Microsoft Word vidadi butov dL



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə42/51
tarix01.11.2017
ölçüsü5,05 Kb.
#7732
1   ...   38   39   40   41   42   43   44   45   ...   51

 
www.achiq.info
  
 
90 
 
konqresin iclasında İran şahının, İran məclisinin sədrinin və baş nazirin adına qəbul edilmiş məktubda 
əncümənlərin təşkili ideyasının sonrakı inkişafı əks olunmuşdu. 
Məktubda qeyd edilirdi ki, azərbaycanlılar milliyyət, dil, adət-ənənə baxımından millətdir və milli 
muxtariyyət İranın birliyi və bütövlüyünə qarşı yönəlməmişdir. Dünyanın hər bir həyata qabil milləti kimi 
Azərbaycan millətinin milli hökümət yaratmaq hüququ var və millət özu Azərbaycanı demokratik əsaslarla 
idarə etmək qabiliyyətinə malikdir. Yuxarıda qeyd olunan ali rütbəli rəsmi şəxslərə bildirilirdi ki, 
Azərbaycan xalqı Milli məclisə seçkilər keçirmək və milli hökümət təşkil etmək əzmindədir.
110
 Məktubda 
həmçinin bildirilirdi ki, Milli konqres Milli komitəyə Azərbaycan dilini bütün” dövlət idarələrində 
işlətməyi” tapşırmışdır.
111
 
Demokratik hərəkatın dərinləşməsi və genişlənməsi Azərbaycan xalqının ayrılmaz suveren huquqlarının 
tədricən həyata keçməsinə şərait yaradırdı. Milli komitə Milli məclisə seçkilər keçirməyə başlayaraq həmin 
kampaniyanı 27.X1-dən 1.XII.1945 (1324 cü ilin Azər ayının 6 dan 10-a dək)qədər vaxt ərzində başa 
catdırdı. Milli məclisə 100 deputat seçilmişdi, dekabrın 12-də Milli məclisin ilk iclası oldu ve həmin iclasda 
milli hökümət təşkil etmək qərara alındı. ADP-nin. birinci katibi S.C. Pişəvəri hökümətə başcı təyin 
olunmuş və elə həmin gün hökümət üzvlərini Milli məclisə təqdim etmişdir. Milli hökumət 11 nazirlikdən, 
Ali Məhkəmə və Baş prokurorluqdan ibarət idi. Hökümətin strukturunda xarici işlər nazirliyi və müdafiə 
nazirliyi nəzərdə tutulmamışdı, bu da Azərbaycan xalqının İranın dövlət birliyini qoruyub saxlamaq 
niyyətini təsdiq edirdi. 
Milli hökümətin təşkilindən sonra azərbaycanlıların siyasi cəhətdən formalaşmış millətə çevrilməsi 
prosesi başa çatır və öz müqəddəratını təyin etmək və suveren huquqları həyata keçir. 
Beləliklə, öz etnik ərazisi və bundan sonra həm də siyasi ərazisi, öz milli dili və bundan sonra dövlət dili
öz qanunverici və icraedici hakimiyyət orqanları və millətin bütün təbəqələrini əhatə edən rəhbər siyasi 
partiyası olan Azərbaycanlılar təşkilat cəhetdən milli təşəkkülü başa çatdırır və həm də bu zaman təkcə 
yüksək mütərəqqi, demokratik, siyasi, vətənpərvərlik şüuru deyil, həm də milli şüur nümayiş etdirirlər. 
Milli-dövlət quruculuğuna başlanmasından sonra Azərbaycan xalqının inkişafında, onun milli 
formalaşmasında yeni mərhələ başlayır. Azərbaycanlıların millət kimi həqiqi sosial formalaşması, milli 
şüurun eninə və dərininə yayılaraq formalaşması məhz həmin vaxtdan başlanırdı, cünki cəmiyyətin sosial 
strukturu qarışıq xarakterli idi, sənaye yox idi, infra- struktur inkaşaf etməmişdi, kənd təsərrufatında yarım- 
feodal münasibətlər və bəsit istehsal vasitələri hökm sürürdüəsasən savadsız olan xalq öz yazılı-ədəbi 
dilini bilmirdi, Azərbaycan ədəbiyyatı inkişaf etməmşidi, Azərbaycan tarixi təmamilə öyrənilməmişdi. 
Beləliklə, milli azadlıq, demokratik hərəkatın qələbəsi Azərbaycan xalqının sosial-iqtisadi və mədəni 
inkişafı və deməli onun millətə çevrilməsi üçün əlverişli şərait və zəruri orqanlar yaratmışdı. 
Milli hökümətin ictimai heyatın həmin sahələrindəki fəaliyyəti haqqında az əsərlər, o cümlədən 
namizədlik dissertasiyaları yazılmayıb.
112
 
Buna görə də xalq arasında milli şüurun sonrakı inkişafı və yayılması ilə bağlı məsələlər üzərində 
dayanmaq daha zəruridir. 
Yuxarıda qeyd edilmişdi ki, öz milli dövlətinin yaranması Azərbaycan millətinin milli şüurunun 


 
www.achiq.info
  
 
91 
 
inkişafının yüksək səviyyəsini göstərirdi. Lakin, deyilənlər Azərbaycan siyasi, ictimai, mədəniyyət 
xadimlərinin ən qabaqcıl hissəsi üçün doğrudur. Əsas təbəqələr ənənəvi olaraq daha yüksək sosial, siyasi, 
nəinki milli, şüura malik idilər. Hər hansı bir millətin milli şüuru haqqında əhalinin savadlılıq səviyyəsi və 
tarixi subyekt kimi millət, onun bütün səciyyələri haqqında istehsal olunmuş və mübadilə olan 
informasiyanın (ilk növbədə ana dilində) miqdarı yaxud həcmi əsasında mühakimə yürütmək olar. 
Məlumdur ki, həm farsların, həm də azərbaycanlıların savadlılıq səviyyəsi çox aşağı idi. Milli 
informasiyadan danışarkən qeyd etmək lazımdır ki, XX əsrin 40-cı illərinin əvvəlinəcən belə informasiya 
cəmiyyətdə gedən informasiya mübadiləsində, xüsusən açıq (leqal) və mütəşəkkil informasiya 
mübadiləsində çox cüzi yer tuturdu. 
Yuxarıda deyildiyi kimi, ilk dəfə belə mübadilə, qısa vaxt ərzində olsa da, nisbətən mütəşəkkil formanı 
1941- 1942-ci illərdə almışdır. 
Məzmun etibarilə milli olan informasiyaiın istehsalı və yayılması 1942-ci ilin əvvəlində dayandırılsa da 
(1321 ci ilin Fərvərdin ayının 12 də Azəraycan qəzetinin bağlanılması) 1944-cü ilin sonralarından təzədən 
başlanmış, 1945-ci ilin sentyabrında isə daha geniş şəkildə davam etdirilmişdi. 1945-ci ilin sentyabrından 
başlanan mərhələ onunla səciyyələnir ki, nəinki mübadilə üçün təqdim edilmiş informasiya, həmçinin 
azərbaycanlıların milli demokratik partiyada təşkil olunmaları milli şüurun sürətlə artmasına səbəb olurdu. 
Əgər hərəkatın başlanqıcında azərbaycanlıların milli birliyi ADP-də təşxis olunurdusa, sonralar bura Milli 
Konqress və Milli komitə də əlavə olundu: Milli məclisin və Milli hökumətin təşkilindən sonra 
Azərbaycanın əldə olunmuş siyasi, ərazi və dil birliyi azərbaycanlıların öz milli həyatları haqqında bütöv 
təsəvvürlərinin əsas mənbəyinə cevrildi. Başqa sözlə vahid Azərbaycan və Azərbaycan milləti 
azərbaycanlıların şüurunda bir-biri ilə bağlı anlayış, təsəvvür, məqsəd sistemi kimi səbt olunurdu. Bu onu 
göstərirdi ki, azərbaycanlıların şüurunda millətin birliyi, suverenliyi və özünəməxsusluğu ideyası daha 
dolqun əks olunmuşdu. Bununla belə, azərbaycanlıların öz xalqının etnogenezi və tarixi, onun qohum və 
qohum olmayan xalqlar və millətlər sistemində yeri, Azərbaycan dilinin, mədəniyyətinin, ədəbiyyatının 
xüsusiyyətləri, milli xarakter və s. haqqında təsəvvürləri yuxarıda deyilən səbəblərə görə səthi, dağınıq idi, 
ya da heç yox idi. Özü də 40-cı illərin əvvəllərində ”Azərbaycan” qəzeti səhifələrində söhbət İKP II 
qurultayının sənədlərində tarixi ənənə və etnik şuura uyğun olaraq qeyd edilən Azərbaycan yaxud İran türk 
millətindən deyil, Azərbaycan millətindən gedirdi. Həm “türk”, həm də “Azərbaycan” terminləri eyni bir 
xalqı ifadə etsə də, azərbaycanlıların etnonimlərinin (milli səviyyədə) birdən-birə dəyişməsi etnik şüuru 
dəyişdirə bilməzdi. 
Azərbaycanlıların etnoniminin bu cür dəyişməsi onları İranın digər azərbaycanlılarından ayırsa da, 
həmin zamanda azərbaycanlıların mənəvi fəaliyyəti üçün əsas məsələ etnonim və İran miqyasında milli 
birlik yox, azərbaycanlıları öz tarixi, mədəniyyəti və s. olan müstəqil və özünə- məxsus millət kimi göstərən 
informasiya istehsalı və yayılması idi. Azərbaycanlıların mənəvi fəaliyyətinin həmin cəhəti demokratik 
hərəkatın təsiri ilə bədii yaradıcılıq yoluna qədəm qoymuş şairlərin fəaliyyətində muhüm yer tuturdu. 
Onların Azərbaycan millətinin müstəqilliyi və özünəməxsusluğu ideyasına münasibəti yeddi müəllif 
tərəfindən Milli hökumətin ünvanına yazılmış “Azərbaycan” şerində əks olunmuşdur. Poetik məktubda 
Azərbaycan xalqının tarixi kecmişindən, xususən həmin tarixin Zərdüştün, Atropatın adları, midiya dövləti 
ilə bağlı mərhəlelərindən, Babəkin, Cavanşirin adları ilə bağlı şanlı səhifələrdən, Kitabi Dədə Qorqud 
dastanı kimi folklor incisi yaradılmış ana dilindən doğan qürur hissi əks olunmuşdur. Məktub müəllifləri 
ana dili və milli tarixə məhəbbətlərini xüsusi qeyd edərək saxtalaşdırıcıların iftiralarını qətiyyətlə rədd 
edirlər. Şerdə Azərbaycan mədəniyyətinin qədimliyi və zənginliyi, milli birliyin möhkəmləndirilməsi və ana 
dilinin inkişaf etdirilməsi zərurəti ayrıca qeyd edilir. Şerdə yenə də “Azərbaycan azərbaycanlılarındır” şüarı, 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə