Microsoft Word vencur 2015. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix04.04.2018
ölçüsü0,63 Mb.
#35833
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

34 

 

nnovasiya  fəaliyyətinin  planlaşdırılması,  xüsusilə  elmi-texniki  inkişafın 



proqnozlaşdırılması  təkcə  firmanın  fəaliyyətinin  idarə  olunması  prosesinin  tərkib 

hissəsi  deyil,  həm  də  onun  strateji  məqsədlərinin  formalaşmasının  mühüm 

elementidir.  Hazırlanmış  proqnozlar  əsasında  elmi-tədqiqat  mərhələsində  firma 

üçün  əsas  problemlərin  siyahısı,  onların  aktuallığı  və  resurs  imkanları  nəzərə 

alınmaqla müəyyənləşdirilir, bu problemlərin həlli yolları araşdırılır, avadanlıqlara 

və kadrlara olan təlabat dəqiqləşdirilir. 

Firmanın  innovasiyalı  inkişaf  planı  hazırlandıqdan  sonra  onun 

reallaşdırılması üzrə konkret hərəkətə başlanılır və bu zaman bir sıra məsələlər həll 

edilir, hansıki onlara aiddir: 

-

  innovasiya məhsulunun istehsalına hazırlıq; 



-

  innovasiya məhsulunun istehsalının təşkili; 

-

  innovasiya məhsulu istehsalının maddi-texniki təminatı; 



-

  innovasiya məhsulunun təchizatı; 

-

  innovasiya  məhsulu  istehsalına  hazırlığın  vəziyyətinə  və  istehsalın 



təşkilinə marketinq nəzarəti. 

nnovasiya  məhsulunun  istehsalı  və  təchizatının  səmərəli  təhlili  əsasında 

firmanın  rəhbəri  məhsulun  istehsalı  üzrə  işin  gələcəkdə  davam  etdirilməsinin 

məqsədəuyğunluğu haqqında qərar qəbul edir. 

Dünya  təcrübəsi  göstərir  ki,  iqtisadiyyatın  innovasiyalı  inkişafında  elmi-

tədqiqat  mərkəzləri  və  universitetləri  böyük  rol  oynayırlar.  Universitetlər  ölkə 

iqtisadiyyatının inkişafına aşağıdakı istiqamətlərdə kömək edirlər [2, s.139]. 

1.

 Universitetlər  ölkənin  texnoloji,  sosial-iqtisadi  inkişafı  üçün  şərait 



yaratmaqla fundamental elmi tədqiqatların aparılması üçün əsas baza sayılır. 

2.

 Universitetlərdə  tətbiqi  istiqamətdə  tədqiqatlar  aparılır  və  onların 



sənayedə  reallaşdırılması  üçün  aralıq  strukturlar  (texnoparklar,  biznes-

inkubatorlar) yaradılır. 

3.

 Universitet  tədqiqatları  elmi  kadrların  hazırlanması  prosesinin,  ölkənin 



elmi-pedaqoji potensialının artırılması prosesinin mühüm hissəsidir. 


35 

 

4.



 Universitetlər çox vaxt elmtutumlu sahələrdən müəssisələri öz ölkələrinə 

“çəkmə qütbünə” çevrilirlər. 

 

Ölkənin innovasiya siyasətinə siyasi, iqtisadi və mədəni ənənələrdə və dövlət 



quruculuğunda  olan  fərqlər  böyük  təsir  göstərir.  Bu  fərqlər  ölkənin  innovasiya 

siyasətinin formalaşması və reallaşdırılması mexanizmində öz əksini tapır. 

 

Dünya  təcrübəsində  innovasiyanın  tətbiqi  sahəsində  müxtəlif  mexanizmlər 



mövcuddur.  Xarici  ölkələrin  innovasiya  siyasətinin  xüsusiyyətlərini  təhlil  edərək 

N.E.Şelyubskaya belə qənaətə gəlmişdir ki, onların innovasiya siyasəti açıq aşkar 

elmi-tədqiqat  və  texnoloji  kooperasiyayanın  stimullaşdırılmasına  yönəldilmişdir 

[15, s.24]. 

 

Dövlət çox vaxt elmi-tədqiqat təşkilatları, universitetlər və firmalar arasında 



vasitəçi rolu oynayır. Müxtəlif strukturlar: Universitet və sənayenin kooperasiyası 

mərkəzi,  kiçik  və  orta  biznesə  yeni  texnologiyaların  verilməsi  üzrə  innovasiya 

mərkəzi,  kəşflərin  kommersiya  reallaşdırılması  mərkəzi  yaradılır.  Elmi 

tədqiqatların  nəticələrinin  tətbiqi  üçün  adətən  kiçik,  orta  və  iri  biznesin  təşkilati 

strukturlarının köməyilə texnologiyaların kommersiyalaşdırılması mexanizmindən 

istifadə  olunur.  Dünya  ölkələrin  müxtəlif  şirkətləri  və  universitetləri  arasında 

innovasiya əlaqələrinin inkişaf səviyyəsi cədvəl 1-də verilmişdir [8, s.19]. 

 

Cədvəl 1 

Ş

irkətlər və universitetlər arasında elmi tədqiqat və konstruktor işlərinin 

təşkili sferasında kooperasiyanın inkişaf səviyyəsi üzrə ölkələrin sıralanması 

 

Yeri 

Elmi tədqiqat 

kooperasiyası 

Yeri 

Texnoloji 

kooperasiyası 

Finlandiya  



Finlandiya  

ABŞ 


Yaponiya 

Ş

vestariya 



Niderland 

sveçrə 


Ş

vestariya 



Niderland 

ABŞ 


rlandiya 

Almaniya 



Almaniya 

sveçrə 


Daniya 


Daniya 


Belçika 


Nervegiya 

10 

Yaponiya 



10 

rlandiya 




36 

 

Bu ölkələr həmçinin iqtisadiyyatın rəqabət qabiliyyətinin dünya reytinqində 



qabaqcıl yerləri tuturlar (cədvəl 2). 

Cədvəl 2 

Ümumdünya iqtisadi forumunun reytinqinə uyğun olaraq ölkələrin  

rəqabət qabiliyyətinin səviyyəsinə görə ölkələrin sıralanması 

Yeri  

Ölkələ

Finlandiya 



ABŞ 


sveçrə 


Daniya 


Tayvan  


Sinqapur 

slandiya 



Ş

vestariya 



Norvegiya  

10 

Avstraliya  



 

Rəqabətqabiliyyəti  ölkə  iqtisadiyyatının  mövcud  səviyyəsini  və  onun 

iqtisadi inkişaf perspektivlərini əks etdirən əsas göstəricidir. Ümumdünya iqtisadi 

forumun  reytinqinə  uyğun  olaraq  dünyada  ən  yüksək  rəqabət  qabiliyyətli 

iqtisadiyyat  Finlandiya  və  ABŞ  iqtisadiyyatıdır.  Elmi-tədqiqat  və  texnologiya 

kooperasiyanın ən yüksək inkişaf səviyyəsi də məhz bu ölkələrdə müşayət edilir. 

  Müasir mərhələdə milli iqtisadiyyatın davamlı inkişafının başlıca amili onun 

bütün  sahələrində  daim  innovasiyanın  tətbiqidir.  Müasir  iqtisadi  sistemin 

yaradılması üçün milli iqtisadiyyatın innovasiyalı inkişaf modeli tətbiq edilməlidir. 

Onun  formalaşdırılmasının  əsas  aləti  iqtisadi  inkişafın  innovasiya  modeli 

konsepsiyası sayılır. 

 

2.2. Sahibkarlığın innovasiyalı inkişaf mexnizminin formalaşması

 

 



 

Milli  iqtisadiyyatın  innovasiyalı  inkişaf  mexanizminin  formalaşması 

prosesinə sistemlik mövqeyindən yanaşmaq lazımdır. Bu onunla şərtlənir ki, sistem 

–  qarşılıqlı  əlaqəli  elementlərin  məcmusudur,  hansıki  yeni  xassəsi  olan  məqsədli 

təhsil  təşkil  edir,  onun  ayrı-ayrı  hissələri  yoxdur  və  yalnız  innovasiyalı  inkişaf 

mexanizminin  bütün  elementləri  məcmusunda  həmin  proseslərin  daha  səmərəli 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə