74
logiyalara əsaslanan elmtutumlu məhsul və xidmətlər istehsal edən kiçik və orta
ş
irkətlərə birbaşa investisiya yatırır. Vençur biznesinin mahiyyəti ondan ibarətdir
ki, heç kimə bəlli olmayan və fəaliyyət göstərməyən yeni şirkətə müəyyən həcmdə
vəsait yönəldilir. Daha doğrusu, yeni şirkətin maliyyələşdirilməsi üçün dövlət
büdcəsindən deyil, xüsusi mənbədən kapital cəlb edilir və biznes fəaliyyəti həyata
keçirilir.
Vençur biznesinin əsas subyektlərinə vençur firmaları, fərdi investorlar,
maliyyə vasitəçiləri aiddir.
Vençur firması – riskli firmadır, hansıki elmi-texniki sferada innovasiya riski
ilə əlaqədar fəaliyyət məhsulları elmtutumlu yüksək texnoloji məhsulların, yaxud
xidmətlərin yeni növləridir; adətən vençur elmi, yaxud texnoloji ideyaların
seçilməsi və işlənilməsi, onun aprobasiyası, nümunələrin və modellərin
yaradılması, sonradan onların sənaye istehsalı mərhələsinə ötürülməsi ilə məşğul
olaraq məhsulun inkişafının başlanğıc mərhələsinə xidmət edir.
Fərdi investorlar – vençur layihəsinə maliyyə vəsaiti yatıran hüquqi, yaxud
fiziki şəxsdir. Onlar investor qismində çıxış edə bilərlər.
Vençur investisiyalaşdırmasında investisiya bankı və kommersiya bankı
iştirak edirlər. Bu zaman əsas rol investisiya banklarına məxsusdur. nvestisiya
bankları ilə müqayisədə kommersiya banklarının fəaliyyəti dövlət tərəfindən daha
möhkəm reqlamentləşdirməyə məruz qalır. Kommersiya bankları maliyyə-kredit
sisteminin digər təşkilatları ilə birlikdə müstəqil vençur fondlarının filiallarını
yaradırlar.
Banklar
vençur
maliyyələşdirilməsində
iştirak
edərək
aşağıdakı
ə
məliyyatları həyata keçirirlər:
-
vençur fondlarının formalaşdırılması üçün maliyyə vasitəçilərinə hesab
açırlar;
-
vençur fondlarının formalaşmasına xidmət göstərirlər;
-
vençurlarla əməliyyatlar aparmaq üçün maliyyə vasitələrinə kömək
edirlər;
-
öz şəbəkəsi vasitəsilə şirkətin səhmlərinin satışını təşkil edirlər.
75
Pensiya fondları lazımi heyət ştatının saxlanılması, fondun fəaliyyəti ilə
bağlı digər məsrəflərin ödənilməsi və mənfəət götürmək məqsədilə vençur
maliyyələşdirməsində iştirak etməyə maraqlıdırlar. Fondun vəsaitlərinin qiymətdən
düşməsinin qarşısını almaq, müştərilərinin qarşısında öz öhdəliklərini yerinə
yetirmək və fondun fəaliyyətini genişləndirilmək üçün fondun vəsaitlərinin
kapitalizasiyası vacibdir. Təcrübə göstərir ki, xüsusi şirkətlərə və dövlət qiymətli
kağızlara fondun vəsaitlərinin qoyulması çox az gəlir verir, bəzən isə fondun
zərərinə gətirib çıxarır. Pensiya fondları tərəfdaş fonda öz vəsaitini qoyaraq
məhdud məsuliyyətli tərəfdaşlar qismində iştirak edirlər.
Sığorta şirkətləri vençur maliyyələşdirməsində banklar və pensiya fondları
ilə analoji olaraq iştirak edirlər.
Maliyyə vasitəçisi olan investisiya təşkilatları fərdi investorların maliyyə
vəsaitlərini toplayır və vençur maliyyələşdirməsi üçün istifadə edirlər. Maliyyə
vasitəçisinin əsas təşkilati formalarına vençur kapitalı firması və vençur kapitalı
fondu (vençur fondu) aiddir.
Vençur kapitalı firması peşəkar menecerlər, yaxud fərdi investorlar
tərəfindən təsis edilə bilər. ri invetorlar vençur kapitalı firmasının təsisçilərinin
tərkibinə daxil ola və baş tərəfdaş qismində çıxış edə bilər. Bu halda vençur
kapitalı bilavasitə vençur kapitalı firması çərçivəsində toplanılır. Əgər iri
investorlar vençur kapitalı firmasının təsisçisi deyilsə, onda vençur kapitalı vençur
fondunda toplanıla bilər.
Vençur fondu vençur kapitalı firması kimi məhdud məsuliyyətli tərəfdaş
statusuna malikdir. Vençur kapitalı firması baş tərəfdaş kimi çıxış edir, firmanın
idarə olunmasına görə tam məsuliyyət daşıyır, yəni şirkətin meneceri rolunu
oynayır və fonda 1 faizindən az vəsait qoyur. Bu zaman investorlar məhdud
məsuliyyətli tərəfdaşa çevrilir və fonda 99 faiz vəsait köçürürlər, hərçənd onların
fonda sərəncam vermək hüququ yoxdur. Baş tərəşdaşın şəxsində peşəkarlar
komandası maliyyə fəaliyyətini və layihələrin cari idarə olunması prosesini həyata
keçirir, investorlar isə mənfəətin 80 faizinə sahib çıxırlar.
76
nvestisiya fəaliyyətinin və vençur biznesinin inkişaf prosesləri arasında sıx
qarşılıqlı əlaqə vardır: bir tərəfdən innovasiya fəaliyyəti nəticəsində vençur
biznesinin inkişafı üçün şərait yaranır, digər tərəfdən isə vençur biznesinin inkişafı
innovasiya fəaliyyətinə stimullaşdırıcı təsir edir. Bu qarşılıqlı əlaqə innovasiya
fəaliyyəti və vençur biznesinin elmi-texniki inkişafa münasibəti vasitəsilə təzahür
edir, hansıki iqtisadi potensialın artımının həlledici amili kimi elmi biliklərdən
istifadə əsasında yeni texnologiyanın yaranmasının mürəkkəb prosesi başa düşülür.
Vençur biznesinin təşəkkülü və inkişafında innovasiya infrastrukturu,
xüsusilə onun biznes-inkubatoru və texniki park kimi komponentləri müstəsna rol
oynayır, həm də vençur kapitalının reallaşdırılmasının effektiv formasına çevrilir.
Vençur kapitalının əsas xüsusiyyətlərinin müəyyənləşdirilməsi onun
innovasiya fəaliyyətində əsas funksiyalarını dəqiqləşdirməyə imkan verir. Vençur
kapitalının əsas funksiyaları aşağıdakılardan ibarətdir:
1.
Elmi-istehsal funksiyası - vençur kapitalının təməl funksiyasıdır, hansıki
innovasiya və işgüzar aktivliyin təmin edilməsinə yönəldilir və nəticədə istehsal-
təsərrüfat fəaliyyətinin inkişafına təsir göstərir. Bu funksiya innovasiyalı istehsalın
intellektual və kadr hazırlığını aktivləşdirir. Vençur kapitalının innovasiya
sferasına, elmtutumlu yüksəktexnoloji istehsal sahələrinə cəlb ediməsi innovasiya
layihələrinə vəsait qoyan yeni investorlar təbəqəsinin yaranması ilə əlaqədardır.
Eyni zamanda investorlar innovasiya layihələrinin işlənilməsi və idarə olunması
proseslərində bilavasitə iştirak edirlər.
2.
nnovasiya fəaliyyətinin kommersiyalaşdırılması funksiyası, yəni
innovasiya sahibkarlığının inkubasiya funksiyası – vençur kapitalının əsas
funksiyalarından biridir.
3.
nnovasiya fəaliyyətinin investisiya təminatı funksiyası – vençur
kapitalının birinci funksiyadan irəli gəlir və müəyyən dərəcədə konkretləşdirilir.
O, vençur kapitalının inkişafı tsiklidir və innovasiya sferasının investisiyalaş-
dırılmasının bütün məsələlərini həll etmir, lakin istehsalın müasir texnoloji
təzələnməsinin resurs təminatında bu funksiyanın rolunu qətiyən azaltmaq olmaz.
77
4.
Yeni kiçik innovasiya şirkətinin müvəqqəti iqtisadi dayanaqlığına
zəmanət funksiyası - vençur kapitalı cəlb edilən şirkətin bəzi risklərdən azad
olması barədə zəmanət verir.
5.
qtisadiyyatın struktur təzələnməsi funksiyası – prinsipcə yeni texnoloji
baza və innovasiya infrastrukturunun formalaşmasında aktiv iştirak edən yüksək
rəqabət qabiliyyətli şirkətin artım prosesini aktivləşdirir, kiçik innovasiyalı
müəssisənin inkişafına vençur kapitalının yönəldilməsini təmin edir.
Vençur kapitalı iqtisadiyyatın innovasiyalı inkişafının və struktur təzələnmə-
sinin başlıca amili qismində çıxış edir, innovasiya fəaliyyətinin investisiya
mexanizminin yeni tipini yaradır və iqtisadiyyatın rəqabət qabiliyyətini yüksəldir.
nnovasiya fəaliyyətinin vençur investisiyalaşdırmasının təşəkkülü və
inkişafı ilə bağlı aşağıdakı problemlər mövcuddur:
–
elmi – texniki sferada yeniliklərin yaranması və mövcud texnoloji
innovasiyalı müəssisələrin vençur investisiyalaşdırması üçün cəlbedici obyekt
olan kiçik və orta müəssisələrin inkişafını təmin edən infrastrukturun inkişaf
etdirilməsi;
–
fond bazarının kifayət qədər inkişaf etməməsilə şərtlənən vençur
investisiyasının likvidliyinin aşağı olması;
–
vençur investorları üçün məqbul riski təmin edən yüksəktexnoloji şirkətə
birbaşa investisiyanın cəlb edilməsi üçün iqtisadi stimulların olmaması;
–
vençur biznesinin inkişafına informasiya dəstəyinin kifayət qədər
olmaması;
–
vençur fondlarında yüksək ixtisaslı menecerlərin sayının və sahibkarların
investisiya mədəniyyətinin aşağı səviyyədə olması.
Yüksəktexnoloji innovasiyalı müəssisələrin ilkin mərhələsində - “əkin
kapital” mərhələsində investisiyalaşdırma yüksək riskli olduğuna görə investorlar
ona kapital qoymaq istəmirlər, halbuki bəzi hallarda belə investisiya qoyuluşu
kommersiya baxımından gəlirlidir. Bununla əlaqədar olaraq vençur investisiyalaş-
dırmasının dövlət tənzimlənməsi iki əsas formada həyata keçirilməlidir: birbaşa və
dolayısı.
78
nnovasiya biznesinin inkişafı sahəsində dövlət siyasəti innovasiya
fəaliyyətinə münasibətdə əlverişli iqtisadi və hüquqi mühitin yaradılması;
innovasiya sistemininin infrastrukturunun formalaşması; intellektual fəaliyyətin
nəticələrinin kommersiyalaşmasına dövlətin dəstək sisteminin yaradılması
istiqamətində reallaşdırılmalıdır.
Vençur investisiyalaşdırmasının likvidliyinin təmin edilməsinin mühüm aləti
kimi inkişaf etmiş fond bazarı çıxış edir. Vençur investisiyalaşdırmasının
infrastrukturunu inkişaf etdirmək məqsədilə fond bazarının inkişafına və
uzunmüddətli investorların stimullaşdırılmasına dair dövlət strategiyasının
hazırlanması vacibdir.
nnovasiya infrastrukturu inkişafın qeyri-maliyyə institutlarının: texnopo-
lisin, texnoparkın, innovasiya-texnoloji mərkəzin, biznes-inkubatorun, innovasiya
biznesi üçün xüsusi iqtisadi zonanın yaradılmasına əsaslanmalıdır. Bu isə ASK-da
innovasiyanın yaranması və yayılması üçün əlverişli şəraitin yaradılmasına səbəb
ola bilər. ASK-da innovasiya fəaliyyətinin prioritet istiqamətlərinin reallaşmasına
aqrotexnoparkda bitmiş iqtisadi zəncirin (kənd təsərrüfatı müəssisəsi – kənd
təsərrüfatı məhsulunun emalı müəssisəsi – məhsulun saxlanılması – nəqli –
realizasiyası) formalaşması yolu ilə nail olunmalıdır.
79
NƏT CƏ
1. Vençur biznesinin inkişafını ləngidən aşağıdakı təşkilati-iqtisadi və hüquqi
problemlər vardır:
- innovasiya şirkətləri üçün kadrların miqdarı və hazırlanması problemi;
- innovasiya işləmələri ilə məşğul olan müəssisələrin faizinin aşağı olması;
- elm və təhsil sisteminin innovasiya potensialından praktiki istifadə
edilməməsi;
- vençur maliyyələşdirməsinin spesifik fəaliyyətini stimullaşdıran normativ-
hüquqi bazanın olmaması;
- intellektual mülkiyyətin müdafiəsi institutunun zəif inkişaf etməsi;
- vençur investisiyalaşdırmasının xüsusiyyətləri haqqında bilgilərin kifayət
qədər olmaması və ona investorlar və sahibkarlar tərəfindən inamsızlığın olması.
2.
nnovasiya layihələrinin vençur maliyyələşdirilməsi mexanizminin
təkmilləşdirilməsi üzrə aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir:
- vençur investisiyalaşdırmasının normativ-hüquqi bazasının innovasiya
klasterlərinin formalaşmasını nəzərə almaqla təkmilləşdirilməsi;
- iqtisadiyyatın real sektorunda innovasiya layihələrinin reallaşdırılmasına
vençur investorların səyinin artırılması;
- innovasiya sahibkarlığının inkişafının bütün mərhələlərində vençur
investorları üçün vergitutmanın səmərəli mexanizm sisteminin təkmilləşdirilməsi
və vençur investorlarını cəlb etməklə öz layihələrinin reallaşdırılması üçün
innovatorların hazırlanması.
3. nnovasiya sahibkarlığının inkişafını stimullaşdırmaq məqsədilə aşağıdakı
tədbirlərin həyata keçirilməsi zəruridir:
- elmtutumlu yüksək texnolojiyaya əsaslanan istehsal sahələrinə investisiya
qoyan investorlara güzəştli kredit və vergi sisteminin tətbiq edilməsi;
- sifariş əsasında elmi-tədqiqat və təcrübə-konstruktor işlərini yerinə yetirən
elmi təşkilatlara əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsi;
80
- yeni yaradılan məhsul və mövcud məhsulun təkmilləşdirilməsi üzrə ETTK -
yə çəkilən xərclərin mənfəət vergisindən azad edilməsi.
4. Avropa ttifaqı ölkələrinin innovasiya iqtisadiyyatının inkişafına klaster
yanaşması
sahəsində
mütərəqqi
təcrübəsinə
ə
saslanaraq
Azərbaycan
iqtisadiyyatının rəqabətqabiliyyətini yüksəltmək məqsədilə sənaye-innovasiya
klasterlərini yaratmaq və onların çərçivəsində kiçik və orta sahibkarlıq
subyektlərini sürətlə inkişaf etdirmək gərəkdir.
5. Vençur kapitalı innovasiyalı və yüksəktexnoloji biznesin yaradılması
alətlərindən biridir, hansıki ənənəvi investisiyalaşdırma alətləri ilə qarşılıqlı
ə
laqədə sahibkarlığın inkişafı üçün imkan yaradır, istehsal xərclərini azaldır,
məhsulun keyfiyyətini və rəqabətqabiliyyətini artırır.
6. nnovasiya sahibkarlığının inkişafına dövlətin maliyyə-kredit dəstək
sistemində yeni normativ-hüquqi bazanın yaradılması, girov mexanizminin
təkmilləşdirilməsi, kreditorların və borcalanların hüquqlarının müdafiəsi ilə bağlı
məsələlərin həlli vacib vəzifə kimi nəzərdə tutulmalıdır.
81
ST FADƏ ED LM Ş ƏDƏB YYAT
1. Новрузов Б.Т. Социально-бытовая инфраструктура Азербайджана
(Проблемы, перспективы). – Б., Азернешр, 1990. – 120 с.
2. Cəbiyev R.M. Azərbaycanda bazar infrastrukturunun formalaşması və
inkişafı. Bakı, AzTU-nun nəşriyyatı, 2000. – 234 səh.
3. Vəliyev T.S. nfrastrukturlar: mahiyyəti, təsnifatı və əhəmiyyəti. Bakı:
«Elm», 2000. – 169 s.
4. Biznesin əsasları. Dərslik. Bakı, «Nurlan», 2009. – 656 s.
5. Qasımov F.H., Nəcəfov Z.M. nnovasiyalar: yaranması, yayılması və
inkişaf perspektivləri. Bakı: «Elm», 2009. – 416 səh.
6. Анискин Ю.П. Организация и управление малым бизнесом. Москва:
Финансы
и статистика, 2003. – 160 с.
7. Воронин А.М., Воронина Н.Б. Аутсорсинг: оффшорная разработка
программного
обеспечения // Эко. 2006, №6, с.106.
8. Инновационная деятельность и венчурный бизнес: научно-
методическое
пособие. Минск: ГУ «БелисА», 2011. – 188 с.
9. Иванов В.В. Территории высокой концентрации научно-технического
потерциала
в странах ЕС – М.: Сканрус, 2001. – 179 с.
10. Шелюбская Н.В. Новые направления инновационной политики ЕС. /
Управление
инвестиционной и инновационной деятельностью. – 2003, №4 –
с
.23-31.
11. Шелюбская Н.В. Косвенные методы государственного стмуирования
инноваций
: опыт Западный Европы / Проблемы теории и практики
управления
. – 2001, №3. – с. 15-22.
12. Портер М. Конкуренция / пер. с англ. – М: ИД «Вильямс», 2005. –
682 с.
13. Мочерний С.В. Економика энциклопедия: у.з.т. / с.в. мочерний – к:
Академия
. – 2008 – Т.2. – 541 с.
82
14. Болгов В.Е. Концептуальные основы инновационный модели
развития
национальный экономики / экономика и управление. – 2013, № 2. –
с
.14-19.
15. Трифилова А.А. Оценка эффективности инновационного развития
предприятия
. Москва. Финансы и статистика, 2005. – 304с.
16. Аммосов Ю.П. Венчурный капитализм: от истоков до современ-
ности
. СПБ.: Феникс, 2005. – 372с.
17. Бекетов Н.В. Мировой опыт использования механизма венчурного
финансирования
инновационных процессов. Финансы и кредит, 2008, №11,
с
.52-54.
18. Azərbaycanın statistik göstəriciləri 2015, Bakı, “Səda”, 2015. – 814 səh.
83
НАПРАВЛЕНИЕ
РАЗВИТИЯ ВЕНЧУРНОГО БИЗНЕСА
РЕЗЮМЕ
Диссертация
состоит из введения, трех глав, выводов и список
использованной
литературы.
В
введении обосновывается актуальность темы, определяется цели и
задачи
, показывается научная новизна и практикическая значимость работы.
В
первой главе диссертационный работы раскрывается сущность и
значения
венчурного бизнеса, определяется особенности венчурного
финансирования
и роль венчурного капитала в развитии инновационной
деятельности
.
Во
второй главе диссертационный работы анализируется влияния
венчурного
бизнеса
на
инновационной
деятельности
,
механизмы
инновационного
развития предприниматльства, а также формировния и
развития
промышленно-инновационной кластеров в различных странах мира.
В
третьей главе диссертационный работы рассматриваются вопросы
финансово
-кредитного поддержка государства на малому и среднему
предпринимательству
,
развития
инновационного
инфраструктуры
венчурного
бизнеса, а также совершенноствования механизма венчурного
инвестирования
инновационного деятельности и предпринимательства.
В
конце диссертационной рабоы с формированы основные выводы и
даны
научно-обоснованные предложения.
84
The direction of development of venture business
SUMMARY
The thesis consists of an introduction, two chapters, conclusions and list of
references.
In the introduction the actuality of the theme is determined by the goals and
objectives is shown praktikicheskaya scientific novelty and significance of the
work.
In the first chapter of dissertation work reveals the essence and significance of
the venture business is determined by the features of venture capital financing and
the role of venture capital in the development of innovative activities.
In the second chapter of dissertation work examines the impact of business
venture on innovation, developing innovative mechanisms predprinimatlstva and
help form and develop industrial and innovation clusters in different countries.
In the third chapter of the dissertation work deals with the financial and credit
support of the state to small and medium businesses, the development of
innovation infrastructure business venture as well as venture investment
mechanism sovershennostvovaniya innovation and entrepreneurship.
At the end of the thesis with Rabo form the main findings and are evidence-
based proposals.
Dostları ilə paylaş: |