39
və xidmətlərin innovasiyalı inkişafı və rəqabətqabiliyyəti üçün maliyyə bazası
təmin etmək olar. Biznesin innovasiyalı inkişafı hakimiyyət orqanları, sahibkarlar
və əhalinin tərəfdaşlığı əsasında həyata keçirilməlidir.
Konsepsiya biznesin reallaşmasında aktiv iştiraka hədəflənir, onun marağını
nəzərə alır və müəssisə tərəfindən innovasiyaya tələbin artmasına yönəldilir. Geniş
mənada konsepsiya təşəbbüskarlıq və onun reallaşdırılması üzrə tədbirlər, elm və
biznes arasında tərəfdaşlıq əlaqələrinin inkişafı və cəmiyyətdə işgüzar aktivliyin
artırılması üçün şəraitin yaradılmasına istiqaməti müəyyənləşdirir. Konsepsiya
özündə iqtisadiyyatın innovasiyalı inkişafının prinsiplərini, məqsədini,
tapşırıqlarını və mexanizmlərini sintezləşdirir.
Milli iqtisadiyyatın innovasiyalı inkişafının əsas prinsipləri aşağıdakılardır:
-
məqsədyönlülük prinsipi. Milli iqtisadiyyatın innovasiyalı inkişaf
məqsədinə uyğun olaraq konkret istiqaməti var, inovasiyanın tətbiqi üçün iqtisadi
subyektlərə motivləri formalaşdırır;
-
sistemlilik prinsipi. qtisadiyyatın innovasiyalı inkişaf mexanizminin
formalaşması son nəticəyə hədəflənməlidir, hansıki bazarın tələbinə və iqtisadiy-
yatın innovasiyalı inkişaf mexanizmlərinin effektivliyini təsvirinə cavab verən
innovasiya prosesinin kəmiyyət və keyfiyyət parametrlərinin uyğunluq dərəcəsini
etiva edir;
-
daimilik prinsipi. Müəyyən vaxt kəsiyində mövcud qanunvericiliyin
dəyişilməsi deməkdir;
-
elmi əsaslandırma prinsipi. qtisadiyyatın innovasiyalı inkişafının
müəyyən göstəricilərinin müəyyənləşdirilməsini nəzərdə tutur;
-
vahid yanaşma prinsipi. qtisadiyyatın innovasiyalı inkişafının dövlət və
regional proqramlarının hazırlanmasına vahid yanaşmanın təmin edilməsini nəzər-
də tutur;
-
asanlıq prinsipi. Bütün təsərrüfat subyektləri üçün normativ-hüquqi və
qanunvericilik aktlarının anlaşıqlılığını təmin edir;
-
koordinasiya prinsipi. Qarşıya qoyulan məqsədə çatmaq üçün hər bir
vəsilənin yeri və rolunu dəqiq müəyyənləşdirməklə tənzimləmənin müxtəlif
40
səviyyələrinin fəaliyyətini nəzərdə tutur.
nnovasiyalı inkişaf konsepsiyası ölkə iqtisadiyyatının davamlı inkişafı və
innovasiyanın ən geniş istiqamətlərindən: texnologiya, menecment, marketinq,
maliyyə və sairədən aktiv istifadə edilməsinə, yerli şirkətlərin rəqabətqabiliyyə-
tinin artırılması, biznesin inkişaf imkanlarının genişləndirilməsi üçün əlverişli
şə
raitin yaradılmasına yönəldilməlidir [11, s.15].
Ölkə iqtisadiyyatının innovasiyalı inkişafının əsas məqsədi təkraristehsalı
genişləndirmək, məhsuldar qüvvələri, elm və mədəniyyəti tədricən keyfiyyətcə
dəyişdirmək, keyfiyyətcə yeni növ texnika, əmək predmetləri, intellektual
mülkiyyət obyektləri və texnologiya yaratmaq, mənimsəmək və istehsal etmək,
həmçinin əməyin və idarəetmənin daha təkmil formalarını tətbiq etməkdən
ibarətdir. Bu məqsədə nail olmaq üçün aşağıdakıları reallaşdırmaq vacibdir:
- daha çox investisiya cəlb edən dövlətlərdən birinin səviyyəsinə çatmaq,
hansıki biliklərin yaradılması və istifadəsinin effektiv strategiyasına əsaslanır;
- ölkənin elmi-texniki potensialından istifadə əsasında innovasiya fəaliyyəti
subyektlərinin effektiv inkişafı üçün şərait yaratmaq;
- yeni əlavə dəyərin əhəmiyyətli dərəcədə artımını təmin etmək, hansıki
innovasiya fəaliyyəti subyektləri yaradırlar;
- biznesin idarə edilməsi sferasında ixtisaslı mütəxəssislərin innovasiya-
texnoloji hazırlıq sistemini formalaşdırmaq.
nnovasiyalı
inkişaf
konsepsiyasının
reallaşdırılmasının
məqsədli
indikatorları aşağıdakılardır:
1.
Dövlətin dəstək mexanizmini müəyyənləşdirən mövcud məqsədli
proqramların yerinə yetirilməsi və yeni normativ-hüquqi aktların qəbulu vasitəsilə
innovasiya fəaliyyəti subyektlərinə kömək üçün dövlət xərclərinin artırılması.
2.
nnovasiya layihələrinin yerinə yetirilməsi xərclərinin formalaşmasında
dövlət vəsaitlərinə nisbətən büdcədənkənar mənbələrdən daxil olan vəsaitin
həcminin artırılması.
3.
Kiçik innovasiya müəssisələrinin sayının hər il artırılması.
41
Milli iqtisadiyyatın innovasiyalı inkişafının məqsəd və prinsipləri
tapşırıqların və vəzifələrin yerinə yetirilməsində təcəssüm edir, hansıki
formalaşması zamanı bir sıra tələbləri təmin etməlidir.
Azərbaycan iqtisadiyyatının innovasiyalı inkişafı qabaqcıl texnologiya və
biliklərə əsaslanan elmtutumlu sahələrin inkişafına hədəflənməlidir. Daha doğrusu,
innovasiyalı inkişaf konsepsiyasının tətbiqi ilə əlaqədar aşağıdakı tədbirlərin
həyata keçirilməsi vacibdir:
1.
nnovasiyanın tətbiqi və istifadəsinə şirkətlər və təşkilatların stimullaşdı-
rılması. Məqsəd – innovasiyanın sürətli yayılmasına nail olmaq, yeniliklərdən
istifadəni aktivləşdirmək, milli müəssisələrin fəaliyyətinin səmərəliliyini və onların
rəqabətqabiliyyətini yüksəltmək, yeni bazarların mənimsənilməsində və yeni iş
yerlərinin yaradılmasında şirkətlərə kömək etməkdən ibarətdir ki,bu da son
nəticədə ölkənin iqtisadi inkişafını müəyyənləşdirir, vergitutma bazasının genişlən-
dirilməsinə və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına gətirib çıxarır.
nnovasiyanın tətbiqi və istifadəsinə şirkət və təşkilatların stimullaşdırılması
üzrə vəzifələrin reallaşdırılmasından alınacaq əsas nəticələrə aiddir: şirkətlərin
innovasiya fəaliyyətinin səmərəliliyinin və məqsədyönlülüyünün artırılması;
ş
irkətlərdə innovasiya menecmenti təcrübəsinin artırılması; universitetlər, elmi-
tədqiqat institutları və şirkətlər arasında yeni əlaqələrin qurulması; konsepsiyanın
reallaşdırılması prosesinə cəlb edilən şirkətlərin sürətlə çoxaldılması, eləcə də
innovasiya şirkətlərinin rəqabətqabiliyyətinin və mənfəətin artırılması.
2.
nnovasiya fəaliyyəti subyektlərinin artırılmasının stimullaşdırılması.
Məqsəd – innovasiya fəaliyyəti subyektlərinin artırılması və inkişafı üçün əlverişli
şə
rait yaratmaqdır. Bu vəzifənin reallaşdırılması rəqabət mühitini sağlamlaşdır-
mağa, investisiya iqlimini yaxşılaşdırmağa, yeni iş yerləri yaratmağa və sosil-
iqtisadi göstəriciləri artırmağa kömək edə bilər.
nnovasiya fəaliyyəti subyektlərinin artırılmasının stimullaşdırılmasından
alınacaq əsas nəticələrə aiddir: ölkənin pozitiv innovasiya imicinin yaradılması;
dövlət sektorunun iqtisadi inkişaf prosesinə cəlb edilməsi; elmi nəticələrin
kommersiyalaşdırılması prosesinə pozitiv münasibətin formalaşması və biznesin
Dostları ilə paylaş: |