Microsoft Word vidadi butov dL



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə38/51
tarix01.11.2017
ölçüsü5,05 Kb.
#7732
1   ...   34   35   36   37   38   39   40   41   ...   51

 
www.achiq.info
  
 
82 
 
3- Azərbaycan ictimai həyatının nisbətən demokratikləşməsi  
və Azərbaycanda milli şüurun formalaşması. 
Məlum olduğu kimi, İranın faşist Almaniyası ilə yaxınlaşması təkcə hərbçilərin nüfuzunun artmasına, 
geniş şəbəkəli bürokratik aparatın yaranmasına, mətbuat üzərində nəzarətin güclənməsinə, diktatura 
rejiminin qüvvətlənməsinə, ölkədə sosial-iqtisadi dəyişikliklərin sönməsinə deyil, həm də İkinci dünya 
müharibəsi ərəfəsində və Almaniya və Sovet müharibəsi başlanandan sonra İranın faşist Almaniyasının 
antisovet meydanına çevrilməsinə səbəb oldu. Bunu bəhanə edən Sovet höküməti bu barədə İrana bir neçə 
dəfə xəbərdarlıq (26 iyun, 19 iyul, 16 avqust 1941-ci il notaları) etdi. 
Keçmiş Sovet İttifaqı hitlerçilərin İranda fəallaşmasından istifadə edərək 1921-ci il Sovet-İran 
müqaviləsinin 6-cı maddəsini əsas tutaraq bura qoşun hissələri yeritdi. İngiltərə də İrana öz qoşun 
hissələrini yeritdi. Müttəfiq qoşunlarının İrana daxil olması hökümətin istefasına və Rza şahın vəliəhd 
Məhəmməd Rza Pəhləvinin xeyrinə taxt-tacdan əl çəkməsinə (16.1X.1941) səbəb oldu. Bundan sonra 
ölkədə antifaşist hərəkatı gücləndi, demokratik dairələrin fəaliyyəti canlandı. Siyasi məhbuslar: inqilabçılar 
və demokratik ruhlu şəxslər həbsxanalardan azad edildi, sürgündən qaytarıldı. Həmin şəxslərin təşəbbüsü ilə 
1941-ci ilin oktyabrında İran xalq partiyası (Tude) təşkil olundu, demokratik qəzetlər nəşr edilməyə başladı. 
İctimai-siyasi həyat Azərbaycanda da canlanmağa başladı. Hələ 1941-ci ilin sentyabrında Təbrizdə, 
Ərdəbildə, Urmiyədə, Maraqada, Sarabda, Əhərdə, Mərənddə, Xoyda demokratik klublar təşkil edildi
burada azadlıq, demokratiya, konstitusiya, milli zülm, azərbaycanlıların milli həyatı haqqında qızğın 
diskussiyalar aparılırdı. 
1941-ci ilin oktyabrında Azərbaycanda İXP-yerli orqanları təşkil edilməyə başladı. həmin ayda artıq İXP 
Təbriz komitəsi təşkil olunmuşdu. Azərbaycan fəhlələri həmkarlar təşkilatı yaratmağa səy göstərirdilər, yeni 
qəzetlər, müxtəlif ictimai-siyasi təşkilatlar, cəmiyyətlər meydana gəlməyə başladı. 
İrticaçı ünsürlərin də ictimai-siyasi fəaliyyəti genişləndi. 1941-1942-ci illərdə artıq Təbrizdə irticaçı 
”Azərbaycan xalq partiyası və ”İrane bidar” (”Oyanmış İran”) partiyaları fəaliyyət göstərirdi. Həmin 
partiyalar faşist Almaniyasının tərəfdarlarından ibarət olub iri mülkədar və tacirlərin mənafeyinə xidmət 
edirdilər. İran höküməti siyasi partiyalar vasitəsilə Azərbaycan irticaçılarını birləşdirib bütün vasitələrlə 
demokratik hərəkatın inkişafına mane olmağa çalışırdı.
44
 
Azərbaycanda ictimai həyatın demokratikləşməsi burada milli şəraitin dəyişməsi ilə müşayiət olunurdu. 
Beləki, müttəfiq qoşunlarının İrana daxil olması və Rza şahın taxt-tacdan əl çəkməsindən sonra fars mülki 
və hərbi məmurlar xalqın intiqamı və ədalətli qəzəbindən ehtiyat edərək Azərbaycanı tərk etdilər.
45
 Fars 
məmurlarının əyaləti tərk etmesi ilə Azərbaycan dilinin şifahi sahədə işlənməsinə mane olan bütün 
məhdudiyyətlər əməli olaraq aradan qalxdı. Azərbaycan dilinin hələ də yazılı sahədən kənarda qalmasına 
baxmayaraq, ictimai həyatın demokratikləşməsi, Azərbaycan dili üzərindən qadağanın götürülməsi, milli 
hisslərin azad təzahürü, vətənpərvərlik, milli hisslərin güclvnməsi azərbaycanlıların milli meylinin kortəbii 
yüksəlişinin müəyyən istiqamətə yönəldilməsi, siyasi-ideoloji cəhətdən təşkil olunmasını tələb edirdi. Belə 
bir şəraitdə vətənpərvər, demokratik və milli ziyalıların nümayəndələri “Azərbaycan cəmiyyəti”ndə 
birləşməyi qərara aldılar. Həmin təşkilat 1941-ci ilin oktyabrında meydana gəlmişdi və təşkilati və ərazi 
cəhətdən partiya olmasa da regional milli-demokratik partiya rolunu.
46
 ifa edirdi. 
”Azərbaycan cəmiyyəti” noyabrın 1-dən etibarəp Azərbaycan və fars dillərində ”Azərbaycan” adlı qəzet 
nəşr etməyə başladı. Bizim əlimizdə cəmiyyətin proqram və nizamnaməsi haqqında heç bir məlumat olmasa 


 
www.achiq.info
  
 
83 
 
da, onun vəzifə, məqsədləri barəsində qəzetin öz materialları əsasında mühakimə yürütmək olar, çünki qəzet 
səhifələrində tez-tez bu və ya digər məsələ ilə bağlı olaraq cəmiyyətin məqsədi haqqında izahat verilirdi. 
Qəzet özünü təqdim edərkən birinci nömrəsində keçmiş və indiki vəziyyəti şərh etməyi, cəmiyyətin əxlaqi 
və iqtisadi fəsadlarının əsas səbəblərini müəyyən etməyi, iqtisadi təzyiqi aradan qaldırmağı, cəmiyyətin 
əxlaqi fəsadlarını islah etmək uçun çarə yolu axtarıb tapmağı öz (Cəmiyyət) qarşısına məqsəd qoyduğunu 
elan edir.
47
 
Ölkənin və əyalətin rəsmi hakimiyyət orqanları, anti- milli qüvvələr ”Cəmiyyət”ə qarşı mübarizə 
apardığı və mərkəzi qəzetlərin onu müxtəlif antidövlət, qeyri-vətən- pərvərlik fəsadlarında 
günahlandırdığına görə 
48
 ”Cəmiyyət” öz mətbu orqanının səhifələrində tez-tez özünün fəaliyyətinin əsas 
istiqamətini yada salmalı olurdu. Hər dəfə də ”Cəmiyyət”in fəaliyyətinin yeni cəhəti aşkar olurdu. Belə ki, 
növbəti dəfə qəzet yazırdı: ”Qısası, bizim məqsəd və proqramımız azadlıq, yəni sosial və milli azadlıq əldə 
etməkdir”.
49
 
Ümumiyyətlə ”milli və ictimai azadlıq” uğrunda mübarizə edən “Cəmiyyət” siyasi sahədə demokratik 
konstitusiya və məşrutə üsul-idarəsinin əməldə həyata keçirilməsnin,
50
 əyalət əncüməninin təşkil 
edilməsini,
51
 Milli məclisə nümayəndələrin xalq tərəfindən seçilməsini,
52
 hakim sinif və təbəqələrin 
mənafeini müdafiə edən qanunlara yenidən baxılmasını 
53
 Azərbaycanın qanuni hüquqlarının ”müdafiə 
edilməsin”i 
54
 və s. tələb edirdi. “Cəmiyyət”in proqramının iqtisadi tələbləri sırasında Azərbaycanda yeni 
sənaye obyektləri tikilməsi,
55
 işsizliyin aradan qaldırılması,
56
 Azərbaycanın sərvətinin həmin və digər 
məqsədlə əyalətdə sərf olunması 
57
 kimi tələblər qeyd olunur. Azərbaycan azərbaycanlılar üçündür 
58
 şüarı 
ilə çıxış edən ”Cəmiyyət” mədəni sahədə ”mütləq azadlığa”, yəni dil, adət...azadlığına tamamilə riayət” 
olunmasını,
59
 ana dilində bütün səviyyelərdə tədris və kitab nəşr edilməsini 
60
 və s. tələb edirdi. 
Beləlikle, cəmiyyət öz qarşısına Azərbaycanın inkişafı, demokratik nailiyyətlərin bərpa olunması və 
möhkəmlənməsi, Azərbaycan mədəniyyəti və dilinin dirçəlişi, azərbaycanlıların milli hüquqlarının təmin 
edilməsi yolunda böyük sosial-iqtisadi, siyasi, milli vəzifələr qoyurdu. 
Bu cəhətdən ”Cəmiyyətin azərbaycanlılara bir millət kimi və onların milli mənafeyinə münasibəti 
maraq doğurur. ”Azərbaycan” qəzeti səhifələrində millət anlayışına belə tərif verilir: ”Millət hiss, dil, adət-
ənənə, və ərazi birliyinə malik olan xalqdır.”
61
 Eyni zamanda qəzet millətin həyatında dilin roluna böyük 
əhəmiyyət verərək onu millətin əsas əlaməti sayırdı”.
62
 
Həmin tərif İran ictimai fikrində millət haqqında geniş yayılmış və qəbul olunmuş təsəvvürlərə tamamilə 
uyğun idi. Bununla bərabər həmin tərif əks olunan obyektə görə çox fərqlənirdi. Əgər hakim milli 
ideologiyada millət anlayışı əks olunan obyektə - çoxmillətli cəmiyyətə uyğun gəlmirdisə, “Azərbaycan” 
qəzetinin səhifələrində millət anlayışı cəmiyyətin yarım sistemlərindən birini - Azərbaycan (yaxud istənilən 
real milləti) millətini əks etdirməklə əks olunanla inikas arasında uyğunluq yaradırdı. 
Azərbaycanlıların müstəqil millət kimi tanınması həmin təsəvvürün əsaslandırılmasını və ”İran milləti” 
anlayışının təshih edilməsini tələb edirdi. Həm Azərbaycan millətinin müstəqilliyini, həm də İran 
cəmiyyətinin bütün demokratik təbəqələrinin birliyi və vəhdətini əsaslandırmaq lazım idi ki, bunun üçün 
milliyyət və dil məfhumlarının istər cəmiyyətdə, istərsə də ayrıca götürülmüş millətin həyatındakı rolu 
haqqında təsəvvürləri dəqiqləşdirmək zərurəti ortaya çıxırdı. Başqa sözlə, millət, dil və milliyyət 
anlayışlarından çıxış edərək İran cəmiyyəti (hakim ideologiyaya görə isə “İran milləti”) - Azərbaycan 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə