25
hansıki dünya təcrübəsində innovasiyanın maliyyələşdirilməsinin ən mühüm
mənbələrindən biridir.
Vençur kapitalının innovasiya firmalarının maliyyələşdirilməsinin mənbəyi
kimi üstünlüklərini nəzərə almaqla nəticə çıxarmaq olar ki, vençur kapitalı
iqtisadiyyatın innovasiya inkişafının və struktur təzələnməsinin mühüm amili kimi
çıxış edir, innovasiya fəaliyyətinin investisiya mexanizminin yeni tipini yaradır və
bütövlükdə iqtisadiyyatın rəqabət qabiliyyətini yüksəldir.
Vençur kapitalının milli iqtisadiyyatın innovasiyalı inkişafına təsirinin
effektivliyi aşağıdakılardan ibarətdir:
- iqtisadi sistemin struktur təzələnməsi, davamlı dinamik inkişaf edən sahələrə
dəstək;
- iri şirkətlərin innovasiyalı yenidən təşkilinin, kiçik və orta biznesin
inkişafının stimullaşdırılması;
- elmi işləmələrin kommersiyalaşdırma dərəcəsinin artırılması, iqtisadiyyatda
innovasiyanın tətbiqi və yayılması sürətinin yüksəldilməsi;
- kadrların ixtisasının yüksəldilməsi və yeni peşələrin təkrar istehsalının
genişləndirilməsi, yeni rəqabət qabiliyyətli iş yerlərinin yaradılması;
- sosial sferanın inkişafı, həyat keyfiyyətinin yaxşılaşdırılması.
Beləliklə, yüksək riskli olmasına baxmayaraq vençur maliyyələşdirməsi yeni
ideyanın, yüksək texnoloji innovasiyaların tətbiqi və milli iqtisadiyyatın
innovasiyalı inkişafı üçün maliyyələşdirmə və investisiyalaşdırmanın ən səmərəli
mənbəyi hesab edilir.
26
FƏS L 2. NNOVAS YA SAH BKARLIĞI VENÇUR B ZNES N N
NK Ş
AFI ÜÇÜN ZƏ
RUR ŞƏ
RTD R
2.1. nnovasiya fəaliyyətinin əsas anlayışları, subyektləri və
metodologiyası
Dünya iqtisadiyyatının inkişafı müəyyən mərhələlərdən, yaxud həyat
tsiklindən (kənd təsərrüfatı dövrü, industral sistem, postindustral sistem)
keçmişdir. Son illər yeni qlobal iqtisadi sistemin təşəkkülü müşayət edilir.
qtisadiyyatın industral və postindustral sisteminin əvəzinə yeni iqtisadi sistem –
innovasiya dövrü başlamışdır.
Yeni iqtisadi sistem təsərrüfat subyektlərinin xarici mühitdə davamlı
inkişafına imkan verən rəqabət üstünlüyü ilə səciyyələnir. Bu, hər şeydən əvvəl,
qeyri material aktivlərin rolunun artırılmasında və intellektual kapitalın geniş
investisiyalaşdırılmasında təzahür edir. Müasir rəqabət mübarizəsi kapital
resurslarına və maddi qiymətlilərə malik olmaq uğrunda deyil, innovasiyanın
işlənilməsi və tətbiqinin sürətləndirilməsini təmin etmək uğrunda gedir.
Müəssissələrdə elmi-texniki tərəqqinin nailiyyətləri innovasiya formasında
tətbiq edilir. “ nnovasiya” anlayışı ingiliscə “innovation” sözündən yaranmış,
mənası yeniliklərin tətbiqi, yeni qayda, yeni üsul, yeni məhsul, yeni texnologiya və
yeni hadisə deməkdir.
Tədqiqat obyektindən və predmetindən asılı olaraq iqtisadi ədəbiyyatda
innovasiya proses, sistem, dəyişiklik və nəticə kimi vurğulanır. nnovasiya
haqqında elmi tədqiqatların əsasını qoyan Avstriya iqtisadçısı Y.Şumpeter özünün
“Texniki inkişaf nəzəriyyəsi” əsərində innovasiyanı texniki dəyişikliyin iqtisadi
təsiri kimi qeyd etmişdir. O, istehsal funksiyası çərçivəsində innovasiya
sahibkarlığının mahiyyətini açmağa cəhd etmiş və innovasiya prosesləri
nəzəriyyəsinin əsaslarını araşdırmışdır. Yeniliyə texnologiyanın və idarəetmənin
təkmilləşdirilməsi kimi baxan alim innovasiya prosesində sahibkarın rolunu
müəyyənləşdirmiş və onu ixtira ilə yenilik arasında əlaqələndirici adlandırmışdır.
Bizim fikrimizcə, innovasiya prosesi qarşıya qoyulan məqsədə çatmaq üçün
çoxlu qeyri-müəyyən yolların və yüksək riskin olması, dəqiq proqnoz
27
qiymətləndirilməsinin mümkün olmaması, iqtisadi münasibətlərin mövcud olduğu
sferada gərginliyin aradan qaldırılması və innovasiya prosesinin bilavasitə
iştirakçılarının mənafelərini qorumaq zəruriyyəti ilə səciyyələnir.
“Elmi-texniki tərəqqi” lüğətində qeyd edilir ki, innovasiya – yeni növ
məmulatların, texnologiyaların işlənilməsinə, yaradılmasına və yayılmasına, yeni
təşkilati formaların tətbiqinə yönəldilən yaradıcı fəaliyyətin nəticəsidir.
Bəzi iqtisadçılar “yenilik” və “innovasiya” anlayışlarını eyniləşdirməyə
çalışırlar. Bu fikirlə razılaşmaq olmaz, çünki yenilik – hər hansı fəaliyyət
sferasında istehsalın səmərəliliyinin yüksəldilməsi üzrə fundamental və tətbiqi
tədqiqatların, işləmələrin və ya eksperimental işlərin tərtib olunmuş nəticəsidir.
Yenilik, ixtira, kəşf, patent, əmtəə nişanı, səmərələşdirici təklif şəklində tərtib
oluna bilər. Innovasiya idarəetmə obyektinin dəyişdirilməsi, iqtisadi, sosial,
ekoloji, elmi-texniki və digər növ effektin alınması məqsədilə yeniliklərin
tətbiqinin son nəticəsidir.
Yeni məhsul və yeni texnologiya ən perspektivli innovasiyadır, çünki onlar
daha böyük effekt verirlər. Adətən yeni məhsul və yeni texnologiya innovasiyanın
iki müxtəlif tipi kimi fərqlənir və eyni zamanda məhsul və proses innovasiyaları
adlandırılır. Məhsul innovasiyası yeni, yaxud təkmilləşdirilmiş məhsul növlərinin
yaradılması və praktiki istifadəsi ilə əlaqədardır. Proses innovasiyası isə yeni,
yaxud təkmilləşdirilmiş texnologiya növlərinin yaradılması və praktiki istifadəsi ilə
ə
laqədardır. Məhsul innovasiyasını innovasiya məhsulu, texnoloji innovasiyanı isə
innovasiya texnologiyası adlandırmaq məqsədəmüvafiqdir. Çox vaxt texnoloji
innovasiya məhsul innovasiyasını yaratmaq üçün baza rolu oynayır. Belə ki, bir
çox yeni növ məhsulların istehsalı sadəcə olaraq yeni texnologiya tətbiq etmədən
mümkün deyil.
nnovasiyanın mühüm xarakteristikası onun yenilik səviyyəsidir. Belə ki,
firma istehlakşıların tələbatını ödəmək üçün prinsipcə yeni innovasiyalı məhsul
istehsal etməklə böyük iqtisadi səmərə əldə edə bilər. Bu növ məhsul radikal
innovasiyaya aiddir, əhəmiyyətli kommersiya potensialına malikdir, yüksək