48
Klaster
nkişaf Mərkəzinin işinin effektivliyinin müəyyənləşdirilməsi
göstəriciləri qismində xərclərin rentabelliyi, xüsusi və borc kapitalın rentabelliyi,
ə
mək məhsuldarlığı, reallaşdırılan layihələrin faizi və s. göstəricilərdən istifadə
etmək olar. Klaster nkişaf Mərkəzi bütün klasterin və həm də onun tərkibinə daxil
olan hər bir müəssisənin fəaliyyətinin iqtisadi səmərəliliyini əhəmiyyətli dərəcədə
yüksəldə bilər.
1990-cı ildən etibarən xarici ölkələrdə dövlət sahələrin və regionların rəqabət
qabiliyyətini
yüksəltmək
üçün
iqtisadi
inkişaf siyasətini
klasterlərin
formalaşmasına yönəltməyə başlamışdır. Klasterlərin fəaliyyəti nəticəsində əmələ
gələn iqtisadi üstünlüklərdən aşağıdakıları göstərmək olar:
- məhsuldarlığın yüksək səviyyəsi hesabına rəqabət qabiliyyətinin
yüksəldilməsi;
- yeni müəssisələrin yaranmasının daha yüksək səviyyəsi və sahibkarlığın
inkişafı;
- ictimai rifahın – sosial kapitalın və reputasiyanın baş verməsi;
- klasterin iştirakçılarının fəaliyyət növləri arasında qarşılıqlı tamamlamanın
inkişafı;
- etibara əsaslanan mühitin formalaşdırılması sayəsində transaksion xərclərin
azaldılması.
Klaster innovasiya üçün aşağıdakı amillərin hesabına əlverişli mühit
formalaşdırır:
- şirkətlərin, istehlakçıların, malgöndərənlərin və digər institutların
təmərküzləşməsi nəticəsində yaranan yaxınlıq daima innovasiyanı stimullaşdırır;
- bir-birilə bağlı sahələrdə şirkətlərin mövcudluğu ilə şərtlənən rəqabət
təsiridir ki, bu da ayrı-ayrı firmaların innovasiya fəaliyyətinin inkişafına səbəb
olur;
- innovasiyanın kommersiya mənimsənilməsi üçün çox mühüm yeniliklərin
ə
ldə edilməsi və inkişafı üçün əlverişli klaster mühiti;
- innovasiya ilə əlaqədar riskin və innovasiya fəaliyyətində investisiya
nəticələrindən istifadənin geniş diapozonu üçün imkanın yaradılması;
- yeni biliklərin və texnologiyaların inkişafı üçün şirkətlər və elmi-tədqiqat
institutları arasında daha sıx qarşılıqlı əlaqənin qurulması.
49
Klasterlərin fəaliyyəti sayəsində yaranan əhəmiyyətli iqtisadi üstünlüklərin
olması klaster yanaşmasının dünyada genişlənməsinə gətirib çıxarmışdır. Dünya-
nın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin iqtisadiyyatının 50 faizi klasterləş-
mişdir.
Avropa klaster rəsədxanasının məlumatlarına görə bu gün Qərb və Şərqi
Avropanın 28 ölkəsində iqtisadiyyatın müxtəlif sahələrində 2101 klaster fəaliyyət
göstərir, hansıki onlarda 42 milyon nəfər işçi qüvvəsi çalışır. ABŞ-da 300 klaster
fəaliyyət göstərir ki, onlardan 240 regional klasterlərdir. Dünyanın 100-dən çox
ölkəsi və regionlarının klasterlərin inkişafına dair proqramları vardır.
Dövlət tərəfindən klasterlərə olan münasibət klaster siyasəti adlanır. Klaster
siyasəti iqtisadi siyasətin başqa növləri ilə əlaqədardır. Belə ki, sənaye siyasətindən
iqtisadiyyatın ayrı-ayrı sektorlarında fokuslaşma və həmin sektor üçün spesifik
tədbirlər görülmüşdür. Ərazi inkişaf siyasətindən biznesin elmi-tədqiqat və təhsil
institutlarının qarşılıqlı fəaliyyətinə və daha geniş biznes-əhalinin qarşılıqlı
fəaliyyətinə hədəflənmə (yönəltmə), yəni şəbəkə istiqamətlənmə. Kiçik və orta
biznesə dəstək siyasətindən klaster siyasəti kiçik biznesin inkişafının vacibliyi
götürülür. Elmi və texnoloji siyasətdən tədqiqatların maliyyələşdirilməsi
götürülmüşdür.
Klasterlərə dəstək sahəsində müasir dövlət siyasəti çoxlu milli xüsusiyyətlərlə
müəyyən edilir ki, bu da müxtəlif cür olar və çıxış edə bilər:
- dəqiq müəyyən edilmiş strategiya və ayrılmış büdcə ilə konkret siyasət,
hansıki bir sıra sənaye sektorlarını və klasterlərin inkişafının müxtəlif aspektlərini
ə
hatə edir;
- klasterlərin inkişafının bəzi aspektlərində sfokuslaşma siyasət: biznes daxili,
yaxud biznes və elmi-tədqiqat təşkilatları arası şəbəkə qarşılıqlı fəaliyyət;
- siyasət iqtisadi inkişafın digər strategiyalarının elementi kimi.
Klaster siyasəti ümumi şəkildə müxtəlif səviyyələrdə dövlət orqanları
tərəfindən qəbul edilən və klasterlərin yaradılmasına, səfərbərliyə alınmasına,
güclənməsinə istiqamətlənmiş tədbirlərin məqsədi, vəzifələri, prioritetləri və
50
prinsiplərin məcmuusunu təqdim edir. Məsələn, Daniyanın klaster siyasəti
aşağıdakı istiqamətlərdən ibarətdir:
- şirkətlərin fəaliyyəti üçün ümumi şəraitin yaxşılaşdırılması;
- innovasiya fəaliyyətindən effektin artırılmasına xidmət edən təşkilatlararası
biznes-şəbəkənin yaradılması.
Klaster siyasətini dar və geniş mənada başa düşmək lazımdır. Dar mənada
klaster siyasəti dedikdə, mövcud klasterlərin gücləndirilməsinə, yaxud yeni
klasterlərin yaradılması üçün şəraitin yaradılmasına yönəldilən kompleks dövlət
tədbirləri başa düşülür. Geniş mənada klaster siyasəti aşağıdakı tip dövlət
tədbirlərini
ə
hatə
edir:
ə
lverişli
innovasiya
mühitinin
yaradılmasına
istiqamətlənmiş tədbirlər; kiçik və orta biznesə dəstək iqtisadi siyasətin ənənəvi
tədbirləri; klasterlərin yaradılması və gücləndirilməsi üzrə xüsusi klaster siyasəti.
Avropa alimləri, tədqiqatçıları klasterli inkişaf siyasətini dörd müxtəlif
siəviyyəli kompleks tədbirlər şəklində təqdim edirlər:
1. Makroiqtisdi siyasət tədbirləri. Bu milli iqtisadiyyatın stabilliyinin təmin
edilməsini və innovasiyalı inkişaf və klasterlərin yaradılması üçün əlverişli şəraitin
yaradılmasını nəzərdə tutur;
2. Klasterin infrastrukturunun yaradılması üzrə tədbirlər. Klasterin
infrastrukturunun yaradılması vəzifəsi fəaliyyətin növündən asılı olaraq həll edilir.
Bu mərhələdə klasterin fəaliyyətinin tənzimlənməsi və klaster çərçivəsində istehsal
olunan məhsul üçün bazarın yaradılması üzrə normativ aktların qəbuluna dair
məsələlər həll edilir;
3. nnovasiya layihələrinin maliyyələşdirilməsi tematik proqramı, innovasiya
siyasəti, beynəlxalq əməkdaşlıq, ixracın stimullaşdırılması tədbirləri. Bu tədbirlər
ümumi xarakter daşıyır və klasterləşmə prosesinə bilavasitə təsir edir;
4. Klasterlərə dəstək spesifik proqramı - klasterlərə maliyyə və texniki dəstək
üzrə tədbirləri nəzərdə tutur.
Klaster siyasəti proqramlar vasitəsilə reallaşdırılır. Klasterlərin inkişafı üzrə
milli proqramları Avropa ttifaqı üzvlərinin 26 dövlətində 69 klaster proqramları
həyata keçirilir. Belə proqramlar iqtisadi siyasətin alətləri arasında mühüm yer
tutur, milli və regional strategiyaya daxil edilir və onların reallaşdırılmasına
ə
həmiyyətli büdcə vəsaiti ayrılır.
Dostları ilə paylaş: |