54
nfrastrukturlara funksional yanaşma daha məqsədəuyğun hesab edilir,
çünki bu halda infrastrukturlar təşkilati, istehsal və sosial funksiyaların xüsusi
məcmusu kimi səciyyələnir, həm də burada funksiyanın vasitəsilə infrastrukturun
iqtisadi mahiyyətini və məzmununu açıqlamaq mümkündür.
qtisadi ədəbiyyatda maliyyə-kredit infrastrukturunun xüsusiyyətləri
barədə müxtəlif fikirlərə rast gəlinir. Məsələn, K.V.Şurayeva maliyyə-kredit
infrastrukturu dedikdə pul, fond və investisiya bazarları çərçivəsində fəaliyyət
göstərən və onların fəaliyyətinin normal rejiminin təmin edilməsi üzrə funksiyaları
yerinə yetirən institutların (kredit-bank təşkilatları, fond birjaları, maliyyə,
investisiya və sığorta şirkətləri) məcmusu başa düşür. V.F.Ştukaçın fikrincə, aqrar-
sənaye kompleksinin maliyyə-kredit infrastrukturu pul, fond və investisiya
bazarları çərçivəsində fəaliyyət göstərən, onların və bütövlükdə regional
kompleksin fəaliyyətinin normal rejiminin təmin edilməsi üzrə funksiyaları yerinə
yetirən institutların (kredit-bank təşkilatları, fond birjaları, maliyyə, maliyyə və
sığorta şirkətləri) məcmusunu ifadə edir. Q.V.Timofeyanın fikrincə, ASK-nın
maliyyə-kredit infrastrukturu təkraristehsal prosesinin normal fəaliyyəti və kəndin
sosial sferasının inkişafı üçün zəruri maliyyə təminatı yaradan institutların
məcmusunu ifadə edir.
ASK-nın maliyyə-kredit infrastrukturu iki nisbətən müstəqil altsistemdən
ibarətdir: maliyyə və kredit. Maliyyə alt sisteminin əsasını kənd təsərrüfatının
inkişafına maliyyə dəstəyi üçün yönəldilənpul vəsaitləri fondlarının yaradılması və
istifadəsi üzrə iqtisadi subyektlər arasında qurulan münasibətlər təşkil edir. Kredit
altsisteminin əsasını isə kreditorlar və borcalanlar arasında ödənilməlilik,
qaytarmalılıq və təcililik prinsipi əsasında pul, yaxud əmtəə formasında vəsaitlərin
hərəkəti üzrə iqtisadi münasibətlər təşkil edir, hansıki bu rolda dövlət, kənd
təsərrüfatı müəssisələri, ev təsərrüfatları və ictimai təşkilatlar çıxış edə bilərlər.
ASK infrastrukturunun kredit altsisteminin inkişafı kənd təsərrüfatı istehsalının yaz
və payız tsiklləri ilə əlaqədar il ərzində yaranan mövsümlüyü aradan qaldırmağa
imkan verir [14].
55
ASK sistemində maliyyə-kredit infrastrukturunun yerinə yetirdiyi əsas
funksiyalar aşağıdakılardır:
-
iqtisadi agentlərin artıq əmanətlərinin toplanması və onların digər agentlər
arasında bölüşdürülməsi funksiyası. Pul vəsaitlərinin toplanması və istifadəsi
müvafiq fondlar (büdcə, sosial sığorta fondu, xüsusi fondlar, müəssisənin fondu)
vasitəsilə həyata keçirilir;
-
ASK-nın müəsssisə və təşkilatlarında təkraristehsal prosesində kapitalın
dövriyyəsinin bütün mərhələlərində material və maliyyə resurslarının hərəkətinin
balanslılığının təmin edilməsilə əlaqədar təkraristehsal funksiyası;
-
elmi-texniki inkişafa və sosial problemlərin həllinə maliyyə münasibətləri
göstərən subyektlərin fəaliyyətini stimullaşdırılmasına yönəldilən motivasiya
funksiyası. Bir çox hallarda az gəlirli əhali qruplarının müəyyən resursları alması
kimi sosial məqsədlərə nail olmağın stimullaşdırılması iqtisadi məqsədlərə
(təhlükəsizliyin və etibarlılığın qorunub saxlanılması, istehlakçıların mühafizəsi,
rəqabətin inkişafı) də çatmağa kömək edə bilər;
-
maliyyə vəsaitləri fondlarının düzgün və vaxtında formalaşmasına və
onlardan məqsədyönlü və effektiv istifadə edilməsinə nəzarət funksiyası;
-
ayrı-ayrı əmtəə istehsalçılarının istehsal tsikllərinin müvəqqəti uyğun
gəlməməsinin aradan qaldırılması, kredit pulların və kredit əməliyyatların istifadəsi
ə
sasında iqtisadi proseslərin rasionlaşdırılması və sürətləndirilməsi funksiyası;
-
iqtisadi proseslərin rasionlaşdırılması funksiyasının yerinə yetirilməsi
zamanı mümkün maneələrin aradan qaldırılmasına yönəldilən tənzimləyici və
reqlamentləşdirici funksiya.
Bəzi iqtisadçılar hesab edirlər ki, ASK-da fəaliyyət göstərən maliyyə
institutlarının əsas funksiyaları aşağıdakılardır: hesab-kassa xidməti; maliyyə
aktivlərinin toplanması və qənaətlə istifadəsi; təkraristehsal prosesi iştirakçılarının
kreditləşdirilməsi; əmlakın və sahibkarlıq risklərinin sığortalanması; investisiyalaş-
dırma; lizinq əməliyyatlarının aparılması; audit və konsaltinq xidmətlərinin
göstərilməsi.
56
Biznesin maliyyə-kredit infrastrukturunun subyektləri kimi iştirak
xarakterindən (maliyyələşdirmə, kreditləşdirmə) və oynadığı rolundan (kreditor,
borcalan) asılı olaraq çıxış edə bilər:
-
dövlət (Mərkəzi bank);
-
banklar (kommersiya, kapital, investisiya, ipoteka);
-
müəssisələr;
-
əhali;
-
maliyyə təşkilatları (maliyyə və sığorta şirkətləri, fond birjaları, broker
firmaları, pensiya fondları);
-
sosial institutlar (sığorta, kredit kooperasiyası).
Sistemləşdirmək məqsədilə biznesin maliyyə-kredit infrastrukturunun
subyektlərini iki qrupa ayırmaq olar: maliyyə altsisteminin subyektləri və kredit
altsisteminin subyektləri (şəkil 2).
Şə
kil 2. Biznesin maliyyə-kredit infrastrukturunun subyektləri
Maliyyə-kredit infrastrukturunun subyekti kimi dövlət maliyyə resurslarını
toplayaraq və bölüşdürərək geniş təkraristehsalın həyata keçirilməsinin və
ə
halininhəyat fəaliyyətinin əsasını təmin edən şəraitin yaradılmasında iştirak edir.
Dövlət təşkilatları
ASK-nın maliyyə-kredit infrastrukturunun subyektləri
Maliyyə altsistemi
Kredit altsistemi
xt
is
as
la
şm
ış
s
ah
ə
or
qa
nı
V
er
gi
o
rq
an
ı
nv
es
ti
si
ya
f
on
du
S
ığ
or
ta
ş
ir
kə
tl
ər
i
K
re
di
t
tə
şk
il
at
la
rı
L
iz
in
q
şi
rk
ət
lə
ri
K
re
di
t
ko
op
er
at
iv
lə
ri