Microsoft Word vidadi butov dL



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə46/51
tarix01.11.2017
ölçüsü5,05 Kb.
#7732
1   ...   43   44   45   46   47   48   49   50   51

 
www.achiq.info
  
 
98 
 
”Azərbaycan səsi”, “Birlik

 “Yoldaş
”,
 ”Azadlıq”, ”Xalq sözü”, ”Varlıq”, ”İrəli”, ”Dan ulduzu”, “Işıq”, 
”Yazmaca”, ”Muştuluq”, ”Koroğlu”) nəşr etməyə başladılar. Həmin təsisatların fəaliyyəti və mətbu 
məhsulların məzmunu əsasən İran azərbaycanlılarının milli, mədəni həyatının müxtəlif cəhətlərini, tarixini, 
yayılma coğrafiyalarını, milli ideologiya və milli hüquqların əldə edilməsi üçün fəaliyyət proqramı 
hazırlamaq əzmini əks etdirirdi. Həmin qəzet və jurnallar öz proqramlarında, baş məqalələrində əsas 
vəzifələrdən biri, bəzən əsas vəzifə kimi Azərbaycan dili üçün bərabərlik tələbi irəli sürür, İran 
azərbaycanlılarının mədəni dirçəlişi uğrunda çıxış edirdilər. 
Həmin dövrü mətbuatda çap edilən materiallar milli şüurun inkişafında, milli məsələnin həllinə 
münasibətdə yeni meylləri əks etdirirdi. Birincisi, məlum olurdu ki, inqilabdan əvvəlki İran şəraitində 
millətin mənəvi həyatına müstəqil substansiya kimi baxan və millətin azad mənəvi inkişafı uğrunda 
mübarizə aparan ayrıca Azərbaycan milli yaradıcı ziyalılar təbəqəsi əmələ gəlmişdir. İkincisi, Azərbaycan 
şəraitində meydana gələn milli şüur İranın bütün azərbaycanlıları arasında yayılmağa başlamışdır. İndi 
milli ziyalılar türk yaxud azərbaycanlı məfhumu altında İranda yaşayan bütün azərbaycanlıları nəzərdə 
tuturdular (başlıca olaraq ziyalılar içərisində). Üçüncüsü, azərbaycanlı ziyalılar 40-cı illərin ziyalılarından 
fərqli olaraq Azərbaycan etnosuna türk metaetnik birliyinə daxil olan xalq kimi baxaraq həmin etnosun 
mütləq avtoxtonluğu ideyasını irəli sürmürdü. Dördüncüsü, İranın bütün azərbaycanlılarının milli 
birliyinin dərk edilməsi Azərbaycan çərçivəsində milli muxtariyyət tələbini qəti surətdə qaldırmağa mane 
olur, onun əvəzinə əsasən mədəni- milli muxtariyyət tələbi irəli sürülürdü. 
Deyilənlər göstərir ki, 40-ci illər demokratik hərəkat zamanı bir tam kimi formalaşmış milli şüur 
inkişaf edir və milli məsələni, azərbaycanlıların spesifik mənafeyini nəzərə almadan İran cəmiyyəti 
qarşısında duran sosial-siyasi, iqtisadi problemləri həll etmək qeyri-mümkündür. 1978-1979-cu illər İran 
inqilabı milli məsələnin bəzi cəhətlərini qismən və əsasən formal surətdə həll etməklə azərbaycanlıların 
milli hərəkatının güclənməsi imkanının qarşısını almış oldu. Belə ki, İran İslam konstitusiyası İranda 
müxtəlif xalq və tayfaların mövcudluğunu dolayısı ilə etiraf etdi (maddə 19). İranın yerli və etnik (qövm) 
dillərinin rəsmi işlənməsi sahələrini (kütləvi informasiya vasitələri, mətbuat, məktəbdə milli 
ədəbiyyatının tədrisi) müəyyən etdi (15). Azərbaycan dilinin hələ də maarif sistemində işlənməməsinə 
baxmayaraq, bu nailiyyəti əhəmiyyətli hesab etmək lazımdır. Belə ki, konstitusiya qəbul edildikdən sonra 
(1979) üc il muddətində (1980-1982) Tehran və Təbrizdə bu və ya digər illərdə “Günəş” (cəmi üç nömrə 
- Tehran azərbaycan yazıçılar və şairləri cəmiyyətinin orqanı), ”Ülkər” (2- Azərbaycan yazıçılar və şairlər 
cəmiyyətinin orqanı), ”Yeni yol” (4- “Azərbaycan mədəniyyəti cəmiyyəti”nin orqanı), “Dədə Qorqud’’ 
(20), “İnqilab yolunda” (13) jurnalları nəşr edilmiş, 1979-cu ilin aprelində Tehranda Azərbaycan və fars 
dillərində nəşrə başlayan “Varlıq” jurnalı isə indiyə kimi nəşr edilir. Son zamanlarda Azərbaycan dilində 
bir sıra qəzet və jurnallar çap edilməkdədir. 
Qeyd etmək lazımdır ki, Azərbaycan dili ən geniş şəkildə Azərbaycan rayonlarında işləyir. Azərbaycan 
dilində kitab nəşri davam edir. Belə ki, 1985-ci ilin əvvəlinə kimi 200 adda kitab çap edilmişdir. Həmin 
kitablar əsasən Tehranda, Təbrizdə və qismən (tək- tək kitablar) Zəncan, Marağa, Maku, Xoy, Tikab, Sarab, 
Qum, Savə və s. şəhərlərdə çap edilmişdir. həmin məhsulların yarıdan coxunu vətən- pərvərlik mövzusunda 
yazılmış bədii əsərlər təşkil edir. Azərbaycanın tarixi, dili, ədəbiyyatına bir cox kitablar həsr edilmişdir. 
Azərbaycan ziyalıları öz mədəni-maarifçi fəaliyyətini davam etdirməklə müəyyən təşkilatlar halında 
birləşmək meylini də nümayiş etdirirdilər. 1986- cı ildən Təbrizdə tanınmış Azərbaycan şairi Yəhya 
Şeydanın başcılığı və İran İslam oriyentasiyası nazirliyinin himayəsi altında rəsmi ədəbi Əncüməni fəaliyyət 
göstərir. Tehranın Azərbaycan ruhani şairləri də öz birliklərini təşkil etmişdilər (1984-1986-cı illər). Bundan 


 
www.achiq.info
  
 
99 
 
başqa Azərbaycan dilində televiziya verilişləri (gündə 0,5-1 saat) təşkil edilir, film çəkmək təşəbbüsləri 
göstərilir. teatr tamaşaları səhnəyə qoyulur, konsertlər verilir və s. 
Azərbaycanlıların milli şüurunun inkişafı baxımından xaricdə Azərbaycan mühacir mədəni-maarif 
mərkəzləri və cəmiyyətlərinin təşkili, həmin cəmiyyətlərin Azərbaycan və fars dillərində qəzet və jurnallar 
nəşr etməsi də cox səciyyəvidir. Belə mərkəzlər və cəmiyyətlər dünyanın bir çox ölkələrində, o cümlədən 
ABŞ-da, Almaniyada, İsveçdə, fransada, Böyük Britaniyada, İspaniyada, Kanadada və s. fəaliyyət göstərir. 
Bütün bu qeyd edilənlər İran azərbaycanlılarının milli şüurunun təkrar istehsalı və sonrakı inkişafı üçün 
əlverişli şərait yaradır. 
 
 
 


 
www.achiq.info
  
 
100 
 
 
Üçüncü fəsil 
 
1- Ранджбар и Остроглазов, Развитие национальной фабриччно- заводскй промышленности в Иране- за последнии годы - 
“Материалы по национально-колониальным проблемам" Jurnalında, 1955, №4 (23) s.34 
2- Каролкoва. Состояние зкоиомики Ирана за 1934 – Материалы Jurrnalında, 1935, Nо4 (28), s.39; Ранджбар и Остроглазов, 
Göst. əsəri, s.23 
3- Ранджбар и Остроглазов, Göst. əsəri, s.34 
4- Orada, s.25 
5- Yenə orada 
6- Рабизаде М.М. Развитие капиталического предпрнимательства в промышлености Ирана в 30-x годаx XX века. Баку, 
1970, с. 60 
7- Былова А. Статистика сеxозяйственной
 
продукции Ираиа За» 1311 (1932-1933) и 1312 (1933-1934) - ‘'Революциоиный 
Восток" Jurnalında, 1936, но. 5-6, s. 214. Ранджбар и Остроглазов, Göst. əsəri, s.14, 21. 
تلاوصحم هيئاصحا
 
 لاس رد ناريا ىتعنص و ىتحلاف
1312
ص ،
 .
253
-
251
  
8- Былова А. Göst. əsəri, s.216 
9- Рабизаде М.М. Göst. əsəri, s.216 
10- Ранджбар, Персидиская промышленнпсть за последние годы. Материалы Jurrnalında, 1934, но. 5(20) с. 139 
11- Ранджбар и Остроглазов, Göst. əsəri, s.39 
12- Рабизаде М.М. Göst. əsəri, s.51 
13- Ранджбар и Остроглазов, Göst. əsəri, s.40 
14- Сефидабади Н. Отчет «Гомаш» (отxет ираиского государственного общество «Гомаш»),- Роволциопный Восток", 
1936, №5-6, с.209 
15- Былова А. Göst. əsəri, s..216; Былова и Лезиам. Материалы о посеваx важпейшиx селБскоxозниствеииыx кулкгур в 
1934г. - Матсриалы... 1936, №34, с.132, 146, 149, 155, 160-161;  
ىتحلاف تلاوصحم هيئاصحا

ص
 2-5. 12-13, 22-27 
.
 
Былова и Лезиам, Материалы о посеваx важнейшиx сельскоxозяйственныx культур в 1964г. – Материалы...1936, №34, 
с.132,146, 149, 155, 10-161,  
   ىتحلاف تلاوصحم هيئاصحا
2
 -
5
 ،
12
 -
13
 ،
22
-
27
.с.
  
16
 -
 
ص روپنايواک
 .
ناجيابرذآ ىمومع خيرات
 .
 ،نارھت
1346
ص ،
 .
347
 
17
 -
 
خرس قفش
 .
 هبنشکي
15
 
 دنفسا
1310
 ،
1
 
 نيدرورف
1311
  
18
 -
 
تسينوموک
 .
18
 
 هيروف
1926
  
19
 -
 
شادلوي
 .
1358
 هرمؤن ،
8
ص ،
 .
24
  
20
 -
 
دوقروق هدد
 .
1359
 هرمؤن ،
2
ص ،

24
  
21
 -
 
ى ديراورم
 .
 اغارم
»
دور هزارفا
«
 ،نارھت ،
1360
ص ،
 .
682
  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə