7
Vençur maliyyələşdirilməsi – elmtutumlu məhsulun işlənilməsi və istehsalına
yönəldilən yeni yaradılmış kiçik yüksək texnoloji müəssisənin səhmdar kapitalına
mənfəətin alınması üçün uzunmüddətli riskli investisiya qoyuluşudur.
Vençur kapitalı – birbaşa xüsusi investisiyanın həyata keçirilməsi üçün
istifadə olunan riskli kapitaldır, hansıki adətən xarici investor tərəfindən
elmtutumlu yüksəktexnoloji istehsal sferasında işləyən yeni, sürətlə inkişaf edən
firmanın maliyyələşdirilməsi üçün təqdim edilir.
Vençur investisyası firmanın nizamnamə kapitalında müəyyən pay almaq
üçün alətdir, o orta səviyyədən yüksək gəlirə malikdir, qeyri-müəyyənlik
şə
raitində, risk yaratmaqla həyata keçirilir.
Vençur biznesin subyektlərinə aşağıdakılar aiddir:
- vençur fəaliyyətinin öz subyektləri;
- vençur fəaliyyətində iştirak etməyən, ancaq vençur fəaliyyətinin maliyyə
münasibətlərinin subyektləri olmayan subyektlər.
Vençur biznesinin əsas subyektləri aşağıdakılardır:
- vençur firmaları;
- fərdi investorlar;
- maliyyə vasitəçiləri.
Vençur firması – riskli firmadır, hansıki fəaliyyət məhsulları elmi-texniki
sferada innovasiya riski yeni növ elmtutumlu yüksəktexnoloji məhsul, yaxud
xidmət ilə əlaqədardır; adətən məhsulun başlanğıc mərhələsinə xidmət edir, elmi,
yaxud texnoloji ideyaların seçilməsi və işlənilməsi ilə məşğul olur.
Vençur firmaları iki tipə bölünür:
- vençur layihəsinin təşəbbüskarları (alimlər, konstruktorlar, ixtiraçılar)
tərəfindən təsis edilmiş firmalar;
- iri sənaye şirkətinin təsis etdiyi firmalar.
Birinci tip vençur firmaları iki növ olur:
- xüsusi maliyyə və istehsal bazası əsasında təşkil edilmiş müstəqil firma;
- firmadaxili vençur biznesinin çərçivəsində fəaliyyət göstərən firma. Belə
firmalar ana şirkətin əməkdaşları tərəfindən təsis edilir, hansıki maliyyə və istehsal
8
dəstəyi göstərir. Layihənin uğurla yerinə yetirdiyi zaman onlar ana şirkətin struktur
bölməsinə çevrilə bilər. Uğursuzluq baş verdiyi halda ana şirkət həmin firmalara
dəstək göstərməkdən imtina edir.
kinci tip vençur firmaları da iki növ ola bilər:
- Şirkətin struktur bölməsi hüququnda fəaliyyət göstərən firmalar. Onların
maliyyə müstəqilliyi yoxdur, tamamilə ana şirkətin maliyyə, istehsal və elmi-
texniki siyasətindən asılıdır;
- müstəqil maliyyə, istehsal və elmi-texniki siyasət həyata keçirən sərbəst
firma şəklində iri şirkət tərəfindən təsis edilən firmalar. Onlar həm ana şirkətin
yeni ideyalarını, həm də kənardan alınmış ideyanı işləyirlər.
Hər iki növ vençur firmaları firmadaxili vençur biznesinin çərivəsində
fəaliyyət göstərirlər, hansıki ixtisaslaşmış kooperativ bölmələri, xüsusi büdcəsi var
və firmadaxili riskli maliyyələşdirmə ilə məşğul olur.
Vençur firmasının fəaliyyətində aktiv rol oynayan vençur biznesinin
iştirakçılarına aiddir;
- firmanın banisi, əsasını qoyan;
- vasitəçi;
- hüquqşünas, mühasib, iqtisadçı;
- əməkdaşlar-icraçılar, təhlükəsizlik xidmətinin işçiləri, reklam agentliyi,
konsultantlar və s.
Fərdi investorlar – vençur layihələrinə maliyyə vəsaiti qoyan hüquqi, yaxud
fiziki şəxslər. Vençur investoru həm milli, həm də xarici ola bilər.
Mühüm institusional investorlara banklar, pensiya fondları və sığorta şirkətləri
aiddir.
Vençur maliyyələşlirməsində investisiya və kommersiya bankları iştirak edir-
lər. Bu zaman əsas rolu investisiya bankı oynayır. Kommersiya bankları investisiya
bankları ilə müqayisədə fəaliyyətlərində dövlət tərəfindən daha kəskin reqlamentə
məruz qalır. Onların risklə kapitalın qoyulduğu əsas obyektlər kiçik biznesin
investisiya şirkətləri sayılır. Bundan başqa kommersiya bankları çox vaxt maliyyə-
kredit sisteminin digər təşkilatları ilə birgə müstəqil vençur fondları yaradırlar.
9
Banklar vençur maliyyələşdirməsində iştirak edərək aşağıdakı əməliyyatları
həyata keçirir: vençur fondlarını formalaşdırmaq üçün maliyyə vasitəçilərinə hesab
açır; vençur fondlarının formalaşması prosesinə xidmət edir; vençurla əməliyyat
aparmaq üçün maliyyə vasitəçilərinə kömək edir; firmanın səhmlərinin öz şəbəkəsi
vasitəsilə satışını təşkil edir.
Pensiya fondları heyətin saxlanılmsı və digər xərclərin həyata keçirilməsi
üçün mənfəətin alınması məqsədilə vençur fəaliyyətində iştirak etməyə
maraqlıdırlar.
Sığorta şirkətləri vençur fəaliyyətində maraq göstərir və bank və pensiya
fondları ilə analoq üzrə iştirak edirlər.
Qeyri-institutsional investorlar arasında iri sənaye şirkətləri daha əhəmiyyətli
rol oynayır, hansıki pul vəsaitinin sahibi kimi deyil, suda əməliyyatları üzrə faiz
alınmasında maraqlı kimi, həm də yeni texnoloji qərarların sifarişçisi, onların
işlənilməsi və tətbiqi üzrə xərclərin bir hissəsini ödəyən kimi çıxış edir. Onların
vençur fəaliyyətində iştirak etmələrində vəzifəsi ondan ibarətdir ki, gələcək inkişaf
üçün yeni ideyaların və yeni texnologiyaların mülkiyyətçisi olsun; daha keyfiyyətli
və ucuz yeni məhsullar yaratsın; istehsalı şaxələndirsin, istehsalın həcmini və
kommersiya reallaşdırmasını artırsın, rəqabət mübarizəsində mövqeyini möhkəm-
ləndirmək məqsədilə istehlak tələbinin dəyişilməsinə operativ reaksiya versin.
Vençur maliyyələşdirməsində investor kimi dövlət çıxış edə bilər. Belə ki,
özünün nümayəndələri maliyyə orqanlarında xüsusi şöbə, dövlət müəssisəsi,
təşkilati, maliyyə və digər fondlar vasitəsilə.
Vençur biznesinin inkişafının müxtəlif mərhələlərində xüsusi investorlar
vençur maliyyələşdirməsində iştirak edirlər. Belə ki, ilkin kapitalın formalaşması
mərhələsində layihənin təşkilatçısına qohumlar, dostlar, tanışlar borc pul verməklə
maliyyə dəstəyi göstərə bilərlər. stehsalın sürətlə artdığı mərhələdə xüsusi investor
qismində zəngin (varlı) adamlar çıxış edirlər, hansıki heç bir maliyyə
təşkilatlarında çalışmırlar, yəni biznes-anqel adlanırlar.
Vençur biznesində xüsusi investorların iştirakının həm üstün, həm də nöqsan
cəhətləri vardır. Üstünlükləri; onların kreditləri çox ucuzdur, belə ki, peşəkar
Dostları ilə paylaş: |