www.achiq.info
63
Azərbaycanın mərkəzdənqaçma və mərkəzəqaçma qüvvələri arasında kompromisə aparırdı.
Demokratik
hərəkat yerli vətənpərvərliyi və İran dövlətinə mənsubluq şüurunu, obyektiv olaraq müəyyən mənada
azərbaycanlıların milli vəhdəti və birliyini gücləndirmişdir. Həmin dövrdə həmçinin azərbaycanlıların etnik
şüurunun artması müşahidə edilsə də həmin şüur mənəvi fəaliyyət obyektinə çevrilə bilmədi. Qeyd edilən
dövrün digər mühüm yekunu əyalətdə vergini müntəzəm surətdə və tamamilə yığmaq, olkənin ərazi
bütövlüyünü müdafiə etmək, İranın suverenliyini bütün ölkədə həyata keçirmək məqsədilə Azərbaycanın
hərtərəfli surətdə mərkəzə tabe etdirilməsi prosesinin başlanmasından ibarət idi.
c) 1920- 1925-ci. illər. Demokratik hərəkatın yatırılmasından (IX. 1920) sonra Azərbaycanın mərkəzə
tabe etdirilməsi prosesi başlandı. ADP-nin məğlubiyyəti və ləğv edilməsi (1922) əyalətdə feodal-mülkədar
dairələrinin hakimiyyətinin bərpası demək idi. Öz sinfi mənafelərinin qorunub saxlanmasında maraqı olan
feodal-mülkədar dairələri,
ümumiran məsələləri, vilayətin həyati problemləri üzrə mərkəzlə münaqişəyə
girməyi arzu etmir, əyalətin onların mənafeyini təmin edə biləcək mərkəzi hakimiyyətə tabe olunması
uğrunda çıxış edirdilər.
Azərbaycanın tabe etdirilməsi və İranın mərkəzləşdirilməsi 1921-ci il fevral çevrilişindən, xüsusən Rza
xanın başçılığı ilə hərbiçilərin müstəqil surətdə hərbi - siyasi səhnəyə çıxmasından sonra xeyli güclənmişdi.
1922- ci ildə Rza xan İran ordusunun yenindən təşkil etmək işinə başladı. Qədim sərbaz hissələri, kazak
briqadası, jandarmeriya buraxılmış, onların əvəzində həmin hissələri özündə birləşdirən
vahid ordu
yaradılmasına başlanmışdı. Yeni ordunu təşkil etmək üçün 12 nəfərdən (digər məlumata görə 10 nəfərdən)
ibarət hərbi şura yaradılmışdı. Həmin şuranın 12
üzvündən yeddisi
(yaxud səkkizi) azərbaycanlı idi;
1- Sərləşkər (diviziya generalı) Sərdar Midhət Cəlair.
2- Sərtib (general) Məhəmməd Naxçıvan Əmir Müvvəssəq.
3- Sərtib (general) Seyf Əfşar.
4- Sərtib (general) Əbdül Məcid Mirzə Firuz Nəsir-od- Dövlə.
5- Sərtib (general) Heydərqulu Pesyan.
6- Sərhəng (polkovnik) Əzizulla Zərqami.
7- Sərhəng (polkovnik) Əli Kərim Qəvanlu
8- Sərhənge do (polkovnik-leytenant) Seyf-ol- Məmalik Xələc.
116
İki il fəaliyyət göstərən şura bütün ilkin təşkilati işləri yerinə yetirmiş, hərbi nizamnamələri hazırlamışdı.
Hərbi şuranın ürəyi Rusiyada ali hərbi məktəbi bitirmiş, İran ordusunun baş qərargahının rəisi, qacar
,şahzadesi Amanulla Cahanbani idi. Onu qərargah rəisi vəzifəsində hərbi məktəbin müdiri vəzifəsini özündə
saxlamaqla general Məhəmməd Naxçıvan Əmir Müvəssəq əvəz etmişdi.
1922-ci ildə 5 diviziya təşkil edildi: mərkəzi Təbriz olmaqla Şimal-qərb diviziyası, həmədan-Qərb,
Tehran-Mərkəzi,
Məşhəd-Şərq, İsfahan-Cənub. Sonralar diviziya yaxud hərbi dairələrin sayı 7-yə çatdırıldı,
yeddi hərbi dairədən beşinin komandanı azərbaycanlı idi.
1- Şimal-qərb hərbi dairəsi - Sərləşkər (deviziya generalı) Əmir Abdulla Təhmasibi.
2- Qərb hərbi dairəsi - Sərləşkər (deviziya generalı) Əmir Əhmədi.
3- Cənub hərbi dairəsi - Sərləşkər (deviziya generalı) Məhəmməd Ayrım.
4- Kerman-Bəluçistan hərbi dairəsi - Sərləşkər (deviziya generalı) Naxçıvan.
www.achiq.info
64
5- Mazandaran, Qorqan, Gilan, Talış - Mahmud Ayrım.
117
Bu və digər yüksək vəzifəli azərbaycanlı hərbi məmurlar zabit korpusunun özəyini təşkil edir və bir çox
cəhətdən Rza xan başda olmaqla İranda hokumətin mərkəzləşdirmə siyasətinin müvəffəqiyyətini təmin
etmişlər. Mərkəzləşdirmə və stabilliyin ticarətin normal inkişafının mühüm xarici şəraiti olduğuna görə
Azərbaycanın iri və orta ticarət burjuaziyası, həmçinin mülkədarları mərkəzləşdirmə siyasətini geniş
müdafiə edirdilər.
Mərkəzləşdirmə ideologiyasını işləyib hazırlayarkən, Azərbaycan ziyalılarının bəzi nümayəndələri İran
xalqlarının etnik xüsusiyyətlərini ideal şəkildə yaxud fikrən ləğv etmək yolu ilə iranlıların milli, mədəni,
mənəvi həyatını mərkəzləşdirməyə, eyni şəkilə salmağa səy edirdilər. Əgər Azərbaycan maarifçiləri və
demokratları ”İran milləti” termini ilə İranın bütün əhalisini yaxud iranlıların
dövlət mənsubiyyətini qeyd
etmək istəyirdilərsə, Azərbaycan ziyalılarının bəzi nümayəndələri həmin termin altında bütün İran əhalisini
əhatə edən hansısa sosial-etnik orqanizm başa düşürdülər. Başqa sözlə, onlar İran əhalisini vahid etnik birlik
elan edirdilər. Məsələnin bu cəhəti 1922-ci ildən Berlin şəhərində “İranşəhr” adlı jurnal nəşr etməyə
başlayan H.Kazımzadənin fəaliyyətində daha geniş əks olunmuşdur.
118
Bu jurnalda İran gəncliyinin
millətçilik ruhunu möhkəmlətməyə yönəlmiş. İranin qədim əzəməti haqqında
ilk məqalələr meydana
gəlmişdi”.
119
”Milliyyət və vətənpərvərlik” prinsipindən çıxış edıb H.Kazımzadə ”həmin əyalətdə (Azərbaycanda -
V.M.) İran milliyyəti milli birliyi nəfinə geniş təbliğat aparılması, İran maarifi və fars ədəbiyyatının
yayılmasında təkid edirdi. O və onun qələm dostu Şəfəq Rzazadə (o da azərbaycanlı idi-V.M.) sübut
edirdilər ki, azərbaycanlılar mənşəcə farsdırlar, türk dili onlara zorla qəbul etdirilib”.
120
Bir ideoloq kimi
H.Kazımzadə cəmiyyət qarşısında duran bütün məsələlərin həllini cəmiyyətin üstqurumunda və
ideologiyasında mümkün dəyişikliklər aparmaq yolunda axtarırdı. O yazırdı: ”Milliyyət, ictimai
prinsiplərimizin ən müqəddəsi və bizim milli amalımızın Kəəbəsi olmalıdır. Milliyyət, bizim bütün
xarabalıqları abad edən, bütün pərişanlıqları islah edən cəmi müstəqilliyin dayağı və xilasedici dairəmiz
olacaq”.
121
Milliyyət deyəndə müəllif vətəndaşlıq və ari irqinə mənsubluq başa düşür. O yazırdı: ”İranlılıq... öz
güclü, gərilmiş qanadları altında dili və dinindən asılı olmayaraq İran millətinin bütün üzvlərinə yer verir.
Kimliyindən
- kürd yaxud bəlüç, gəbr yaxud erməni olmağından asılı olmayaraq damarlarında ari qanı axan
və İranı öz Vətəni sayan hər bir fərd iranlı sayılmalı və İranlı adlandırılmalıdır”
122
H.Kazımzadənin bu siyahısına düşməyən azərbaycanlılar üçün iranlı olmaq öz dili, tarixi, mədəniyyəti,
etnonimi, milli şüuru olmamaq demək idi və fars milləti tərəfindən assimilyasiya olunmaqdan başqa bir
məna daşımırdı. ”İranşəhr” jurnalı alman şərqşunası İ.Markvartın ”Azərbaycan” adlı kitabından (jurnal belə
təqdim edir) bir neçə səhifəni tərcümə edərək çap etmişdir. Həmin kitabdan tərcümə olunmuş və jurnalda
dərc edilmiş hissənin girişində qeyd edilir ki, Türkiyədə azərbaycanlıların türk ”irqinə” mənsubiyyətini
sübut etməyə çalışırlar, hərçənd ”həmin məsələ iranlıların çoxuna axiracan aydın deyil..”
Hökumət bu
məsələ barəsində heç bir tədbir görməmiş və görmur, buna görə də ”həmin məsələnin qəti həlli üçün və
azərbaycanlıların İran mənşələri barəsində hər cürə şübhələri aradan götürmək üçün” H.Kazımzadə həmin
kitabı azərbaycanlıların ari mənşəli olmalarının əsas dəlili kimi təsəvvür edərək tərcümə və çap etməyi öz
qarşısına məqsəd qoymuşdur.
122
Göründüyü kimi, müəllif (H.Kazımzadə) qəti əmin idi ki, azərbaycanlılar
arilərdilər. Adətən bir sıra İran müəllifləri azərbaycanlılar arasında İranizmin güclənməsinə onların bir
hissəsi arasında pantürkizm ideologiyasının təsiri ilə türkçülük meylinin güclənməsinin əksüləməli kimi
baxırlar.
Yuxarıda deyildiyi kimi, türklərin cənubi azərbaycanlılara bir türk xalqı kimi maraqı XIX əsrin axırında
yaranaraq XX əsrin 20-ci illərinin əvvəlinə kimi daim artırdı. Paniranizmin azərbaycanlı ideoloqlarının qeyd
etdikləri kimi birinci dünya müharibəsindən sonra türk birliyi və azərbaycanlıların türk olmaları ideyası