57
Beləliklə, biznesin maliyyə-kredit infrastrukturu təkraristehsal prosesinin
normal fəaliyyəti və sosial infrastrukturun inkişafı üçün zəruri maliyyə şəraitinin
yaradılmasına səbəb olan funksiyaların reallaşdırılmasına səbəb olan funksiyaların
reallaşdırılmasına əsaslanan institutların məcmusudur, hansıki subyektləri maliyyə
resurslarının toplanması və bölüşdürülməsi, təsərrüfat subyektləri və iqtisadi
sferalar arasında kapitalın formalaşması və hərəkəti proseslərini həyata keçirir.
Maliyyə-kredit infrastrukturunda maliyyələşdirmə və kreditləşdirmənin
altsistemləri arasında əlaqələndirici vəziyyətlə məşğul olan xüsusi inteqrasiyalaşan
blok ayrılır, hansıki tərkibinə sığorta, vençur maliyyələşdirməsi, lizinq, franşayzinq
daxil edilir.
Maliyyə blokunda (altsistemində) dövlət maliyyəlləşdirməsi və subsidiya
ASK-nın maliyyə-kredit infrastrukturunun elementləri hesab olunur. Ayrılan
vəsaitin bölüşdürülməsi bir neçə istiqamətlər üzrə aparılır: əmtəə istehsalçılarına
barbaşa büdcə dəstəyinin göstərilməsi; məqsədli proqramların maliyyələşdirilməsi;
idarəetmə strukturlarının saxlanılması, həmçinin elmi məsləhətlər verən və
informasiya xidmətləri göstərən təşkilatlar.
Kənd
təsərrüfatının
inkişafına
və
ə
rzaq
məhsulları
bazarının
təkmilləşdirilməsinə dair Dövlət Proqramı çərçivəsində ASK-ya dövlət dəstəyi
aşağıdakı istiqamətlər üzrə subsidiyaların verilməsi formasında həyata keçirilir:
-
cins heyvandarlığa dəstək göstərilməsi;
-
kimyəvi maddələrin əldə edilməsi;
-
kənd təsərrüfatı bitkilərinin və çoxsaylı əkilmələrin məhsuldarlığının
sığortalanması;
-
kredit faizlərinin ödənilməsi üzrə xərclərin bir hissəsinin kompensasiyası;
-
bitkiçilik sahələrinin inkişafı;
-
iqtisadi cəhətdən daha əhəmiyyətli regional proqramların reallaşdırılması.
Kənd təsərrüfatında mövsümülüklə əlaqədar olaraq əsas və dövriyyə
fondlarının dövriyyəsinin fasiləsizliyini təmin etmək üçün borc vəsaitlərin, o
cümlədən bank kreditlərinin alınması zəruriyyətə çevrilir. Kommersiya banklarının
kreditləri üzrə faiz dərəcələrinin subsidiyalaşdırılması büdcə vəsaitlərinin
58
bölüşdürülməsinin digər növləri ilə müqayisədə müəyyən üstünlüklərə malikdir ki,
onlara aşağıdakıları aid etmək olar:
-
büdcə vəsaitləri büdcə dövrünün axırında təsərrüfat subyektləri banklar
qarşısında öz borclarını ödədikdən sonra xərclənir, büdcə vəsaitinin birbaşa
xərclənməsində bu məsrəflər ilin əvvəlində baş verir. Dövrün axırına ayrılan
məsrəflər qiymətdən düşür və büdcəyə ucuz qalır;
-
kənd təsərrüfatının kreditləşməsinə kommersiya bankları cəlb edilir,
hansıki müvafiq aparat yaradır, müştəri formalaşdırır, sektorda əlaqə qurur, hətta
onlara kredit subsidiyalarını ləğv edərkən bu sektordan çıxıb getmək asan başa
gəlmir.
Bazar iqtisadiyyatı şəraitində biznesin kreditləşdirilməsi əsasən
kommersiya bankları vasitəsilə həyata keçirilir. Kreditləşdirmə kənd təsərrüfatı
istehsalının effektivliyinin və rəqabətqabiliyyətinin yüksəldilməsi, kənd
təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar
aparılmalıdır.
Aqrar sahədə sahibkarlara, kəndli fermerlərə maliyyə dəstəyinin
formalarından biri subsidiyalardır. Aqrobiznesin bir çox subyektləriüçün maliyyə
dəstəyinin bu formasından istifadə çətin başa gəlir, çünki kreditin qaytarlmasının
təmin olunması problemi həll edilməmiş qalır, kreditin alınması proseduru
mürəkkəbdir. Bu təsərrüfat subyektlərinin kreditləşdirilməsi mexanizminin
təkmilləşdirilməsini zəruri edir.
Aqrobiznesin kreditləşdirilməsi mexanizminin təkmilləşdirilməsinin əsas
istiqamətlərindən biri kimi kənd təsərrüfatı istehlak kooperasiyasının inkişaf
etdirilməsidir. Müasir maliyyə-kredit sisteminin mühüm elementlərindən biri olan
kənd təsərrüfatı kredit istehlak kooperasiyası kiçik aqrobiznesə xidmət
göstərməlidir. Kredit – kooperativ sektorun müasir vəziyyəti və inkişaf meyilləri
təsdiq edir ki, kənd istehlak kooperasiyası aqrobiznes subyektlərinin bir sıra
istehsal və sosial-iqtisadi problemlərini həll edə bilər:
-
kəndli fermer təsərrüfatlarını zəruri kredit resursları və maliyyə
xidmətləri ilə təmin etmək;
59
-
borc vəsaitlərin qaytarılmaması riskini azaltmaq və maliyyə institutu
kimi kooperativin kreditqabiliyyətini yüksəltmək;
-
sahibkarlığı inkişaf etdirməklə kənd təsərrüfatı istehsalının inkişafına
səbəb olmaqla fermerlərin və kiçik sahibkarlığın ödəməqabiliyyətinin səviyyəsini
və maliyyə dayanaqlığını artırmaq;
-
kənd yerlərində məşğulluq və maliyyə-kredit infrastrukturu probleminin
həllinə kömək edən kiçik aqrobiznesin ilkin kapitalını təmin etmək;
-
investisiyalaşdırma obyekti kimi aqrar sektorun cəlbediciliyini artırmaq
və gələcəkdə kənd təsərrüfatında investisiyanın əsas mənbəyinə çevirmək.
Aqrobiznesin kiçik subyektlərinin bütün büdcə dəstəyindən istifadə etmək və
kommersiya banklarından kredit almaq imkanına malik olmamalarına baxmayaraq
Azərbaycanda kiçik sahibkarlığa real büdcə dəstəyi sistemi yoxdur. Kredit siyasəti
sahəsində kənd təsərrüfatı üçün faiz dərəcəsinin azaldılması şərtilə kreditlərdən
ciddi şəkildə məqsədyönlü istifadəsi çox vacibdir.
Aqrar sahənin inkişafının stimullaşdırılmasına dövlətin maliyyə dəstəyi
büdcə təsisatları, o cümlədən subsidiyalar vasitəsilə həyata keçirilir. Aqrar sahənin
inkişafına maliyyə dəstəyi kəndli fermer təsərrüfatlarının zərərlərinin kompensa-
siya edilməsi və müəssisələrin maliyyə fəaliyyətinin son nəticələrinin
yüksəldilməsinə nail olunması ilə səciyyələnir.
Kiçik biznesin inkişafı Azərbaycan dövlətinin müasir iqtisadi siyasətinin
prioritet vəzifələrindən biridir. “Azərbaycan Respublikasında kiçik və orta
sahibkarlığın inkişafı Dövlət Proqramı (2002-2005-ci illər)”, 2004-2013-cü illəri
ə
hatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramları, sadələşdirilmiş vergi sisteminin tətbiqi, həmçinin sahibkarlığın
inkişafına dövlət dəstəyi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan
Respublikası Prezidentinin fərmanları ölkədə kiçik biznesin davamlı inkişafı
istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Kiçik biznes subyektləri bazarda eyni vaxtda həm istehsalçı, həm də
istehlakçı rolunda çıxış edirlər, onların bazar konyukturunun dəyişilməsinə tez
reaksiya verməsi, dar ixtisaslaşması, istehlakçılarla sıx qarşılıqlı əlaqəsi, nisbətən
Dostları ilə paylaş: |