Microsoft Word vencur 2015. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix04.04.2018
ölçüsü0,63 Mb.
#35833
1   ...   18   19   20   21   22   23   24   25   26

71 

 

bazar  subyektlərinin  münasibətlərində  kəskin  ziddiyətləri  ləğv  etməyə  gətirib 



çıxarır,  onların  iqtisadi  maraqlarını  balanslaşdırmağa  kömək  edir.  Diversifikasiya 

istehlak  bazarlarını  geniş  çeşidli  mallarla  doldurmağa,  idxal  məhsulları  sıxışdır-

mağa, il boyu gəlirin müntəzəm daxil olmasına, mənfəətin artırılmasına səbəb olur. 

Bu  proseslə  etibarlı  və  fərdi  tələbatın  ödənilməsini,  tullantıların  utilizasiyasını 

ə

laqələndirmək olar.  stehsalın diversifikasiyası vergi daxilolmalarının artırılması, 



avadanlığa,  xammala  və  iş  qüvvəsinə  tələbatın  genişləndirilməsi,  müxtəlif  növ 

vasitəçilərin  sıxışdırılması,  inhisarçı  bazarların  mövqelərinin  zəifləndirilməsi 

hesabına  əhəmiyyətli  makroiqtisadi  səmərəliliyi  təmin  edir,  üfiqi  və  şaquli 

inteqrasiyanın güclənməsinə gətirib çıxarır. 

stehsalın  diversifikasiyasının  müsbət  sosial-iqtisadi  nəticələrinə  onun 

dayanaqlığını,  kreditqabiliyyətliyini,  stabilliyini,  rəqabətqabiliyyətinin  yüksəldil-

məsini,  kapitalın  sürətlə  dövretməsini,  risklərin  azaldılmasını  aid  etmək  lazımdır. 

Diversifikasiyalı  istehsallarda  daha  ucuz  xammaldan  istifadə  etmək,  məhsulun 

daşınması  zamanı  itkiləri  və  məsrəfləri  azaltmaq,  yeni  növ  məhsulları  tez 

mənimsəmək,  məhsul  çeşidini  genişləndirmək  imkanları  vardır.  stehsalın 

diversifikasiyası  prosesləri  onun  ixtisaslaşmasının  dərinləşməsi  obyektiv 

proseslərinə 

ziddiyət 

təşkil 


etmir, 

hansıki 


istehsalın 

səmərəliliyinin 

yüksəldilməsinə səbəb olur. 

Diversifikasiyalı  müəssisələrin  maliyyə-təsərrüfat  fəaliyyətinin  mühüm 

xüsusiyyəti  ondan  ibarətdir  ki,  o,  bazar  konyukturundan,  tələbdən  və  qiymətin 

ə

mələ gəlməsindən daha çox asılıdır. Bu asılılıq məhsulun satış kanallarının, alıcı-



ların, xammal, material və avadanlığın göndərilməsi üzrə tərəfdaşların müxtəlifliyi, 

innovasiya  yönümlü  texnologiyalardan  istifadə  ilə  əlaqədardır.  qtisadi  böhran  və 

idxalın  böyük  həcmdə  olması  şəraitində  kiçik  müəssisələr  təchizat  sferasında 

intensiv  işləməlidirlər.  Ona  görə  də  diversifikasiyalı  istehsalın  xüsusi  marketinq 

xidməti olmalı, istehlak bazarı və məhsulun rəqabətə davamlılığı tədqiq edilməli, 

istehsalın  strukturunun,  məhsulun  çeşidi,  qiyməti,  satış  formaları  və  metodlarının 

təkmilləşdirilməsi  istiqamətində  təkliflər  işlənib  hazırlanmalıdır.  Müəssisənin 



72 

 

bazarda  uğurlu  fəaliyyət  göstərməsi  onun  çeşid  siyasətindən,  yeni  növ  məhsul 



istehsalının təşkilindən bilavasitə asılıdır. 

Məhsul  satışının  səmərəli  təşkili  üçün  xüsusi  ticarət  infrastrukturunun 

yaradılması  müstəsna  əhəmiyyət  kəsb  edir  ki,  bu  da  əlavə  mənfəətin  alınmasına, 

bazarın  dəyişilməsini  nəzərə  almağa,  nağd  pul  vəsaitinin  olmasına  imkan  verir. 

Xüsusi pərakəndə ticarət şəbəkəsi alıcıya gedən yolu qısaldır, çoxsaylı vasitəçilik 

strukturlarını ləğv edir, işçilərin məşğulluq səviyyəsini yüksəldir. 

 

3.3.  nnovasiya sahibkarlığının vençur maliyyələşdirilməsi mexanizminin 

təkmilləşdirilməsi 

 

Müxtəlif  ölkələrdə  vençur  maliyyələşdirməsinin  mənbələri  hər  bir  dövlətin 

maliyyə sənayesinin spesifikasından asılı olaraq fərqlidir. Məsələn, Avropa  ttifaqı 

ölkələrində  vençur  fonduna  investisiyanın  50  faizi  banklardan,  pensiya 

fondlarından,  sığorta  şirkətlərindən,  sənaye  və  maliyyə  korporasiyalarından  daxil 

olur.    Rusiya  qanunvericiliyinə  uyğun  olaraq  pensiya  fondları  vəsaitini  yalnız 

daşınmaz  əmlaka,  bank  depozitinə,  müəssisənin  katirovka  olunan  səhmlərinə, 

dövlət  qiymətli  kağızlarına  qoya  bilərlər,  lakin  onlar  vençur  fonduna  vəsait  qoya 

bilməzlər.  

Hazırda  birbaşa  və  vençur  investisiya  sənayesi  ABŞ-da,  Avropa  ttifaqı 

ölkələrində, Çində,  sraildə, Tayvanda daha çox inkişaf etmişdir. Qərbi Avropada 

illik  investisiyanın  həcmi  14,5  milyard  evro  olan  birbaşa  və  vençur  investisiya 

fondlarının sayı 500-dən çoxdur. 

Vençur  maliyyələşdirməsi  kiçik  biznesin  maliyyə  təminatı  ilə  əlaqədar 

olduğuna görə də investisiya layihəsinin vençur maliyyələşdirməsinin həcmi onun 

ə

nənəvi maliyyələşdirməsinin həcmindən xeyli az olur. 



Vençur  maliyyələşdirməsinin  səciyyəvi  xüsusiyyətləri  iki  prinsipdə  təzahür 

edir: 


-

 birinci prinsip – vençur prosesinin iştirakçıları arasında riskin bölünməsi və 

paylanması – investorların kooperasiyası, maliyyə vasitəçilərinin ixtisaslaşması və 



73 

 

kooperasiyası  vençur  kapitalının  idarə  olunmasının  xüsusi  metodları  vasitəsilə 



reallaşdırılır; 

-

 ikinci  prinsip  –  vençur  maliyyələşdirməsinin  mərhələliyi  –  layihənin 



inkişafının  hər  bir  mərhələsində  maliyyələşmənin  müxtəlif  həcmi  və  istiqaməti, 

maliyyələşmənin müxtəlif subyektləri və obyektləri vardır. 

Vençur  maliyyələşdirməsi  ilə  fiziki  və  hüquqi  şəxslərin  vəsaiti  hesabına 

yaradılan və muzdlu menecerlər tərəfindən idarə edilən “vençur fondları” məşğul 

olurlar. Menecerlər konkret formada investorların toplanan pul vəsaitlərini yüksək 

mənfəətin  alınmasını  təmin  etmək  imkanına  malik  olan  kiçik  və  orta  şirkətlərin 

inkişafına  yönəldirlər.  Bəzən  vençur  maliyyələşdirməsi  yeni  elmi  ideyanın 

reallaşdırılması  və  bazara  çıxarılması  üçün  yeganə  vasitə  olur.  Adətən  vençur 

investisiyasına o sahibkarlar müraciət edirlər ki, yüksək risklilik səviyyəsinə görə 

investisiya şirkətləri onlara vəsait ayırmaq istəmirlər, həm də bank kreditləri götürə 

bilmirlər.  Belə  olan  halda  konkret  biznes  layihəsini  reallaşdırmaq  üçün  veçur 

maliyyələşdirməsindən  istifadə  edilir,  hansıki  girov  qoymaq  və  zəmanət  vermək 

tələb  etmir,  yalnız  investoru  müəssisənin  şərikinə  çevirmək  və  biznesin  idarə 

olunmasında iştirakını təmin etmək gərəkdir. 

Vençur  maliyyələşdirməsinin  idarə  edilməsi  sahəsində  ilk  addım  1958-ci 

ildə  ABŞ-da  “kiçik  biznesə  investisiya  barədə”  Qanunun  qəbulu  olmuşdur.  Bu 

qanun  ABŞ  kiçik  biznes  işi  üzrə  Agentliyə  imkan  verdi  ki,  kiçik  sahibkarlığın 

maliyyələşdirilməsi  və  idarə  edilməsi  prosesini  xeyli  sadələşdirsin.  ABŞ  Federal 

Ehtiyat  sistemi  Şurasının  məruzəsində  kiçik  biznesin  uzunmüddətli  maliyyələşdi-

rilməsi  üçün  kapital  bazarında  böyük  boşluğun  olması  xüsusi  qeyd  edilmişdir  ki, 

bu  məsələ  adı  çəkilən  qanunda  öz  əksini  tapmışdır.  ABŞ  kiçik  biznes  işi  üzrə 

Agentliyin  Proqramında  iqtisadi  sistem  vasitəsilə  kiçik  sahibkarlığa  vençur 

kapitalının  cəlb  edilməsi  prosesinin  sadələşdirilməsi  önəmli  məsələ  kimi  nəzərdə 

tutulmuşdur. 

XX əsrin ikinci yarısında elmi-texniki tərəqqinin və innovasiya texnologiya-

larının  tətbiqinə  yönəldilən  riskli  və  gəlirli  biznes  növündən  istifadəyə  başlanıl-

mışdır ki, buna vençur biznesi deyilir. Vençur biznesi yüksək məhsuldarlıqlı texno-



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə