42
inkişafı üçün elmi potensialdan istifadə olunması; elmi təşkilatların bazasında
fəaliyyət göstərən şirkətlərin inkişafı üçün şəraitin yaradılması; biznesin təşkilinin
yeni formatına keyfiyyət menecment sistemi daxil edilməklə, standartlaşma üzrə
Beynəlxalq təşkilatın standartlarına ( SO) keçmiş şirkətlərin sayının artırılması.
3.
Yüksək texnoloji sferaya xarici investisiyanın cəlb edilməsi. Məqsəd –
rəqabət üstünlüklərindən, xüsusilə yüksək elmi potensialdan, ucuz işçi
qüvvəsindən, əlverişli coğrafi vəziyyətdən istifadə hesabına xarici investisiyanı
cəlb etməkdən ibarətdir.
Yüksək texnoloji sferaya xarici investisiyanın cəlb edilməsi vəzifəsinin
reallaşdırılmasından alınacaq əsas nəticələrə aiddir: beynəlxalq elm mərkəzlərinin
fəaliyyəti ilə əlaqədar texnoloji sektorlarda kommersiya sazişlərinin müxtəlif
formalarının artırılması; dünyanın qabaqcıl innovasiya şirkətlərinin və onların
texnologiyalarının cəlb edilməsi; dünyanın elm və texnoloji bazarlarında
Azərbaycanın populyarlaşması.
4.
Effektiv innovasiya infrastrukturlarının yaradılması. Məqsəd – innovasiya
fəaliyyətinin sürətli inkişafına kömək edən effektiv infrastrukturlar yaratmaqdır.
Hət şeydən öncə, kompleks infrastrukturun əsasını formalaşdırmaq və öz inkişafı
üçün şərait yaratmaq lazımdır. nfrastruktur xidmətlərinin tipinə görə aşağıdakı
qarşılıqlı əlaqəli sistemlər vardır:
-
informasiya təminatı sistemi;
-
proqram və layihələrin ekspertiza sistemi;
-
maliyyə-iqtisadi təminat sistemi;
-
istehsal-texnoloji dəstək sistemi;
-
sertifikatlaşdırma sistemi;
-
elmtutumlu məhsul bazarına irəliləmə sistemi;
-
innovasiya fəaliyyətinin inkişafının koordinasiyası və tənzimlənməsi
sistemi.
Bu zaman formalaşmış infrastruktur sistemləri xidmətləri təqdim edildikdə
öz hərəkətini koordinasiya etməli, yəni vahid mexanizm kimi işlənilməlidir.
43
nnovasiya infrastrukturunun elementləri, hansıki bazasında infrastruktur
sistemləri inkişaf etdirilməlidir, olmalıdır: dövlət elm mərkəzləri, sahə institutları,
ali məktəblər, texnoparklar. Elmi-texniki məhsulun istehsalına və onun bazarda
irəliləməsinə bilavasitə cavab verən sistemin elementləri injinirinq firmaları
olmalıdır. Elmi-texniki və innovasiya fəaliyyətinin infrastruktur təminatına yeni
yanaşmanın reallaşması tədqiqat və işləmələr ilə məşğul olan təşkilatlara uğurlu iş
üçün zəruri çoxlu komponentlərin olmamasını kompensasiya etməyə və öz
işləmələrini kommersiyalaşdırmağa imkan verir.
Bu vəzifənin reallaşmasından alınacaq əsas nəticələrə aiddir: innovasiya
fəaliyyəti subyektlərinin müxtəlif məqsədli qruplarının tələbatına uyğun dəstək
göstərməyə qadir peşəkarların olması; real xidmət paketi, hansıki innovasiya
fəaliyyəti subyektlərinin müxtəlif məqsədli qruplarının inkişafını təmin edir.
5.
Cəmiyyətdə innovasiya mədəniyyətin səviyyəsinin yüksəldilməsi. Məqsəd
– konsepsiyanın məqsədinin reallaşdırılması üçün kadr potensialından maksimum
səmərəli istifadə edilməsi hesabına innovasiya mədəniyyətinin səviyyəsini
yüksəltməkdir. Yeni ideyanı generasiya etmək qabiliyyəti və onların təcəssümü
haqqında obyektiv qərar qəbulu qarşıya qoyulan vəzifənin peşəkarcasına yerinə
yetirilməsi konsepsiyasının müxtəlif məqsədlərinin praktiki reallaşdırılması
uğurunun vacib amilləridir.
Bu vəzifənin reallaşmasından alınacaq əsas nəticələrə aiddir: konsepsiyanın
reallaşdırılmasına cəlb edilmiş müxtəlif məqsədli qruplar arasında qarşılıqlı
fəaliyyətin effektivliyinin yüksəldilməsi; şirkətlərdə və konsaltinq təşkilatlarında
kadrların ixtisasının beynəlxalq standartlar səviyyəsinə qədər artırılması.
Konsepsiyanın reallaşdırılması hakimiyyət, sahibkar və təşkilatların
koordinasiyalı fəaliyyətindən daha çox asılıdır, yəni innovasiyalı inkişaf
mexanizminin effektiv fəaliyyəti üç təşkiledicilərlə təmin edilir:
-
normativ-hüquqi baza;
-
iqtisadi baza;
-
təşkilati struktur.
44
Beləliklə, innovasiyalı inkişafın prinsipləri, məqsəd və vəzifələrinin
müəyyənləşdirilməsi kompleks mexanizmin hazırlanmasını zəruri edir, hansıki
iqtisadiyyatın innovasiyalı inkişafına təsir edən normativ-hüquqi və təşkilati-
iqtisadi amillər mütləq nəzərə alınmalıdır.
2.3. Sənaye-innovasiya klasterlərinin formalaşması və inkişafı
Klaster termini ilk dəfə XIX əsrdə ingiltərə iqtisadçısı Alfred Marşalın
ə
sərlərində işlədilmişdir. O, klaster terminini «lokalaşdırılmış sənaye» və «sənaye
rayonu» adlandırmışdı. O, hesab edirdi ki, eyni ərazidə yerləşən kiçik və orta
sahibkarlıq subyektləri iri şirkətlərlə rəqabətə girmək qabiliyyətinə malikdirlər.
qtisadiyyatda belə nəticə «sinergetik effekt» adlanır.
A.Marşal «sənaye rayonu» yaratmaq üçün aşağıdakı amilləri əsas sayırdı:
1. xtisaslı işçi qüvvəsinin ümumi bazası;
2. Rayon daxilində firmalar arasında ticarət;
3. Firmalar arasında əmək bölgüsü.
Nəticə çıxarmaq olar ki, A.Marşala görə klaster – müəsssələrin sahə, yaxud
coğrafi təmərküzləşməsidir, hansıki xammal, avadanlıq göndərənlərlə qarşılıqlı
fəaliyyət və ayrı-ayrı firma daxilində darixtisaslaşmış işçilərin yaradılması
hesabına resurslara qənaət etməyə imkan verir.
Harvard alimi Maykl Porter sənaye rayonunu şərh edərkən «klaster» terminini
işlətmişdir. Məhz o, müasir klaster nəzəriyyəsinin banisi hesab edilir. M.Porter
sadəcə yeni termin təklif etməmişdi, həm də dövlətin rəqabət qabiliyyətinin
yüksəldilməsi üzrə dövlət siyasətinin yeni obyektini göstərmişdi.
Xarici ölkələrin innovasiya siyasətinin ümumi meyillərinə onun formalaşma-
sına klaster yanaşması aiddir. Klaster nəzəriyyəsinin banisi amerika iqtisadçısı
M.Porter özünün “Rəqabət” əsərində ilk dəfə klasterə tərif vermişdir. Klaster –
coğrafi əlamətlərinə görə təmərgüzləşmiş qarşılıqlı əlaqəli şirkətlər qrupu,
ixtisaslaşmış malgöndərənlər, müvafiq sahələrdə firmalar, həmçinin onların
fəaliyyəti ilə əlaqədar müəyyən sahələrdə rəqabətdə olan və eyni zamanda birgə iş
görən təşkilatlardır [12, s.485].
Dostları ilə paylaş: |