  (alıcılara)  hüquq  verir  və  bununla 

birlikdə  öz  konsepsiyasına  uyğun  olaraq  biznes  fəaliyyətinin  həyata  keçirilməsi 

üzrə  öhdəliyi  həvale  edir.  Bu  isə  məhsulun  keyfiyyətinə  nəzarətlə  bağlı  xərcləri 

minimuma    endirir,  aqrar  sənaye  məhsulunun  satışında  məşhur  ticarət  marka-

sından,  firma  nişanından,  yaxud  stilindən  istifadəyə  imkan  verir.  Bundan  əlavə 

françayzer  aqrar  formalaşmasına  xammal,  avadanlıq,  malgöndərənlər,  təchizat 

sistemi  və  işin  aparılması  texnologiyası  üzrə  dəqiq  təlimat  şəklində  metodiki 

materiallar  komplekti  verir,  tədris  kursu  təşkil  edir  və  kreditləri,  yaxud  maliyyə 

lizinqini alarkən zamin ola bilər. Eyni zamanda françayzer şirkətin özündən, yaxud 

müəyyən mal göndərənlərdən güzəştli qiymətlə spesifik dövriyyə aktivlərinin əldə 

edilməsi imkanı yaradır. Belə imkanlar təchizat sistemini etibarlı və faydalı edir. 

Dünya  təcrübəsi  göstərir  ki,  kiçik  biznes  müəssisələri  innovasiya  potensia-

lına  malikdir.  Lakin  bu  potensial  o  halda  reallaşa  bilər  ki,  kiçik  müəssisələrin 

vençur  kapitalından  istifadə  imkanı  olsun.  Kiçik  biznes  üçün  əlverişli  biznes 

mühitinin formalaşması probleminin həlli üsullarından biri vençur fondu tərəfindən 

ilkin  kapitalın  təqdim  edilməsidir,  çünki  kiçik  müəssisələr  yalnız  yetkinlik 

mərhələsində  müsbət  kredit  tarixinə  malik  olur  və  bank  üçün  etibarlı  müştəriyə 

çevrilə bilər. 

Sığorta  kənd  təsərrüfatı  istehsalçılarının  iqtisadi  vəziyyətinin  stabilliyini 

təmin  edən  maliyyə-kredit  infrastrukturunun  mühüm  elementlərindən  biridir. 

Sığorta  şirkətləri  təsərrüfatlardan  sığorta  ödənişi  şəklində  aldığı  vəsait  və  onların 

investisiyalaşdırılmasından  əldə  edilən  gəlir  hesabına  məhsuldarlığın  olmaması, 

mal-qaranın və quşların ölməsi və digər əmlak itkiləri zamanı dəyən zərəri ödəmək 

üçün sığorta ödənişi həyata keçirirlər. 

Kənd  təsərrüfatı  istehsalı  həmişə  risklərin  geniş  spektirinin  təsirinə  məruz 

qalır.  stehsal  prosesində  müəssisənin  kapitalını  təşkil  edən  əsas  və  dövriyyə 

vəsaitlərinin  müəyyən  məcmusu  iştirak  edir.  Kənd  təsərrüfatı  üçün  əsas  kapitalın 

fəaliyyətinin  uzunmüddətliliyi  və  yüksək  dəyəri  səciyyəvidir,  ona  görə  də  onun 

itkisi  müəssisənin  fəaliyyətinə  mənfi  təsir  göstərə  və  onun  maliyyə  vəziyyətini 



66 

 

pisləşdirə  bilər.  Kənd  təsərrüfatı  işlərinin  aparılması  spesifikasına  uyğun  olaraq 



texniki  vasitələrə,  aqreqatlara,  mexanizmlərə  istismar  yükününün  artırılması  baş 

verir və nəticədə gözlənilmədən onların sıradan çıxması və məhv olması təhlükəsi 

yaranır.  Belə  şəraitdə  maliyyə  resurslarının  səfərbərliyə  alınmasında  yaranan 

çətinliklər korlanmış avadanlıqların təzələnməsi prosesinə maneçilik törədir. Belə 

hallarda  əmlak  sığortası  lazımi  maliyyə  dəstəyi  göstərə  bilər.  Kənd  təsərrüfatı 

sığortası aqrar sektoru kreditorlar üçün daha cəlbedici edir, çünki müvafiq maliyyə 

risklərini  azaldır.  Bu  baxımdan  xüsusi  sistem  yaratmadan  kənd  təsərrüfatı 

sığortasının  bütövlükdə  sığorta  sisteminə  inteqrasiyasını  təmin  edən  tədbirlərin 

həyata keçirilməsi vacibdir. 

Aqrar  sənaye  istehsalının  inkişafında  sığortanın  rolunu  fəallaşdırmaq  üçün 

zəruridir: birincisi, istənilən sığorta sxemini öhdəliklə möhkəm əlaqələndirmək və 

təbii  fəlakət  zamanı  sığortalanmış  və  sığortalanmamış  şəxslərə  kömək 

göstərməmək.  Əgər  potensial  alıcı  belə  köməyə  ümid  edəcəksə,  onda  bu  sığorta 

bazarının  inkişafına  maneçilik  törədəcəkdir.  kincisi,  yeni  ixtisaslaşmış  struktur  

yaratmaqdan  qaçmaq,  hansıki  nəticədə  kənd  təsərrüfatı  bitkilərinin  yığılmasının 

sığortalanması  üzrə  şirkət  sığorta  sahəsinin  qalan  hissəsindən  ayrılmış  olardı. 

Bunun  əvəzində  subsidiyaların  idarə  olunması  üzrə  struktur  yaratmaq  lazımdır. 

Gələcəkdə  qeyri  kommersiya  təşkilatı  olacaq  bu  struktur  kənd  təsərrüfatı 

sığortasının  ödənişləri  hesabına  maliyyələşdirmə  aparmamalıdır.  Üçüncüsü, 

“mənəvi  təhlükəni”  minimumlaşdırmaqdan  ötrü  sığorta  subsidiyasını  yalnız  o, 

səmərəli  prinsiplərə  əsaslandığı  vaxt  təqdim  etmək  lazımdır.  Dördüncüsü,  kənd 

ə

mtəə  istehsalçılarına  xidmətdə  özünü  müsbət  göstərən  sığorta  şirkətlərinin  filial 



və nümayəndəliklərinin yaradılması üzrə işi dəstəkləmək vacibdir. 

Autsorsinq  mexanizminin  tətbiqi  yüksək  keyfiyyətli,  rəqabətə  davamlı 

məhsul  istehsal  edən  kiçik  müəssisələrin  yaradılmasında    və  davamlı  inkişafında 

böyük  rol  oynayır.  Autsorsinqin  klassik  tərifi  –  müəssisənin  qeyri  profil 

funksiyalarının  və  onunla  əlaqədar  aktivlərinin  pəşəkar  podratçının,  yaxud 

autsorsinq şirkətinin idarə etməsinə verilməsidir [7]. 




67 

 

Kiçik  biznes  müəssisələrinin  autsorsinqə  keçməsinin  əsas  səbəbləri 



aşağıdakılardır: 

1.

 Heyətin sayının azaldılmasına cəhd edilməsi. Müəssisə üçün qeyri-profil 



biznes-proseslərdə çalışanlar işçilərin ümumi sayının 30-40 faizini təşkil edə bilər. 

Autsorsinqə  heyətin  bu  hissəsi  podratçının  ştatına  köçürülür.  Autsorsinq  şirkəti 

müəssisənin  işçilərini  qəbul  edərək  yaxşı  iş  şəraiti  yaratmalı,  cəmiyyət  və 

ə

məkdaşlar qarşısında aktiv mövqe tutmalıdır. 



2.

 Qeyri-profil  funksiyalarının  autsorsinqə  verilməsi.  Bu  hər  şeydən  əvvəl, 

keyfiyyətin  əhəmiyyətli  dərəcədə  yaxşılaşdırılmasını  nəzərdə  tutur.  Şəxsi 

resurslardan  istifadənin  səmərəliliyinin  yüksəldilməsi  əlavə  xərc  və  idarəetmə 

resursu tələb edir. 

Qeyri-əsas  fəaliyyət  sferasını  idarəetməyə  qəbul  edərək  autsorsinq  şirkəti 

müəssisəyə  yeniliklər  və  qabaqcıl  texnologiyalar  gətirir  ki,  bu  da  xidmətin 

qiymətini artırır. Autsorser avadanlığa kifayət qədər investisiya qoymağa hazırdır, 

miqyasın səmərəsi sayəsində isə o, əmtəə krediti almaq imkanı qazanır ki, bu  da 

birdəfəlik  xərclərin  miqdarını  minimuma  endirir.  Autsorsinq  şirkəti  idarəetmə 

xərclərinin azaldılmasına səbəb olur. 

Aydındır  ki,  kənd  təsərrüfatı  öz  xüsusi  resursları  hesabına  geniştəkrar 

istehsal  prosesini  həyata  keçirmək  imkanına  malik  deyil.  nkişaf  etmiş  ölkələrin 

təcrübəsi göstərir ki, bunun üçün bütün cəmiyyətin köməyi və dəstəyi tələb olunur. 

Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramları 

çərçivəsində  kənd  təsərrüfatının,  kənd  infarstrukturunun  və  kiçik  aqrobiznesin 

inkişaf  etdirilməsi  üzrə  müəyyən  tədbirlər  həyata  keçirilmişdir.  Bu  sahədə  kənd 

ə

halisinin özünütəşkil tədbirləri aktiv rol oynaya bilər, hansıki elementlərindən biri 



kooperasiya  hesab  edilir.  Kooperativ  hərəkatını  və  onun  bütün  formalarını 

kompleks  inkişaf  etdirmək  lazımdır,  çünki  bu  iqtisadi  təzahür  üçün  səciyyəvidir. 

Buna  əsasən  aid  edilir:  tələbetmə;  adamların  psixoloji  hazırlığı;  təşəbbüskar  və 

peşəkar  hazırlıqlı  mütəxəssislərin,  həmçinin  maddi  və  maliyyə  resurslarının 

mövcudluğu;  komplekslilik  və  əsaslandırılmış  mərhələlilik;  ilk  dövrdə  dövlətin 

hərtərəfli siyasi, maddi və maliyyə dəstəyi. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə