Microsoft Word vencur 2015. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix04.04.2018
ölçüsü0,63 Mb.
#35833
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

39 

 

və  xidmətlərin  innovasiyalı  inkişafı  və  rəqabətqabiliyyəti  üçün  maliyyə  bazası 



təmin etmək olar. Biznesin innovasiyalı inkişafı hakimiyyət orqanları, sahibkarlar 

və əhalinin tərəfdaşlığı əsasında həyata keçirilməlidir. 

Konsepsiya  biznesin reallaşmasında aktiv iştiraka hədəflənir, onun marağını 

nəzərə alır və müəssisə tərəfindən innovasiyaya tələbin artmasına yönəldilir. Geniş 

mənada konsepsiya təşəbbüskarlıq və onun reallaşdırılması üzrə tədbirlər, elm və 

biznes  arasında  tərəfdaşlıq  əlaqələrinin  inkişafı  və  cəmiyyətdə  işgüzar  aktivliyin 

artırılması  üçün  şəraitin  yaradılmasına  istiqaməti  müəyyənləşdirir.  Konsepsiya 

özündə  iqtisadiyyatın  innovasiyalı  inkişafının  prinsiplərini,  məqsədini, 

tapşırıqlarını və mexanizmlərini sintezləşdirir. 

Milli iqtisadiyyatın innovasiyalı inkişafının əsas prinsipləri aşağıdakılardır: 

-

  məqsədyönlülük  prinsipi.  Milli  iqtisadiyyatın  innovasiyalı  inkişaf 



məqsədinə uyğun olaraq konkret istiqaməti var, inovasiyanın tətbiqi üçün iqtisadi 

subyektlərə motivləri formalaşdırır; 

-

  sistemlilik  prinsipi.  qtisadiyyatın  innovasiyalı  inkişaf  mexanizminin 



formalaşması  son  nəticəyə  hədəflənməlidir,  hansıki  bazarın  tələbinə  və  iqtisadiy-

yatın  innovasiyalı  inkişaf  mexanizmlərinin  effektivliyini  təsvirinə  cavab  verən 

innovasiya  prosesinin  kəmiyyət  və  keyfiyyət  parametrlərinin uyğunluq dərəcəsini 

etiva edir; 

-

  daimilik  prinsipi.  Müəyyən  vaxt  kəsiyində  mövcud  qanunvericiliyin 



dəyişilməsi deməkdir; 

-

  elmi  əsaslandırma  prinsipi.  qtisadiyyatın  innovasiyalı  inkişafının 



müəyyən göstəricilərinin müəyyənləşdirilməsini nəzərdə tutur; 

-

  vahid  yanaşma  prinsipi.  qtisadiyyatın  innovasiyalı  inkişafının  dövlət  və 



regional proqramlarının hazırlanmasına vahid yanaşmanın təmin edilməsini nəzər-

də tutur; 

-

  asanlıq  prinsipi.  Bütün  təsərrüfat  subyektləri  üçün  normativ-hüquqi  və 



qanunvericilik aktlarının anlaşıqlılığını təmin edir; 

-

  koordinasiya  prinsipi.  Qarşıya  qoyulan  məqsədə  çatmaq  üçün  hər  bir 



vəsilənin  yeri  və  rolunu  dəqiq  müəyyənləşdirməklə  tənzimləmənin   müxtəlif  


40 

 

səviyyələrinin fəaliyyətini nəzərdə tutur. 



nnovasiyalı  inkişaf  konsepsiyası  ölkə  iqtisadiyyatının  davamlı  inkişafı  və 

innovasiyanın  ən  geniş  istiqamətlərindən:  texnologiya,  menecment,  marketinq, 

maliyyə  və  sairədən  aktiv  istifadə  edilməsinə,    yerli  şirkətlərin  rəqabətqabiliyyə-

tinin  artırılması,  biznesin  inkişaf  imkanlarının  genişləndirilməsi  üçün  əlverişli 

şə

raitin yaradılmasına yönəldilməlidir [11, s.15]. 



 

Ölkə  iqtisadiyyatının  innovasiyalı  inkişafının  əsas  məqsədi  təkraristehsalı 

genişləndirmək,  məhsuldar  qüvvələri,  elm  və  mədəniyyəti  tədricən  keyfiyyətcə 

dəyişdirmək,  keyfiyyətcə  yeni  növ  texnika,  əmək  predmetləri,  intellektual 

mülkiyyət  obyektləri  və  texnologiya  yaratmaq,  mənimsəmək  və  istehsal  etmək, 

həmçinin  əməyin  və  idarəetmənin  daha  təkmil  formalarını  tətbiq  etməkdən 

ibarətdir. Bu məqsədə nail olmaq üçün aşağıdakıları reallaşdırmaq vacibdir: 

- daha  çox  investisiya  cəlb  edən  dövlətlərdən  birinin  səviyyəsinə  çatmaq, 

hansıki biliklərin yaradılması və istifadəsinin effektiv strategiyasına əsaslanır; 

-  ölkənin  elmi-texniki  potensialından  istifadə  əsasında  innovasiya  fəaliyyəti 

subyektlərinin effektiv inkişafı üçün şərait yaratmaq; 

-  yeni  əlavə  dəyərin  əhəmiyyətli  dərəcədə  artımını  təmin  etmək,  hansıki 

innovasiya fəaliyyəti subyektləri yaradırlar; 

-  biznesin  idarə  edilməsi  sferasında  ixtisaslı  mütəxəssislərin  innovasiya-

texnoloji hazırlıq sistemini formalaşdırmaq. 

 

nnovasiyalı 



inkişaf 

konsepsiyasının 

reallaşdırılmasının 

məqsədli 

indikatorları aşağıdakılardır: 

1.

 Dövlətin  dəstək  mexanizmini  müəyyənləşdirən  mövcud  məqsədli 



proqramların yerinə yetirilməsi və yeni normativ-hüquqi aktların qəbulu vasitəsilə 

innovasiya fəaliyyəti subyektlərinə kömək üçün dövlət xərclərinin artırılması. 

2.

  nnovasiya  layihələrinin  yerinə  yetirilməsi  xərclərinin  formalaşmasında 



dövlət  vəsaitlərinə  nisbətən  büdcədənkənar  mənbələrdən  daxil  olan  vəsaitin 

həcminin artırılması. 

3.

 Kiçik innovasiya müəssisələrinin sayının hər il artırılması. 




41 

 

Milli  iqtisadiyyatın  innovasiyalı  inkişafının  məqsəd  və  prinsipləri 



tapşırıqların  və  vəzifələrin  yerinə  yetirilməsində  təcəssüm  edir,  hansıki 

formalaşması zamanı  bir sıra tələbləri təmin etməlidir. 

Azərbaycan  iqtisadiyyatının  innovasiyalı  inkişafı  qabaqcıl  texnologiya  və 

biliklərə əsaslanan elmtutumlu sahələrin inkişafına hədəflənməlidir. Daha doğrusu, 

innovasiyalı  inkişaf  konsepsiyasının  tətbiqi  ilə  əlaqədar  aşağıdakı  tədbirlərin 

həyata keçirilməsi vacibdir: 

1.

  nnovasiyanın tətbiqi və istifadəsinə şirkətlər və təşkilatların stimullaşdı-



rılması.  Məqsəd  –  innovasiyanın  sürətli  yayılmasına  nail  olmaq,  yeniliklərdən 

istifadəni aktivləşdirmək, milli müəssisələrin fəaliyyətinin səmərəliliyini və onların 

rəqabətqabiliyyətini  yüksəltmək,  yeni  bazarların  mənimsənilməsində  və  yeni  iş 

yerlərinin  yaradılmasında  şirkətlərə  kömək  etməkdən  ibarətdir  ki,bu  da  son 

nəticədə ölkənin iqtisadi inkişafını müəyyənləşdirir, vergitutma bazasının genişlən-

dirilməsinə və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına gətirib çıxarır. 

nnovasiyanın tətbiqi və istifadəsinə şirkət və təşkilatların stimullaşdırılması 

üzrə  vəzifələrin  reallaşdırılmasından  alınacaq  əsas  nəticələrə  aiddir:  şirkətlərin 

innovasiya  fəaliyyətinin  səmərəliliyinin  və  məqsədyönlülüyünün  artırılması; 

ş

irkətlərdə  innovasiya  menecmenti  təcrübəsinin  artırılması;  universitetlər,  elmi-



tədqiqat institutları və  şirkətlər arasında  yeni  əlaqələrin qurulması; konsepsiyanın 

reallaşdırılması  prosesinə  cəlb  edilən  şirkətlərin  sürətlə  çoxaldılması,  eləcə  də 

innovasiya şirkətlərinin rəqabətqabiliyyətinin və mənfəətin artırılması. 

2.

  nnovasiya  fəaliyyəti  subyektlərinin  artırılmasının  stimullaşdırılması. 



Məqsəd – innovasiya fəaliyyəti subyektlərinin artırılması və inkişafı üçün əlverişli 

şə

rait  yaratmaqdır.  Bu  vəzifənin  reallaşdırılması  rəqabət  mühitini  sağlamlaşdır-



mağa,  investisiya  iqlimini  yaxşılaşdırmağa,  yeni  iş  yerləri  yaratmağa  və  sosil-

iqtisadi göstəriciləri artırmağa kömək edə bilər. 

nnovasiya  fəaliyyəti  subyektlərinin  artırılmasının  stimullaşdırılmasından 

alınacaq  əsas  nəticələrə  aiddir:  ölkənin  pozitiv  innovasiya  imicinin  yaradılması; 

dövlət  sektorunun  iqtisadi  inkişaf  prosesinə  cəlb  edilməsi;  elmi  nəticələrin 

kommersiyalaşdırılması  prosesinə  pozitiv  münasibətin  formalaşması  və  biznesin 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə