Microsoft Word vidadi butov dL



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə31/51
tarix01.11.2017
ölçüsü5,05 Kb.
#7732
1   ...   27   28   29   30   31   32   33   34   ...   51

 
www.achiq.info
  
67 
 
əsrdə sabitləşmişdir.
135
 Azərbaycan dilinə, azərbaycanlıların türk etnosuna mənsubiyyətinə münasibətdə 
eyni mövqe tutan, demokratik hərəkatın tanınmış xadimlərindən biri, şair, publist, azərbaycanlı M.Qənizdə 
sübut etməyə çalışırdı ki, “Azərbaycan türkləri heç vaxt türk dilində yazmamış, fars dilindən istifadə 
etmişlər, türk dili (İranda - V.M.) bir zaman itib gedəcək, Azərbaycanda türk yoxdur.”
136
 Beləliklə, 
yuxarıda qeyd edildiyi kimi, H.Kazımzadənin əqidəsinə görə iranlılara, o cümlədən azərbaycanlılara məlum 
olmayan azərbaycanlıların mənşəyi məsələsi ”aydınlaşmışdı”. 
Onu da qeyd edək ki, həmin illərdə fars müəlliflər azərbaycanlıların dili və mənşəyi haqqında heç nə 
yazmır, onların ”ari mənşəyini” sübut etmirdilər. Fars M.A.Şuştəri özünün “İran-name” əsərində qədim 
İranın tarixi haqqında Avropa və Amerika tədqiqatları əsasında qeyd edirdi ki, Azərbaycan arilərin vətəni 
yox müstəmləkəsi olmuşdur.
137
 Bundan əlavə müəllif tərəfindən tərtib edilmiş İran dillərinin siyahısında, 
S.Ə.Kəsrəvinin”kəşf etdiyi” Azərbaycanın Azəri adlanan qədim dili göstərilməmişdir.”
138
 
Bununla belə S.Ə.Kəsrəvi ”İran tarixinə, siyasətə, ölkənin milliyyətinə əhəmiyyətli xidmət 
göstərmişdir.”
139
 Çünki öz-özünü assimilyasiyanın zəruriliyini əsaslandıraraq özü bildiyi kimi fars-
Azərbaycan ziddiyyətlərini yumşaltmaq istəyirdi. 
S.Ə.Kəsrəvi öz əsərinin meydana gəlməsini onunla əsaslandırırdı ki, güya 20-ci illərin əvvəllərində 
Tehran ilə İstanbul arasında azərbaycanlıların mənşəyi ətrafındakı ideoloji mübarizə güclənmişdi. Bu 
münasibətlə onu qeyd etmək lazımdır ki, S.Ə.Kəsrəvinin iddiaları gerçəkliyə uyğun gəlmirdi, çünki türk 
xalqının özünün milli- azadlıq mübarizəsinin əvvəlindən (1918-ci il) pantürkist ideologiya hərbi və xarici 
siyasət strategiyasının əsası olmaq rolunu itirir, Türkiyədə pantürkist və panislamist mətbuat orqanlarının 
nəşri dayandırılır. 
140
 
“Mustafa Kamalın (Ata türk) 1921-ci ilin dekabrında Türkiyənin Böyük Millət Məclisinin kürsüsündən 
çıxışı türk milli burjuaziyasınin həmin ideologiyalardan rəsmi əl çəkməsi demək idi”.
141
 Sonralar həmin 
mövqeyə sadiqlik dəfələrlə təsdiq edilmişdi. M.K.Atatürkün 1922-ci ilin 19-20 yanvarında TBMM iclasında 
çıxışını şərh edərək ”hakimiyyəte milliyyə” qəzeti yazırdı: “Beləliklə, pantürkizm, panislamizmdən az 
olmayaraq bizim milli temperamentimizə əziz və yaxındır, lakin həqiqətdə pantürkizm mədəni hərəkat 
sərhəddindən o yana gedə bilməz...”
142
 
Bununla bağlı olaraq belə bir sual ortaya çıxır: niyə Türkiyənin İrana (eləcə də digər şərq ölkələrinə) 
münasibətdə pantürkizm ideologiyasından əl çəkməye məcbur olduğu bir dövrdə bir çox azerbaycanlı 
ideoloqlar azərbaycanlıların assimilyasiya olunması uğrunda fəal mübarizəyə başlayır, Azərbaycan dili 
əleyhinə çıxırlar? 
Bizim fikrimizcə, həmin sualın cavabı aşağıdakından ibarətdir. Dövlətin mərkəzləşdirilməsi tədbirləri 
1924- 1925-ci illərdə Azərbaycan (türk) Qacar sülaləsinə qarşı şiddətli tebliqatla müşayət olunurdu. Özü də 
Qacarlara qarşı kampaniya müəyyən dərəcədə antitürk (Azərbaycan) xarakteri daşıyırdı.
144
 
Qacar sülaləsinin hakimiyyətdən salınması hərəkatında A.Əsədullayev ehtimali türk (Azərbaycan)- fars 
qarşıdurmasının təzahürünü görürdü. O yazırdı: ”Diviziyalar ən mühüm rayonlarda və əsasən Qacar və digər 
türk tayfalarının yaşadıqları rayonlarda yerləşdirilmişdi.”
145
 Antiqacar kampaniyasının mahiyyət etabarilə 
antitürk xarakter daşımasına baxmayaraq, İran diviziyalarının yerləşmə coğrafiyasını fars-Azərbaycan 
qarşıdurması ilə əlaqələndirmək çətin ki, doğru olsun. Birincisi, bu rayonlar ənənəvi olaraq İranın az ya çox 
mütəşəkkil hərbi qüvvələrinin mərkəzi idi; ikincisi, həmin rayonlar hələ 1922-ci ilin əvvəlində Rza xanın 
taxt-taca doğru irəliləməsi perspektivi aydın olmayanda müəyyən edilmişdi; üçüncüsü, yeni İran ordusunun 
əsas teşkilatçıları və komandirləri azərbaycanlılar idi; nəhayət dördüncüsü, “Azerbaycanın tacir və 
mülkədarları taxt-tac uğrunda mübarizədə Rza xanın dayağı idilər.
146
 
Beləliklə, azərbaycanlılar bütövlükdə Qacar sülaləsinin əsas dayağı hesab edilməsə də, Rza xan və onun 
ətrafındəkilər ilk günlərdən Azərbaycan və azərbaycanlıların yeri və əhəmiyyətini nəzərə almağa çalışırdılar. 


 
www.achiq.info
  
68 
 
Həm A.Təhmasibini Azərbaycandan aparmaq, hem də əyalətdə antiqacar çıxışları təşkil etmək məqsədi ilə 
Rza xan 1925-ci ildə Azərbaycana səfər etdi. Rza xanın tərəfdarları oktyabrın 29- da Təbrizdə Təbrizin 
Tehranla əlaqəsini kəsdiyini bildirən fitnəkar elamiyyə çap etdilər. Şəhərdə ”paytaxta yürüş üçün könüllülər 
dəstələri ”təşkil etməyə”
147
 başladılar. Lakin bu xəbər əvvəllər (1905-1911 və 1920-ci illər) olduğu kimi 
ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükə kimi qarşılanmadı, çünki bu yalançı təhlükə 
idi və Azərbaycanın müstəqil mənafeyi ilə bağlı deyildi. 
Bundan əlavə, öz-özünü assimilyasiya ideyası antiqacar (antitürk) əhval ruhiyyəsinin və fars şovinizmin 
güclənməsi ilə bağlı olaraq farslar tərəfindən Azərbaycanın varlı təbəqələrinin mənafeyinə qarşı çevrilə 
biləcək təhlükəni aradan götürməyə xidmət edirdi. Nəhayət, öz-özünü assimilyasiya ideyası daha əsaslı 
məqsəd güdürdü. Həmin ideya təkcə azərbaycanlı zəhmətkeşləri öz azərbaycanlı zülmkarlara və mərkəzi 
hökumətə qarşı sosial mübarizədən yayındırmaqa, təkcə sosial mübarizəni ”yalançı” milli mübarizə ilə əvəz 
etməyə deyil, həm də, özü də bu olduqca vacibdir, praktiki olaraq mövcud olmayan pantürkizm qarşısında 
yox, Şimaldan-Sovet Azərbaycanından gələn kommunizm ideyaları qarşısında maneə yaratmağa xidmət 
etməli idi. 
Doğrudan da, inqilabi nümunə və Azərbaycan dilində yayılan inqilabi ideologiya zəhmətkeşlərin sosial, 
siyasi, sinfi şüurunun artmasına yardım edirdi. “Şahsevənlərin silahsızlaşdırılmasından sonra (1923) 
Bakıdan qayıdan Ərdəbil kəndliləri məhsulun mülkədar torpaqlarında mülkədarla kəndli, dövlət 
torpaqlarında dövlətlə kəndli arasında bərabər bölünməsi tələblərini irəli surdülər. Bu sadə tələb yerli 
mülkədarlar tərəfindən ASSR-dən gətirilmiş ”bolşevizm” kimi qiymətləndirilmişdi”.
148
 
Beləliklə, 1911-1925-ci illər dövründə azərbaycanlıların milli şüuru Azərbaycan və İran üçün mürəkkəb 
olan daxili və xarici şəraitdə inkişaf edirdi, Azərbaycanlıların ictimai şüurunun daha çox inkişaf etmiş 
formaları siyasi, sosial, demokratik şüur və özlərinin dövlət mənsubiyyətlərini dərk etmələri idi. Milli şüurun 
ən çox inkişaf etmiş ünsuru yerli vətənpərvərlik hissi idi. Azərbaycan ictimai fikri irançılıq və türkçülük 
arasında tərəddüd geçirirdi. İranizm burjua ideologiyası, türkizm ziyalıların bəziləri və azərbaycanlıların 
ictimai şuurunun adi səviyyəsi uçün xarakterik idi. Azarbaycanlıların əksəriyyəti özlərini türk, şiə, İran 
təbəəsi hesab edir, öz ana dillərindən istifadə edir, milli mədəniyyətlərini inkişaf etdirir, milli adət- 
ənənələrini yerinə yetirirdilər. Azərbaycanlıların əksəriyyətinin nəinki Azərbaycan, həmçinin fars milləti 
haqqında tam təsəvvürü yox idi. Onlara, əsasən, özlərinin ”ari” mənşələri, türk dilinin zorla qəbul etdirilmiş 
dil olması məlum deyildi. 
Ziyalıların ayrı-ayrı nümayəndələri, görünür, cəmiyyətin üstqurumunda baş verən dəyişiklikləri və 
onların anti- azərbaycan istiqamətini başa düşürdülər. Bu, onlarda etiraza səbəb olmalı idi, lakin həmin 
etiraz bir sıra səbəblər üzündən yəqin ki, Azərbaycan millətinin taleyi ilə bağlı fərdi ya da qrupdaxili 
həyacan səviyyəsinde qalırdı. 
Həm də milli münasibətlər hələlik ozünü ideologiya sahəsində daha aşkar göstərsə də dövlət tərəfildən 
idarə olunan prosesə çevrilməmişdir. Bu, artıq Qacar sülaləsinin devirilməsindən, İranın siyasi 
müstəqilliyinin möhkəmləndirilməsindən, ölkənin mərkəzləşdirilməsinin əsasən başa çatmasından və feodal-
burjua dairələrinin hərbi-siyasi diktaturası bərqərar olandan sonra baş verdi.


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə