Microsoft Word vencur 2015. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix04.04.2018
ölçüsü0,63 Mb.
#35833
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

28 

 

rəqabətqabiliyyəti  ilə  xarakterizə  edilir  və  ona  təchizat  bazarında  böyük  tələbat 



vardır. 

Biznesin innovasiyalı inkişafının prioritet istiqamətlərindən biri elmi-texniki 

tərəqqinin nailiyyətlərindən səmərəli istifadə etmək və dünya bazarında məhsulun 

rəqabətqabiliyyətini  təmin  edən  innovasiya  fəaliyyətini  genişləndirməkdir. 

nnovasiya  fəaliyyəti  –  iqtisadi  effekti  təmin  edən  yeni,  yaxud  təkmilləşdirilmiş 

məhsul, texnologiya və xidmət növlərinin, yaxud inzibati, istehsal, kommersiya və 

digər  xarakterli  təşkilati  qərarların  qəbuluna  və  praktiki  reallaşdırılmasına 

yönəldilən fəaliyyətdir [8, s.7]. 

nnovasiya fəaliyyətinin subyektləri iki tip təşkilatlardan ibarətdir: bilavasitə 

innovasiya fəaliyyəti ilə məşğul olan təşkilatlar; innovasiya fəaliyyətində bilavasitə 

iştirak etməyən, ancaq onun normal həyata keçirilməsi üçün ümumi şərait yaradan 

təşkilatlar. 

Birinci  tip  təşkilatlara    elmi,  mühəndis,  istehsal  və  kommersiya  təşkilatları 

aiddir. 


Tərkibi  əsasən  innovasiya  infrastrukturundan  ibarət  olan  ikinci  tip 

təşkilatlara aiddir: 

-

  ixtisaslaşmış kiçik innovasiya təşkilatları (elmi-texniki, məsləhət-ekspert və 



lizinq firmaları, texnologiyaların transferi mərkəzləri); 

-

  ixtisaslaşmış  innovasiya  kompleksləri  (innovasiyalı  biznes-inkubatorlar, 



elmi və texnoloji parklar və texnopolislər). 

Belə bölgü stabil deyil, çünki texnoparklar və biznes-inkubatorlar həmçinin 

istehsal fəaliyyəti ilə məşğul olurlar, yüksək texnoloji məhsullar buraxırlar. 

Elmi-texniki  firmalar  elmi-texniki  fəaliyyətlə:  texniki  layihələndirmə, 

reklam  və  tərcümə  xidməti,  elmi-texniki  informasiyanın  hazırlanması,  texnoloji 

silahlanma,  avadanlıqların  quraşdırılması  və  təmiri  ilə  məşğul  olurlar.  Onların  ən 

çox  mənimsənilmiş  sferası  informatikadır,  xüsusilə  proqram  vasitələrinin 

yaradılması və tətbiqi, kompüter  təhsilinin səmərəli təşkilinə xidmət göstərməkdir.  

Məsləhət-ekspert  firmalarının  fəaliyyətinə  aiddir:  elmi-texniki  inkişafın 

proqnozlaşdırılması;  iqtisadi  subyektlərin  restrukturizasiyası;  elmi-texniki 




29 

 

layihələrin  və  proqramların  qiymətləndirilməsi;  texniki-iqtisadi  əsaslandırma; 



müəssisənin  elmi-texniki,  istehsal  və  təchizat  fəaliyyətinin  nəticələrinin  təhlili; 

heyətin  hazırlanması  və  işin  təşkilinin  səmərəliliyi  üzrə  təkliflərin  hazırlanması; 

innovasiyanın kommersiya perspektivliyinin müəyyənləşdirilməsi. Bu tip firmalar 

çox  vaxt  bilik  istehsalçıları  (elmi  təşkilatlar)  və  bilik  istehlakçıları  (sənaye 

müəssisələri) arasında əlaqələndirici rol oynayırlar. 

Lizinq  şirkətləri  lizinq  xidmətləri  göstərir.  Lizinq  avadanlığın,  daşınmaz 

ə

mlakın,  uzunmüddətli  istifadə  olunan  istehlak  şeylərinin  və  əsas  kapitalın  digər 



elementlərinin  sahibkarlara  icarəyə  verilməsinin,  yəni  maliyyələşdirmənin  ən 

ə

lverişli formasıdır. 



Biznes-inkubatorların  əsas  vəzifəsi  yeni  işə  başlayan  kiçik  sahibkarlıq 

subyektlərinə mənzil, ofis və istehsal üçün xüsusi avadanlığı, daşınmaz və daşınan 

ə

mlakı  icarəyə  verməkdən  ibarətdir.  Biznes-inkubatorlar  kiçik  sahibkalıq 



subyektlərinə  innovasiya  mərkəzlərinin  funksiyalarını  yerinə  yetirərək  müxtəlif 

xidmətlər göstərə bilərlər. Bu xidmətlərə aşağıdakılar daxildir: 

-

  sahibkarlıq layihələrinin qiymətləndirilməsi və seçilməsi; 



-

  tərəfdaşların, investorların və kreditorların axtarıb tapılması; 

-

  kiçik  sahibkarlıq  subyektlərinin  informasiya  təminatı  və  marketinq 



tədqiqatlarının aparılması; 

-

  lazımi məsləhətlərin verilməsi; 



-

  müasir  texnologiyaların  tətbiqinə,  elmi-tədqiqat  institutları  və  ali  təhsil 

müəssisələrinin  sənaye  müəssisələri  ilə  qarşılıqlı  əlaqələrinin  möhkəmləndiril-

məsinə kömək göstərilməsi; 

-

  kiçik  sahibkarlıq  subyektləri  üçün  kadrların  hazırlanması  və  yenidən 



hazırlanması. 

Texnoloji parklar (texnoparklar) elmi-texniki, təhsil və istehsal fəaliyyətinin 

elmi,  konstruktor-texnoloji  təşkilatlarıdır,  yaxud  onların  bölmələri  şəklində  ərazi 

inteqrasiyasının  xüsusi  formasıdır,  hansıki  lokal  ərazi  çərçivəsində  regional 

iqtisadiyyatın  effektiv  inkişafını  təmin  edən  innovasiya  fəaliyyəti  üçün  əlverişli 

şə

rait  yaradırlar.  Texnoparklar  innovasiya  fəaliyyətinin  ən  səmərəli  təşkilati 




30 

 

forması  hesab  edilir.  Texnopark  strukturlarının  başlıca  vəzifəsi  kiçik  innovasiya 



firmalarını  dəstəkləmək,  elmi-texniki  tədqiqatların  nəticələrini  kommersiyalaş-

dırmaq, maddi istehsal sferasında innovasiyanın surətli irəliləməsini təmin etmək, 

innovasiya fəaliyyəti sahəsində yeni ideyaları inkişaf etdirməkdir. 

Texnoparkın  strukturuna,  onun  fəaliyyət  istiqaməti  və  spesifikası  nəzərə 

alınmaqla,  biznes-inkubatorları  daxil  edilə  bilər.  Texnoparklar  elmtutumlu 

texnologiyaların və yüksək texnoloji istehsalların inkişafına xidmət edirlər.  

nkişaf  etmiş  bazar  iqtisadiyyatlı  ölkələrdə  texnoparklar  universitetlərin  və 

elmi-tədqiqat  institutlarının  bazasında  daha  geniş  yayılmış,  hansıki  onlar 

texnoparkların  təsisçiləri  rolunda  çıxış  edirlər.  Universitetlərin  və  elmi-tədqiqat 

institutlarının texnoparklara əsas töhfəsi elmi ideyalar, yüksək bilik, kəşflər və elmi 

məsləhətlər vermək, zəngin kitabxanadan istifadə üçün şərait yaratmaqdır. 

Texnopolis  –  ixtisaslaşmış  ərazicə  qapalı  elmi-istehsalat  kompleksdir, 

hansıki  elmi-texniki  fəaliyyət  göstərir,  elmtutumlu  məhsul  istehsal  edir  və 

kompleks  üçün  elmi,  mühəndis  və  fəhlə  kadrlar  hazırlayırlar.  Texnopolisin 

təşkilinin əsas prinsipləri aşağıdakılardır: 

-

  iri elmi mərkəzlərin bazasında yaradılması; 



-

  fəaliyyətin yeni texnologiyaya yönəldilməsi; 

-

  müasir istehsalın və sahələrin müəyyən növləri üzrə ixtisaslaşması; 



-

  elmi potensial və istehsal potensialının qovuşmasının məhdudlaşdırılması; 

-

  mütəxəssislər  üçün  əlverişli  mənzil,  mədəni-məişət  və  ekoloji  şəraitin 



yaradılması. 

Texnopolislərin  səmərəli  fəaliyyət  göstərmələri  üçün  onların  yerləşdiyi 

regionların  icra  orqanlarına  böyük  müstəqilliyin  verilməsi  və  dövlət  tərəfindən 

geniş dəstəklənməsi vacib şərtdir. 

Biznesin  innovasiyalı  inkişafında  menecment  və  marketinq  müstəsna  rol 

oynayır.  nnovasiya  fəaliyyətinin  əsas  təşkiledicilərindən  olan  menecment  və 

marketinq  əvəzinə  adətən  “ nnovasiya  menecmenti”  və  “ nnovasiya  marketinqi” 

anlayışları işlədilir. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə