Microsoft Word vencur 2015. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix04.04.2018
ölçüsü0,63 Mb.
#35833
1   ...   18   19   20   21   22   23   24   25   26

68 

 

Kooperasiya  iqtisadi  proses  kimi  və  kooperativ  onun  təşkilati-hüquqi 



forması  kimi  kənd  təsərrüfatı  fəaliyyətinin  digər  istiqamətlərindən  və 

formalarından  müsbət  keyfiyyətlərinə  görə  fərqlənən  çoxlu  üstsnlüklərə  malikdir. 

Kooperasiya    -  özünütəşkil,  özünüidarə,  öz  fəaliyyətinə  görə  tam  məsuliyyət 

daşıma  prosesidir.  Özünütəşkil  üçün  kifayət  qədər  yüksək  bilik  səviyyəsinə, 

təcrübəyə  və  motivasiyaya  malik,  dövlət  sistemi  tərəfindən  dəstəyə  arxayın  olan 

qabiliyyətli  kollektiv  lazımdır.  Müasir  mərhələdə  kənd  əhalisi  belə  fəaliyyətə 

psixoloji cəhətdən hazır deyil və göstəriləcək köməyə inanmırlar. Kənd əhalisinin 

psixoloji  hazırlığının  formalaşması  prosesinin  sürətlənməsi  və  kooperasiyanın 

inkişafı üçün əlverişli şəraitin yaradılması dövlət dəstəyindən daha çox asılıdır. 

Kooperasiyanın inkişafına dövlət dəstəyi tədbirlərinə aşağıdakıları aid etmək 

olar: 

-

  dövlət siyasətinin istiqaməti kimi kooperativ inkişafın rolunun artırılması; 



-

  kooperativləri  daxil  etməklə  aqrobiznes  üçün  ümumiqtisadi  situasiyanın 

yaxşılaşdırılması; 

-

  kənd əhalisinin kooperasiyaya psixoloji hazırlığına kömək göstərilməsi; 



-

  kiçik kənd təsərrüfatı istehsalçıları, o cümlədən kooperativlər üçün bazar 

infrastrukturunun aktiv inkişaf etdirilməsi; 

-

  kooperativlər üçün kadrların hazırlıq sisteminin yaradılması; 



-

  təşkilatların  kooperativ  şəbəkəsinin  kompleks  formalaşmasına  cəhd 

edilməsi; 

-

  kooperativ prosesinin idarə olunmasının təkmilləşdirilməsi; 



-

  yaradılan  kooperativlərə  və  onların  iştirakçılarına  maliyyə  yardımının 

göstərilməsi. 

Kooperativ  hərəkatının  bütün  formalarının  inkişafına  stimullaşdırıcı  təsir 

göstərən mühüm həlqə kənd təsərrüfatı kooperativ bazarların yaradılması ola bilər. 

Birincisi, kiçik aqrobiznes üçün təchizata birbaşa yol açılır ki, bu da ayrı-ayrı kənd 

təsərrüfatı  məhsulları  istehsalının  artırılmasına  səbəb  olacaqdır.  kincisi,  kənd 

təsərrüfatı  xammalının  emalı  ilə  məşğul  olan  kooperativlərin  formalaşmasına 

gətirib  çıxaracaqdır.  Üçüncüsü,  kooperativ  üzvlərinin  ərazi  əlaqələri  xeyli 

möhkəmlənəcəkdir. 




69 

 

“Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası çərçivəsində ASK-



nın  inkişafına  dair  hazırlanacaq  Dövlət  Proqramında  aqrar  sektorda  kiçik 

təsərrüfatçılıq formalarının, o cümlədən kənd təsərrüfatı istehlak kooperativlərinin 

yaradılması və dayanaqlı inkişafına dair tədbirlər nəzərdə tutulur. Kənd təsərrüfatı 

kooperativlərinin  istehsal,  təchizat,  təminat,  emal,  xidmət,  o  cümlədən  kredit 

kooperasiyası 

formalarından 

istifadə 

olunması 

kooperativ 

hərəkatını 

möhkəmləndirəcək,  kənd  təsərrüfatı  iqtisadiyyatının  kooperativ  seqmentinə 

dövlətin real dəstəyini təmin edəcəkdir. 

Maliyyə  resursları  kiçik  biznesin inkişafına  həlledici təsir  göstərən  amildir. 

Yeni  yaradılan  kiçik  müəssisə  üçün  ilkin  kapitalın  yaranması,  mövcud  kiçik 

müəssisə üçün isə dövriyyə vəsaitlərini artırmağa investisiya və kredit resurslarının 

cəlb edilməsi mexanizmi daha vacibdir. Deməli, kiçik biznesin inkişafını ləngidən 

ə

sas  səbəb  maliyyə  resurslarının  çatışmaması  ilə  bağlıdır.  Kənd  təsərrüfatı 



rayonlarında  bank  və  kredit  təşkilatlarının  kifayət  qədər  olmaması  kiçik 

aqrobiznesin maliyyə probleminin həllini çətinləşdirir. Qeyd etmək lazımdır ki, bir 

sıra  rayonların  ərazisində  hətta  mikromaliyyələşmə  proqramları  mövcuddur, 

hansıki  kiçik  biznesin  maliyyə  problemini  potensial  həll  edə  bilər.  Lakin  onlar 

ə

sasən  kənd  təsərrüfatı  müəssisələrinin  kreditləşdirilməsini  nəzərdə  tutur,  kiçik 



biznes  subyektləri  isə  vəsait  almaq  imkanından  məhrum  olurlar,  həm  də  onların 

kreditin qaytarılmasına təminat kimi likvid girovu yoxdur. 

Araşdırmalar  göstərir  ki,  kənd  təsərrüfatı  rayonlarında  sahibkarların  özləri 

vəsait  axtarmaqda  təşəbbüskarlıq  göstərmirlər,  onlar  avadanlıqların  lizinqi, 

kommersiya  kreditləri  üzrə  faiz  dərəcəsinin  subsidiyalaşdırılması  kimi  mütərəqqi 

maliyyələşdirmə  üsulları  haqqında  bilgilərə  malik  deyil.  Belə  bir  şəraitdə  ucuz 

kredit  təqdim  edən  institut  kimi  kənd  təsərrüfatı  kredit    kooperasiyasının 

yaradılması  və  inkişafı  olduqca  zəruridir.  Kredit  kooperativləri  fəaliyyəti  qeyri- 

kommersiya  xarakteri  daşıyır,  onlar  borcların  qaytarılmaması  riskini  azaldırlar, 

rayon  və  dövlət  büdcələri  ilə  əlaqədar  maliyyə  əməliyyatlarının  aparılmasında 

vasitəçi kimi çıxış etmək imkanı əldə edirlər. 



70 

 

Rusiyada  bazar  münasibətlərinə  keçid  zamanı  kredit  institutları  sistemi 



dövlət  dəstəyi  üsullarından  biri  kimi  yaradılmış  və  dünya  təcrübəsindən  fərqli 

olaraq  yuxarıdan  aşağıya  doğru  həyata  keçirilmişdir.  Əksər  hallarda  kredit 

kooperativləri öz üzvlərinin təşəbbüsünə görə və vəsaitlərinin toplanması yolu ilə 

formalaşmışdır.  Yaradılmasının  təşəbbüskarı  dövlət  olan  ölkələrdə  kredit 

kooperativləri  sonradan  dövlətin  strukturundan  tamamilə    ayrılmışlar  və  dövlətin 

maliyyə dəstəyindən məhrum edilmişlər. 

Ölkənin  aqrar  sektorunun  maliyyə  resurslarına  obyektiv  tələbatının  olduğu 

və  bank  strukturlarının  kiçik  aqrobiznesi  kreditləşdirmək  istəmədikləri  müasir 

dövrdə  kiçik  və  orta  kənd  təsərrüfatı  əmtəə  istehsalçılarının  kreditləşdirilməsinin 

effektiv institutu qismində kənd təsərrüfatı istehlak kredit kooperativləri çıxış edə 

bilirlər. 

 

Kiçik aqrobiznesin maliyyə-kredit infrastrukturunun inkişaf prioritetlərindən  



biri  aqrar  sənaye  istehsalının  diversifikasiyasıdır.  ASK-da  təşkilati-iqtisadi 

münasibətlərin  təkmilləşdirilməsi  proseslərinin  təhlili  əsasında  aqrar  sənaye 

istehsalının  diversifikasiyasının xüsusiyyətləri müəyyən edilmişdir. Belə ki, ASK 

müəssisələrində  əhalinin  tələbatına  uyğun  olaraq  kənd  təsərrüfatı  məhsullarının 

çeşidi  genişləndirilir,  kənd  təsərrüfatı  xammalının  emalı,  saxlanılması,  nəqli  və 

satışı  təşkil  edilir,  yeni  istehsal  və  xidmət  sexləri  yaradılır,  həmçinin  ticarət 

firmaları və sosial-mədəni xarakterli obyektlər tikilib istifadəyə verilir. 

nvestisiya, bazar, məhsulun satış kanalları, mütəxəssislərin hazırlanması və 

torpaqdan  istifadə  diversifikasiyaya  məruz  qalır.  Emal  müəssisələri  özünü  kənd 

təsərrüfatı xammalı ilə yaxşı təmin etmək məqsədilə torpağı icarəyə götürməyə və 

ə

ldə  etməyə  maraqlı  olurlar,  ətraf  təsərrüfatlara  və  əhaliyə  istehsal  və  vasitəçilik 



xidməti  göstərirlər,  həmçinin  maliyyə  vəziyyətini  stabilləşdirmək  üçün  xalq 

istehlakı mallarının istehsalı üzrə sex və xüsusi ticarət şəbəkəsi təşkil edirlər. 

Diversifikasiyalı  istehsal  maliyyə  münasibətlərində  dayanaqlığı  təmin  edir, 

özünün  əmtəə  və  xidmətləri,  yeni  məhsulların  istehsalı  hesabına  daxili  bazarı 

doldurmağa,  vasitəçilərin  inhisarını  və  neqativ  təsirini,  disparitet  qiyməti  aradan 

qaldırmağa  imkan  verir,  istehsalın  kooperasiyası  və  inteqrasiyasının  inkişafına, 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə