Microsoft Word vidadi butov dL



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə45/51
tarix01.11.2017
ölçüsü5,05 Kb.
#7732
1   ...   41   42   43   44   45   46   47   48   ...   51

 
www.achiq.info
  
 
96 
 
nümayəndələri azərbaycanlıları müstəqil türk birliyi kimi nəzərdən keçirirdilər və bu da əyalətin əhalisinin 
adi şüurunun məzmununa uyğun olsa da məsələnin bu cəhəti yaradıcı ziyalıların əsərlərində öz əksini 
tapmamışdır. Əgər Azərbaycan ziyalılarının bir hissəsinin fəaliyyətində İrançılığın, ümummilli (İran) 
birliyin, milli (dövlət) dilin təbliği əsas yer tuturdusa, azərbaycanlıların milli müstəqilliyi, 
özünəməxsusluğunun təbliği təsadüfdən-təsadüfə aparılırdı. 
Birinci mərhələnin axırlarında Azərbaycan ziyalılarının paniranist mövqedə duran qismi 
azərbaycanlıların ari, İran mənşəli olmaları ideyasını, onların tezliklə assimilyasiya olunmasını təmin 
edəcək proqramı işləyib hazırladı və “əsaslandırdı”. 
Azərbaycanlıların milli müstəqilliyi və özünəməxsusluğunun tərəfdarları isə ya praktiki olaraq fəaliyyət 
göstərmir ya da şifahi təbliğatla məşğul idilər. 
Beləliklə, birinci mərhələnin sonuna yaxın azərbaycanlılar özlərini Azərbaycan türkü hesab edirdilər və 
bu ideya ziyalıların bir hissəsi tərəfindən müdafiə olunurdu, lakin ziyalıların daha tanınmış və hakim 
dairələrə yaxın nümayəndələri azərbaycanlılara onların İran, ari mənşəli olmaları fikrini təlqin etmək üçün 
geniş ideoloji kampaniya aparırdılar. Başqa sözlə, Azərbaycan ziyalılarının görkəmli nümayəndələri 
antimilli ideoloqlara, hakim millətin mənafeyinin ifadəçilərinə çevrildilər, hər halda həmin ziyalıların 
mövqeyi Azərbaycan hakim təbəqələrinin siyasi, mənafeyi ilə müəyyən olunurdu. 
İkinci mərhələ XX əsrin 20-ci illərinin ortalarından Azərbaycan millətinin məzlum millətə çevrilməsi ilə 
başlanır. 
Müstəqim surətdə milli zülmə qarşı məmurların azərbaycanlı nümayəndələrinin bəziləri, milli ruhlu 
ziyalılar mübarizə aparmağa məcbur idilər. Həmin təbəqələr milli və sosial zülmə qarşı müstəqil surətdə 
mübarizə aparmaq iqtidarında deyildilər, ona görə də bu mübarizə təsadüfi, mənəvi, “ziyalı” xarakteri 
daşıyırdı. 
İranda qeyri-fars millətlərin və xalqların milli hüquqlarını prinsipial səviyyədə İKP tanıyır və müdafiə 
etməyə səy edirdi. Məhz İKP-nin sənədlərində (1927) İran azərbaycanlıları ilk dəfə türk milləti kimi səbt 
edilmişdi. 
Beləliklə, həmin mərhələnin başlanğıcında İranda milli məsələ və o cümlədən Azərbaycan məsələsi üzrə 
iki ideologiya formalaşmışdı: birincisi, azərbaycanlıları (və digər millətləri) mustəqil millət kimi tanımayan 
hakim millətçi və Azərbaycan paniranist ideologiyası; ikincisi, azərbaycanlıları (və qeyri xalqları) mustəqil 
millət, həm də türk milləti kimi, onların öz müqəddaratını təyin etmə hüququnu tanıyan demokratik 
ideologiya. 
İKP-nin milli münasibətlər sahəsindəki fəaliyyəti və azərbaycanlılar arasında milli şüurun tədricən 
yayılması və inkişafı sayəsində 1941-1942- ci illərdə Azərbaycan milli ideyası və milli ideologiyası işlənib 
hazırlandı. Bu işdə “Azərbaycan cəmiyyəti” və onun orqanı ”Azərbaycan” qəzetinin böyük rolu olmuşdur. 
Milli demokratik partiya funksiyasını yerinə yetirən ”Azərbaycan cəmiyyəti” Azərbaycan milləti adından 
çıxış edirdi. “Cəmiyyət” millətin elmi, mütərəqqi anlayışa yaxın xüsusi tərifini verərək millət yaradan 


 
www.achiq.info
  
 
97 
 
ünsürlər sırasında ərazi, dil, psixi xüsusiyyətləri qeyd etdi. Həmin tərifdən çıxış edən “Cəmiyyət” 
Azərbaycan millətinin müstəqilliyini, özünə məxsusluğunu və avtoxtonluğunu sübut edirdi. ”Cəmiyyət”in 
əqidəsinə görə bu millət nə türk, nə ari milləti idi, bu - Azərbaycan milləti idi. “Cəmiyyət” hər hansı bir 
millətin varlığı və inkişafı üçün dilin, xüsusən ana dilinin millətin həyatının müxtəlif sahələrində 
işlənməsinin əhəmiyyətini dərk edərək Azərbaycan dilinin bərabərliyi uğrunda çıxış edirdi. O, həmçinin 
Azərbaycanın iqtisadi və mədəni inkişafı uğrunda çıxış edir, demokratiya şəraitində Azərbaycan millətinin 
birliyi və bütövlüyünü təmin edə biləcək orqan kimi İran konstitusiyası (1906-1907) tərəfindən nəzərdə 
tutulan əyalət və vilayət əncümənləri təşkil edilməsi tələbini irəli sürürdü. Beləliklə, Azərbaycan millətinin 
indiki və gələcək vəziyyətinin müəyyən mənada bütöv inikası meydana gəlmişdi, həmin inikasda gələcək 
arzu olunan vəziyyət milli ideologiyanın, millətin bir subyekt kimi fəaliyyət proqramının məzmunu kimi 
çıxış edirdi. 
Milli şüur və onun tərkib hissəsi olan milli ideologiya demokratik hərəkat illərində, xüsusən Azərbaycan 
milli, demokratik hökümətinin fəaliyyəti zamanı inkişaf etdirilmiş, dəqiqləşdirilmişdi. ADP-nin, sonra Milli 
Konqresin, Milli məclisin və Milli hökümətin meydana gəlməsi Azərbaycan millətinin siyasi və ərazi 
cəhətdən təşkil olunmasını başa catdırıb öz müstəqilliyi, bütöv milli həyatını təşkil etmə proqramının həyata 
keçməyə başlandığını göstərirdi. 
Öz muttəfiqlərinin fəal və hərtərəfli yardımı ilə Azərbaycanda milli-demokratik hərəkatı yatırmış İran 
hakim dairələri xalqın ictimai şüurunun mühüm hissəsi olan milli şüurunu onun əlindən ala bilmədilər. 
Azərbaycan xalqının milli demokratik hərəkatının yekunlarından biri xalqın özünü öz tarixi və etnik ərazisi, 
dili, mədəniyyəti, ənənələri - varlıq və inkişafın spesifik milli amilləri- olan müstəqil bir millət kimi daha 
dərindən dərk etməsi oldu. 
İran cəmiyyətinin sonrakı inkişafı göstərdi ki, milli məsələ, Azərbaycan millətinin, dilinin, 
mədəniyyətinin taleyi xalqın daha geniş təbəqələrinin diqqətini özünə cəlb etməkdə davam edirdi. 
Azərbaycanın milli ruhlu ziyalıları Azərbaycan dilinin funksiyalarını bərpa etmək üçün, mübarizəni bu və 
ya digər şəkildə davam etdirirdilər. Bu meyl həmin zamana qədər əsasən fars dilində yazıb çap edilən 
məşhur Azərbaycan şairi M.H.Şəhriyarın ”Heydər babaya salam” (1954) poemasının nəşrindən sonra yeni 
impuls aldı. 
1960-cı illərdə İranda siyasi həyatın nisbətən liberallaşması zamanı Azərbaycan dilinin funksiyasının 
bərpa olunması və genişlənməsi uğrunda hərəkat yeni inkişaf mərhələsinə qədəm qoydu. Həmin illərdə 
ədəbi dərnəklər meydana gəlir, folklor topluları, Azərbaycan dilinin müstəqil öyrədən vasitələr, 
vətənpərvərlik mövzusunda orijinal bədii əsərlər nəşr edilirdi. Həmin illərdə azərbaycanlılar istər Təbrizdə, 
istərsə də Tehranda Azərbaycan məsələsini xüsusi olaraq nəzərdən keçirmək, azərbaycanlıların milli 
şüurunu tədqiq etmək, Azərbaycan məsələsini Azərbaycan və İran çərçivəsində öyrənməyə təşəbbüs 
göstərmişlər. 
1978-1979-cu illər İran antimonarxist, antiimperialist inqilabı azərbaycanlılar arasında Azərbaycan 
xalqının spesifik milli mənafeyinə çox geniş marağın olduğunu aşkar etdi. Bu maraq özünü onda göstərirdi 
ki, inqilabın qələbəsindən sonra bir necə ay ərzində (teokratik rejimin bərqərar olmasına qədər) 
azərbaycanlılar müxtəlif siyasi, (Ferqeye azadixahane Azərbaycan, Azərbaycan Demokrat partiyasının 
müvəqqəti şurası, Sazmane Çerikhaye Azərbaycan)., mədəni təsisatlar (Azərbaycan təhqiqatı müəssisəsi, 
Azərbaycan mədəniyyəti cəmiyyəti, Azərbaycan yazıçılar və şairlər cəmiyyəti). yaratdılar, Azərbaycan 
dilində kitab, almanax, jurnal, qəzet (”Çənlibel”, 
,,
Ulduz”, ”Odlar yurdu”, “Araz”, ”Molla Nəsrəddin
,,



Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə