Microsoft Word vencur 2015. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix04.04.2018
ölçüsü0,63 Mb.
#35833
1   ...   18   19   20   21   22   23   24   25   26

63 

 

(endoqen) effekti formalaşdırır. Bu öz növbəsində ümumi daxili məhsulun artmasına, yeni 



iş  yerlərinin  yaradılmasına,  büdcəyə  vergi  daxilolmalarının  çoxalmasına,  xüsusi  gəlir 

mənbələrinin formalaşmasına gətirib çıxarır. 

Kənd təsərrüfatının inkişafında kiçik müəssisələrin (fərdi sahibkarlar, ailə kəndli və 

ev  təsərrüfatlarının)  rolu  və  əhəmiyyəti  ilbəil  artır.  Belə  ki,  Azərbaycanın  kənd 

təsərrüfatının  ümumi  məhsulunda  kiçik  aqrobiznes  subyektlərinin  xüsusi  çəkisi  1995-ci 

ildəki 67,9 faizdən artaraq 2014-cü ildə 92,3 faizə çatmış, kənd təsərrüfatı müəssisələri və 

sair təşkilatların xüsusi çəkisi isə müvafiq olaraq 32.1 faizdən 7,7 faizə enmişdir (cədvəl 6). 

 

Cədvəl 6. 

Azərbaycan Respublikasında kənd təsərrüfatının ümumi məhsulunun 

təsərrüfat kateqoriyaları üzrə strukturu, faizlə 

 

Təsərrüfat 

kateqoriyaları 

llə

1995 

2000 

2005 

2010 

2011 

2012 

2013 

2014 

Kənd təsərrüfatı 

müəssisələri və sair 

təşkilatlar 

32,1 

2,1 


3,7 

5,0 


5,2 

6,6 


6,9 

7,7 


Fərdi sahibkarlar, ailə 

kəndli və ev təsərrüfatları 

67,9 

97,9 


96,3 

95,0 


94,8 

93,4 


93,1 

92,3 


               Yekun  

100 


100 

100 


100 

100 


100 

100 


100 

 

Mənbə: Azərbaycanın statistik göstəriciləri 2015. Bakı, 2015, s.493 

 

Təhlil göstərir ki, kiçik aqrobiznes subyektlərinin istehsal etdikləri məhsulun 



sahə strukturunda  bitkiçilik məhsullarının xüsusi çəkisi 2000-ci ildəki 55,1 faizdən 

2014-cü  ildə  48,5  faizə  enmiş,  heyvandarlıq  məhsullarının  xüsusi  çəkisi  isə 

müvafiq olaraq 44,9 faizdən 51,5 faizə çatmışdır (cədvəl 7). 

 

Cədvəl 7. 



Azərbaycan Respublikasında fərdi sahibkarlar, ailə və ev 

təsərrüfatlarının istehsal etdikləri məhsulların sahə strukturu, faizlə 

 

Təsərrüfat kateqoriyaları 

llə

2000 

2005 

2010 

2011 

2012 

2013 

2014 

Bitkiçilik məhsulları 

55,1 

54,9 


52,6 

52,6 


52,2 

51,4 


48,5 

Heyvandarlıq məhsulları 

44,9 

45,1 


47,4 

47,4 


47,8 

48,6 


51,5 

Yekun  


100 

100 


100 

100 


100 

100 


100 

Mənbə:  Azərbaycanın  statistik  göstəriciləri  2015.  Bakı,  2015,  s.493-ün 

məlumatları əsasında tərtib edilmişdir. 

 



64 

 

Azərbaycanın Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinin 



hesabatında qeyd edilir ki, ölkədə kredit götürən götürən  fiziki şəxslərin sayı son 

illər kəskin şəkildə  artmışdır.  Götürülən kreditlər biznesin inşafına  deyil,  konkret 

olaraq hansısa problemin həllinə, yaxud  istehlaka yönəldilir. Kreditlərin 35 faizini 

istehlak kreditləri təşkil edir, hansıki kommersiya banklarından 25-30 dərəcəsi ilə 

alınır. Halbuki çox Avropa ölkələrində istehlak  kreditlərinin faiz dərəcəsi 2-3 faiz 

civarındadır.  Qaytarılmayan  kreditlərin  həcmi  bir  milyard  manata  çatır.  Əgər 

Azərbaycanın  bank  sferasının  çox  kiçik  olmasını  nəzərə  alsaq,  bu  vəsaitin 

qaytarılmaması gələcəkdə bank sistemində ciddi problemlər yarada bilər. 

 

Fiziki  şəxslər  götürdükləri  kreditləri  kiçik  biznesin  inkişafına  yönəltmək 



üçün  kredit  sferasında  inhisarçılığın  aradan  qaldırılması,  böyük  xarici  bankların 

kredit  bazarına  daxil  olmasına  əlverişli  şəraitin  yaradılması  və  bazarda  sağlam 

rəqabət mühitinin formalaşdırılması yolu ilə istehlak kreditləri üzrə faiz dərəcəsini 

azaltmaq gərəkdir. 



 

3.2. Sahibkarlığın maliyyə-kredit infrastrukturunun innovasiyalı 

formalarının inkişafı 

 

nnovasiya – intellektual fəaliyyətin hər hansı yeni obyekt (sistem, texnoloji 



avadanlıq,  mal,  xidmət  və  s.)  şəklində,  yaxud  əvvəlki  analoqlarından  tamamilə 

fərqli obyekt şəklində son məhsuldur (elmi-texniki tədqiqatlar, elmi-texniki kəşflər 

və ixtiralar, elmi ideyalar) [5, s.9]. 

ASK-nın  dəqiq  inkişaf  siyasəti,  möhkəm  maddi-texniki  bazanın,  bazar  və 

sosial  infrastrukturun  yaradılması  üçün  real  dövlət  dəstəyi,  effektiv  idarəetmə  və 

tənzimlənmə  mexanizmi  olmadıqda  aqrar  sənaye  istehsalının  səmərəliliyinin  və 

rəqabət  qabiliyyətinin  yüksəldilməsi  yalnız  mövcud  ehtiyatlardan  daha  səmərəli 

istifadə  əsasında  reallığa  çevrilə  bilər.    Onlardan  yeniliklərin  və  innovasiya 

yönümlü  texnologiyaların  tətbiqini,  təşkilati  layihələrin  reallaşdırılmasını,  yeni 

istehsal funksiyalarının yerinə yetirilməsini xüsusi vurğulamaq lazımdır. 

Perspektiv  bitki  sortlarının  və  yüksək  məhsuldarlıqlı  cins  heyvanların 

yetişdirilməsi texnologiyalarının yüksək dəyərliliyi və unikallığı françayzinqi kiçik 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə