Microsoft Word vencur 2015. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə26/26
tarix04.04.2018
ölçüsü0,63 Mb.
#35833
1   ...   18   19   20   21   22   23   24   25   26

74 

 

logiyalara  əsaslanan  elmtutumlu  məhsul  və  xidmətlər  istehsal  edən  kiçik  və  orta 



ş

irkətlərə  birbaşa  investisiya  yatırır.  Vençur  biznesinin  mahiyyəti  ondan  ibarətdir 

ki, heç kimə bəlli olmayan və fəaliyyət göstərməyən yeni şirkətə müəyyən həcmdə 

vəsait  yönəldilir.  Daha  doğrusu,  yeni  şirkətin  maliyyələşdirilməsi  üçün  dövlət 

büdcəsindən deyil, xüsusi mənbədən kapital cəlb edilir və biznes fəaliyyəti həyata 

keçirilir. 

Vençur  biznesinin  əsas  subyektlərinə  vençur  firmaları,  fərdi  investorlar, 

maliyyə vasitəçiləri aiddir. 

Vençur firması – riskli firmadır, hansıki elmi-texniki sferada innovasiya riski 

ilə  əlaqədar  fəaliyyət  məhsulları  elmtutumlu  yüksək  texnoloji  məhsulların,  yaxud 

xidmətlərin  yeni  növləridir;  adətən  vençur  elmi,  yaxud  texnoloji  ideyaların 

seçilməsi  və  işlənilməsi,  onun  aprobasiyası,  nümunələrin  və  modellərin 

yaradılması,  sonradan  onların  sənaye  istehsalı  mərhələsinə  ötürülməsi  ilə  məşğul 

olaraq məhsulun inkişafının başlanğıc mərhələsinə xidmət edir. 

Fərdi investorlar – vençur layihəsinə maliyyə vəsaiti yatıran hüquqi, yaxud 

fiziki şəxsdir. Onlar  investor qismində çıxış edə bilərlər.  

Vençur  investisiyalaşdırmasında  investisiya  bankı  və  kommersiya  bankı 

iştirak  edirlər.  Bu  zaman  əsas  rol  investisiya  banklarına  məxsusdur.  nvestisiya 

bankları ilə müqayisədə kommersiya banklarının fəaliyyəti  dövlət tərəfindən daha 

möhkəm  reqlamentləşdirməyə  məruz  qalır.  Kommersiya  bankları  maliyyə-kredit 

sisteminin  digər  təşkilatları  ilə  birlikdə  müstəqil  vençur  fondlarının  filiallarını 

yaradırlar. 

Banklar 

vençur 


maliyyələşdirilməsində 

iştirak 


edərək 

aşağıdakı 

ə

məliyyatları həyata keçirirlər:  



-

  vençur  fondlarının  formalaşdırılması  üçün  maliyyə  vasitəçilərinə  hesab 

açırlar;  

-

  vençur fondlarının formalaşmasına xidmət göstərirlər;  



-

  vençurlarla  əməliyyatlar  aparmaq  üçün  maliyyə  vasitələrinə  kömək 

edirlər; 

-

  öz şəbəkəsi vasitəsilə şirkətin səhmlərinin satışını təşkil edirlər. 




75 

 

Pensiya  fondları  lazımi  heyət  ştatının  saxlanılması,  fondun  fəaliyyəti  ilə 



bağlı  digər  məsrəflərin  ödənilməsi  və  mənfəət  götürmək  məqsədilə  vençur 

maliyyələşdirməsində iştirak etməyə maraqlıdırlar. Fondun vəsaitlərinin qiymətdən 

düşməsinin  qarşısını  almaq,  müştərilərinin  qarşısında  öz  öhdəliklərini  yerinə 

yetirmək  və  fondun  fəaliyyətini  genişləndirilmək  üçün  fondun  vəsaitlərinin 

kapitalizasiyası  vacibdir.  Təcrübə  göstərir  ki,  xüsusi  şirkətlərə  və  dövlət  qiymətli 

kağızlara  fondun  vəsaitlərinin  qoyulması  çox  az  gəlir  verir,  bəzən  isə  fondun 

zərərinə  gətirib  çıxarır.  Pensiya  fondları  tərəfdaş  fonda  öz  vəsaitini  qoyaraq 

məhdud məsuliyyətli tərəfdaşlar qismində iştirak edirlər. 

Sığorta  şirkətləri  vençur  maliyyələşdirməsində  banklar  və  pensiya  fondları 

ilə analoji olaraq iştirak edirlər. 

Maliyyə  vasitəçisi  olan  investisiya  təşkilatları  fərdi  investorların  maliyyə 

vəsaitlərini  toplayır  və  vençur  maliyyələşdirməsi  üçün  istifadə  edirlər.  Maliyyə 

vasitəçisinin  əsas  təşkilati  formalarına  vençur  kapitalı  firması  və  vençur  kapitalı 

fondu (vençur fondu) aiddir. 

Vençur  kapitalı  firması  peşəkar  menecerlər,  yaxud  fərdi  investorlar 

tərəfindən  təsis  edilə  bilər.  ri  invetorlar  vençur  kapitalı  firmasının  təsisçilərinin 

tərkibinə  daxil  ola  və  baş  tərəfdaş  qismində  çıxış  edə  bilər.  Bu  halda  vençur 

kapitalı  bilavasitə  vençur  kapitalı  firması  çərçivəsində  toplanılır.  Əgər  iri 

investorlar vençur kapitalı firmasının təsisçisi deyilsə, onda vençur kapitalı  vençur 

fondunda toplanıla bilər. 

Vençur  fondu  vençur  kapitalı  firması  kimi  məhdud  məsuliyyətli  tərəfdaş 

statusuna  malikdir.  Vençur  kapitalı  firması  baş  tərəfdaş  kimi  çıxış  edir,  firmanın 

idarə  olunmasına  görə  tam  məsuliyyət  daşıyır,  yəni  şirkətin  meneceri  rolunu 

oynayır  və  fonda  1  faizindən  az  vəsait  qoyur.  Bu  zaman  investorlar  məhdud 

məsuliyyətli tərəfdaşa çevrilir və fonda 99 faiz vəsait köçürürlər, hərçənd onların 

fonda  sərəncam  vermək  hüququ  yoxdur.  Baş  tərəşdaşın  şəxsində  peşəkarlar 

komandası maliyyə fəaliyyətini və layihələrin cari idarə olunması prosesini həyata 

keçirir, investorlar isə mənfəətin 80 faizinə sahib çıxırlar. 




76 

 

 



nvestisiya fəaliyyətinin və vençur biznesinin inkişaf prosesləri arasında sıx 

qarşılıqlı  əlaqə  vardır:  bir  tərəfdən  innovasiya  fəaliyyəti  nəticəsində  vençur 

biznesinin inkişafı üçün şərait yaranır, digər tərəfdən isə vençur biznesinin inkişafı 

innovasiya  fəaliyyətinə  stimullaşdırıcı  təsir  edir.  Bu  qarşılıqlı  əlaqə  innovasiya 

fəaliyyəti və vençur biznesinin elmi-texniki inkişafa münasibəti vasitəsilə təzahür 

edir,  hansıki  iqtisadi  potensialın  artımının  həlledici  amili  kimi  elmi  biliklərdən 

istifadə əsasında yeni texnologiyanın yaranmasının mürəkkəb prosesi başa düşülür. 

 

Vençur  biznesinin  təşəkkülü  və  inkişafında  innovasiya  infrastrukturu, 



xüsusilə onun biznes-inkubatoru və texniki park kimi komponentləri müstəsna rol 

oynayır, həm də vençur kapitalının reallaşdırılmasının effektiv formasına çevrilir. 

 

Vençur  kapitalının  əsas  xüsusiyyətlərinin  müəyyənləşdirilməsi  onun 



innovasiya fəaliyyətində əsas funksiyalarını dəqiqləşdirməyə imkan verir. Vençur 

kapitalının əsas funksiyaları aşağıdakılardan ibarətdir:

 

1.

 Elmi-istehsal funksiyası - vençur kapitalının təməl funksiyasıdır, hansıki 



innovasiya  və  işgüzar  aktivliyin  təmin  edilməsinə  yönəldilir  və  nəticədə  istehsal-

təsərrüfat fəaliyyətinin inkişafına təsir göstərir. Bu funksiya innovasiyalı istehsalın 

intellektual  və  kadr  hazırlığını  aktivləşdirir.  Vençur  kapitalının  innovasiya 

sferasına, elmtutumlu yüksəktexnoloji istehsal sahələrinə cəlb ediməsi innovasiya 

layihələrinə  vəsait  qoyan  yeni  investorlar  təbəqəsinin  yaranması  ilə  əlaqədardır. 

Eyni  zamanda  investorlar    innovasiya  layihələrinin  işlənilməsi  və  idarə  olunması 

proseslərində bilavasitə iştirak edirlər. 

2.

  nnovasiya  fəaliyyətinin  kommersiyalaşdırılması  funksiyası,  yəni  



innovasiya  sahibkarlığının  inkubasiya  funksiyası  –  vençur  kapitalının  əsas 

funksiyalarından biridir.  

3.

  nnovasiya  fəaliyyətinin  investisiya  təminatı  funksiyası  –  vençur 



kapitalının  birinci  funksiyadan  irəli  gəlir  və  müəyyən  dərəcədə  konkretləşdirilir.  

O,  vençur  kapitalının  inkişafı  tsiklidir  və  innovasiya  sferasının  investisiyalaş-

dırılmasının  bütün  məsələlərini  həll  etmir,  lakin  istehsalın  müasir  texnoloji 

təzələnməsinin resurs təminatında bu funksiyanın rolunu qətiyən  azaltmaq olmaz. 




77 

 

4.



 Yeni  kiçik  innovasiya  şirkətinin  müvəqqəti  iqtisadi  dayanaqlığına 

zəmanət  funksiyası  -  vençur  kapitalı  cəlb  edilən  şirkətin  bəzi  risklərdən  azad 

olması barədə zəmanət verir. 

5.

  qtisadiyyatın  struktur  təzələnməsi  funksiyası  –  prinsipcə  yeni  texnoloji 



baza  və  innovasiya  infrastrukturunun  formalaşmasında  aktiv  iştirak  edən  yüksək 

rəqabət  qabiliyyətli  şirkətin  artım  prosesini  aktivləşdirir,  kiçik  innovasiyalı 

müəssisənin inkişafına vençur kapitalının yönəldilməsini təmin edir. 

Vençur kapitalı iqtisadiyyatın innovasiyalı inkişafının və struktur təzələnmə-

sinin  başlıca  amili  qismində  çıxış  edir,  innovasiya  fəaliyyətinin  investisiya 

mexanizminin yeni tipini yaradır və iqtisadiyyatın rəqabət qabiliyyətini yüksəldir. 

nnovasiya  fəaliyyətinin  vençur  investisiyalaşdırmasının  təşəkkülü  və 

inkişafı ilə bağlı aşağıdakı problemlər mövcuddur: 

  elmi  –  texniki  sferada  yeniliklərin  yaranması  və  mövcud  texnoloji 



innovasiyalı    müəssisələrin  vençur  investisiyalaşdırması  üçün  cəlbedici  obyekt 

olan  kiçik  və  orta  müəssisələrin  inkişafını  təmin  edən  infrastrukturun  inkişaf 

etdirilməsi; 

  fond  bazarının  kifayət  qədər  inkişaf  etməməsilə  şərtlənən  vençur 



investisiyasının likvidliyinin aşağı olması; 

  vençur investorları üçün məqbul riski təmin edən yüksəktexnoloji şirkətə 



birbaşa investisiyanın cəlb edilməsi üçün iqtisadi stimulların olmaması; 

  vençur  biznesinin  inkişafına  informasiya  dəstəyinin  kifayət  qədər 



olmaması; 

  vençur fondlarında yüksək ixtisaslı menecerlərin sayının və sahibkarların 



investisiya mədəniyyətinin aşağı səviyyədə olması. 

Yüksəktexnoloji  innovasiyalı  müəssisələrin  ilkin  mərhələsində  -  “əkin 

kapital”  mərhələsində  investisiyalaşdırma  yüksək  riskli olduğuna  görə investorlar 

ona  kapital  qoymaq  istəmirlər,  halbuki  bəzi  hallarda  belə  investisiya  qoyuluşu 

kommersiya baxımından gəlirlidir. Bununla əlaqədar olaraq vençur investisiyalaş-

dırmasının dövlət tənzimlənməsi iki əsas formada həyata keçirilməlidir: birbaşa və 

dolayısı. 



78 

 

nnovasiya  biznesinin  inkişafı  sahəsində  dövlət  siyasəti  innovasiya 



fəaliyyətinə  münasibətdə  əlverişli  iqtisadi  və  hüquqi  mühitin  yaradılması; 

innovasiya  sistemininin  infrastrukturunun  formalaşması;  intellektual  fəaliyyətin 

nəticələrinin  kommersiyalaşmasına  dövlətin  dəstək  sisteminin  yaradılması 

istiqamətində reallaşdırılmalıdır. 

Vençur investisiyalaşdırmasının likvidliyinin təmin edilməsinin mühüm aləti 

kimi  inkişaf  etmiş  fond  bazarı  çıxış  edir.  Vençur  investisiyalaşdırmasının 

infrastrukturunu  inkişaf  etdirmək  məqsədilə  fond  bazarının  inkişafına  və 

uzunmüddətli  investorların  stimullaşdırılmasına  dair  dövlət  strategiyasının 

hazırlanması vacibdir. 

nnovasiya  infrastrukturu  inkişafın  qeyri-maliyyə  institutlarının:  texnopo-

lisin,  texnoparkın,  innovasiya-texnoloji  mərkəzin,  biznes-inkubatorun,  innovasiya 

biznesi üçün xüsusi iqtisadi zonanın yaradılmasına əsaslanmalıdır. Bu isə ASK-da 

innovasiyanın  yaranması və  yayılması  üçün  əlverişli şəraitin  yaradılmasına səbəb 

ola  bilər.  ASK-da  innovasiya  fəaliyyətinin prioritet istiqamətlərinin  reallaşmasına 

aqrotexnoparkda  bitmiş  iqtisadi  zəncirin  (kənd  təsərrüfatı  müəssisəsi  –  kənd 

təsərrüfatı  məhsulunun  emalı  müəssisəsi  –  məhsulun  saxlanılması  –  nəqli  – 

realizasiyası) formalaşması yolu ilə nail olunmalıdır. 

 

 




79 

 

NƏT CƏ

 

 

1. Vençur biznesinin inkişafını ləngidən aşağıdakı təşkilati-iqtisadi və hüquqi 



problemlər vardır: 

- innovasiya şirkətləri üçün kadrların miqdarı və hazırlanması problemi; 

- innovasiya işləmələri ilə məşğul olan müəssisələrin faizinin aşağı olması; 

-  elm  və  təhsil  sisteminin  innovasiya  potensialından  praktiki  istifadə 

edilməməsi; 

-  vençur  maliyyələşdirməsinin  spesifik  fəaliyyətini  stimullaşdıran  normativ-

hüquqi bazanın olmaması; 

- intellektual mülkiyyətin müdafiəsi institutunun zəif inkişaf etməsi; 

-  vençur  investisiyalaşdırmasının  xüsusiyyətləri  haqqında  bilgilərin  kifayət 

qədər olmaması və ona investorlar və sahibkarlar tərəfindən inamsızlığın olması. 

2. 

nnovasiya  layihələrinin  vençur  maliyyələşdirilməsi  mexanizminin 



təkmilləşdirilməsi üzrə aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir: 

-  vençur  investisiyalaşdırmasının  normativ-hüquqi  bazasının  innovasiya 

klasterlərinin formalaşmasını nəzərə almaqla təkmilləşdirilməsi; 

-  iqtisadiyyatın  real  sektorunda  innovasiya  layihələrinin  reallaşdırılmasına 

vençur investorların səyinin artırılması; 

-  innovasiya  sahibkarlığının  inkişafının  bütün  mərhələlərində  vençur 

investorları  üçün  vergitutmanın  səmərəli  mexanizm  sisteminin  təkmilləşdirilməsi 

və  vençur  investorlarını  cəlb  etməklə  öz  layihələrinin  reallaşdırılması  üçün 

innovatorların hazırlanması. 

3.  nnovasiya  sahibkarlığının  inkişafını  stimullaşdırmaq  məqsədilə  aşağıdakı 

tədbirlərin həyata keçirilməsi zəruridir: 

-  elmtutumlu  yüksək  texnolojiyaya  əsaslanan  istehsal  sahələrinə  investisiya 

qoyan investorlara güzəştli kredit və vergi sisteminin tətbiq edilməsi; 

-  sifariş  əsasında  elmi-tədqiqat  və  təcrübə-konstruktor  işlərini  yerinə  yetirən 

elmi təşkilatlara əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsi; 



80 

 

- yeni yaradılan məhsul və mövcud məhsulun təkmilləşdirilməsi üzrə ETTK -



yə çəkilən xərclərin mənfəət vergisindən azad edilməsi. 

4.  Avropa  ttifaqı  ölkələrinin  innovasiya  iqtisadiyyatının  inkişafına  klaster 

yanaşması 

sahəsində 

mütərəqqi 

təcrübəsinə 

ə

saslanaraq 



Azərbaycan 

iqtisadiyyatının  rəqabətqabiliyyətini  yüksəltmək  məqsədilə  sənaye-innovasiya 

klasterlərini  yaratmaq  və  onların  çərçivəsində  kiçik  və  orta  sahibkarlıq 

subyektlərini sürətlə inkişaf etdirmək gərəkdir. 

5.  Vençur  kapitalı  innovasiyalı  və  yüksəktexnoloji  biznesin  yaradılması 

alətlərindən  biridir,  hansıki  ənənəvi  investisiyalaşdırma  alətləri  ilə  qarşılıqlı 

ə

laqədə  sahibkarlığın  inkişafı  üçün  imkan  yaradır,  istehsal  xərclərini  azaldır, 



məhsulun keyfiyyətini və rəqabətqabiliyyətini artırır. 

6.  nnovasiya  sahibkarlığının  inkişafına  dövlətin  maliyyə-kredit  dəstək 

sistemində  yeni  normativ-hüquqi  bazanın  yaradılması,  girov  mexanizminin 

təkmilləşdirilməsi,  kreditorların  və  borcalanların  hüquqlarının  müdafiəsi  ilə  bağlı 

məsələlərin həlli vacib vəzifə kimi nəzərdə tutulmalıdır. 

 



81 

 

ST FADƏ ED LM Ş ƏDƏB YYAT

 

 

1.  Новрузов  Б.Т.  Социально-бытовая  инфраструктура  Азербайджана 



(Проблемы, перспективы). – Б., Азернешр, 1990. – 120 с. 

2.  Cəbiyev  R.M.  Azərbaycanda  bazar  infrastrukturunun  formalaşması  və 

inkişafı. Bakı, AzTU-nun nəşriyyatı, 2000. – 234 səh. 

3.  Vəliyev  T.S.  nfrastrukturlar:  mahiyyəti,  təsnifatı  və  əhəmiyyəti.  Bakı: 

«Elm», 2000. – 169 s. 

4. Biznesin əsasları. Dərslik. Bakı, «Nurlan», 2009. – 656 s. 

5.  Qasımov  F.H.,  Nəcəfov  Z.M.  nnovasiyalar:  yaranması,  yayılması  və 

inkişaf perspektivləri. Bakı: «Elm», 2009. – 416 səh. 

6.  Анискин  Ю.П.  Организация  и  управление  малым  бизнесом.  Москва: 

Финансы


 и статистика, 2003. – 160 с. 

7.  Воронин  А.М.,  Воронина  Н.Б.  Аутсорсинг:  оффшорная  разработка 

программного

 обеспечения // Эко. 2006, №6, с.106. 

8.  Инновационная  деятельность  и  венчурный  бизнес:  научно-

методическое

 пособие. Минск: ГУ «БелисА», 2011. – 188 с. 

9. Иванов В.В. Территории высокой концентрации научно-технического 

потерциала

 в странах ЕС – М.: Сканрус, 2001. – 179 с. 

10. Шелюбская Н.В. Новые направления инновационной политики ЕС. / 

Управление

 инвестиционной и инновационной деятельностью. – 2003, №4 – 

с

.23-31. 



11. Шелюбская Н.В. Косвенные методы государственного стмуирования 

инноваций

:  опыт  Западный  Европы  /  Проблемы  теории  и  практики 

управления

. – 2001, №3. – с. 15-22. 

12.  Портер  М.  Конкуренция  /  пер.  с  англ.  –  М:  ИД  «Вильямс»,  2005.  – 

682 с. 

13.  Мочерний  С.В.  Економика  энциклопедия:  у.з.т.  /  с.в.  мочерний  –  к: 



Академия

. – 2008 – Т.2. – 541 с. 




82 

 

14.  Болгов  В.Е.  Концептуальные  основы  инновационный  модели 



развития

 национальный экономики / экономика и управление. – 2013, № 2. – 

с

.14-19. 


15.  Трифилова  А.А.  Оценка  эффективности  инновационного  развития 

предприятия

. Москва. Финансы и статистика, 2005. – 304с. 

16.  Аммосов  Ю.П.  Венчурный  капитализм:  от  истоков  до  современ-

ности

. СПБ.: Феникс, 2005. – 372с. 



17.  Бекетов  Н.В.  Мировой  опыт  использования  механизма  венчурного 

финансирования

  инновационных  процессов.  Финансы  и  кредит,  2008,  №11, 

с

.52-54. 



18. Azərbaycanın statistik göstəriciləri 2015, Bakı, “Səda”, 2015. – 814 səh. 

 

 




83 

 

 



 

НАПРАВЛЕНИЕ



 РАЗВИТИЯ ВЕНЧУРНОГО БИЗНЕСА 

 

РЕЗЮМЕ


 

 

Диссертация



  состоит  из  введения,  трех  глав,  выводов  и  список 

использованной

 литературы. 

В

  введении  обосновывается  актуальность  темы,  определяется  цели  и 



задачи

, показывается научная новизна и практикическая значимость работы. 

В

  первой  главе  диссертационный  работы  раскрывается  сущность  и 



значения

  венчурного  бизнеса,  определяется  особенности  венчурного 

финансирования

  и  роль  венчурного  капитала  в  развитии  инновационной 

деятельности

Во



  второй  главе  диссертационный  работы  анализируется  влияния 

венчурного

 

бизнеса


 

на

 



инновационной

 

деятельности



механизмы

 

инновационного



  развития  предприниматльства,  а  также  формировния  и 

развития


 промышленно-инновационной кластеров в различных странах мира. 

В

  третьей  главе  диссертационный  работы  рассматриваются  вопросы 



финансово

-кредитного  поддержка  государства  на  малому  и  среднему 

предпринимательству

развития



 

инновационного

 

инфраструктуры



 

венчурного

  бизнеса,  а  также  совершенноствования  механизма  венчурного 

инвестирования

 инновационного деятельности и предпринимательства. 

В

  конце  диссертационной  рабоы  с  формированы  основные  выводы  и 



даны

 научно-обоснованные предложения.

 

  



84 

 

 



 

The direction of development of venture business 

 

SUMMARY 

 

The  thesis  consists  of  an  introduction,  two  chapters,  conclusions  and  list  of 

references. 

In the introduction the actuality of the theme is determined by the goals and 

objectives  is  shown  praktikicheskaya  scientific  novelty  and  significance  of  the 

work. 


In the first chapter of dissertation work reveals the essence and significance of 

the venture business is determined by the features of venture capital financing and 

the role of venture capital in the development of innovative activities. 

In  the  second  chapter  of  dissertation  work  examines  the  impact  of  business 

venture  on  innovation,  developing  innovative  mechanisms  predprinimatlstva  and 

help form and develop industrial and innovation clusters in different countries. 

In the third chapter of the dissertation work deals with the financial and credit 

support  of  the  state  to  small  and  medium  businesses,  the  development  of 

innovation  infrastructure  business  venture  as  well  as  venture  investment 

mechanism sovershennostvovaniya innovation and entrepreneurship. 

At the end of the thesis with Rabo form the main findings and are evidence-

based proposals. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə