2
MÜNDƏR CAT
G R Ş…………………………………………………………………..…….… 3
FƏ
S L 1. VENÇUR B ZNES N N TƏŞƏ
KKÜLÜ VƏ
NK Ş
AFININ
NƏ
ZƏ
R -METODOLOJ Ə
SASLARI ..........................................................
6
1.1. Vençur biznesinin əsas anlayışları və subyektləri ...................................... 6
1.2. Vençur maliyyələşdirməsi və onun xüsusiyyətləri ...................................... 11
1.3. nnovasiya iqtisadiyyatının və vençur biznesinin inkişafının qarşılıqlı
ə
laqəsi..................................................................................................................
18
FƏS L 2. NNOVAS YA SAH BKARLIĞI VENÇUR B ZNES N N
NK Ş
AFI ÜÇÜN ZƏ
RUR ŞƏ
RTD R ..........................................................
26
2.1. nnovasiya fəaliyyətinin əsas anlayışları, subyektləri və metodologiyası
26
2.2. Sahibkarlığın innovasiyalı inkişaf mexnizminin formalaşması
36
2.3. Sənaye-innovasiya klasterlərinin formalaşması və inkişafı
44
FƏS L 3. VENÇUR KAP TALI NNOVAS YA SAH BKARLIĞININ
NFRASTRUKTUR ELEMENT K M ........................................................
51
3.1. nnovasiya sahibkarlığına maliyyə-kredit dəstək mexanizmi ....................
51
3.2. Sahibkarlığın maliyyə-kredit infrastrukturunun innovasiyalı formalarının
inkişafı ................................................................................................................
64
3.3. nnovasiya sahibkarlığının vençur maliyyələşdirilməsi mexanizminin
təkmilləşdirilməsi ................................................................................................
72
NƏT CƏ ……………………………………………………………………... 79
ST FADƏ
ED LM Ş
Ə
DƏ
B YYAT……………………………….........…. 81
3
G R Ş
Mövzunun aktuallığı. Vençur biznesinin mahiyyəti ondan ibarətdir ki, yeni
və sürətlə inkişaf edən kiçik və orta sahibkarlıq subyektlərinə müəyyən həcmdə
vəsait dövlət büdcəsindən deyil, vençur kapitalistlərindən birbaşa ayrılır. Vençur
biznesinin başlıca məqsədi bir sahibkarın maliyyə kapitalını digərinin intellektual
mülkiyyətini iqtisadiyyatın real sektorunda birləşdirərək hər iki tərəf üçün mənfəət
gətirsin.
Vençur biznesi riskli olub elmtutumlu yüksəktexnoloji istehsala vençur
maliyyələşdirməsi prinsipləri əsasında həyata keçirilir, iki sahibkarın – biri kapitalı
ilə, digəri isə ideyası və enerjisi ilə innovasiya layihələrini reallaşdırmaq və
mənfəət əldə etmək üçün qarşılıqlı fəaliyyət göstərirlər. Vençur kapitalı yüksək
riskli və orta səviyyədən yüksək gəlirliyə malik kapitaldır, həm də şirkətin
nizamnamə kapitalında pay sahibi olmaq üçün mühüm maliyyə alətidir. Riskli
kapital təqdim edən vençur kapitalisti investisiyalaşdırılan şirkətin tərəfdaşına
çevrilir.
Vençur biznesinin təşəkkülü və inkişafı şəxsi kompyuter və biotexnologiya
kimi yeni sahələrin sürətli inkişafı ilə bilavasitə əlaqədardır və kiçik və orta
sahibkarlıq müəssisələrin sayının artması ilə müşahidə olunur, hansıki fundamental
və tətbiqi elmdə yaranan çoxlu ideyalar üçün inkubator olmuşdur.
nnovasiya fəaliyyətinin və vençur biznesinin inkişafı prosesləri arasında sıx
qarşılıqlı əlaqə vardır. Belə ki, innovasiya fəaliyyətinin inkişafı nəticəsində vençur
biznesinin inkişfı üçün əlverişli şərait yaranır. Vençur biznesi inkişaf etdikdə
innovasiya fəaliyyətinə daha güclü stimullaşdırıcı təsir göstərir.
Vençur
kapitalının
sahibkarlığın
innovasiyalı
inkişafına
təsirini
nanotexnologiya sahəsinin inkişafının timsalında əyani görmək olar, haradaki
dövlətin və şirkətlərin vəsaitləri ilə yanaşı, vençur kapitalı maliyyələşdirmə
mənbələri arasında mühüm yer tutur. Dünyanın bir çox ölkələrində vençur
kapitalının nanotexnoloji layihələrə tətbiqi təcrübəsi genişləndirilir.