19
texniki vasitələr təkmilləşir, hansıki köməyilə mürəkkəb istehsal prosesləri həyata
keçirmək mümkündür. Bununla yanaşı, iqtisadiyyatda struktur dəyişikliklərinin
gedişində ənənəvi sahələrdən kapital azad olur, investisiyalaşdırmanın yeni
istiqamətlərinin axtarışı baş verir. Bütün bunlar innovasiyaya real tələbatı artırır,
hansıki iqtisadi proseslərin təşkilinə ənənəvi yanaşmaların tətbiqində həyata
keçirilməsi mümkün olmur. Bu problemin effektiv həlli vençur maliyyələşdirilməsi
mexanizmindən istifadədir, hansıki innovasiya fəaliyyətinin intensiv inkişafı daha
çox tələb edir.
Vençur sənayesinin təşəkkülündə innovasiya infrastrukturu, hər şeydən əvvəl
onun biznes-inkubator və texnoparklar kimi komponentləri müstəsna rol oynayır.
Elmi-texniki məhsul istehsal edən iri şirkətlər texnoparkların çərçivəsində
təmərküzləşirlər. Ona görə də, son vaxtlar onlarda vençur kapitalının
təmərküzləşməsinə meyillər müşahidə olunur.
nkişaf etmiş ölkələrdə inkubatorlar yerli hakimiyyət orqanlarının, təhsil
müəssisələrinin və sənaye şirkətlərinin vəsaitləri hesabına formalaşır və
maliyyələşdirilir. Məsələn, ABŞ-da yerli hakimiyyət orqanları regional vençur
fondları səviyyəsində maliyyə resurslarının təmərküzləşməsinə xüsusi diqqət
yetirirlər. Onlardan biri kiçik innovasiya biznesinin vençur maliyyələşdirməsini
bilavasitə həyata keçirir, digəri isə inkubator proqramının təşkilatçısına subsidiya
verir. Eyni zamanda, biznes-inkubator öz fəaliyyətində artıq daşınmaz əmlaka və
elmi-istehsal fondlarına qoyulmuş əhəmiyyətli həcmdə kapitallaşmış vəsaitdən
istifadə edir.
Biznes-inkubatorların təşkilatçıları vençur sahibkarları qismində çıxış edirlər
və ona görə də fəaliyyətin nəticəsindən alınan mənfəətdən faydalanırlar. Halbuki
biznes-inkubatorların əksəriyyəti qarışıq müəssisələr adlanır, onların dörd əsas
növünü fərqləndirmək lazımdır: koorporativ, ictimai, universitet, xüsusi. Onlar
maliyyə vəsaitlərinin mənbələrinə və yaranma məqsədlərinə görə fərqlənirlər.
Biznes-inkubatorların fəaliyyəti kifayət qədər səmərəlidir.
Vençur maliyyələşdirməsi mexanizmindən uzun müddət istifadə edən aparıcı
sənaye ölkələrinin təcrübəsi göstərir ki, innovasiya sferasına maliyyə vəsaitlərinin
20
cəlb edilməsi həqiqətən faydalıdır. Vençur biznesi innovasiya fəaliyyətinin
inkişafına əhəmiyyətli təsir göstərir.
nnovasiya sferasında vençur kapitalından istifadə imkanları innovasiyanın
xarakterini müəyyən edilir. nnovasiya əsasında firmalarda iqtisadi artım iki əsas
çətinliklə: innovasiya fəaliyyətinin maliyyələşdirilməsində məhdudiyyət və çoxlu
müxtəlif yeniliklərdən investorlar üçün daha cəlbedici və firmanın inkişafı bazarda
onun mövqeyinin möhkəmləndirilməsi üçün daha faydalı olanı seçərkən
innovasiya menecmentinin mürəkkəbliyi ilə əlaqədardır.
Qeyd etmək lazımdır ki, vençur kapitalından istifadənin ağırlığı innovasiyanın
reallaşmasının kommersiya nəticəsinə düşür. Deməli, vençur kapitalı üçün təkcə
innovasiya fəaliyyətinin sadəcə nəticəsi deyil, yalnız onlardan bazarda çoxlu
istehlakçıların tanıdıqları yüksək şansı olanı vacibdir, hansıki yekunda yüksək gəlir
gətirsin, özü də qısa zaman kəsiyində.
Bəzi iqtisadçıların fikrincə, yalnız yüksək texnologiya sahəsində özünün
radikal yeniliyilə innovasiyaya vençur maliyyələşdirməsinin obyekti qismində
baxmaq olar. Lakin vençur biznesinin inkişaf təcrübəsi bu yanaşmanı inkar edir.
Vençur kapitalının xüsusi innovasiya əmələgətirmə imkanları vardır, hansıki
onun insan amili ilə məhdud əlaqəsilə, yəni onda maliyyə kapitalı və intellektual
resursun birləşməsilə şərtlənir. Vençur kapitalının bu xüsusiyyəti onu maliyyə
kapitalından ayırır və ona müəyyən təklik (xüsusiləşmə) verir.
Vençur maliyyələşdirməsi sadəcə insan faktorundan, intellektual əməkdən
istifadəni nəzərdə tutmur, həm də onu özünə, bu maliyyələşmə prosesinə daxil
etmək istəyir. Vençur kapitalı motivasiya xüsusiyyətinə malikdir. Bu əhəmiyyətli
xüsusiyyət ondan ibarətdir ki, vençur kapitalı qoyulan vəsaitin qaytarılmasına,
investisiyalaşmış kapitaldan müntəzəm gəlir və faiz əldə etmək deyil, innovasiya
firmasının özünün inkişafına, həmçinin buraxılan innovasiya məhsulundan mənfəət
almaqdır.
Vençur biznesinin xarakterik xüsusiyyətlərindən biri ondan ibarətdir ki,
vençur kapitalı daima modaya dəqiq reaksiya verir və onu tədricən işləyir, yəni
21
investisiya o sahəyə həvəslə yönəldilir, hansıki elmtutumlu məhsulun tez və gəlirli
realizasiyası imkanları ilə əlaqədardır.
Vençur kapitalının xüsusiyyətlərinə, həmçinin innovasiya layihələrinin
maliyyələşdirilməsinin parçalanmasıdır, hansıki məqsəd ondan ibarətdir ki, riskləri
nimimumlaşdırmq məqsədilə vençur kapitalisti firmanın həyat tsikli mərhələlərini
nəzərə almaqla maliyyə vəsaitlərini mərhələlər üzrə ayırır, firmanın inkişafının
sonrakı hər bir mərhələsi əvvəlki mərhələnin uğurundan asılı olaraq
maliyyələşdirir.
Vençur kapitalının əhəmiyyəti iqtisadiyyatın inkişafının mühüm amili kimi
innovasiyanın əhəmiyyəti artdıqca tədricən artır. Buradan belə nəticə çıxır ki,
iqtisadiyyatın innovasiya inkişaf yoluna keçidi nəticəsində vençur kapitalına
tələbat daima daha surətlə artacaqdır.
Dövlətin vençur maliyyələşdirilməsində aktivliyinin artması ölkənin
beynəlxalq rəqabət qabiliyyətini təmin edən daha perspektivli elmtutumlu sahələrin
inkişafında vençur kapitalının rolu və əhəmiyyətinin dərk edilməsi ilə əlaqədardır.
Vençur maliyyələşdirməsi sisteminə dövlət dəstəyi, hər şeydən əvvəl elm, istehsal
və bazarın birləşdirilməsinə və onların arasında innovasiya proseslərinin kataliza
toru qismində dövlət vəsaitinin istifadəsi əsasında möhkəm qarşılıqlı əlaqənin
qurulmasına yönəldilməlidir.
nnovasiyanın yaradılmasında və yeni yüksəktexnoloji istehsalın inkişafında
vençur kapitalının rolunun stimullaşdırılması haqqında ABŞ-ın sənaye sahələrinin
təhlili aydın təsəvvür yaradır, hansıki həmin sahələrdə vençur kapitalının iştirakı
patent fəaliyyətinin həcminin 5-18 faiz artmasına səbəb olmuşdur, həm də vençur
maliyyələşdirməsindən istifadə edən firmanın məhsulunun bazara çıxarılması
müddəti xeyli azalmışdır.
Vençur kapitalı təkcə innovasiyanın yaradılmasında deyil, həm də
innovasiyanın yayılmasında mühüm rol oynayır. Vençur kapitalı müxtəlif iqtisadi
səviyyələrdə iqtisadiyyatın innovasiyalı inkişafında müstəsna rol oynayır:
1) minisəviyyədə – texnoloji biliklərdən, idarəetmə resursları və
informasiyalarından istifadəyə səbəb olur;
Dostları ilə paylaş: |