Microsoft Word vidadi butov dL



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə43/51
tarix01.11.2017
ölçüsü5,05 Kb.
#7732
1   ...   39   40   41   42   43   44   45   46   ...   51

 
www.achiq.info
  
 
92 
 
milli barışığa, xalqın nailiyyətlərini müdafiəyə çağırış öz əksini tapmışdır.
113
 
1941-ci ildən etibarən Azərbaycan şairlərinin yaradıcılığı mərkəzində Azərbaycanın və Azərbaycan 
xalqının mənafeyi duran milli vətənpərvərlik mövzusu müəyyən yer tutmağa başlayır. Azərbaycan şairlər 
əncüməni (1945) yaradılması və həmin cəmiyyətin Azərbaycan yazıçılar ve şairlər ittifaqına (1946) 
çevrilməsi ilə həmin meyl incəsənət və mədəniyyət xadimlərinin yaradıcılığında aparıcı mövqe qazanır. 
İttifaqın orqanı ”Şairlər məclisi” antologiyasının birgə 3-4-cü nömrələrının səhifələrində M.Biriya milli 
dövlət qurulmasını tərənnüm edir, M.M.Cavuşi Azərbaycan dili və onun hamilərinə ümumxalq məhəbbətini 
əks etdirir, M.Gülgün vətən xainlərini damqalayır, M.Derəfşi milli birliyə çağırır, H.Səhhaf milli hökümət 
ilə fəxr etdiyini bildirir, Y.Şeyda Azərbaycan xalqının tarixini saxtalaşdıranları ifşa edir, M.B.Niknam 
millətin mövcudluğu üçün dilin rolunu göstərməyə calışır, M.İmen ana dilinə daha fəal surətdə yiyələnməyə 
çağırır.
114
 
Əgər Milli hökümətin yaradılmasından əvvəlki mərhələdə milli ideologiya qəzetlər, jurnallar, yaradıcı 
birliklər, mədəni təsisatlar, partiya və ictimai yığıncaqlar, kütləvi mitinqlər vasitəsi ilə yayılırdısa, Milli 
hökümət meydana gələndən sonra bura indiyə qədər antimilli funksiya yerinə yetirən maarif sistemi və 
Azərbaycan radiosu (1946) də əlavə olunmuşdu. Bununla belə, hələ də azərbaycanlıların sosial və milli 
həyatinın bu və ya digər cəhətinə hesr edilmiş, müzakirə olunan məsələlər haqqında bu və ya digər dərəcədə 
tam və sabit təsəvvür verən əsər yazılmamışdı. Bu cəhətdən F.İbrahiminin Azərbaycanın qədim tarixi 
haqqında yazdığı kitabça böyük maraq doğurur. Kitab əvvəlcə məqalələr şəklində “Azərbaycan” qəzetində 
çap edilmişdir. Kitab qədim tarixə həsr edilsə və müəllifə məlum məlumatlar əsasında, xüsusilə 
”Azərbaycan tarixi”
115
 nin böyük təsiri altında yazılsa da, həmin günlərdə, əsərdə Azərbaycan (Midiya) - 
fars münasibətləri əks olunduqundan, çox aktual səslənirdi. Müəllif həmin günlərdəki Azərbaycan tarixinə 
mövcud baxışlardan çıxış edərək qədim midiyalılarla qədim farsların qohumluğu, midiyalıların İran mənşəli 
olmaları, midiya və fars dillərinin qohum olmalarını təkzib edirdi. 
Müəllif tarixi nümunələr əsasında öz oxucularını azərbaycanlıların mədəni cəhətdən farslardan üstün 
olduqları ruhda tərbiyə etmək, onlara qədim azərbaycanlıların müstəqilliyi, özünəməxsusluğu
sivilizasiyalılığı və avtoxtonluğu ideyasını təlqin etməyə səy edirdi. Kitabda qəhrəman keçmiş, Azərbaycan 
xalqının tarixinin əzəməti ilə iftixar hissi əks olunub, fars millətinin hökmrailığının əbədi olmaması, onun 
indiki ağalığına son qoymağın mümkünlüyü ideyası əsaslandırılırdı. 
Müəllif midiyalılarda öz dövlətinin müdafiə əzminin, vətənpərvərlik hisslərinin yüksək inkişafını xüsusi 
qeyd edir.
116
 Deyilənləri yekunlaşdıraraq müəllif yazır: ”Vətəinmizin adı Azərbaycan, millətimizin adı da 
azəri (azərbaycanlı)dir
,,
.
117
 Və əlavə edir: “Azərbaycan milləti müstəqil bir dilə və tarixə malik olub...”
118
 
Kitabın əsas müddəalarının qısa şərhi göstərir ki, müəllif öz diqqətini Midiyanıni bir hissəsi olan 
Azərbaycanın qədim tarixinin bəzi səhifələrinə təsadüfən yönəltməmişdir. Müəllifin əqidəsinə görə, məhz 
Azərbaycanın tarixinin həmin dövrü Azərbaycan-fars münasibətlərinin indiki vəziyyəti ilə daha çox 
səsləşir. Öz müstəqilliyini farslarla mübarizədə itirən Midiyanın nümunəsi, müəllif pafosu bir məqsədə 
xidmət edirdi; azərbaycanlıların öz müstəqilliyi və özünəməxsusluğunu qorumaq, qədim Midiyanın acı 
taleyindən qaçmaq üçün xalqın azadlığı və müstəqilliyi uğrunda mübarizənin zəruriliyini dərk etmələrinə 
yardım etmək. 
Bununla belə azərbaycanlıların milli həyatının bir cox məsələləri işlənməmiş qalırdı. Bundan əlavə, 


 
www.achiq.info
  
 
93 
 
yuxarıda deyildiyi kimi Azərbaycandan kənarda çoxlu azərbaycanlı yaşasa da, milli məsələnin məzmununa 
İranda vahid azərbaycan (türk) milləti təsəvvurü daxil edilmirdi. Milli ideologiya və Azərbaycan milləti 
haqqında bütöv təsəvvür Azərbaycan ziyalılarının heç də bütün nümayəndələri tərəfindən qəbul edilmirdi, 
həmin təsəvvürlərin geniş kütlələrin adi şüuruna nüfuz etməsi üçün geniş imkanlar yox idi. Qeyd edildiyi 
kimi Azərbaycan milləti ideyası Azərbaycan (İran) türk etnik şüuru ilə ziddiyyət təşkil edirdi. 
Məlum olduğu kimi, İran, o cümlədən Azərbaycan irticaçı, antidemokratik hakim qüvvələr xarici 
ölkələrin yardımı və silahın gücünə 1946-cı ilin axırında azərbaycanlıların milli azadlıq, demokratik 
hərəkatını qan içində boğdular. 
Bundan sonra İranın şahlıq rejimi Azərbaycan üzərində hökmranlığını bərpa etdi, Azərbaycan xalqının 
milli- demokratik nailiyyətlərini ləğv edərək onu yenidən əzilən millət vəziyyətinə saldı. Hakim dairələrin 
kobud zorakılıq tədbirləri milli hakimiyyət dövründə meydana gəlmiş milli təşkilat və mütəşəkkil əlaqələri 
dağıtdı. 
Bundan əlavə, İranın hakim dairələri tərəfindən Azərbaycan dili və mədəniyyətine qarşı özünü göstərən 
nifrəti 
119
 müəyyən mənada azərbaycanlıların milli şüurunun artmasına kömək göstərirdi, çünki 
Azərbaycan xalqının düşmənlərinin hərəkətləri milli əlaqələri möhkəmləndirən və nəsillərin əlaqəsini təmin 
edən ümumi nə vardısa ona qarşı yönəlmişdi. 
Milli-demokratik hərəkat azərbaycanlıların milli şüurunun sonrakı inkişafı və genişlənməsində mühüm 
mərhələ təşkil edir. 
Milli demokratik hərəkatın yatırılmasına, dövlət, siyasi, demokratik təşkilatların dağıdılmasına 
baxmayaraq, Azərbaycan xalqı milli varlığın ve birliyin ideal forması olan milli şüurdan məhrum olmadı. 
Azərbaycan xalqı öz siyasi, sonralar inzibati-ərazi, rəsmi - dil, mədəni birliyi möhkəmləndirən strukturları 
itirsə də milli azadlıq hərəkatı əsnasında əldə etdiyi ideal birliyi, həmin ideal birliyin real birliyə çevirmək 
əzmini qoruyub saxladı. İranda azərbaycanlıların milli inkişafı, milli şüurunun sonrakı inkişafı Azərbaycan 
millətinin ünsürləri, əlaqələri, bütövlüyü haqqında təsəvvürləri dəqiqləşdirmək və inkişaf etdirməklə yanaşı 
belə bir suala cavab tapmalıdır: milli birlik ideyasını real milli birliyə necə çevirməli? 
 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə