Microsoft Word vidadi butov dL



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə44/51
tarix01.11.2017
ölçüsü5,05 Kb.
#7732
1   ...   40   41   42   43   44   45   46   47   ...   51

 
www.achiq.info
  
 
94 
 
 
Nəticə 
Nəzərdən keçirilən dövrdə İran azərbaycanlılarının əsas hissəsini, əyalət əhalisinin böyük əksəriyyətini 
təşkil edən Azərbaycan azərbaycanlıları əsasən tam sosial struktura malik idilər. Azərbaycanın sosial 
strukturunun etnik baxımdan ən qarışıq komponentini məmurlar təşkil edirdi. 
İranda Qacar sülaləsinin hakimiyyətinin (1796-1925) əvvəllərindən 1906-cı ile qədər Azərbaycanı 
başlıca olaraq hakim sülalənin və yerli əyanların nümayəndələri idarə edirdi. 
Həmin dövr ərzində Azərbaycanın varlı təbəqələrinin nümayəndələri ölkənin idarə olunmasında Qacar 
sülaləsi ilə fəal əməkdaşlıq edirdilər, Azərbaycan hərbi hissələri sülalənin əsas dayağını təşkil edirdi. 1905-
1911-ci illər İran burjua inqilabı zamanı istər Azərbaycanda (Azərbaycan əyalət əncüməni), istərsə də 
bütövlükdə ölkədə (İran hökümət kabinələri, məclis, siyasi və s. Təşkilatlar) azərbaycanlıların nüfuzu daha 
da artdı. 
1911-ci ilin sonundan 1917-ci ilə qədər Azərbaycan İranın nominal hakimiyyəti altında olub faktiki 
olaraq öz siyasətində yerli varlı, yarım-feodal dairələrə arxalanan Rusiyanın protektoratı idi. Rusiyada 
Fevral inqilabı və başlıca olaraq Oktyabr (1917) inqilabından sonra həm Azərbaycanın demokratik 
qüvvələri, həm də İranın mərkəzi hakimiyyəti İranın Azərbaycan üzərində nəzarətini gücləndirməyə səy 
edir və əyalətə mərkəzi hökümətin qanuni nümayəndələrini göndərmək yolu ilə burada qanunçuluq və 
qayda-qanunu təmin etməyə səy edirdilər. 
Azərbaycanda demokratik qüvvələrin nüfuzunun artması və İranın yarım-feodal mülkədarlarının ölkənin 
milli müstəqilliyinin zərərinə Böyük Britaniyaya arxalanaraq öz mövqelərini qoruyub saxlamaq cəhdi 
Azərbaycan demokratları ilə Tehran höküməti arasında ciddi ziddiyyətlərin meydana çıxmasına və nəticədə 
1920-ci ildə Ş.M.Xiyabaninin başçılığı ilə demokratların üsyanına səbəb oldu. Demokratik hərəkatın 
yatırılmasından sonra (IX. 1920) əyalətdə İranın Azərbaycan üzərində həqiqi suvervnliyi bərpa olundu və 
İranda 1921 -ci ilin fevral dövlət çevrilişindən sonra daha da möhkəmləndi. 
1921-1925-ci illər ərzində Azərbaycan burjuaziyası, ziyalıların bir hissəsi və xüsusən ali rütbəli hərbi 
məmurlar ölkənin mərkəzləşdirilməsi siyasətinin həyata keçirilməsində, Qacar sülaləsinin devrilməsi və 
Rza xanın İranın yeni irsi şahı elan olunmasında əhəmiyyətli rol oynadılar. Bütün bunlar azərbaycanlıların 
İranın hərbi- bürokratik sistemində nüfuzunun güclənməsinə səbəb olurdu. 
Sülalərin bir-birini əvəz etməsi əvvəlki kimi Azərbaycan hakim təbəqələrinin sosial və iqtisadi 
vəziyyətinə heç bir mənfi təsir göstərmədi. 
İnzibati-idarə orqanlarının Tehranda mərkəzləşməsi, hərbi qüvvələrə istinad etmək, hakim təbəqələrin 
mənafeyini qorumağa yönəldilmiş təhlükəsizlik və qayda-qanunun möhkəmləndirilməsi üçün görülən 
tədbirlər, əyalətdən vergiləri müntəzəm şəkildə yığmağa çalışan mərkəzlə əvvəllər mərkəzi hökümətə 
vergini təsadüfdən-təsadüfə verən, yaxud heç verməyən Azərbaycan arasındakı münasibətləri birincinin 
xeyrinə olaraq tənzimləmək imkanını xeyli asanlaşdırdı. Azərbaycanın burada əsasən fars və qeyri- 


 
www.achiq.info
  
 
95 
 
azərbaycanlı yüksək rütbəli məmurlarla təmsil olunan dövlət tərəfindən istismarınıin sonralar daha da 
güclənməsi və genişlənməsi üçün şərait yarandı. Fars ünsürü Azərbaycanın yuxarı və orta təbəqələrinin 
qarşılıqlı münasibətlərinə elə bir dəyişiklik gətirmədi, o, prinsip etibarilə birincilərin mənafeyinə xidmət 
edirdi, və əyalətin məcmu istismarının əsas agenti sifətində çıxış edirdi. Bundan əlavə fars yaxud qeyri-milli 
ünsür əyalət inzibati aparatında həmişə olmuşdur. Lakin həmin ünsürün 1926-cı ildən etibarən əyalət 
inzibati aparatında və digər idarə və müəssisələrdə üstünlük təşkil etməyə başlaması əyalət-mərkəz və fars-
azərbaycan münasibətlərinə yeni rəng verirdi. Məmurlar özlərinin mərkəz və əyalət, əyalətdə isə müxtəlif 
təbəqələr arasında vasitəçilik funksiyalarına baxmayaraq tədricən hakim millətin, istismarın simvoluna 
çevrilir, azərbaycanlılara zorla qəbul etdirilmiş, əyalətin hakim təbəqələri ilə heç bir genetik bağlılığı 
olmayan xarici qüvvə sifəti ilə çıxış edirdilər. 
Beləliklə, Azərbaycanda məmurlar nəinki nisbi müstəqil bir təbəqə (hər yerdə olduğu kimi) kimi, həm də 
qeyri-yerli, qeyri-milli, ayrıca etnik bir qrup təşkil edirdilər. Məmurların özlərinin xüsusi korporativ 
mənafeyinin olması onların istər orta, istərsə də hakim təbəqələrlə müəyyən ziddiyyətlərə girməsinə səbəb 
olurdu. 
Bütün bunlar hakim fars milləti ilə eyniləşdirilən mərkəzə qarşı ümumi narazılığa səbəb olurdu. 
Nəzərdən kecirilən dövr ərzinde həmin təbəqələr milli tələblər irəli sürməsələr də onların iqtisadi 
mənafeyini təmin edə biləcək hər hansı bir qüvvəni müdafiə etməyə hazır idilər, öz sosial-iqtisadi, milli 
problemlərini həll etmək meyli artırdı. 
Sosial-iqtisadi vəzifelərin milli tələblərlə çulğalaşması onların qarşılıqlı əlaqədə, milli cəhətin forma, 
demokratik cəhətin məzmun kimi çıxış etməsi şəklində həllini nəzərdə tuturdu, məsələ məhz bu cür, 
Azərbaycanda milli, demokratik rejimin bərqərar olmasına gətirib çıxaran milli-demokratik hərəkat zamanı 
həll edildi. Həmin hərəkatın məğlubiyyəti milli məsələnin demokratik esaslarla qəti həllini təxirə saldı, 
Azərbaycan millətinin sosial strukturunun, onun fars milləti və mərkəzi hakimiyyətə münasibətinin belə 
özünəməxsusluğu, onların sonrakı dəyişiklikləri azərbaycanlıların milli şüurunun və milli ideologiyasının 
inkişafının özünəməxsusluğunu şərtləndirmiş oldu. 
Azərbaycanlıların milli şüurunun inkişafı iki mərhələdən kecir: XIX əsrin axırlarından XX esrin 20-ci 
illərinin ortalarına kimi, 20-ci illərin ortalarından 40-cı illərin əvvəllərine kimi. 
Birinci merhələ onunla xarakterizə olunur ki, əgər azərbaycanlılar əsasən etnik şüura, vətənpərvərlik 
hissinə, yüksək siyasi şüura malik idilərsə və özlərini Azərbaycan türkləri hesab edirdilərsə, azərbaycanlı 
ziyalılar əsasən azərbaycanlılarda İranlılıq oriyentasiyası tərbiyə etməyə səy edirdilər. Əgər Azərbaycan 
ziyalılarının nümayəndələrinin bəzilərində İranizm İran təbəəliyi mənası daşıyırdısa, digərlərində etnik çalar 
kəsb edərək, fars millətini ifadə edən anlayış kimi qavranırdı. 
Həmin dövrdə İran ictimai fikrində fars milləti anlayışı səbt olunmasa da, İran əhalisinin fars dilli birlik 
kimi qəbul edilməsi, ”milləte İran” (”İran milləti”) termininin ancaq sosial, dövlət birliyini bildirməsi deyil 
həm də etnik birliyi nəzərdə tutmasını göstərirdi. 
Azərbaycan ziyalılarının bir hissəsi azərbaycanlıların İran cəmiyyətində sosial-iqtisadi, siyasi, mədəni 
vəziyyetinə görə onları farsdilli İran millətinin tərkib hissəsi hesab edirdilər. Bununla belə ziyalıların bəzi 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə