Microsoft Word vencur 2015. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix04.04.2018
ölçüsü0,63 Mb.
#35833
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

22 

 

2)  mikrosəviyyədə  –  kiçik  və  orta  innovasiya  müəssisələrinin  inkişafının 



mənbəyi kimi çıxış edir; 

3) merosəviyyədə – yüksək texnoloji sahələrin inkişafını stimsullaşdırır; 

4)  makrosəviyyədə  –  iqtisadiyyatın  struktur  modernləşdirməsinin,  onun 

innovasiya inkişaf yoluna keçməsinin əsasını təşkil edir; 

5)  meqasəivyydə  –  bilik  və  texnologiyanın  beynəlxalq  transfer  prosesini 

fəallaşdırmaqla  və  bütün  dünya  cəmiyyətinin  elmi-texnoloji  səviyyəsini 

yüksəltməklə  qlobal  dünya  təsərrüfat  əlaqələrinin  möhkəmləndirilməsinə  səbəb 

olur. 


Vençur  kapitalının  əsas  xüsusiyyətlərinin  müəyyənləşdirilməsi  innovasiya 

iqtisadiyyatında  onun  əsas  funksiyalarını  dəqiqləşdirməyə  imkan  verir.  şlənilən 

kapital  kimi  vençur  kapitalı  da  özünü  inkişafa  obyektiv  cəhd  edir,  ancaq  onun 

xüsusiyyətini  nəzərə  alaraq  nəticə  çıxarmaq  olar  ki,  o  sadəcə  məhsulun  istehsalı 

vasitəsilə deyil, innovasiya istehsalı vasitəsilə, yəni tədqiqat və istehsalın ayrı-ayrı 

mərhələlərini müxtəlif ixtisaslı əməyi, həmçinin innovasiya fəaliyyətində istehsalın 

müxtəlif amillərini birləşdirmək vasitəsilə həyata keçirir. 

Vençur  kapitalının  bir  mərhələdən  digərinə  keçidi  gedişində  onun  həyat 

tsiklində    rolunun  dəyişməsi  baş  verir və eyni  zamanda  onun  forması  dəyişikliyə 

məruz  qalır.  Vençur  kapitalının  müxtəlif  formalarına  müxtəlif  funksiyalar  uyğun 

gəlir,  halbuki  seyrək  funksiya  da  vardır,  hansıki  vençur  kaptalı  bütün  formalarda 

yerinə yetirir. 

Vençur kapitalının əsas funksiyaları aşağıdakılardır: 

1.  Elmi-istehsal  funksiyası  –  vençur  kapitalının  təməl  funksiyası  sayılır, 

hansıki  innovasiya  və  işgüzar  aktivliyin  təmin  edilməsinə  yönəldilir  və  yekunda 

təsərrüfat  sisteminin  iqtisadi  artımına  səbəb  olur.  Bu  funksiya  innovasiya 

istehsalının intellektual və kadr hazırlığını fəallaşdırır. 

nnovasiya  sferasına,  elmtutumlu  yüksətexnoloji  istehsal  sahələrinə  vençur 

kapitalının  cəlb  edilməsi  yeni  investorlar  kateqoriyasının  əmələ  gəlməsilə 

ə

laqədardır,  hansıki  təkcə  innovasiya  layihələrinə  investisiya  qoymurlar,  həm  də 




23 

 

özləri  həmin  layihələrin  işlənilməsində  və  idarə  olunmasında  bilavasitə  iştirak 



edirlər. 

2.  nnovasiya  fəaliyyətinin  kommersiyalaşdırılması  funksiyası  –  vençur 

kapitalının  əsas  funksiyalarından  biridir,  hansıki  innovasiya  sahibkarlığının 

inkubasiya  funksiyası  adlandırılır.  O,  bir  sıra  mühüm  problemlərin  həllinə  imkan 

yaradır: 

- elm, istehsal və bazarın inteqrasiyasını möhkəmləndirmək;  

-  təsərrüfat  sisteminin,  o  cümlədən  firmanın  texnoloji  təzələnməsi  üçün 

müxtəlif resursları rasional birləşdirərək kiçik sahibkarlığı inkişaf etdirmək; 

- təsərrüfat sisteminin rəqabət qabiliyyətini yüksəltmək; 

- təsərrüfat sisteminin iqtisadi dayanaqlığına kömək etmək; 

- yeni məhsul ideyasından onun bazarın tətbiqinə qədər olan vaxtı azaltmaq. 

3.  nnovasiya  fəaliyyətinin  investisiya  təminat  funksiyası  –  birinci 

funksiyadan irəli gəlir və onun müəyyən dərəcədə dəqiqləşdirir. Vençur kapitalının 

inkişafı  qalxma  və  enmə  müddəti  vasitəsilə,  yəni  tsikli  həyata  keçirilir,  o 

innovasiya  sferasının  tam  investisiya  təminatı  məsələsini  həll  etmir,  lakin  onun 

istehsalın  müasir  texnoloji  təzələnməsinin  resurs  təminatındakı  rolunu  azaltmaq 

olmaz. 

4.  Yeni  yaradılan  kiçik  innovasiya  firmasının  müvəqqəti  iqtisadi 



dayanaqlığına  təminat  funksiyası  –  vençur  kapitalı  cəlb  edən  firmanın  bəzi 

risklərdən azad olunmasını təmin edilir. 

5.  qtisadiyyatın  struktur  təzələnməsi  funksiyası  –  prinsipcə  yeni  texnoloji 

bazanın  və  innovasiya  infrastrukturunun  formalaşmasında  aktiv  iştirak  etməklə 

yeni  rəqabət  qabiliyyətli  şirkətin  artım  prosesini  fəallaşdırmaq  yolu  ilə  kiçik 

sahibkar  innovasiya  müəssisəsinin  inkişafına  vençur  kapitalının  təsiri  nəticəsində 

təmin edilir. 

Vençur  biznesinin  təşəkkülü  kompyuter  və  biotexnologiya  kimi  sahələrin 

surətlə inkişafı ilə eyni vaxta təsadüf edir, kiçik və orta müəssisələrin inkişafı ilə 

müşayiət  olunur,  hansıki  fundamental  və  tətbiqi  elmlərdə  yaranan  çoxlu  ideyalar 

üçün  özünəməxsus  inkubator  sayılır.  Bu  gün  dünyada  mövcud  olan  vençur 



24 

 

sənayesinin  miqyası  200  milyard  dollar  çıvarındadır.  Son  illər  vençur  sənayesi 



Asiya  ölkələrində,  xüsuslə  Çində,  Koreya  respublikasında  və  Sinqapurda, 

Almaniyada,  sraildə, Finlandiyada geniş inkişaf etmişdir. 

qtisadiyyatın  müxtəlif  sahələrində  baş  vermiş  texnoloji  inqilabların 

ə

ksəriyyəti vençur kapitalı ilə maliyyələşdirilən firmalar tərəfindən əldə edilmişdir. 



Vençur  kapitalının  müasir  elmi-texnoloji  inkişafa  təsirini  nanotexnologiya 

sahəsinin  inkişafının  timsalında  aydın  görmək  olar,  hardaki  maliyyələşdirmə 

mənbələri içərisində vençur kapitalı əhəmiyyətli yer tutur. Nanotexnoloji layihələrə 

vençur  kapitalının  cəlb  edilməsi  təcrübəsi  dünyanın  bir  çox  ölkələrində  tətbiq 

edilir, son illər nanotexnoloji biznesdə vençur kapitalının iştirakının artması meyli 

müşahidə edilir. 

Nanotexnologiya sferasında vençur kapitalından istifadə layihəni ilkin işlənmə 

mərhələsindən  kommersiyalaşdırma  mərhələsinə  çıxarmağa  və  nanotexnoloji 

məhsulun istehsalını genişləndirməyə imkan verir ki, bu da öz növbəsində dünya 

nanotexnologiya bazarında lider mövqeyini tutmağa səbəb olur. 

Vençur  kapitalının  xüsusiyyətləri  və  funksiyalarının  təhlili,  onların  kapitalın 

iqtisadi  məzmunu  ilə  müqayisəsi  vençur  kapitalının  xüsusi  resurs  kimi  iqtisadi 

mahiyyətini  açmağa  imkan  verir.  Vençur  kapitalı  innovasiya  və  investisiya 

fəaliyyətinin  inkişafı  vasitəsilə  təsərrüfat  sistemində  işgüzar  aktivliyə  təsirində 

sinergetik effektə malikdir. 

Vençur  kapitalı  xüsusi  iqtisadi  kateqoriyadır,  investorların  və  sahibkarların 

ziddiyyətli  maraqlarını  razılaşdırılmış  münasibətlərini,  innovasiya  müəssisələrinin 

yaradılması  və  inkişafının  uzunmüddətli  investisiyalaşdırılmasını,  risklərin 

azaldılmasını ifadə edir. 

Bütün bunlar vençur kapitalını innovasiyalı iqtisadi artımın, müxtəlif səviyyəli 

təsərrüfat  sisteminin  innovasiyalı  inkişaf  tipinə  keçirilməsinin,  iqtisadiyyatın 

struktur təzələnməsinin xüsusi amili kimi dəyərləndirməyə əsas verir. 

nnovasiya  sferasında  vençur  kapitalının  xüsusi  rolu  onunla  şərtlənir  ki,  o 

ə

sasən kiçik və orta yüksəktexnoloji firmaların investisiyalaşdırılmasına yönəldilir, 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə