16
- dövlət büdcə maliyyələşdirməsini həyata keçirərək ondan gəlir götürmür,
çünki büdcə maliyyələşdirməsinin məqsədi dövlət öz funksiyasını maliyyə təminatı
ilə yerinə yetirməkdir, vençur maliyyələşdirməsinin məqsədi isə kapitalı bir neçə
dəfə artırmaqdır;
- büdcə maliyyələşdirməsi bütün iqtisadiyyatı – həm mikro və həm də
makrosəviyyədə əhatə edir, ona görə də büdcə vəsaitindən çoxlu istiqamətlərdə
istifadə olunur, vençur maliyyələşdirməsi isə mikrosəviyyədə həyata keçirilir və
konkret innovasiya layihəsinin reallaşdırılmasına xidmət edir.
Vençur fəaliyyəti nəticəsində üç əsas növ gəlir: sahibkarlıq, səhmdar və borc
kapital gəliri əmələ gəlir.
Sahibkarlıq gəliri istehsal fəaliyyəti nəticəsində vençur firması əldə edir. Bu
gəlir mənfəət formasında çıxış edir və məhsul satışından alınan gəlir və məhsulun
tam maya dəyəri arasındakı fərqə bərabərdir.
Səhmdar gəliri və borc kapital gəliri investorlar səhmlərə uyğun olaraq
dividend və kredit üzrə faiz şəklində alır. Hər iki növ gəliri vençur fəaliyyəti
prosesində, yaxud o başa çatandan sonra almaq olar.
Dünya təcrübəsi göstərir ki, inkişafın ilkin mərhələsində şirkəti dəstəkləmək
üçün ən effektiv vençur proqlamları aşağıdakılardır:
- dövlətin birbaşa investisiyası;
- inkişafın başlanğıc mərhələsində kiçik və orta müəssisələrdə investora
təqdim edilən güzəştlər;
- həmin şirkətlərə vəsait qoyan vençur fondlarının səhmdar kapitalının təmin
edilməsi;
- ilkin mərhələdə fondların bəzi xərclərinə (ekspertiza məsrəfləri, yaxud cari
xərclər) dəstək göstərməkdir ki, bu portfel investisiyadan gəliri artırmağa kömək
edər.
Vençur investisiyası mexanizmlərindən istifadə etməklə bu və ya digər
formada əlaqəsi olan innovasiyanın müasir infrastrukturunun əsas funksional
həlqələrini üç qrupa ayırmaq olar:
- vençur fonduna, yaxud kiçik müəssisəyə birbaşa kapitalın təqdim edilməsi;
17
- vençur fondlarını, yaxud kiçik müəssisələri investisiyalaşdırmaq üçün
maliyyə güzəştləri;
- vençur fonduna vəsait qoymaq istəyən investorları müəyyənləşdirən qayda.
Dövlət birbaşa investisiyası. Dövlət orqanları tərəfindən səhmdar kapitala
birbaşa investisiya qoymaq iqtisadiyyata vençur kapitalının «iynələnməsinin»
mühüm üsuludur.
Dövlət istiqrazları. Dövlət vençur şirkətlərini və kiçik texnoloji müəssisələri
uzunmüddətli maliyyələşdirmə təqdim edən proqramlar yarada bilər. Bu
proqramlar çox vaxt kiçik şirkətlər üçün yeganə maliyyələşdirmə mənbəyi sayılır.
Maliyyə güzəştləri. Birjada qeydiyyatda olmayan ilkin, sürətlə inkişaf edən
yeni, yaxud kiçik firmalara vəsait yönəltməkdən ötrü maliyyə güzəştləri təklif
edilir. Maliyyə güzəştləri formlarından biri investorlara, vençur fondlarına, fondun
menecerinə təqdim edilən vergi güzəştidir. Maliyyə güzəştləri təminat sxemi
formasında ola bilər, hansıki borc, yaxud birbaşa maliyyələşdirməni artırır.
Vergi güzəştləri xərclərin azaldılması vasitəsilə investisiya resurslarının daxil
olmasına səbəb olur. Bu fəaliyyətlə bağlı təminat sxemi risklər azaltmaq yolu ilə
investisiyalaşdırmaya resursların axınına kömək edir.
Bir çox dövlətlər müəyyən tip investisiyalaşdırmanı stimullaşdıran vəsait kimi
vençur investorların vergi güzəştləri təqdim edirlər.
Təminatlı istiqrazlar. qtisadi Əməkdaşlıq və nkişaf Təşkilatının əksəriyyət
ölkələri kiçik firmalara təqdim edilən bu və ya digər formada təminatlı istiqrazlar
təklif edirlər. Belə proqram üzrə dövlət maliyyə institutlarının təqdim etdikləri
istiqrazların müəyyən hissəsinə zəmanət verir. Belə proqramların məqsədi maliyyə
institutlarını, xüsusilə kommersiya banklarını stimullaşdırmaqdır. Təminatlı
istiqrazlar proqramından gözlənilən itginin kompensasiyası üçün dövlət 2 faiz
həcmində mükafat ödəyir.
Dünyanın bəzi ölkələrində səhmdar kapitalına təminat proqramı mövcuddur,
hansıki məqsədi riskli investisiyaya qarşı investorlarda güclü inamı yaratmaqdır.
nvestorlar qrupunun müəyyənləşdirilməsi. Dövlət kiçik və orta müəssisələrə
vençur kapitalı təqdim etmək, yaxud birbaşa investisiya qoymaq hüququ olan
18
investorlar qrupunu müəyyənləşdirə bilər. Bəzi dövlətlər sığorta şirkətlərinə və
pensiya fondlarına vençur kapitlına vəsait qoymağa icazə vermir. Hətta əgər
birbaşa qaydada yoxdursa, onda bu investisiya mükafatlandırılmır. Qadağa
qoymaq məntiqi ondan ibarətdir ki, müəyyən tip investorlar üçün vençur
investisiyalaşdırması böyük risk sayılır.
Hazırda bir çox ölkələr vençur, yaxud birbaşa investisiyalaşdırma hüququ
olan investorlar barədə əsasnamə hazırlayır və məhdudiyyətlərin yümşaldılması
imkanlarına baxırlar. ABŞ-da pensiya fondlarına vençur investisiyalaşdırması
aparmağa icazə verilmir və yeni iri maliyyələşdirmə mənbəyi yaranmışdır.
taliyada və Finlandiyada vençur kapitalına vəsait qoyan banklar və pensiya
fondları mükafatlandırılır. Yaponiyada, həmçinin vençur investisiyalaşdırmasında
pensiya fondlarının iştirakını məhdudlaşdıran qaydada dəyişikliklərin edilməsi
imkanları müəyyənləşdirilir, yeni işə başlayan, sürətlə inkişaf edən və hətta
oturmuş şirkətlərdə vençur investisiyalaşdırmasını genişləndirməyə dair dövlət
proqramı hazırlanır.
1.3. nnovasiya iqtisadiyyatının və vençur biznesinin
inkişafının qarşılıqlı əlaqəsi
nnovasiya fəaliyyətinin və vençur biznesinin inkişaf prosesləri arasında sıx
qarşılıqlı əlaqə vardır. Daha doğrusu, bir tərəfdən innovasiya fəaliyyəti nəticəsində
vençur biznesinin inkişafı üçün şərait yaranır, digər tərəfdən vençur biznesi inkişaf
etdikcə innovasiya fəaliyyətinə daha çox stimullaşdırıcı təsir göstərir.
nnovasiya fəaliyyətinin xüsusiyyəti onun son nəticəsinin qeyri-
müəyyənliyinin yüksək dərəcəsidir ki, bu da yüksək texnoloji məhsulun işlənilməsi
və yaradılmasına maliyyə vəsaitinin qoyuluşundakı yüksək risklə şərtlənir. Daha
doğrusu, innovasiya layihəsinin uğursuz reallaşdırılması ilə əlaqədar maliyyə riski
çox yüksək ola bilər.
Elmi-texniki potensial genişləndikcə innovasiya layihələrinin uğurla yerinə
yetirilməsi üçün daha böyük zəmin yaranır: lazımi bilik və təcrübəsi olan və
kommersiya uğuru təmin etməyi bacaran mütəxəssislər əmələ gəlir, həmçinin
Dostları ilə paylaş: |